“Xoşbəxtlik fəndi”

qedim

Kultur.az Qədim Məmmədlinin “Xoşbəxtlik fəndi” hekayəsini təqdim edir:

 

“Kölgəsində oturduğumuz bu heybətli qoz ağacına iyirmi beş il bundan öncə iki barmaq dərinliyində torpağın içinə qoyduğum toxumun üstünə sadəcə bir stəkan su tökməklə həyat vermişəm” –deyirdi babam. Mənə təəccüblü gəlirdi ağacın mənim yaşadığım dövrlərdə heç uzanmaması amma,  indi əminliklə deyə bilərəm ki, böyüyüb, hiss etməmişəm. Oğlum da mənə “ata mənəelə gəlir ki, ağac indi ümumiyyətlə böyüməyini dayandırıb” – deyəndə də , ona elə gəldiyini demişdim.  Əslində ağac böyüyürdü. İndi isə sən bu ağacı kəsirsən.  Hansı ki,o ağacın kölgəsi altından  sənin 4 arxa dönənin keçib. O ağacı kəsməməliydin!

Adəm təngənəfəs yuxudan ayılanda artıq hava aydınlanmışdı. Həyətə düşüb yay olduğu üçün göyün üzünü qucaqlamış nəhəng qoz ağacına baxa-baxa bir siqaret yandırdı.  O ağac necə də böyük və əlçatmaz görünürdü. Yuxudan  gümrah oyanmışdı. Qolunu çirmələyib iki gündür ki, fasilə ilə baltaladığı , diametri bir metrdən də çox olan qoz ağacının altına keçdi.“Əcdadım bu  ağacın altından keçdiyinə görə, ağacı kəsməməliyəm ki?” sualının ona verdiyi rahatlatdığı hiss edə-edə, baltanın ağzını itiləşdirirdi. Siqaretin tüstüsü gözünü göynətsədə yerini dəyişdirmirdi. Hər şey hazır idi.  Əyninə geyindiyi pencəyi evə qoyub , bu gün bu ağacı yerlə bir edəcəkdi. Pencəyini evə qoyub qayıdanda isə gördükləri onun tüklərini biz-biz etmişdi. O, müvazinətini sabit saxlamaq üçün əlindən gələni edirdi. Ağacın ətrafında tanımadığı onlarla adam bir-biri ilə söhbət edərək gülür, Adəmi barmaqla göstərib onun  halına acıyırdılar. Ağacın dibində , ətrafa toplanan insanların mərkəzində , orta yaşlı bir adam Adəmə baxa -baxa əlindəki toxumu torpağa basdırırdı. Orta yaşlı həmin adam ayağa qalxıb Adəmə yaxınlaşırdı. Ətrafdakı insanları da arxasına almışdı.Adəm ayaqlarının sözünə baxmadığını hiss edirdi. Ürəyi sürətlə döyünürdü.O yerində donub qalmışdı. İnsanlar Adəmi tam mühasirəyə aldıqda isə, telefon zəngi Adəmin yuxudan oyanmağına səbəb oldu. Gözünü güclə açıb telefonu əlinə aldı. Nömrəni tanımırdı, bir-iki dəfə çağırdıqdan sonra söndürüldü. Önəmli olsa bir dəfə də zəng edərlər düşüncəsi ilə  yenidən yerinə uzandı. Amma bu dəfə qızı onuyatmağa qoymadı. Adəm balaca qızını çətinliklə də olsa qucağına alıb baxçaya düşdü.Ağacın altına keçib dərindən nəfəs aldı.Telefonu əlinə alıb bu gün də ağacı kəsmək istmədiyini bildirdi. O qərar verəməkdə sərbəst olduğunu anlasa da, istənilən halda məsuliyyətdən qaça bilmədiyinin,  verdiyi qərarların doğru olduğuna və başqalarını incitmədiyinə əmin olandan sonra addım atmalı olduğunun  fərqində idi və həyatını bunun üzərində qurmuşdu. Valideynlərini sevindirmək, onları razı salmaq üçün həmişə gözlənilməz qərarlar verər, onların ürəyinə yatan şeyləri edərdi.Beyni yoran, düzgün işləməsinin qarşısını alan əsas nüanslardan biridir, ətrafının sənin atdığın addımlara olan münasibtlərini düşünmək. Adəminhəyatda daha çox uğur qazana bilməməsinin səbəbi də məhz,düzgün bildiyi addımları atmaq əvəzinə, ətrafını narahat etməmək üçün atdığı istiqamətsiz addımlar olub. Nə isə, Adəm qızını qucağına alıb yavaş-yavaş ağacın kölgəsinə bulaşırdı. Qızı diqəttlə atasının saqqalı üzünə baxır , onu sığallayır, boynuna sarılır, barmaqlarını atasının uzun, qıvrım saçları arasında itirir, bir sözlə, bütün varlığı ilə atasını çox sevdiyini sübuta yetirə bilirdi.

