Elimin Şəhid Oğlu – NATƏVAN MƏLİKOVA yazır…

118247305_165899108397646_5060159276603123951_nŞəhid Əhməd Abdullayevin xatirəsinə həsr olunub…

Qaranlıq gecə.Eşikdə yağan yağış.Güçlü yağan leysan yağiş sürücünün maşini idarə etməsinə mane olurdu.Nəhayət,yağış kəsdi,biz gedəcəyimiz rayona zamaninda çata biləcəkdikAmma mən sürücünün idarə etdiyi maşin yubanmasini,qapisinı döyməli olacağım evə daha da gec çatmağimi istəyirdim.Havanin soyuqluğu,çəkdiyim iztirarabla birləşərək, məni çox üşüdürdü. Mənim bu halimi hiss edən sürücü:-”Baci,Siz üşüyürsünüz?,maşin soyuqdursa istilik mühərrikini işlədə bilərəm.”söylədi.Həyacandan sürücüyə cavab verə bilmədim.Özümə gələndən sonra üzümü sürücüyə tutub gedəcəyim ünvanı zorla ona söyləməyi bacardim
-“Fizuli küçəsinə ,Hüseynağa müəllimgilə gedəsiyəm”Mənim titrək səslə söylədiyim ünvan sürücüsünü də sarsitdi.Sürücü titrək səslə:
-“Bacim yəqin Bakıdan gəlirsiniz?-deyə mənə müraciət etdi.Mən yenə titrək səslə:”-Bəli,Bakıdan gəlirəm deyə sürücüyə cavab verdim.Biz yenə susduq,sanki artiq söhbət etməkdən utanirdiq.Bir az yol qət edəndən sonra sürücü:-*Baci,buyurun bu da arzu etdiyiniz ünvan”.Mən başimi qaldirib qaranliqda işiği daha gür yanan evə diqqətlə nəzər saldım.Küçə qapisindan Azərbaycan respublikasinin üç rəngli bayrağı asilmişdi daş divara belə bir lövhə vurulmuşdu.”Azərbaycan Ordusunun Zabiti şəhit Mayor Əhməd Hüseynağa oğlu Abdullayev bu evdə yaşamişdir”Mən zorla maşından yerə endim, bu qapini döyməyə barmaqlarimin gücü yox idi.Sürücünün səsi məni düşüncələrindən ayirdi:-“Baci çantanızı götürməyi unutdusınız arxa,oturacaqda qalibdir*.Özümə gəldikdən sonra:-Bağişlayin,sizin haqıiniz nə olacaqdir?.Sürücü diqqətlə üzümə baxaraq:-Bacim “Şəhidlər,Ölməz vətən bölünməz” söylədi ,.çantamı tələsik mənə təqdim etdi və mühərrikli işə saldi, maşini sürüb getdi.Uzaqlaşan maşinın arxasınca nəzər salaraq ürəyimdə Bunları söylədim-“Şəhidinin ruhuna hörmət edən sürücü” halal olsun sənə!
Eşikdən gələn səsə evin kiçik oğlu Elnur məhləyə keçdi, məni gördüyü an:-Salam,xoş gəldiniz söylədi.
Mən həyacanlı halda:-*Salam.Xoş gününüzə gəlim” söylədim:- Sizi bu zaman narahat etdiyim üçün üzr istəyirəm.Mənim səsimi eşidən Firizə /Roza/ xala:-Səndən,ininciyərəm nə üçün belə söyləyirsən.Yad evə gəlmədin,öz yaxinlarinin evinə gəlibsən .Mən yaxinlaşib Firuzə xalayla görüşdüm, onlarla bir araya gəlmək,bir masa arxasında əyləşmək mənim, üçün olduqca çətin olacaqdı.Firuzə xala öndə,mən arxasınca geniş otağa daxil olduq.Bu gün ailənin bütün üzvləri bu masa arxasında əyləşmişdilər.Onlar ayağa qalxib:-Xoş gəlmişsiniz!söyləyərək mənimlə görüşdülər və masa arxasında əyləşmək üçün mənə yer təklif etdilər. Otağın hər bir güşəsini
Əhmədlə birgə Hüseynağa müəllimin şəkıləriylə bəzəmişdilər.Roza ana üçün çətin idi, o gün haqda söz açmaq ,amma şəhid oğlu Əhməd haqqinda hökmən danişmliydi bicarə ana.

Firuzə xanim işdən evə döndüyü zaman kiçik oğlu Elnurun qaynanası Xanımgül xanimin onlarda qonaq olduğunui görür.Qudasının günün bu saatında onlara gəlməsi ananın qəlbinə şübhə toxumları səpir,amma susur, yalnız:”Salam Xanimgül baci,xoş gəlmisən”,-söyləməklə kifayətlənir.Xanimgül xanim titrək səslə:”Salam,Firuzə bacim,xoş gününəzə gəlim”,Firuzə xanim hiss edir ki,qudası çox həyacanlıdır,amma onun həyacanının səbəbinin nə olduğunu soruşmur, dünya görmüş Firuzə xanim çox təmkinli ana idi, əvvəlcə qudasıyla rahat əyləşib bir stəkan çay içməyi düşündü.
Firuzə xanim tələsik yataq otağına keçir,əynini dəyişir və mətbəxə qayıdır.Təmkinli ana qonağını üzməmək üçün gəlini Nuridənin onlar üçün hazırladığı çaydan qudasıyla üz-üzə əyləşərək bir stəkan içir və çayları bitdikdən sonra üzünü qudasına çevirir:
-Xanimgül, baci sizi dinləyirəm,nə üçün bu qədər həyacanlisiniz,axi nə olub,məndən nəyi gizləyirsiniz?
