HEÇ KİM UNUDULMAMALIDIR!

109596950_100210341780332_2623379465884989592_nBir həftədən çoxdur, Tovuz rayonunun işğalçı Ermənistanla həmsərhəd olan Ağdam, Əlibəyli, Yuxarı Öysüzlü, Vahidli, Dondar Quşçu kəndlərində növbəti dəfə gərginlik yaşanmaqdadır. İyulun 12-də günorta saatlarından başlayaraq mənfur ermənilər ağır artilleriyadan, minamyotlardan və digər silahlardan istifadə edərək göstərilən kəndlərə hücuma keçməyə, yeni strateji mövqelər ələ keçirməyə cəhd göstərmişlər. Rayonda yerləşən N caylı hərbi hissənin şəxsi heyəti hər dəfə düşmənin həmlələrimi qəhrəmanlıqla dəf edərək quduz erməniləri geri oturtmuşdur. Düşmənin xeyli sayda canlı qüvvəsi və döyüş texnikası məhv edilmişdir. Azərbaycan əsgəri, 2016-cı ilin aprelində olduğu kimi, bu məqamda da özünün yenilməz olduğunu nümayiş etdirmişdir.
Nə edəsən ki, müharibənin öz qanunları var. Bu ağır döyüşlərdə qəhrəman ordumuz da itkisiz keçinə bilmədi: Ağstafa rayonu Yuxarı Göycəli kənd sakini, 1987-ci il təvəllüdlü çavuş Sadıqov Vüqar Lətif oğlu, Tovuz rayonu Ağdam kənd sakini, 1996-cı il təvəllüdlü baş əsgər Məmmədov Elşad Dönməz oğlu, İsmayıllı rayonu Balik kənd sakini, 2002-ci il təvəllüdlü əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu qəhrəmancasına döyüşərək şəhid oldülar.
İyulun 13-dən 14-nə keçən gecə döyüş zamanı müdafiənin ön xəttində əsgərlərlə çiyin-çiyinə vuruşan general-mayor Həşimov Polad İsrayıl oğlu da yağı mərmisinə tuş gəldi. Onunla birlikdə düşmən hücumunun qarşısını alarkən aşağıda adları çəkilən hərbi qulluqçularımız da şəhid oldular:
– polkovnik Mirzəyev İlqar Anzor oğlu;
– mayor Əhmədov Namiq Hajan oğlu;
– mayor Novruzov Anar Gülverdi oğlu;
– gizir Zeynallı İlqar Ayaz oğlu;
– gizir Babayev Yaşar Vasif oğlu;
– müddətdən artıq həqiqi hərbi xidmətdə əsgər Mustafazadə Elçin Arif oğlu.
Vətən uğrunda qəhrəmancasına həlak olan bütün şəhidlərimizə Ulu Tanrıdan rəhmət diləyirik.WhatsApp Image 2020-07-19 at 12.06.51
Tovuzun ağsaqqal ziyalılarının təklifi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Baş Naziri cənab Əli Əsədova müraciət hazırlayıb İnternetdə yerləşdirdik. Cəmi bir gün ərzində 1000-dən çox insan müraciət mətninin altında öz imzasını görmək istədiyini bildirdi. Onların sırasında millət vəkilləri, ictimai-siyasi xadimlər, alimlər, ədəbiyyat və incəsənət adamları, dünyanın müxtəlif guşələrində Azərbaycanı ləyaqətlə təmsil edən tanınmış soydaşlarımız yer alıb. İmzaların çox olduğunu nəzərə alaraq müraciətin “Tovuz” Xeyriyyə Cəmiyyətinin Ağsaqqallar Şurası və İdarə Heyəti adından yayılmasını lazım bildik.
Müraciətin mətnini ictimaiyy\tə təqdim edirik.
Nəsir ƏHMƏDLİ,
Ramiz HÜMMƏTOV

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə,
Azərbaycan Respublikasının Baş Naziri cənab Əli Əsədova
Tovuz ziyalılarının
MÜRACİƏTİ
Hörmətli cənab Prezident!
Hörmətli cənab Baş Nazir!
Bilindiyi kimi, 2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq təcavüzkar Ermənistan Respublikasının silahlı qüvvələri ağır artilleriyadan, minamyotlardan və digər müasir silahlardan istifadə edərək atəşkəs rejimini pozmuş, xüsusi strateji mövqedə yerləşən Tovuz rayonun sərhədyanı kəndlərinə hücuma keçməyə cəhd göstərmişlər. Ağdam kəndinin yaxınlığındakı önəmli postlar uğrunda gedən döyüşlərdə bir neçə yüksəkrütbəli zabitimiz və digər əsgərlərimiz qəhrəmancasına vuruşaraq həlak olmuşlar. Onların sırasında general-mayor Polad İsrayıl oğlu Həşimov və polkovnik İlqar Anzor oğlu Mirzəyev də vardır.WhatsApp Image 2020-07-19 at 11.57.17
Tovuz ziyalıları olaraq xahiş edirik ki:
– General-mayor Polad İsrayıl oğlu Həşimova və İlqar Anzor oğlu Mirzəyevə “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” fəxri adı verilsin;
– General Polad İsrayıl oğlu Həşimovun və İlqar Anzor oğlu Mirzəyevin adlarının əbədiləşdirilməsi üçün Tovuz şəhərinin mərkəzi küçələrindən ikisinə, Tovuz şəhər parkına və Tovuz şəhər stadionuna onların adları verilsin;
– Döyüşlər qələbəmizlə başa çatdıqdan sonra (Biz buna tam əminik) Ağdam kəndində general Polad Həşimov və onun igid silahdaşlarının abidəsi ucaldılsın.

WhatsApp Image 2020-07-19 at 12.07.51

Dərin hörmət və ümidlə Tovuz ziyalıları adından:
“Tovuz” Xeyriyyə Cəmiyyətinin Ağsaqqallar Şurası və İdarə Heyəti

Yazıya 429 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.