Oğlunu suda boğmaq istəyən Nobel mükafatçısı – ARAŞDIRMA

ogulDəlilik və dahilik arasında
Moderator.az “Bir əfsanəydi” rubrikasında böyük riyaziyyatçı, iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülən Con Neş haqqında yazını təqdim edir:
Onun həyat tərzi əslində dəliliklə dahilik arasındakı  intervalda var-gəl etmək idi…
Onun uğuru da, böyüklüyü də  dəli ilə dahi arasındakı çox incə bir teli ustalıqla qoruya bilməsi idi. 86 il yaşadı. Ötən il ömrünün bütün ağrı-acılarına qonaq etdiyi xanımı Alisa Lerdi ilə taksidə gedərkən qəzaya düşdü və məşəqqət tamlı  uğurlarla dolu həyata vida dedi…
Söhbət dünyanın böyük riyaziyyatçılarından olan, 1994-cü ildə iqtisadiyyat naminassiyasında Nobel mükafatını qazanan amerikan alim Con Forbes Neşdən gedir…
Con Neşə  hər zaman elə gəlirdi ki, onu kimsə izləyir. 30 yaşına qədər hər şey öz qaydasında idi. Kornegi Texnologiya Universitetinin tələbəsi olan zaman üzərində işlədiyi “Oyunlar nəzəriyyəsi onu böyük nüfuz sahibinə çevirdi. Qeyd edək ki, alimə qoca yaşında məhz bu nəzəriyyəyə görə  Nobel mükafatı verildi.
Otuz yaşdan sonra isə şizofreniyanın fəsadları özünü göstərməyə başladı. Alim hara gedirdisə iki adamın hər zaman onu izlədiyini zənn edirdi. Bunlardan biri Karnegi Texnologiya Universitetində onunla otaq yoldaşı olan Çarls, o birisi isə Con Neşi bir neçə dəfə ölümlə üz-üzə qoyan xüsusi xidmət orqanının zabiti Vilyam Parker idi.
Oyunlar nəzəriyyəsindən sonra doktorluq dərəcəsinə layiq görülən Con Neş universitetdə riyaziyyatçılardan ibarət xüsusi qrupun rəhbəri seçilir. Onun qeyri-adi zəkası, “ağıl oyunları”nın tətbiqində nümayiş etdirdiyi qeyri-ənənəvi baxış tərzinin yansıdğı məqalələr tezliklə ABŞ-ın xüsusi orqanlarının da diqqətini çəkdi. SSRİ ilə aparılan Soyuq müharibə zamanı bir çox alimlərlə yanaşı Con Neşin də xidmətindən istifadə edildi. 1948-1954-cü ilə qədər o, SSRİ kəşfiyyatının bir çox sirlərini özündə daşıyan xüsusi şifrələri açmağa nail oldu. Ömrü boyu magiya kimi onu izləyən Vilyam Parker də bu nailiyyətlərdən sonra ona təhkim edildi. O dönəmdə hidrogen bombasını hazırlamaq planları quran əsas rəqib-SSRİ-yə qarşı aparılan silahsız ağıl müharibəsində Con Neşə qadağan olunmuş zonaların heç bir məlumatını kimsəyə danışmamaq və ümumiyyətlə ailə qurmamaq tapşırılmışdı. Alim psixikasına yad olan bir sistem  Con Neşdə şizofrenik elementləri daha da gücləndirdi. Ömrünün sonuna qədər Vilyam Parkeri bir qara kölgə olaraq hər zaman yanında görməsi də bunun əyani sübutudur.
Con Neşin əsas fərqliliyi bu idi ki, alim özünün şizofrenik olmasını, hansı psixoloji xəstəliyə tutulmasını çox gözəl bilirdi. 1994-cü ildə Nobel mükafatını alma ərəfəsində gənclik dostu ilə söhbətində deyirdi: “Ömrüm boyu məni izləyən qara kölgələri özümdə bəslədim. Biz nəyi bəsləyiriksə onlar da hər zaman bizimlə olur. Məni izləyənlər mənim keçmişimdir. Keçmişimdən isə qopmağı bacarmıram”.