Ananın verdiyi bu sual onu yenidən həyəcanlandirir, quda titrək səslə:
-Firuzə baci,indicə Tərtərdən-hərbi hissədən zəng vurmuşdular,Əhməd yaralanıb,evə gətirirlər,on beş dəqiqəyə burada, yəni evdə olasıdırlar. Bir kəlmə söz ananı çox düşündürür-“Əhməd yaralanib”. -Nə üçün? onu Azərbaycanın məşhur hərbi hosbitallarına deyil,Cəlilabada gətirirlər.


Sovet ittifaqının daha geniş vüsət aldığı bir dövr idi.Onlar bu bəxtəvər illərdə ailə həyatı qurmuşdular. Cəlilabad rayonunda yaşayan gənc ailələr bu, gənclərin firavan yaşam tərzlərinə həsəd aparırdılar. Firuzə xanım tibb bacısı işləyir, Hüseynağa müəllim isə hər zaman yüksək vəzifələrdə çalışardı.
Bu ziyalı ailədə ilk övlad dünyaya gəldi, kiçik qızcığaza Xəyal adı verildi. İlk övladın dünyaya gəlişinin sevincindən bihuş olan gənc valideyinlər qanad taxıb uçmaq istəyirdilər.Firuzə xanım ailənin yeganə övladı idi.Hər zaman övladlarının çox olmasını arzulayardı.Bir il ötəndən sonra ikinci qizları dünyaya gəldi. Ana övladına sevinə – sevinə Vüsalə adını verdi.Bu gənc ailə və ailədə iki övlad sevinc içində,xöşbəxt,firavan ömür sürürdülər. Firuzə xanım iki nömrəli uşaq baxçasinda Tibb bacısı işləyirdi,qızlar anaları ilə birgə bağçaya gedirdilər.Gənc ailə rayonda böyük hörmətə sahib idilər.Hamı onlara oğul övladlarının olması üçün dualar edirdilər.Bəli,bütün anaların böyük arzusuydu oğul anasi olmaq.İki qiz övladına bir qardaş hökmən lazim idi.
Nəhayət ,1976-ci il iyul ayının 30 -da bu xoşbəxt ailənin üzünə tale güldü, ailədə bir oğlan uşağı dünyaya gəldi.Valideyinləri bu uşağa Əhməd adını verdilər.Əhməd sürətlə böyüyürdü,sanki tələsirdi,daha tez böyüyüb əvvəlcə bağçaya,sonra isə məktəbə getmək istəyirdi. Balaca Əhməd bağçada belə hamıdan seçilərdi, tərbiyəçilərin,qonşuların sevimlisi idi.Hamı bu kiçik oğlanın gələcəyinin parlaq olacağını indidən hiss edirdi.Olduqca dəcəl idi, insanlar onu qaynar qazana bənzədirdilər,bir məkanda oynamağı heç sevməzdi.Bacısı Vüsalə Cəlilabad rayon 7 nömrəli Beynəlmiləl orta məktəbində rus bölməsində oxuyurdu.Məktəblə ev arasında olan məsafə çox uzaq idi,onlar,yəni valideyinləri istəmirdilər ki,Vüsalə məktəbə tək gedib gəlsin.Odur ki,Əhmədin də rus bölməsində oxumasını istədilər.
Kiçik yaşlı Əhməd valideyinlərinin bu istəyinə qarşı üsyan edir:
-Ata,ana mən Azərbaycanlıyam, mən Azərbaycan məktəbində oxumaq istəyirəm. Mən öz vətənimin,dilimin keçmişini öyrənmək istəyirəm,mənə vətənimin tarixi,mədəniyyəti ,keçmişi,bu günü,sabahi lazimdir rusun deyil!
Əhməd 1983-cü ilin sentyabr ayında Çəlilabad rayon 8 nömrəli orta məktəbin birinci sinifində oxumağa başlayır.O bütün müəllimlərin və şagirdlərin sevimlisinə çevrilmişdi.Vətənimizin üzərini qara buludlar alan zaman o, bir yerdə qərar tuta bilmirdi, kiçik yaşlı olduğu üçün özünü qınayırdı. O hamı kimi doğulmuşdu,amma hamı kimi yaşamağı qəbul etmirdi.O, idmani çox sevərdi, .İdmanın bütün növləri ilə məşğul olardı.Şahmat məktəbinə gedər,karate ilə məşğul olardı,güləşmək ən böyük hobbisi idi,güləşsiz bir günü keçməzdi.Kiçik qəlbinə böyük arzuları sığmırdı,əsgər olmaq arzusuyla yaşayırdı. Ən böyük arzusu hərbiçi olmaq idi,vətənini mənfur düşmənlərdən təmizləmək üçün kiçik yaşlarından cəbhəyə getməyi düşünürdü.Hərbiçi olmaq arzusunu ilk atası ilə bölüşdü.
Əhməd:
-Ata,mənim arzum hərbiçi olmaqdır,izin verin sənədlərimi C.Naxçıvanski adına Hərbi məktəbə təqdim edim,oxuyub,hərbiçi olum,vətənimi mənfur düşmənlərdən təmizləməkdə hərbçilərimizə yardım edim.Vətənimizin torpaqlari düşmən tapdağindan xilas olacağı günədək, mən rahat olan deyiləm.Ata,Hüseynağa müəllim oğlunun bu arzusuna qarşı çıxmır,bir ata kimi oğlunun arzusuna yardımçı olur.