Yol qəzası nəticəsində sağ əli, yəni, rəsm əsələrini ərsəyə gətirən əli iflic olan istedadlı rəssam – Adəm,həyatında olan tək qadını- balaca, 3 yaşlı qızını qoxlayır, qızının sevgisini qazandığına və özünü bu sevgiyə layiq bildiyinə görə də hər gün Tanrıya şükr edirdi. Adəm sevgini qazanmağın  asan olduğnu bilirdi. İstənilən yolla sevgini qazanmaq olardı. Pul, yalan və bir çox sevginin ilahiliyini arxa planda gizlədən, onu bayağılaşdıran vasitələrlə bu mümkün idi.Elə buna görə də Adəm üçün əsas məsələ, sevgini qazandıqdan sonra özünü o sevgiyə layiq bilməkdir. Ürəklə, bütün varlığınla, hislərinlə, mənəviyyatınla, qürurunla sevilmək , digər vasitələrlə sevilməkdən daha üstün idi və yalnız belə olan halda özünü sənə olan sevgiyə layiq olduğuna inandıra bilərsən… Adəm, həyat yoldaşının, onu vəyeni doğulmuş qızlarını tərk edərək hansısa varlı birinə qoşolub getdiyi gündən bəri, bütün sevgisini qızının üstündə cəmləmişdi.Ayrıldıqdan bir ay sonra Suada ilə olduğu dövrdə yaşadıqları bina evini satılığa qoyub çox tez zaman içində, olduğu qiymətin iki qatına sata bilmiş və sonuncu dəfə etdiyi ziyarət uşaqlıq illərinə təsadüf edən baba yuvasına  köçmüşdülər. Adəmin bu ev ilə əlaqədar çox xatirləri yox idi. Ağac… O yalnız ağacı və babasının ona dediyi “bu ağacın altından sənin dörd arxa dönənin keçib” cümləsini xatırlayırdı.

Adəm ağacın kölgəsi altında oturmuşdu. Birdən qızının həyətin aşağısından əlində bir paket şirniyyatla qayıtdığını gördü. Qız sevincindən “şirin, şirin” deyə-deyə qaçırdı. Adəm bunları qızna kimin verdiyini maraqlanada qızı dedi ki, “bunları mənə Şirin verdi”. Adəm qonşularında olan bir-iki yaxşı insanın olduğunu bilirdi. Yəqin etdi ki, bu onların işidir. Əvvəllər də bir neçə dəf belə şey olub amma, heç vaxt minnətdarlıq etmək ağlına gəlməyib.o elə bilirdi ki, bu belə də olmalıdır. Özü yaxşılıq etdiyi vaxt minnətdarlıq gözləmədiyi üçün, hətta ona minnətdarlıq ediləndə narahat olduğu üçün, heç kimə minnətdarlıq etmir və minnətdarlıq etmədiyi üçün bir növ minnətdar olduğunu düşünürdü… Qızı ilə şirniyyatları yeyir, Oyunlar oynayır, sevgini doya-doya paylaşır və yaşayırdılar.

Gecə qızını yerinə qoyub yatdızdırdıqdan sonra həyətə düşüb çardaqda oturdu. Hava aydın və təmiz, gecə isə sakit və günahsız idi.Bir siqaret yandırıb yenidən yaxınlıqdakı qonşunun təklifini düşündü:

