Bərdə şəhərində Elvin Ramizoğlunun şeir kitablarının imza günü keçiriləcək.
Tədbir 25 aprel 2026-cı il tarixində saat 11:00-da Bərdə Mərkəzləşdirilmiş Elektron Kitabxanasında baş tutacaq. Oxucular bu görüşdə müəlliflə yaxından tanış olmaq, onun yaradıcılığı ilə bağlı söhbət aparmaq və sevdikləri kitabları imzalatmaq imkanı əldə edəcəklər.
İmza günündə Elvin Ramizoğlu öz şeirləri haqqında fikirlərini bölüşəcək, ədəbiyyatsevərlərin suallarını cavablandıracaq. Tədbirin ədəbi mühitə yeni nəfəs qatacağı, gənc və yetkin oxucular arasında maraq doğuracağı gözlənilir.
Qeyd edək ki, tədbir Bərdə rayon Üzeyir Hacıbəyov küçəsi 4 ünvanında yerləşən kitabxanada keçiriləcək və bütün ədəbiyyat həvəskarları üçün açıqdır.
Yazıya 15 dəfə baxılıb