-Oğul,vətənimizin sənin kimi cəsur oğlanlara böyük ehtiyaci vardir,-söyləyir və oğluna xeyir-dua verir.Amma Firuzə ana həyat yoldaşından fərqli olaraq oğlunun bu arzusuna qarşı üsyan edir.
-Oğul,mənim sizdən başqa heç kimim yoxdur, gözüm yalnız sizi,yəni dörd övladımı görür.Oğul,bu arzunu unut, çox qorxuram,vətənimiz müharibə şəraitindədir, bilmirəm sən nələrlə üzləşəcəksən.
Əhməd:
-Ana,mən səni gözəl anlayıram ,bilirəm ki,sənin bizdən başqa yaxının yoxdur, mən minlərlə sənin kimi yalqız anaların övladlarını qorumaq üçün hərbiçi olmağı düşünürəm.Vətənimin torpağı düşmən tapdağı altında qalarkən mən necə yaşaya bilərəm ana!!! Sən məni dünyaya vətənimi qorumaq üçün gətirmisən.Ver mənim xeyir-duamı gedim,arzularıma çatım,canim anam! Oğlunun söylədiklərini,onun qəlbində yaşatdığı arzularını dinləyəndən sonra ana oğlunun arzusuna qarşı çıxmır.
Ana:
-Oğul, vətən adlı sevgili hər bir igidi öz əsirinə çevirmişdir,mən səni sevgilindən ayirmaği bacara bilməyəcəyəm. Bu sevgi bitib-tükənən deyildir.Unutmayaq,torpaq hər zaman çəkici olur,bütün sevdiklərini öz qucağında bəsləməyə qadirdir!Get oğul,tutduğun yol haqq yoludur.Bu yol üçün sənə etiraz etməyi bacarmadim,yolun açıq,uğurların bol olsun!Anasından bu sözləri eşidən Əhməd ayağa qalxıb anasına yaxınlaşdı:
– Canım anam!Sənin əzəmətli çöhrənə vüqarlı baxışına qurban olum,söyləyir və anasının əllərindən , gözlərindən öpərək ona bunları söyləyir:
– Gözəl anam,bu söylədiklərimi unutma, mənim söylədiklərim dünyaya oğul gətirən anaların hamısına şamildir.Siz ,biz oğulları vətəni qorumaq üçün dünyaya gətirdiniz,çünki Vətən adlı ananın, siz analarin dünyaya gətirdiyiniz oğullarınıza hər bir zaman böyük ehtiyacı vardır.”Orduda xidmət etməyən kəs cəmiyyətdə hörmət qazana bilməz”, “Şəhidlər ölməz,vətən bölünməz ana”!Biz vətən oğullarıyıq ana,vətən üçün yaranmışıq,vətən yolunda sonsuzadək döyüşəcəyik,vətən yolunda ölməyə bele haziram..
Səhəri gün ata və oğul Bakıya Naxçıvanski adına Hərbi məktəbə gəlirlər və Əhmədin sənədlərini qəbul komisiyasina təqdim edirlər.İmtahanlarını müvəffəqiyyətlə verən Əhməd həmin məktəbin tələbəsi olur və Ramin Səfərovla birgə oxuyur.Dəslərini əla oxuyan Əhməd birinci kursu bitirdikdən sonra yay tətilində istirahət etmək üçün rayona gəlir. Günlərin birində Hüseynağa müəllimin adına həmin məktəb rəhbərliyi adindan belə bir teleqramma gəlir:“Oğlunuz Əhməd Abdullayevlə birgə sabah Hərbi məktəbdə olmalısınız.
Belə ki,1992-ci ildə ilk dəfə Azərbaycanda,yəni Çəmşid Naxçivanski adina hərbi məktəbdə müdavimlər arasında seçim turu keçirilir və yaxşı oxuyan müdavimlər Türkiyə Respublikasında oxumağa göndərilməli idilər.Bu müdavimlər arasında Əhməd Abdullayev də var idi.Seçmə turun imtahanlarını müvəffəqiyyətlə verən Əhməd Abdullayev İstanbul Hərbi Liseyinə qəbul olur. Bu liseydə oxumaq həyatın onun üzünə güldüyünü, hərbiçi olmaq arzusunun daha da çiçəkləndiyini hiss etdirir.Vətən sevgisi,mənfur erməniləri məhv etmək arzusu ona hərbin gizli sirlərini öyrənmək üçün güc və qüvvət bəxş edirdi.Dörd il bu liseydə oxuyan Əhməd hərbin bütün sirlərinə vaqif olur .Oranı müvəffəqiyyətlə bitirən Əhməd 1996-ci ildə yenidən imtahan verir. Ankaradakı Hərbi Akademiyada təhsilini davam etdirən Əhməd Abdullayev bu Akademiyada yenidən igid zabitimiz Ramin Səfərovla birgə oxumağa başlayır. 2000-ci ildə “Karahali Okulu” adlanan Ali Hərbi Akademiyanı fərqlənmə diplomu ilə bitirən zaman Akademiyanın xatirə albomunda belə bir xatirə şeiri yazır:


Kurtuluş ey nazlı,sevimli peri
Gönülden vurgundur sana Azeri,
Dişimle kırarım,bir gün gelirde
Bagrına saplanan kanlı hançeri.
Yaşa ey hasretle dogan İstiklal,
Yaşa ey Türk,yaşa ey güzel Hilal.

Əhməd istehkamçı kimi İzmir şəhərində kursa gedir.
Sənəti ilə əlaqədar dünyanın bir çox ölkələrində-Almaniyada,İsveçrədə keçirilən hərbi təlimlərdə iştirak edib.
