ÜZEYİR HACIBƏYOV – ÖVLAD BƏŞƏRİYYƏTİN, DÖVRANIN NƏZİM-NİZAMIDIR – UŞAĞI BÜTƏ DÖNDƏRMƏK OLMAZ, BÖYÜDÜKDƏN SONRA O, QURBANLAR TƏLƏB EDƏR

20200229_195226Taqədimdövrlərdənbugünümüzəqədərmillixüsusiyyətlərəsahibailələr­dəmüəyyənvəzifələr, işlərailəninmüəyyənüzvləritərəfindənhəyatakeçirilmiş­dir. Ailədə bu şəkildə həyata keçirilən vəzifə bölgüsünə həmin vəzifə sahibinin lazımi səviyyədə riayət etməsi, öz üzərinə düşəni istəklə və ən yaxşı şəkildə yerinə yetirməsi tələb olunur. Onu da qeyd edək ki,  bu tələb demokratik həyatın əsas tə­ləb­lərindən biridir. Ailə üzvlərindən kimlərin nə iş görəcəyi adət-ənənələrimizcə müəyyənləşdi­ril­­miş­dir. Bu adət-ənənələrə dayanaraq ailədə uşaqlara münasibətdə ata və ananın rolu və önəminə diqqət, eləcə də dəyər yetirənlərdən biri də, milli ope­­ra­mı­­­zın bani­si, müa­sir Azərbaycan musiqi mədəniyyətinin görkəmli nüma­yən­dəsi, ict­imai xadim, mü­hər­rir, bəstəkar, Azərbaycanda ilk dəfə milli ibtidai si­nif şagirdləri üçün riyaziyyat dərs­li­yi yazan müəllim-pedaqoq, klassik yaradıcı Üzeyir Hacı­bə­y­ov­­­dur.

Uşaq anadan ol­du­ğu ilk gündən hər bir qayğıya istiqamət­lən­­məyə, for­ma­laş­mağa möhtac olur və valideynin hərarətini, nəfəsindəki doğma­lı­ğı du­yur, ailə­də psixoloji iqlimi qavrayır. Burada, valideyn öz uşaq və ya uşaq­la­rı­na dav­ra­nış­la­rı, şəx­siy­yətlərarası münasibət­lə­ri ilə, mimikaları, pantomi­mi­ka­la­rı, jest­lə­ri, po­za­­ları, emo­siyalarının tarazlığı ilə onları qavramağı, eşitməyi, diqqət yetir­mə­yi, hər bir nəva­­zişə cavab verməyi, gözəl­li­yə, yaxşıya diqqət yetirməyi öy­rə­­nir. Həm də bu öyrənmə uşaq psi­xologiyasının xüsusiyyətlərindən irəli gələn səbəb­­lər üzün­dən insa­nın sonrakı formalaşmasında dərin izlər buraxır, şəxsiy­yə­tin inki­şa­fın­da əhə­miyyətli rol oynayır. Buna görə də ailə­­də valideyn-öv­lad-müəllim mü­na­­si­bət­lərinin nor­­­­mal­­­laşması üçün ailə tərbi­yəsi öz gələ­cə­yi­nə biganə ol­ma­yan cə­miy­yət­lə­rin hə­mi­­­şə diqqət mər­kəzində durur.