“Mən burda, sizin qonşuluğunuzda olan həyəti almaq istəyirəm. Bu həyətdə istədiyim hər şərait var: torpağı çox məhsuldardır, həyətdəki rənglər olduqca dolğundur və ən əsası, həyat yoldaşım buranı bəyənir. Çalışdığım qədər onun istədiyi hər şeyi edirəm, onu xoşbəxt etmək istəyirəm. Ki, pulla buna daha çox nail ola bilirəm. Kimisə xoşbəxt etməyə cəhd edir və buna nail olursansa, özün də bir mənalı olaraq onun yaşadığı xoşbəxtlikdən “bir dişlək” almış olursan. Beləliklə o da xoşbəxt olur, mən də. Nə isə,  Sən razı olsaydın sənin də evlə qarışıq həyətini üç qat maya dəyəri ilə alardım. Amma sən razılaşmadın, baba ocağıdır dedin. Belə şeylərə çox önəm verənləri başa düşə bilmirəm. Bu dəqiqə işin də yoxdu, pulun da. Yenə də özün bilərsən… Qonşuluğunuzdakı həyətdə hər şey qayıdasındadır. Amma sənin bu “heybətli”, həyətə çox kölgə salır.  Təsərrüfat sahəsi kimi istifadə edəcəyimə görə bu mənim üçün , daha doğru desək,burda işləyən təsərrüfatçılar üçün heç də ürək açan olmayacaq. İstədiyin qədərdən üç dəfə çox hörmət də edəcəm sənə. Bu ağacı kəsməliyəm. Ya sən razılıq verəcəksən, ya da mən öz yöntəmlərimdən istifadə etmək məcburiyyətində qalacam. Yaxşı düşün, mənə iki gün içində xəbər ver.”

Səhər saat 08:00. Adəm sol qolunu başının altına qoyub tavana baxırdı. Yuxudan tam doymuşdu. Telefonuna gələn zəngdən diksindi. Teleofona baxıb qulağına yaxınlaşdırdı

-Qərarını dəqiqləşdirdin?

-Bəli, ağacı kəsəcəm.

-Mən belə də bilirdim. Elə isə, bir saata həyat yoldaşımla şəhərə qayıdacayıq. Yol üstü sənin pulunu verərəm.

-Yaxşı,- deyib dərindən nəfəs aldı,  yenidən yerinə uzandı. Qızına baxdı. Burulmuş bakenbordu, yatarkən yarıya qədər açıq qalan göz qapaqları ona Suadanı xatırladırdı.

Suada ilə bir neçə il bundan öncə ikisinin də birinci dəfə getdiyi sahilyanı “PUB”ların birində tanış olmuşdular. Daha dəqiq desək  öncədən də bir neçə dəfə rastlaşmışdılar amma, heç vaxt onun kimliyini və ən əsası da adını dəqiq öyrənə bilməmişdi. Çox qəribə ləqəbləri var idi. “Rey”, “An”, “Gülüş” və “Suada” ən məşhurları sayılırdı. “PUB”da tanış olduqları həmən gün Adəm ona xitabən heç bir ad,ya da ləqəblə müraciət etməmişdi. Tanışlıqlarından bir neçə gün keçdikdən sonra ona artıq əsl adı ilə-Suada deyə xitab edirdi və Suadanın ömrünün ən qaynar dövrünə təsadüf etdiyini anlamışdı.Suadanın əvvələr birlikdə olduğu cənab, onu da öz getdiyi ağır yolun çirkabına bulaşdırmışdı. Suadanı sevsə də, ona bunu sübut edə bilmir, nəticə etibarı ilə Suada var-dövlətin, bolluğun içində sevgi aclığı yaşayırdı. Belə ki,tək müəllim maaşı ilə özünü güclə dolandıra bilən Adəm, Suadanın intihar etmək istəyini aradan qaldırmış, gicgahına söykənən tükənmişlik silahının tətiyini yerinə qaytara bilmiş, yenidən yaşamağı, həyatı ona sevdirə bilmişdi.Gözləri Adəmin gözlərinə zillənənvə dərinlərə işləyən baxışların təsir gücünü hiss etdikdən sonra, Adəm görünməz bir qüvvənin təsiri altına düşdüyünü anlamışdı. Ki, o heç vaxt bu vəziyyətə düşməmişdi, hər şeyi bir kənara qoyub aşiq olmuşdu.Uşaqları dünyaya gəlməmişdən əvvəl yaşadıqları dövr, onların sevgilərini ən işıqlı dövrü sayıla bilərdi. Adəm,bu günə qədər yığdığ pulların hamısı xərclədikdən və rəsm dərslərini ləngitdiyi üçün, illər boyu qazandığı şagirdlərini bir-bir itirdikdən sonra, qatar relsdən çıxmağa başlar və nağıllar aləmi birdən-birə həqiqətlərlə bəzədilmiş xarabalığa çevrilər. Həqiqiqətlərlə bəzdilmiş xarabalığa düşdükləri vaxt Suada artıq yox idi… Təzə dünyaya göz açmış qızlarını və onu xarabalığn içindən çıxarıb, nəvazişi ilə yaralarına sığal çəkən, isti əlləri ilə onu soyuqdan, çətinlikdən qoruyan, sevgisi ilə ömür boyu ona əzab verən yarımçıqları bütün edən Adəmi tərk etdi…