2001-ci ildə Azərbaycana qayıdan Əhməd “N” saylı hərbi hissədə baş leytenant rütbəsi ilə işə başlayır. 2001-ci ilin sonundan Xüsusi Təyinatlı Qüvvələrə məxsus “N” saylı hərbi hissədə xidmətə daxil olur bu hissədə düz on il çalişir.Əhməd 2003-2004-cü illərdə NATO-nun hərbi təlim-məşqlərində Azərbaycan Ordusunu təmsil edərək İsveçrəyə və Kipirə göndərilir.
Bütün analar kimi Firuzə ananın ən böyük arzusu idi oğlu Əhmədin toyunu görmək, amma oğul evlənməyə razılıq vermirdi.Vətən sevgisi onu bütün sevgilərindən ayrı salmışdı.O,böyük məhəbbətlə aşiq idi vətəninə.Nəhayət, Əhməd evlənmək üçün anasına razılıq verir.Ana oğluna yaxın rəfiqəsi rayon Mərkəzi Xəstəxanasında çalışan Səmayə xanımın ağıllı qızı Ulduzu gəlin seçmişdi.Əhməd anasinin bu arzusuna qarşı çıxmır:-Ana,sən mənim arzuma qarşı çıxmadın, hərbiçi olmam üçün razılıq verdin.Mən sənin ürəkdən bəyəndiyin qızın sevgisinə qarşı etirazımı bildirməyəcəyəm.Mən Səmayə xalanın son beşik oğlu Xalidlə bir sinifdə oxumuşam.Ana,mən elə bir qızla evlənmək istəyirəm ki, o,qızdan bezməyim,ürəyim hər zaman ona bağlı olsun.Evə gəldiyim zaman sevinim, onu gördüyüm hər an ona daha çox bağlanım.İnanıram ki,sənin seçdiyin qız mənim arzularımın qızı olacaqdır.Ana gülümsəyərək:”Oğul, analar heç bir zaman yanılmazlar.İnşallah Ulduz gəlinimdən razı qaldığın zaman mən sənlə ürək dolusu söhbət edərəm”.Ulduz adina layiq gəlin və həyat yoldaşı olacaqdır oğul.

Ulduz xanımın valideyinləri rayonda tanınmış bir nəslin nümayəndələrindən idilər.Atası Cəbrayılov Ramiz rayonda böyük tikinti idarələrinin birində baş iş icraçısı vəzifəsində çalışırdı.Onlar ailədə beş uşaq idilər.Ulduz xanım Cəlilabad rayon Pedaqoji kollecində İngilis dili fakültəsini bitirmiş və sonra Bakıda müəllimlər Universitetinə daxil olmuşdu.
Ulduzla Əhməd ilk dəfə paytaxtda görüşürlər.İlk tanışlıqdan sonra Əhmədin Ulduza söylədikləri bunlar olur: “Unutma mən hərbiçiyəm,mənim vətənə olan sevgim bitib tükənməzdir.Vətən yarası sağalanadək, bəlkə,mənim yanlış hərəkətlərimlə üz-üzə gələ bilərsən, o zaman məni bağışlaya biləcəksənmi?
Ulduz xanim:
-Bu gün vətənimizin üzərini qara buludlar alıbdir,bu hal hər bir Azəri övladı kimi mənim də yaralı tərəfimdir.Sən hərbiçisən,mən bunu gözəl anlayıram, yəni vətənimin keşikçisi olan bir insanla ailə həyatı qururam,hərbiçi olan insanın həyat yoldaşı ona layiq olmalıdır,qəlbləri hər zaman vətən üçün birlikdə döyünməlidir.Hərbiçi yoldaşı olmaq qadın üçün şərəfdir,mən gələcək həyat yoldaşımın hərbiçi olmasıyla qürur duyuram.Əhməd gülümsəyərək:
-“Ulduz,Şamil balaca boylu bir insan olub,amma Şamili, Şeyx Şamil edən onun ağıllı,diplomat qadinı olmusdur.
2005-ci ildə onların toyları olur. Ulduz adı kimi bu ailəyə işıqlı günlər bəxş edir. Firuzə xanımı ana,Hüseynağa müəllimi özünə ata sanır.Onlar Ulduzu gəlin kimi deyil, özləri üçün üçüncü qız övladı kimi qəbul edirlər.Ailədə olan bu isti münasibət Əhmədi daha da çox sevindirir.Düzdür onlar hər ikisi analarinın raziliği ilə ailə həyati qurmuşdular.Ailə həyati qurduqdan sonra onlar biri-birinə çox möhkəm bağlanmişdilar.Artiq bu möhtəşəm sevgidən iki oğul övladları gəlmişdi dünyaya.İlk oğul övladlarına Hüseyin adını verirlər.İkinci övladlarının adını isə Nihat qoyurlar.Ailə çox xoşbəxt və firavan yaşayırdı.Əvvələr Əhməd Ulduzu çox qısqanırdı,onun telefon nömrəsini bir insan bilmirdi.Əhmədin ən böyük arzusu odlu-alovlu döyüşlərə qatılmaq idi.Sakit hərbiçi ömrünü qəbul etmirdi Əhməd. 2010-cu ilin mart ayında öz ərizəsi ilə Tərtər rayonu ərazisində yerləşən “N”sayli hərbi hissədə xidmətini davam etdirir.Əhməd çox gözəl mina basdıran idi.Əsgərləri komandirləri haqda bunlari söylərdilər:
-“O basdırdığı minaların yerini belə unutmurdu,döyüşə hər zaman öndə gedərdi, çünkü o, əsgərlərini minaya düşmələrindən, hər bəladan qorumağı bacarırdı.Biz onu özümüz üçün həm komandir,həm
valideyin sanardıq.Komandirimiz bizlər üçün söylədiyi bir söz var idi“Əsgərlər,siz mənə əmanətsiniz,vətənimi qoruduğum kimi sizləri də qorumağı bacarmalıyam”.Əsgər yoldaşlarımızdan birinin atası dünyasını dəyişmişdi,pulu yox idi dəfn mərasiminə getmək üçün,komandir öz puluyla onu evlərinə yola saldı.Beləcə hər birimizin maddi-mənəvi cəhətdən qeydimizə qalardı.