Ailə tərbiyəsində ata və ana­nın önəmli yeri vardır. Nahaq yerə ata və ananı ailə tərbiyəsinin qoşa qanadı adlan­dır­mırlar. Azərbaycan ailəsində həm ata, həm də ana uşaq üçün yaşayır. Atalarımız «Dörd göz bir uşaq üçündür», «Ata-ana tərbiyə etməyəni həyat tərbiyə edər» – de­yib­lər. Bu kimi deyim və duyumlarla bağlı, Üzeyir Hacıbəyov da qeyd edir ki, ailədə tərbiyə prosesinin baş­lan­ğıcı və sonu yoxdur. Uşaq ailənin hər bir üz­vü­nün vəzifələri barədə ilk təsəvvürü ailədə alır. Gələ­cək ailə sahibinin tərbi­yəsi bir çox amil­lərlə şərtlənir. Onların arasın­da ata-anaların həyat tərzi və dav­ra­nışı mühüm əhə­­miyyət daşıyır. Ü.Hacıbəyova görə övlad bəşəriyyətin, döv­ra­­­nın nəzim-niza­mı­dır. Heç bir sərvət, heç bir var-döv­lət, heç bir cahü-cəlal, heç bir iz­zət və fəzilət övla­dı əvəz edə bilməz.Ona görə ki öv­lad can cövhəridir. Öv­ladın do­ğulması yalnız nəs­lin artımı deyidir. Üze­­yir bə­yə görə valideynlərin ən üm­də vəzifəsi tərbiyə etdiyi öv­la­dın ağıllı, qabiliyyətli olmasına çalışmasıdır. Öv­­ladın tər­biyəsinə böyük tələbkar­lıq­la yanaşan Ü.Hacıbəyov vali­deyn­lərə mü­ra­ciətlə de­yir­di: «Allah-təala birisinə bir övlad kəramət etdikdə, onun qəlbində öv­la­dı­na qarşı bir hissi-məhəbbət qo­yur ki, o məhəbbət onun üçün balanı bal­dan şirin edir. La­kin ba­laya yalnız bir quru məhəbbət gös­­tərmək azdır, çünki əgər iş yal­­nız mə­­­həb­bətə qa­l­­­sa, onda bala öz valideynindən heç bir mənfəət gör­­məz. Halbuki, vali­­­­­de­yn isə haman hissi-məhəbbət­dən ruhani bir ləzzət almağa başlar. Balanın ca­­­nı­nı sevən ata-ana onun qeydinə də qalmalıdırlar ki, bu şirin və əziz bala dünyada sərbəst yaşa­ma­ğa qədəm qoyduqda məişətinin tikanlı yolundan qorx­­ma­sın, mü­ba­­rizeyi-hə­ya­­tiy­yə mey­danında qorxudan bağrı yarılmasın».

Ü.Hacıbəyov deyir ki, hər bir valideyn övladının insan olması üçün ona düz­­gün tərbiyə verməlidir. Ailədə ata və ananın qarşılıqlı səmimi münasibətləri, xe­yir­xah­lığı övlad tərbiyəsinin əsasıdır. Uşaq mənəviyyatın, əxlaqın ilk dərslərini ailə­də alır. Bu mənada, müəyyən bir səhvlik və ya səhlənkarlıq uşa­­ğın mənəviy­ya­tı­­na mü­əy­­yən mənada mənfi təsir göstərər. Ü.Hacıbəyov yazırdı: «Uşaq dəxi qabi­­li-tər­bi­yə bir şey olduğuna görə, onu nə tövr tərbiyə etsən o cürə adam çıxar. Tər­­­­bi­yə işində cü­zi bir səhlənkarlıq uşağın gələcəyini pozub evini yıxar».

Görkəmli pedaqoq-müəllim uşaqları xalqın ümidi, canı, ürəyi adlandırır və onların oxumasını, ədəbə, pak əxlaqa sahib olmalarını zəruri sayırdı. Bu kimi qey­­də qalmağın ən balıca məqsədini isə vali­deyn­lə­rin özlərinin elmli, təhsilli olmasında görürdü. Üzeyir bəy valideynlərdən uşaqlarda elmə maraq oyatmağı tələb edir və deyirdi ki, ən yaxşı ailə odur ki, övladını məktəbə verib, oxutdurur. Yox əgər buna laqeyd yanaşır, övladının oxumasına maraq göstərmir, inanın ki, o valideyn qəbr evində də rahat yata bilməyə­cək­dir. Bu mənada, Ü.Hacıbəyov yazırdı: «Hər kəs ki, (millət kənarda dursun) öz övladını se­vir, onun gələcəyinin dər­­dinə qalır, öz nəslinin bəqasını istəyir, övladının bədbəxt olmağına səbəb ol­maq is­təmir, o kəs övladını məktəbə verib, oxutdur­malıdır. Biz özümüzü yalnız mədəniyyətlə müdafiə edə bilər, varlığımızı ancaq mə­­­də­niy­yət və elm ilə isbat edə bilərik. Buna görə də övladını sevən, onun xoş­bəxt­­liyi üçün məsuliyyət daşıyan hər bir valideyn ça­lış­malıdır ki, övladı təhsildən kənarda qalmasın. Əks təqdirdə, övladı­nın başına hər nə fəla­kət gələcəksə, hamısının səbəbi özü olar, qəbrdə də rahat yata bilməyə­cək­dir».

