Tovuz Xeyriyyə Cəmiyyəti Seyran Səxavətin 80 illik yubileyini qeyd edib

Tovuz Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı ilə yazıçı, şair, dramaturq, publisist və tərcüməçi Seyran Səxavətin 80 illik yubileyi münasibətilə ədəbi-bədii gecə keçirilib.

Tədbirdə Tovuz Xeyriyyə Cəmiyyətinin rəhbər heyəti və üzvləri, Ədalət Partiyasının rəhbərliyi və nümayəndələri, ədəbiyyat xadimləri, ziyalılar, media təmsilçiləri və incəsənət nümayəndələri iştirak ediblər.

Gecədə yalnız Seyran Səxavətin yubileyi deyil, eyni zamanda bu günlərdə doğum gününü qeyd edən Baş ədliyyə müşaviri, Azərbaycanın dövlət və ictimai-siyasi xadimi İlyas İsmayılovun ömür yoluna həsr edilmiş “Mən bu zamana sığmazam” kitabının müəllifi Ələmdar Məmmədovun da doğum günü qeyd olunub. Tədbir iştirakçıları hər iki yubilyarı təbrik edərək onlara uzun ömür və sağlamlıq arzulayıblar.

Tədbir çərçivəsində yubilyarlar Tovuz Xeyriyyə Cəmiyyətinin təsis etdiyi “Azaflı Mikayıl – 100” medalına layiq görülüblər.

Ədəbi-bədii və musiqili proqram çərçivəsində şeirlər səsləndirilib, musiqi nömrələri təqdim olunub.

Sonda yubilyarlarla xatirə fotoları çəkdirilib.

 

Yazıya 11 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.