Oyunlar nəzəriyyəsi
Tələbə ikən Con Neş universitetdə tədris olunan dərsləri sadəcə vaxt itkisi sayırdı. Elə o səbəbdən də ixtisasını dəyişərək sırf riyaziyyat sahəsinə keçməli olur. Yataqxanada yaşadığı otağın pəncərəsində yalnız özünün anlaya biləcəyi xüsusi işarələr və rəqəmlərdən ibarət nümunələr yazardı. Sadiq otaq yoldaşı riyaziyyatçı olsa da onların nədən ibarət olduğunu anlamazdı. Çox keçmədən az qala bütün Amerika biləcəkdi ki, bu yeni fikir sistemi olan-Oyunlar nəzəriyyəsidir.
Bu nəzəriyyə strateji qərar qəbuletməni öyrənən elm sahəsidir. Daha dəqiq,  görə oyunlar nəzəriyyəsi “ağıllı rasional qərar qəbul edənlər arasında konfliktin və əməkdaşlığın riyazi modellərini öyrənir”. Oyunlar nəzəriyyəsi əsasən iqtisadiyyat, siyasi elmlər, psixologiya, məntiq və biologiyada istifadə olunur. İlk dövrlərdə bu sahəyə əsasən sıfır-cəm oyunlar daxil edilirdi ki, bu tip oyunlarda bir oyunçunun qazancı digər iştirakçıların xalis itkilərinə bərabər olurdu. Lakin bu günlərdə oyunlar nəzəriyyəsi daha geniş və mürəkkəb əlaqələrə tətbiq olunur.
Hər hansı bir oyunu təsvir etmək üçün oyunun oyunçularını, informasiyanı, oyunçuların seçimlərin və bu seçimlərə uyğun nəticələri (mükafatları) təyin etmək lazımdır.
Ekstensiv formada oyunlar oyun ağacında  təsvir olunur. Ağacın hər bir nöqtəsi oyunçuların seçimlərini göstərir. Ağac həmçinin oyunçuların seçim ardıcıllıqlarını və sonunda qazanclarını da təsvir edir.
Normal formada əsasən oyunlar matris şəklində göstərilir. İki oyunçudan ibarət oyunda, bir oyunçunun seçimləri sətrlərdən, digərinin isə sütünlar ibarət olur. Oyunçuların seçimlərinə uyğun qazancları müvafiq sətr və sütunların kəsişməsində göstərilir.
Con Neşin daha da təkmilləşdirdiyi nəzəriyyə iqtisadiyyatın bütün sahələrində, həmçinin biologiya, bioinformatikada, hərbi sənayedə tətbiq olunur.