Artıq ailəsi yanında yaşayırdı.Tərtərdə yaşadıqları müddət ərzində kirayədə qalırdılar.Övladları atalarını çox sevirdilər.Ulduz xanımla evləndiyi üçün özünü xoşbəxt sanırdı Əhməd.Gec ailə həyatı qurduğu üçün özünü çox qınayırdı,peşiman olmuş Əhməd bunları söyləyirdi:
-“İşimi sevirəm,ailəmi sevirəm,bundan gözəl nə var həyatda,Ulduz həyatımın qadını,övladlarımın anasıdır.Bu xoşbəxtlik yetir mənə.Allah bizi ayırmasın.Ən böyük xoşbəxtliyim Qələbə günü olacaqdır.
Mübariz İbrahimovun ölümü onları çox üzürdü,cəsədinin düşmən torpağında qalması gecə-gündüz onlara rahatlıq vermirdi.Fərid Əhmədovla birgə onun cəsədini vətəninə qaytarmaq üçün yollar axtarırdılar.Demək olar ki hər gecə düşmən torpağına kəşfiyyata gedərdilər.Amma heçnə əldə edə bilmirdilər .Nəhayət,arzuladiqları an gəldi.2010- cu il sentyabrın 3-ü, Əhmədin telefonuna gələn axrinci zəng və evdən çıxmaq istədiyi zaman balaca Nihat onun ayağını qucaqlayıb :“getmə ata”,- söyləyir.Bu iki söz balaca Nihatın atasına söylədiyi ilk və son sözü olur.Amma daha gözləyə bilməzdi,ona verilən xəbərə görə atışma başlamışdı o, hökmən özünü döyüş bölgəsinə çatdırmalı və bu döyüşdə iştirak etməliydi.Hüseyinlə Nihatın boynunu qucaqlayan Əhməd üzünü həyat yoldaşı Ulduz xanıma tutaraq:”Yaxın gəl,səni də qucaqlayım,bu gediş bəlkə də son gediş ola bilər”.Bu döyüş çox əhəmiyyətli döyüş olacaqdır.
– Bizim üçün dualar edin bu döyüşdə bütün olanlara son verilə bilər,Çünkü bilmirəm hansı çətinliklərlə üzləşə bilərərik,nədənsə ürəyimə çox pis hadisələr gəlir, özünüzdən muğayat olun,sizlər üçün çox qorxuram,- söyləyir və otağı tərk edir.Sürətlə gedən maşın onu döyüş bölgəsinə çatdırmışdı.”Vətən sağ olsun igidlər!”- Söyləyərək özünü od-alovun içinə atır.Komandirlərinin gəldiyini görən Fərid Əhmədov israrla –“siz geri qayidin,axı sizin övladlarınız var,-söyləyir, amma otuz dörd yaşlı Mayor Əhməd gülümsəyərək:
– -mənim evimdə iki əsgər böyüyür,sən mənim üçün narahat olma,Bu gün məni iki hal düşündürür əsgərim Mübarizin cəsədini ermənilərin əlindən xilas etmək və onun çəsədini valideyinlərinə çatdırmaq.
– Onlar artiq düşmənlə qeyri-bərabər döyüşə qatılmışdılar .Düşmən döyüşçülərinin atdığı güllə ilə öncə bir əsgəri yaralayırlar,Əhməd həmən yaralını döyüş bölgəsindən çıxarır. O,yenidən geri qayıdır,onun məqsədi Fəridə köməyə çatmaq idi,çünkü Fərid çox irəliləmişdi.Onlar biri-birilərini qoruyaraq gözdən buraxmayirdilar.Elə bu an düşmənlərin Fəridi yaraladığini və kökündən qopan qollu,budaqlı ağac kimi yerə yixildiğini görür,onun çansiz bədəninə yaxınlaşmaq istəyən Əhmədi namərdlər qolundan və döş qəfəsindən yaralayirlar, yaralanmağı onu üzmür.Onu üzən iki yaxın dostu Mübarizlə, Fəridin meyidlərinin erməni torpağında qalması olur.Üzünü göylərə tutan Əhməd:-Biz övladlarinı bağışla Allahim,biz vətən torpağinı mənfur düşmənlərdən xilas edə bilmədik!!!!
– Ana,bağışla məni məni dünyaya sən gətirdin,amma vətənimi daha çox sevdim, bu gün vətən yolunda qurban gedirəm!Çünkü sənə söz vermişdim,mənim amalin sənin kimi bacisiz-qardaşsiz ,vətənsiz,evsiz-eşiksiz insanlari qorumaq idi.Həştərxanimızi,İrəvanimızı,Borcalimızı,Cənubi Azərbaycanımız, xainlər əlində əsir qalan torpağimizı mənfur düşmənlər əlindən xilas etmək idi.Ana bunları düşünmək bir əzabdır çünkü mənim vətənim bütöv Azərbaycanım neçə hissəyə parçalanmişdir,sən hər zaman söylədin vətən bölünməz.Amma mənim vətənim çox hissəsi bölünmüşdür!!!Amma sonadək bacarmadım ana!…namərd gülləsi bizi susdurmağı bacardi,sevdiyin gəlinini,nəvələrini sizə əmanət edirəm, mənim dağ cüssəli anam,çünkü mənim sevdiklərimi yalnız sən qoruya bilərsən!Sən mənim üçün çox qorxurdun,bu da qorxunun sonu ana, unutma ana kimi,torpaq kimi yar tapmaq olmaz!Unutma ana “Şəhidlər ölməyirlər”,onların yolunu gözləyən,minlərlə şəhidlər vardir.Ulduz,Hüseynin və Nihat ölən cismimdir, unutmayın hər zaman sizi göylərdən izləyəcəm.Xoş günlərinizdə ürəkdən sevinəcəm,sizinlə birgə deyibgüləcəm.Başin sağ olsun bütöv Azərbaycan zaman gələcək bütöv Azərbaycan torpaği birləşəcəkdir,,” şəhidlərin ruhu yalniz o zaman şad olacaqdır’.