Ü.Hacıbəyova görə, hər bir ailə uşağın zehninin zənginləşməsinə, onun elm və bilik almasına maraq oyatmalı, xalqına fayda verə biləcək biliklərə yönləndir­mə­li­dir. Belə olduqda valideynlər və uşaqlar arasında düşüncəli, qarşılıqlı mü­na­si­bət, bir-birinə inam, etibar və xeyirxahlıq hökm sürür. Ü.Hacıbəyov öz fikrini be­lə ifadə edir: «Valideynin öz övladına qarşı qəlbində bəslədiyi məhəbbət təbi­idir ki, ata­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­ ananı övladın birinci xeyirxahı cümləsinə daxil edir. Lakin xeyirxah ol­maq nə qədər asan isə, xeyir gətirmək və şəri dəf etmək bir o qədər çətindir. Övla­dı xeyir yolda tərbiyə et­mək üçün tərbiyənin yolunu da bilmək lazımdır.

Tər­bi­yənin yolunu ancaq elm sayəsində bilmək mümkündür».

Valideynin öz övladlarının tərbiyəsi üçün böyük məsuliyyət hiss etməsi uşaq­ların ailədə düzgün tərbiyə almaları üçün əsas şərtdir. Suxomlinski yazırdı ki «Uşaq öz-özlüyündə sevinc mənbəyi ola bilməz: ata və ananı yeni əsasda təkrar edən insanda ata və ana üçün sevinc mənbəyi hər şeydən əvvəl onların ona  (uşağa – K.C.) nə verə bildikləridir». Bu mənada, tərbiyə üçün məsu­liyyət hiss edən valideynlər öz övladlarında nə kimi keyfiyyətlər tərbiyə etmək lazım olduğu­nu aydın surətdə dərk edib, bu keyfiyyətlərin ardıcıl tərbiyəsinə çalış­ma­lıdırlar. Bu məsuliyyət hissi onları uşaqlarının təlim və tərbiyəsini nəzarətsiz bu­rax­mağa qoy­­mur, tərbiyə işində təsadüf etdikləri çətinlikləri aradan qaldırmaq üçün yaxşı uşaq­­lar tərbiyə etmiş başqa ailələrin təcrübəsini öyrənməyə, öz hərə­kətlərini diq­qət­lə nəzərdən keçirməyə məcbur edir. Tərbiyə işi üçün məsuliyyət hiss etməmək çox müxtəlif şəkillərdə ifadə olu­nur. Bəzi valideynlər öz övlad­la­rın­dan nə kimi adam yetişdirmək məsələsinə ta­mam laqeyd yanaşaraq, onların tər­bi­yə­si ilə məş­ğul olmaq üçün özlərinə heç bir zəh­mət vermirlər. Bizim üçün hər bir uşağın taleyi əzizdir, onun taleyinə biganə qal­maq, öz valideynlik vəzifəsinə məsu­liy­yət­siz yanaşmaq halları cəmiyyət tə­rə­findən kəskin tənqid olunur. Hələ bu da azdır, uşa­ğın düzgün inkişafı ke­şi­yin­də duran qanunlar valideynləri öz öv­lad­la­rı­nın tər­bi­yəsi üçün məsuliyyət daşıma­ğa məcbur edir.  Əgər bir çox vali­de­yn­­lər öz ömür-gün­lərini qəflətdə keçirdiklərini gec də olsa anlayıblarsa, artıq bu gün öv­lad­­la­rın­dan yaxşı adam yetirmək üçün belə vali­deyn­lər özlərinə qarşı çox tə­ləb­kar olur­lar. Şəxsi nü­mu­­nənin tərbiyədə həlledici rol oy­na­dığını bilərək, on­lar öv­­ladla­rın­da tərbiyə et­mək istədikləri sifətlərin nümu­nə­sini aşı­lamağa çalışır və bu sifət­lər­dən məhrum  olmamaları üçün məşğul olurlar. Ü.Hacıbəyov yazır­dı: «Ki­­mi el­mi­lə, kimi ağıl və təcrübə ilə bir kərə an­­­­­­­layıbdır ki, indiyə qədər sür­dü­yü­müz həyat de­­yil­­­­dir, bəlkə həyat içində bir məmatdır. Doğrudan da, min­lərcə ata­lar əvvəllər­də gə­ləcəyi heç də nəzəri – eti­ba­ra almayıb, günlərini qəflətdə keçir­dik­­­ləri bir za­man­da birdən-birə öz qəflətlərini anlayıb evla­dlarına tərbiyə verirlər ki, onlar gə­lə­cək həyati-bə­şə­riyyəyə hazır olsunlar. Özləri kimi bir çox lazımlı şey­lərdən məh­rum olmasınlar».