Əlbəttə ki, AdəmSuadanı unutmaq istəyirdi və bunu üçün də zamana ehtiyacı olduğunu bilirdi . O “zaman”ın dərman olduğunu da bilirdi amma, bu dərman ağrı kəsici kimi müəyyən müddətdən sonra öz təsirini itiri və yenidən  tələbat yaradırdı, boynuna almasa da onun üçün darıxırdı.

Bir az uzandıqdan sonra ayağa qalxıb qoz ağacının altına getdi. Ağacı baxıb dünənki yuxusunu xatırladı və gülümsəməyə başladı. Bu vaxt telefonu zəng çaldı.

-Bəli, eşidirəm sizi.

-Biz sizin qapınızın qarşısındayıq. Bir zəhmət bura gələrdiz, şəhərə tələsirik deyə gecikmək istəmirik,- deyirdi amma, səs tonu sanki “tez bura gəl vaxtım yoxdur” kimi təsir bağışlayırdı.Onu belə incə, mədəni danışmağa məcbur edirdilər sanki.

Adəm qapını açıb küçəyə çıxanda, qarşısında gödüyü, heç vaxt özünü onun içində təsəvvür belə etmədiyi bir “Jeep”lə qarşılaşdı. Həyat yoldaşının yanında oturmuş, eynəkləri üzünün təxminən yarısını tutmuş, şlyapalı bir qadın var idi maşının içində. Bəy, normal zərfdən iki dəfə böyük olan zərfi xanımından alıb,maşından düşüb Adəmə doğru yaxınlaşdığına görə, ümumi olaraq narazı, narahat görkəmə sahib olan qadına təxminən bir-iki saniyə civarında nəzər yetirə bilmişdi.Bəy, zərfi uzadıb ağacın sabah kəsiləcəyinə dair məlumat verdi. Adəm onları yola salıb həyətlərinə keçdi və qapını qıfılladı. Zərfi stolun üstünə qoyub pəncərədən qızına göz gəzdirdi.Gözləri yarıya qədər açıq olan qız yatırdı.Geri qayıdıb stolun üstündəki zərfi açdı və mövcud məbləği heç 100 il işləsə də qazana biməzdi. Yaxındakı dükandan təxminən səkkiz yüz vərəqli kitab qalınlığında olan zərfə bükülmüş pulun üstündən bir vərəq götürərək, bir aylıq ev tədarükünü gördü, borclarını bağladı, siqaret aldı, qızına dükanda görüb “nə qəşəngdir(yeməlidir,maraqlıdır,şirindir)” dediyi hər şeyi aldı. Pulla səadət olmaz deyənlər də var amma, Adəmin üzü gülürdü və bir vərəq, illərin Adəmin üzünə sürtüyü əzabı silib əvvəlki təravətinə qovuşdura bilmişdi. Qızını yuxudan bir an öncə oyadıb ona hədiyyələrini təqdim etmək üçün səbirsizlənirdi. Dözməyib onu yuxudan oyadır və hədiyyələrini qızına təqdim edir. Belə olan halda zaman donur, ortada yaranan xoşbəxtliyi sözlərlə ifadə etmək mümkün olmur…