– “Mübariz,Fərid,məni bağışlayın,sizin nəşinizə sahib çıxa bilmədim”,- söyləyir və bu zaman əsgəri yarali komandirinə görür,onu bu halda görən əsgər:
– -“ Cənab Mayor”,-deyərək özünü onun yanına çatdırır və tozlu-torpaqlı üzünü silir.Əhmədin əsgərinə söylədiyi son sözü bu olur:”Fərid düşmən əlində qaldı,onu gətirə bilmədim”,- söyləyir və gözlərini əbədi yumur.Beləcə Əhməd Abdullayev şəhidlik zirvəsinə ucalır.
– Evini,ailəsini tərk edəndən sonra Ulduz xanım sanki yatmışdı,o yatdığı yuxusundan ayılır:
– -Allahım,Əhməd nə söylədi, bu axırıncı gedişdir?Səhərə kimi yatmayan Ulduz həyat yoldaşı və əsgərlər üçün dua edir.Amma bu duaları eşidən yox idi,Əhmədin söylədiyi kimi bu gediş son gediş idi, onlar birdə geri qayıtmayacaqdıar.Yaxinlari hər zaman Əhmədı,Fəridi,Mübarizı axtaracaqdilar.
– Sübhdən gələn zəng səsinə oyandı Ulduz,telefonu açdığı zaman Əhmədin yaxını: “Bacı, hazırlaşın xəstəxanaya getməliyik”,- söyləyir.Xəstəxanaya çatan Ulduza Əhmədin yarali olduğunu söyləyirlər.Amma yarali Əhmədli Ulduza göstərmirlər , sonda Ulduzu morqa aparırlar və Əhmədin cəsədini ona göstərirlər. Qolundan və döş qəfəsindən yaralanan 34 yaşlı gənc mayor çoxlu qan itirməsi nəticəsində dünyasını dəyişmişdi. Ulduz nələr olduğunu anlamırdı ,gözünü açanda özünü həyətda daş üstə oturduğunu görür.Cəlilabaddan Tərtərə gələn Elnur qardaşının cəsədini gördüyü an özünü itirir.Həkimlər onu zorla özünə gətirirlər.Tərtərdən Cəlilabada gedən maşın karvanının önündə Əhmədin cəsədi aparılan maşın gedirdi.Arxada gələn maşında Ulduz,uşaqları və qaynı Elnur əyləşmişdi. – Balaca Hüseyin:
– ”Bilirəm atam ölüb,o maşında onu aparırlar.Mən atamsız yaşamaq istəmirəm,atamı istəyirəm”.Oğlunun bu istəyinə dözməyən Ulduz xanım hayqıraraq:“Hüseyin,oğul atanı nə tez istədin,bəs atasız yaşayacağın həyatla sən necə razılaşacaqsan?Allahım,bu nə zülmdür bizə etdin,nədi bu körpələrin günahı?!! Kimdir günahkar,mən övladım qarşısında acizəm,həmin insanlar gəlsin mənim körpə övladımı ,təsəlli etsin!”
– Əhməd evdə az yaşlı oğluyla hər zaman həm söhbət olardı,onu indidən vətənpərvər bir insan kimi böyüdərdi,Hüseynin televizorda seyr etdiyi çizgi filimlərində döyüşçülərin həlak olmasinin həqiqət olduğunu anladardi,çünkü igid ata oğlunu bütün baş verəcəklər üçün indidən hazirlayirdi.Yəni ata övladına kiçik yaşında ölümün həqiqət olduğunu aşilayir dünyasini dəyişən şəhidlərin övladların şəkilləri ilə onu tanış edirdi.O uşaqların necə atasız böyüməsi haqda balaca
Hüseynə sanki həyat dərsi keçirdi ,onun şəhid övladlarinin şəkillərini oğluna göstərməkdə ,məqsədi oğlunu atasizliğa hazir etmək idi.Yəni oğlum körpə yaşlarından anlasın ki, bir gün mənim atam bu həyatda olmayacaqdir.Odur ki,bu gün kiçik Hüseynin artiq atasinin yoxluğunu,dünyasını dəyişdiyini çox gözəl bilirdi.

– Bəli,Roza ana həsrətlə yaralı oğlunun gəlişini gözləyirdi ,amma qapısına Azərbaycanın üç rəngli bayrağı ilə bəzədilmiş qara maşın gəldi,bu maşini sürən sürücü ananin gözlərinə baxmağa xəcalət çəkirdi.Bu gün Azərbaycan ordusunun zabiti,mayor Əhməd Abdullayevi öz vətəni Cəlilabad rayonuna sonuncu dəfə igid əsgər kimi deyil,şəhid kimi gətrilmişdi.