Ü.Hacıbəyov «Xəbərdarlıq» adlı məqaləsində yazırdı: «Uşaq məktəbə gir­məz­dən qabaq öz valideyninin təhsil-tərbiyəsinə qalır. Valideynin öz övladına qar­­şı qəlbində bəslədiyi məhəbbət təbiidir ki, ata-ananı övladının birinci xeyirxah cüm­­lə­sinə daxil edir. Lakin xeyirxah olmaq nə qədər asan isə, xeyir gətirmək və şə­ri dəf etmək bir o qədər çətindir. Övladı xeyir yolda tərbiyə etmək üçün tərbiyə­nin yolunu da bilmək lazımdır. Tərbiyənin yolunu, ancaq elm sayəsində bilmək müm­kündür. Yəni bütün ömürlərini uşaq tərbiyəsinə sərf etmiş olan pedaqoq­la­rın tərbiyə haqqındakı mülahizə və təkliflərindən layiqincə xəbərdar olmalıdır. Bizim başımıza gələn fəlakətlərin hamısına bais əksəriyyətimizin elmsizliyi və tər­­bi­yəsizliyidir.

İş burasındadır ki, məktəbə qoyulan uşaqlarımızın əksəri tərbiyə görmə­di­yi­nə görə onları təhsil-təlim və tərbiyə verən müəllim əfəndinin işi müstəqil, daha ağır olur».

Görkəmli müəllim-pedaqoq Ü.Hacıbəyov publisist yazılarında dəfələrlə qeyd edir ki, valideynlər uşaqlarının bilikli, zəhmətsevər və həyata hazırlıqlı və­tən­­daşlar kimi yetişdirilməsində məsuliyyət daşıyırlar. Ona görə balaya yalnız bir qu­ru məhəb­bət göstərmək azdır, çünki əgər iş yalnız məhəbbətə qalsa, onda uşaq öz valideynin­dən heç bir şey götürə bilməz. Uşağı yalnız sevgi ilə tərbiyə etməyin qeyri-mümkün­lü­­yünü qeyd edərək Ü.Hacıbəyov, V.O.Belinskinin belə bir fikrini yada salırdı: «Dünya­da valideyn çoxdur, amma ata və analar azdır». Siz deyə bi­lər­­siniz ki, çox gö­zəl! Bəs, valideyn ilə ata-ananın nə fərqi var? Necə yəni? Yay za­ma­nı milçəklərə diq­­­qət yetirin: Görün nə qədər valideyn var. Bəs atalar, analar ha­­­nı? Övlad doğ­maq haqqı-müqəddəs bir haqdır və ata-ana adı müqəddəsdir. An­­caq məsələ təkcə bu­­­­nunla bitmir. Daha yüksək bir haqq da var: valideynlərin mə­həbbəti! Siz deyə bilər­siniz ki, hansı ata və ya ana öz övladını sevməz? Bu belə­dir, ancaq icazə verin siz­dən soruşaq – siz məhəbbət nəyə deyirsiniz? Məhəbbəti siz necə başa düşürsü­nüz? Axı, qoyun da öz quzusunu sevir, onu öz südü ilə bəs­lə­­­yir, dili ilə yalayır. An­caq elə ki, quzu südü otla əvəz edib çöldə otlamağa baş­la­dı, onların ana-öv­lad­lıq münasibəti qurtarır. Ata-ana ilə uşaqlar arasında qarşı­lıq­lı münasibətin əsasını şüur­lu, düşüncəli məhəbbət təşkil etməlidir.