Axşama qədər evin içindən çıxmadılar. Oynadılar, yedilər, yoruldular, yenə oynadılar… Artıq hava qaralmışdı, qızı hələ dətəzə alınmış oyuncaqları ilə oynayırdı. Adəm oturduğu yerdən güclə ayağa qalxdı və qamətini çətinliklə də olsa normal vəziyyətə gətirə bildi. Həyətə düşüb bir siqaret yandıdı. Televiziyada xəbərlər proqramı başlamşdı. Yuxarıdan güclə eşidilən səslərin arasından “demokratiya” sözünü eşitdi Adəm. Onun fikrinə görə demokratiya “mövcud hakimiyyətdən yararlana bilməyənlər”tərəfindən yaradılmış müəyyən sərhəd daxilindəki sərbəstlik və fikir azadlığından ibarətdir. İmkanlı şəxsi demokratiya niyə maraqlandırsın və belə olan halda onda niyə pul, ev , yaxşı maaş verən bir hökumətə qarşı fikir azadlığı tələbatı yaransın ki? Ona pul, ev, maşın, ailəsini xoşbəxt etmək lazımdı. Adəm, bunları aldığı halda dilini udmağa hazır olan bir çox insanın olduğunu bilirdi. Ki, qonşu həyəti almaq istəyən bəyi də bu siyahıya salmaq olardı.

Qızının səsinə sevinc bulaşan qışqırığı,Adəmin xəyallarından ayılmağına gətirib çıxardı. Evin içində gülə-gülə,“şirin, şirin” deyə qışqırırdı. Adəm yuxarı qalxırdı və qızının bu qədər sevinməsinə səbəb olan “şirin”in nə olduğunu müəyyənləşdirmək istəyirdi. Pilləkənləri qalxaraq “gedib günü sabah “şirin”dən  alaram ki daha çox sevinsin gözəl qızım” deyə fikirləşir və fərhlənirdi. Onu, əcdadlarının altından keçdiyi əzəmətli, heybətli ağac ümumiyyətlə maraqlandırmırdı və bu sabah, onsuz da  heybətlinin taleyini müəyyənləşdirmişdilər. O yuxarı qalxdı. Qızı televiyaya baxıb gülürdü. Adəm televiziyaya baxdıqda özünü itirdi. Gülümsəyən üzü birdən-birə də ağır yükün , əzabın altına düşən insan görkəmi aldı. Adəm televiziyanın qarşısına keçdi. Ekranda göstərilən şəxsiyyət vəsiqəsinə diqqətlə baxır, aperatorun çəkilişindən,kameranın görüşündən daha çoxunu görmək ümidi ilə başını sağa, sola əyirdi. Bütün diqqəti ora yönəldiyi an telefonuna zəng gəldi. Tez baxdı, nömrəni tanımadığına görə açmadı və telefonu bir kənara atdı. Yalnız bu zəng bir neçə dəfə təkrarlandığı üçün açmaq məcburiyyətində qaldı. Televiziyaya baxa baxa :

-Alo, eşidirəm,-dedi.

-Bağışlayın, bu nömrədən sonuncu dəfə sizə zəng gəldiyi üçün mən sizə zəng vurmağın daha uyğun olduğunu düşündüm. Başınız sağ olsun, Suada xanımyol qəzası nəticəsində həyatını itirib. Bəyin cəsədini götürüblər. Xəbəriniz olsun, xanımın yanmış cəsədi rayon xəstəxanasındadır . Bir daha başınız sağ olsun.

Zəng vuran şəxs telefonu söndürdü. Adəm bir xeyli yerində tərpənməz qaldı. Havadakı oksigen onun beyninə çatmırdı, ciyərləri yumulmuş və ağzı aralı qalmış, gözləri qan qırmızısı, əlləri meyit kimi bumbuz, beli bükük idi. Qızı onu səsləyib oynmağa dəvət edir amma, gözlərini oyuncaqlarından ayırmırdı, ardınca yarımçıq qalan mahnısını oxuyurdu. Adəm qızını eşitmirdi. Özünü güclə həyətə çatdırdı, bu gün yediyi bütün şirniyyatları qaytardı.