– -“Oğul,çatdın arzuna, sənin vətən adlı sevgilin səni Ulduzdan,Hüseynindən Nihatından çoxmu sevdi?!Vətən adlı valideydin ata,ananın səni qoruya bilməyəcəyini bildiyi üçün səni öz ağuşuna nə tez aldı.Ananın qucağına sığmayan oğul!Vətən torpağı çox vəfalıdır,səni heç kimsəylə paylaşmayacaqdır cünkü, o çox qısqancdır.Sonuncu yar qara torpaqdır oğul! O,səni bizdən çox sevdi,mən səni nazla böyütdüm,ayağına daş dəyməyinə razı olmadım,amma o, səni yaralarınla birgə ağuşuna aldi .Bu gün mən şəhid analarının nə ilki,nə də sonuncusuyam.Oğul bu gün mən sənin üçün ağlamayacaq,çünkü sən mənim üçün hər gün yenidən doğulub,yenidən öləcəksən.İllərlə sənə ağlamaq, üçün məhz bu gün ağlamıram!!!!
– 2010- cu ilin 4 sentyabr günü bütün Cəlilabadlıların yaddaşına ömürlük həkk oldu.Bu gün Cəlilabad rayon qəbirstanlığı şəhid Mübariz İbrahimovun cəsədini ermənilərin əlindən xilas etmək üçün, qeyri-bərabər qanlı vuruşmada qəhrəmancasına döyüşüb Şəhidlik zirvəsinə qovuşan mayor Əhməd Abdullayevin nəşini öz qoynuna aldı.Rahat yat şəhidim, məkanın cənnət olsun,sonda çatdın arzuladığın arzularına!Ulu babaların dəhşətli Şamaxı zəlzələsindən sonra , gələcək nəsilləri rahat yaşasın deyə bu diyara köç etmişdilər.Amma ölümdən uzaq qaçmaq olmazdıkı,iki düşmən gülləsi sənin bütün istəklərinə,arzularina son verdi mənim, şəhidim!
– Bəli,bu gün bu ailə üzvüləri ilə bir masa arxasında əyləşmək ,onlarin igid şəhidimiz haqqinda ürək sözlərini dinləmək mənim üçün çox çətin idi.Artiq Hüseynağa müəllim həyatda yoxdur.ata ürəyi oğul dərdinə tab gətirməyib.dünyasini dəyişd.i .Mən onun şəkillərinə baxaraq onun oğlu haqqinda olan düşüncələrini öz ürək sözlərimlə yazdim.

– Hüseynağa müəllim:
– – “Oğul, “vətən naminə vuruşacam, vətənimi xilas edəcəm”,-söylədin və bu da son. Arzuladiğin Şəhidlik zirvəsinə yüksəldin, rahat yat oğul, məkanın cənnət olsun! Sən vətən torpağini azad edə bilmədin,arzun xilas olmuş vətən torpağıni görmək,azad olmuş vətən torpağinı qucaqlayıb öpmək idi,indi soyuq məzarinda rahat yat,çünkü vətən torpaği səni qoynuna aldı.
– Oğul acısına dözməyən Hüseynağa müəllim sizin də ruhunuz şad olsun.Şəhid atası məkanınız cənnət olsun! – Firuzə ana:
– Bəli, mən Şəhid anasıyam!Düz otuz iki ildir bizim şəhidlərin sayı günü-gündən artir!Üzümü şəhid analarina tutaraq bunlari söyləyirəm:-“Bu günədək Şəhid olan vətən oğulları hər birimizi doğma övladımızdir. Köksümüzdə daşidiğimiz yara tək övladimizin deyill,bütün şəhidlərimizin yarasidir! .Vətənimizin şəhid oğullariyla biz analar qürur duyuruq,çünkü onlar vətən uğrunda şəhid olublar.Bu əsgərlərin bir arzusu var idi,vətənimizi qəsbikarlardan təmizləmək,Böyük Qarabağmı,mənfur ermənilərin tapdağı altında əsir qalan rayonlarimizi, bizim övladlarimizin layiqli davamçıları bir gün xilas edəcəkdir Qalxin ayağa Şəhid anaları, vətən torpaqından yağılara pay olmaz!!!”Hani mənim Şuşam,laçinim,Ağdamim,Zəngilanim,Kəlbəcərin,Cəbrayilim,Xocalım!
– -On ildir mənim oğluma zorla dünyasini.dəyişdiriblər!!!Oğul,sənsiz həyatımın günəşi söndü !Gecələr yuxularimin qonağı oğul,çox ağladığım üçün, məndən inciyən oğul,övladlarının halını hər gecə məndən xəbər alan oğul.! Mənim oğlum ağıllı,vəfalı oğul idi!Vətənini ,əsgərlərini çox sevərdi, əsgərlərinin üzərindən bir ata kimi nəzərini çəkməzdi,onlarin qeydinə qalardi.Bu gün oğlumdan mənə yadigar qalan sevimli Ulduzu və iki övladidir,mənim yaşama səbəbim oğlumun yadigarlaridir.Vətəni üçün doğulub,vətən naminə Şəhid düşən oğul Ruhun şad olsun !Kim söyləyir ki,illər sənin yarana məlhəm olacaqdır,analarin qəlbinə vurulan övlad yarasi üçün məlhəm heç bir zaman tapilmayacaq.O yara hər il bir azda böyüyərək,daha geniş kök atır.Firuzə ana ürək sözlərini söyləyir,amma mən bu qadinin aq saçlarına baxmağa utanirdinm belə ki,oğul dərdi.ananin gecə kimi qara saçlarını ağappaq qara çevirməyə qadirmiş.