Con Neşin məntiqsizlik məntiqi – fədakar Alisa
1958-ci ildə Con Neşi dünyanın ən qəribə alimləri sırasına çıxaracaq özəlliyi- şizofreniya artıq öz ağuşuna aldı. Ən pisi də bu idi ki, böyük riyaziyyatçı artıq Alisa Lerdi ilə evlənmişdi. Bir ildən sonra onların oğlu dünyaya gəldi. Amma ailə səadətini qəti yaşaya bilmirdilər. Con Neş qəflətən gecə yarıdan durub bütün pəncərələrin pərdələrini çəkir, onsuz da bağlı olan qapıları yenidən bağlamağa cəhd göstərir, özünü kimlərdənsə qorumağa çalışırdı. Vaxtilə universitetdə özünün gənc müəlliminə məftun olan Alisa üçün artıq onunla birgə yaşamaq dözülməz idi. Lakin xanım bacardığı qədər Neşin qəribəliklərinə dözməyə çalışırdı.  Bir hadisədən sonra boşanmaq qərarına gəldilər: qısa müddətə evi tərk edən Alisa körpə oğlunu Neşə tapşırır. Onu arxayın edən Neş özünün şizofrenik illuziyalarına necə qapılırsa uşağı vannaya qoyaraq suyu da açıq saxlayır. Alisa bir az da gec gəlsəydi öz oğlunu suda boğulmuş görəcəkdi. Bu hadisə artıq hər şeyin pik nöqtəsi demək idi. Odur ki, Alisa çox ciddi psixoloji problemləri olan Neşdən ayrılır. Bu Alisa üçün sadəcə çətin idi. Amma Neş üçün isə ölümün özü demək idi. Dünyanın ən qəribə aliminin Alisadan başqa dostu yox idi. 1946-1996-cı illər ərzində banisi olduğu 23 riyazi nəzəriyyənin (bunların bir neçəsi oyunlar nəzəriyyəsindən törəmə olub), Nobel başda olmaqla qazandığı bütün uğurların əsas səbəbkarı məhz Alisa idi. Fədakar qadın bütün bunları çox yaxşı bilirdi. Odur ki, 1970-ci ildə ağır durumda olan professorla yenidən birlikdə yaşamağa başlayır. Bu həm də Con Neşin ikinci həyatının, nəfəsinin başlanğıc tarixi idi. Alisa Con haqqında eşitdiyi dəli şayiələrindən bezdiyi üçün onu yenidən dirçəltməyə çalışdı. Hamının böyük riyaziyyatçı saydığı, Massaçusets və Prinston Universitetlərinin aparıcı professoru olan Neş haqqında dəli ayamasını qətiyyən qəbul edə bilmirdi. Çox da ki, bu reallıq idi. Çox da ki, ali elmi konfransların birində kürsüdən onu izlədiklərini qışqıra-qışqıra bəyan edərək zalı qaçaraq tərk edirdi… Bütün bunlar Alisa üçün önəmli deyildi. Odur ki, o, yenidən alimlə evləndi. Aralarında bundan sonra da mübahisələr çox düşdü. Hətta Neş müsahibələrinin birində Alisa ilə münasibətlərini “eyni damda iki yad” cümləsi ilə ifadə etmişdi. Amma Alisa bu dəfə dözdü. 1994-cü ildə Nobel müafatını alandan sonra isə onlar rəsmən hamının gözü qarşısında barışdılar. Con Neş mükafatın təqdimolunma zamanı bir neçə dəqiqə ərzində hamının gözlərini yaşardacaq nitq ərz etdi… Bu əslində bir ömrlük yaşantıların etirafı demək idi…
Con Neşin Nobel nitqi…
“Həyatım boyunca hər zaman rəqəmlərə inandım. İçində məntiq olan təsadüflər və sirlərlə dolu rəqəmləri çözməyə çalışdım. Araşdırarkən metafizik aləmlərə gedib gəldim. Ondan sonra isə kariyeramın ən böyük kəşfini tapdım: Məntiqin səbəbləri yalnız və yalnız sirli təsadüflərlə dolu olan sevgidir. Bu gün burada olmağımı sənə borcluyam. Bütün bunların əsas səbəbkarı sənsən. Sən mənim məntiqimsən”.
Con Neşin üzünü həyat yoldaşı Alisaya tutaraq dediyi bu sözlər demək olar ki, bütün çərçivələri aşmışdı. “Ağıl oyunları”, “Con Neşin özəlliyi” adlı barəsində yazılan kitablar, həmçinin iqtisadiyyat, biologiya, süni intellektə tətbiq olunan nəzəriyyələrinin hamısı bu etirafın içində əriyirdi. Amma bir vacib məsələ də var idi: Con Neş bu uğuru qazanan zaman, bu nitqi irad edən zaman yenə də onu “izləyən” dostu Çarlsı və zabit Vilyam Parkeri görürdü. Onlar isə çoxdan ölmüşdülər…

 

Yazıya 641 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.