Bir müddət oturduqdan sonra əl-üzünü yuyub özünə gəldi, evə qalxıb qızını yatızdırdı və çardağa düşüb bir siqaret yandırdı. Hər şey aydınlaşırdı. Səhər “jeep”də oturan qadın onun keçmiş həyat yoldaşı idi. Simasını Suadanın siması ilə yan-yana gətirəndə, doğrudan da buna əmin olurdu.  O Suada ki, Adəm bu gün də onu sevirdi. Adəmi Suadanın etdiyi xəyanət ümumiyyətlə maraqlandırmırdı. Artıq onların ikisi də ölmüşdü və bunun heç bir mənası yox idi.Adəm bunları düşünəndə özünü saxlaya bilmir, boğazında ilişib qalan bir sıxma kütlənin onu incitməsi və qaynar göz yaşları onun halını pisləşdiridi. Yol qəzasını xəbər verən şəxsin dediyi “bu nömrədən sonuncu dəfə sizə  zəng gəldiyi üçün mən sizə zəng etdim” cümləsini və dünən səhər tezdən ona gələn zəngi xatırladı. Dərhal nömrələri uzlaşdırdı. Bu Suadanın nömrəsi idi… Adəm Suadanın ona qarşı bir addım atdığını və özünün bundan xəbərsiz olduğunu düşünəndə, günahkar kimi hiss edir, göz yaşlarına hakim ola bilmirdi. O hönkürməyə başladı və tez də özünə gəldi. Suada niyə gəlmişdi və gəlibsə də niyə xəbər verməmişdi…Bir işarə, məqsəd, səbəb axtarırdı. Əlini cibinə salıb yenidən siqaretini çıxardı. Koropka boş idi.Həmin an Adəmin üz ifadəsi, uzun illər üzərundə müzakirə gedən problemə həll tapan insanın üz ifadəsi ilə eyni idi. Tələsik evə qalxıb içi pulla dolu olan zərfi əlinə aldı. Səhərdən əzizlədiyi zərfi cıraraq Bəyin,zərfi Suadadan aldığını  xatırlayırdı. Pulları masanın üstünə boşaltdı. Budur… Axtardığını tapdı. Pulların içindəbükülmüş yazılı kağız və Suadanın həmişə vurduğu ətir var idi. Oxumağa başlamamışdan qabaq ürəkdən ağladı.Kağız parçasını qucaqlayıb hönkürür, ondan Suadanın ətrini alır, birgə keçirdiyi günlər gözlərinin qarşısından qısa olaraq keçirdi. Göz yaşları ilə islanmış kağız parçasını oxumaq istəmirdi amma, özünü buna borclu bilib  titrəyən əlləri ilə bükülmüş vərəqləri açdı:

“Çox uzun-uzadı yazmayacam, Adəm. İndi mənə nifrət edə bilərsən və buna sonuna qədər haqqın çatır. Əminəm ki, bu mövzuda səni haqlı görən tək mən deyiləm…Həmişə özümü sənə borclu hiss etmişəm, Adəm. O gün borcumu ödəmək üçün uzun yola çıxmaq qərarına gəldim mən. Əlini iflic edən lənətə gəlmiş o yol qəzası, məni, həyatımı çirkli işləri ilə qazandığı pullara bürüyüb, qayğıdan, sevgidən məhrum edən əclafınişi olduğunu anladığım gün səndən uzaqlaşdım. Bir-iki bəhanə uydurub, əlindən qaçıb sənə sığındığım əcalafın yenidən yanına geri döndüm… Sabah bu zərfi sənə verdikdən sonra ,şəhərə yola düşəcəyik. Bəxtim gətirsə və təbii ki, sən məni yenidən qəbul etsən, səninlə, qızımla yenidən bir ömür xoşbəxt yaşaya bilərik”.

Adəm qeyri ixtiyari “mən əlbətdə razı olacaqdım mənim əzizim-Suadam” deyib yenidən isti göz yaşlarına qərq oldu. Kağızı büküərək qoxusunu ciyərlərinə doldurduqdan sonra yenidən oxumaq üçün açdı. Adəm yarımçıq qaldığı yeri axtarıb tapırdı ki, qapı açılmağa başladı. Adəm yavaş-yavaşbaşını qaldırıb qapıya baxırdı. Artıq heç bir şeyin önəmi yox idi. Kim gəlirsə gəlsin,  onu maraqlandırmırdı… Əlindəki şlyapası özündən öncə içəri girən qadını görəndə Adəm, heç vaxt keçirtmədiyi qəribə bir hissi yaşadı. Qadın içəri girdi. Ardınca qapını astaca örtü. Yavaş-yavaş geriyə, Adəmə doğru dönməyə başladı. Üzünün yarısını tutan eynəyini çıxardı. Gülümsədi və pıçıldadı:

-Suada öldü, Adəm. Bundan sonra Rey…

***

Məktubun oxunmamış son qismi…

“…Amma mən hər şeyi şansa, bəxtə buraxmaqdan qorxdum, Adəm. Səni, qızımızı birdə görməməkdən qorxdum. Sənin kimi mən də verdiyim qərarın başqalarına verdiyi xeyirdən çox, ziyanının dəyməsindən qorxdum. Səni incitmədiyimə əmin olduqdan sonra addım atmaq qərarına gəldim”.

