Qazaxda Səməd Vurğunun abidəsi ziyarət olunub

24 avqust 2026-cı il tarixində Ədalət Partiyasının təşkilatçılığı ilə Qazax rayonunda Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illik yubileyi münasibətilə şairin abidəsi ziyarət olunub.
Tədbirdə Ədalət Partiyasının Tovuz rayon təşkilatının sədri Məcid Məmmədov, Şəmkir rayon təşkilatının sədri Əli Quliyev, Qazax rayon təşkilatının sədri Etibar Həsənov, Qazax Yazıçılar Birliyinin sədri, şair Barat Vüsal, Səməd Vurğunun Poeziya Evinin müdiri Mətanət İbrahimova, şairlərdən Maarif Həsənoğlu, Mustafa Rasimoğlu, eləcə də Ədalət Partiyası rayon təşkilatlarının üzvləri iştirak ediblər.
Ziyarət zamanı Səməd Vurğunun Azərbaycan ədəbiyyatında, xüsusilə Azərbaycan poeziyasının inkişafında misilsiz xidmətlərindən, zəngin yaradıcılıq irsindən və milli ədəbiyyatımızda tutduğu mühüm mövqedən söz açılıb.
Çıxışlarda Xalq şairinin 120 illik yubileyinin qeyd olunmasının böyük əhəmiyyət daşıdığı vurğulanıb. Bildirilib ki, Səməd Vurğunun əsərləri bu gün də öz aktuallığını qoruyur. Onun poeziyası yeni nəsillərin milli-mənəvi dəyərlər ruhunda formalaşmasına xidmət edir.

Yazıya 32 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.