Ü.Hacıbəyov yazır ki, valideyn uşağın daha çox gələcəyi qeydinə qal­ma­­lı­dır. Hər bir valideyn uşaq üçün elə şərait yaratmalıdır ki, uşaqda bütün müs­­bət key­fiy­­yətlərin yaranıb təşəkkül tapması üçün onda geniş imkanlar açılsın. Uşağın istedad və qabiliyyətinin inkişafı üçün o, həmişə məsuliyyət daşımalıdır. Əks təqdir­də, onun iste­­dad və qabiliyyəti də məhv ola bilər ki, bundan da heç kəs, o cümlədən millətimiz və ya dövlətimiz fayda götürə bilməz. Bu mənada, Ü.Hacı­bə­­­yov yazırdı: «Aşkardır ki, mil­lətimizin gələcəyini təmin edən bizim öv­lad və əhfadımız ola­­caq­dır. Ona bina indi­dən lazımdır ki, onların tərbiyələri o növ­lə icra olun­sun ki, axır­da məktəbdən çıxıb millətə xidmət et­məyi özlərinə borc bilsin­lər».

Yuxarıda qeyd etdiyimiz kimi, Ü.Hacıbəyova görə ailədə uşağın tərbiyə edil­­mə­sində valideynin şəxsi nümunəsi uşağa güclü təsir edir. O, valideyn nüfuzu­­nun, dav­ra­nı­şının uşağın tərbiyəsində əhəmiyyətini dönə-dönə qeyd edərək yazır­dı ki, əgər ata və ana  bir-birinə qarşılıqlı hörmət və məhəbbətlə yanaşmazsa, on­da ailədə uşağın düz­gün tərbiyə almasından söhbət gedə bilməz. Xalqın dilində  gö­zəl bir deyim var: «Uşaq evin güzgüsüdür». Bu mənada, böyük ustad fikrini ki­çik bir miniatürdə çox gözəl ifadə etmişdir: «Bir müsəlman uşağından soruşur­lar ki, bu qədər söyüşü kim­dən öyrəndin?

Dedi:

– Hamısını dədəmdən.

– Nə tövr?

Dedi:

– O mənə söydükcə, mən də əzbərlədim».

Göründüyü kimi, Ü.Hacıbəyov valideyn-övlad tərbiyəsinə əsərlərində ona görə çox böyük əhəmiyyət verirdi ki, yaşadığı dövrdə övladlarının sağlam ruhda tər­biyəsi qey­dinə qalmayan məsuliyyətsiz valideynlər, yaramaz hərəkətləri ilə uşaq­larına mənfi nü­munə göstərən cahil ata və analar yox deyildi. Bildiyimiz ki­mi, uşaqların da psixo­lo­ji xüsusiyyətləri elədir ki, onlar nümu­nə­­ləri nəsihətlər­dən daha tez və asan qəbul edirlər. Çünki canlı nü­mu­nə sözlə ifa­də edilən uzun-uzadı nəsi­hətlərdən daha konkret və daha təsirlidir. Bütün bun­la­­rı hər bir valideyn rüt­bə­sindən asılı olmayaraq nəzərə almalı və öz hərəkətlərini daim nəzarət altında sax­lamalıdır.

Nəticə olaraq qeyd edək ki, Üzeyir Hacıbəyov yaradıcılığı boyu övlad tər­bi­­yə­sin­də valideyn məsuliyyətinə böyük qiymət vermişdir. O, dəfələrlə qeyd et­miş­­­­dir ki, hər bir ata və ya ana öz uşağına nə kimi sifətlər tərbiyə etmək istədiyini dərk etməli və on­­da bu sahədə ciddi məsuliyyət hissi olmalıdır. Çünki «Uşağı bü­tə döndərmək ol­maz, böyü­dükdən son­ra o, qurbanlar tələb edər».

 

KAMAL  CAMALOV

Azərbaycan Respublikasının Əməkdar müəllimi

Naxçıvan Müəllimlər İnstitutunun dosenti,

pedaqogika üzrə fəlsəfə doktoru

AYB-nin üzvü

Yazıya 703 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.