***

Onlar birgə yaşadıqları müddətdə xoşbəxt olacaqlarına inandılar. İnam önəmlidir və inandıqlarına görə də hamının arzuladığı, heç kimin istədiyi kimi sahib ola bilmədiyi bir şeyə- xoşbəxtliyə sahib oldular.  Əsas da Rey… Sevgi azlığından əziyyət çəkən qadına görə xoşbəxtlik, içində həyat yoldaşı Adəm və onların qızı olanbir dünyadanibarət idi. Adəm həmişə onun bu düşüncəsini dəstəkləyirdi.  Və eyni zamanda, bu gün də onu narahat edən məsələ isə, Reyin onun içində olduğu dünyada yaşadığı xoşbəxtliyini, pis yuxudan sonrakı “şükrə”bənzətməsi idi. Əgər yuxuda dar ağacından asılan, ölümə məhkum edilmiş şəxs, qan-tər içində ayılıb ömürülük həps cəzasına məhkum olduğununu xatırlayırsa, onun  keçirdiyi hiss xoşbəxtlik deyil. Rey isə olduğu vəziyyətin ən optimal vəziyyət olduğuna inanırdı və məhz buna görə xoşbəxt idi. Bunu nəzərə alaraq Adəm Reyə, heç bir zaman bu mövzuda heç bir söz demədi və onun sevgisini qazandığı və özünü bu sevgiyə layiq bildiyi üçün, ömür boyu Tanrıya şükr etdi.

Suadanın necə sağ qala bildiyini maraqlanmaq, uzun zaman Adəmin ağlına gəlmədi. Sonradan öyrədi ki, yol qəzasında həlak olanlar, Suadanın həyatını zidan edən “insan”və Adəmin sağ qolunu iflic edən qəzanı törədən qadın( “insan”ın sahib olduğu fahişlərdən biri) olub.Maşın necə yanıbsa, heç bir dəlil qalmayıb.Yanmayan bir materiala bükdüyü üçün maşından tək Reyin telefonu və şəxsiyyət vəsiqəsi çıxıb. Bu palanı hazırladığı üçün Adəm Reydən bir az diksinmişdi. Nəticə etibarı ilə Reyin yenidən Adəmə, qızına qovuşmaq üçün atdığı bir addım olduğunu düşünəndə isə, ona daha çox bağlanmışdı…

***

Qızının Adəmə olan sevgisi çox tez bir zamanda anasına olan sevgi ilə bərabərləşdi.  Onların həyatında dəyişən bir çox məqamlar oldu. Amma dəyişməyənlər də oldu təbii ki. Və dəyişməyənlərin içində, Suadaya ətrafının yenədə ləqbi ilə müracit etməsi, ən gözə çarpanlardan biri idi. Onların qızları da Reyə ləqəbi ilə müraciət edirdi. Qızı ona bu gün də “Şirin”deyirdi.

***

Bu hekayə, Adəmin yaşadığı həyatının qaynar olan dövründən bir hissə idi.Hər bir insanın həyatında müəyyən dövrlər vardır ki, o dövrlər nəyinsə çoxluğu və ya daha çox ratlaşdığımız, nəyinsə yoxluğundan doğan çatışmazlıqlarla dolu olur. Təbii ki,o çatışmazlıqları ciddiyə almayan və yaxud görməyənlərvardır. Onlar uzaqdan vecsiz, dərdsiz, rahat insanlar kimi görsənə bilər. Amma, nə yazıq ki,həyatları daim çatışmazlıqlarla bol olan insanlar, məhz elə o insanlardır. Necə ki, heç kim göründüyü qədər yaxşı, bəhs etdiyi qədər pis deyil, eləcə onlar da olduqları qədər rahat deyillər. Adəmin ailəsi uzaqdan çox xoşbəxt görsənir. Bəlkə onlar da… Amma yox. Hiss olunmayacaq dərəcədə böyüyən şeylər,çox vaxt iri həcmli olur. Necə ki, heç kim fərqinə varmasa da “heybətli” böyüməyə davam edirdi, bəlkə də onların sevgisi, xoşbəxtliyi də bu gün böyürdü…

Yazıya 966 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.