– Səmayə xanim:
– -Mən hər zaman qızım Ulduza söyləyirdim,biz müharibə şəraitində yaşayan ölkənin vətəndaşlarıyıq, qızım, sən hərbiçi yoldaşısan,unutma sən hər zaman baş verəcək hadisələrə hazır olmalısan,cünki düşmən gülləsi yaxşını pisdən ayıran bilmir. – Bacisi Vüsalə:
-Əhmədin ölümü Azərbaycanın kəşfiyyat məktəbinə vurulan böyük bir zərbəydi.Onun öldüyü zaman Azərbaycan ordusu olduqca savadlı bir zabitini itirdi.Mənfur ermənilər bu gün belə bizim igid generllarimızı,hərbçilərimizi xaincəsinə məhv edirlır.Mən qardaşimin məzarına baxanda yalniz bunlari düşünürəm:-“Qar kimi soyuq,daş kimi bərk qardaş” sən,məndən kiçik idin,amma böyük qardaş kimi hər zaman sənə hörmət edərdim,çünkü baci böyük qardaşini çox sevər ,fərq etməz o, qardaş səndən yaşca böyük olsun və ya kiçik.Olduqca ağıllı,savadlı qardaş idi,ingilis,ərəb,,erməni dillərini çox gözəl bilirdi.Daima ingilis dilində bədii əsərlər oxuyardı.Yerə göyə siğmayan uca boylu qardaş o, məzara necə siğdin. …Artıq mənim telefonuma qardaş zəngi gəəlməyəcəkdir,qapımı birdə qardaş əli döyməyəcəkdir.Daha qardaşım mənim evimdən heç bir yerə getməyəcək,gözüm hər zaman səni axtaracaq !
– Elnur:
– -Əhməd məndən yeddi yaş böyük idi,mən hər zaman qardaşımla fəxr etmişəm,çünki mənim qardaşım olduqca savadlı,ağıllı, düşünmədən addım atmayan insan idi. Əhməd öz telefonunu mənə hədiyyə etdi:” mən yaxşı işlədə bilmirəm, al sənin olsun”,- söylədi.Son gəlişində söhbətimiz yalnız Mübariz İbrahimov haqqında oldu.Şəhidimizin cəsədini geri gətirmək iüçün gecə-gündüz çixiş yolu axtarirdilar.Mübarizin ölümü onu diri gözlü məhv etmişdi.Onun cəsədini gətirməyə getdiyi zaman ən yaxın dostunu-Fəridi itirdi,çünki Fərid daha da irəliyə getmişdi.Bizim ev hər gün Əhmədin əsgərləri ilə dolub-boşalır,onlar keçmiş komandirlərini bu gün belə unutmurlar.
– Böyük baci Xəyal hamidan gözəl xatirlayirdi qardaşinin uşağliq illərini:
– -Əhməd canim qardaşim “kiçik yaşlarımda, səni beşikdə yelləyərkən özümdən biixtiyar sənə lay-lay çalmişdim,laylayimi
– dinlərkən bir anliq üzümə baxdin və gülümsədin.Bilirəm,bu gün eynilə o zamanki kimi gülümsəyirəm.Cünkü,çünkü arzuladiğin şəhidlik zirvəsinə yüksəldin!!.”Şəhidlik ən böyük zirvədir”.!!Rahat yat qardaş,yeni soyuq məzarın mübarək olsun!.Biz heç səndən doymadıq,sevdiyin vətən torpağı,
– səni bizlərdən,yəni yaxinlarindan ayirmaği çox gözəl bacardi qardaş’! “Şəhidlər hər zaman anilmalidir ki,Vətən taninsin”!. Ulduz xanim:
– O,mənim ən yaxın dostum,qardaşım,atam,anam,həyat yoldaşım ,uca varliğim idi.Bu gün mənim üçün Əhmədsız ömür sürmək olduqca çətindir.Düz on ildir mən bu yoxluqla razilaşa bilmirəm,onun ölümünü qəbul edə bilmirəm.Sanki O,,uzaq bir yerə gedib günlərin bir günü qayidacaqdir,amma O, qayitmayir, Əhməd çox qisqanc idi,bəlkə bu qisqancliq bir gün, onu geri gətirər.. Uşaq vaxtı televizorada Mikayıl Müşviq haqda verlişlərə baxarkən çox düşünərdim :
– -Nə üçün şair Mikayıl Müşfiqin şəkli çox cavandır,amma həyat yoldaşı Dilbər Axundzadə yaşlı? Onlar ər-arvada deyi,ana və oğul olduqlarını düşünürdüm.Bu gün anladım ki,zaman gələcək Əhməd cavan qalacaq mənsə qocalacam.Ö,zaman bizim şəklimizə baxan insanlar bizi ana-oğul sanacaqlar.Qocalib belim bükülən günədək mənim qəlbim yalniz Əhmədin sevgisiylə döyünəcəkdir.Çünkü qadinin sevdiyidə,əridə yalniz bir nəfər olmalidir.Biz cəmi beş il birlikdə yaşadıq.Birgə yaşadiğimiz bu beş il mənə ömrümün sonunadək bəs edər. Mən O,insanın dahiyanə hərəkətlərini heç bir zaman unuda bilmirəm,inana bilmirəm birdə belə bir insan dünyaya gəlsin.Əhməd uşaqlarınin yanında heç bir zaman qəzəblə danışmazdı.Hirsli olan zaman sözlərini ingiliscə söyləyərdi.
– .Ulduz xanımın ən böyük arzusu övladlarını atalarının adına layiq böyütməkdir.İgid şəhidin Türkiyədə oxuyan tələbə yoldaşları,silahdaşları,komandiri olduğu dəstənin əsgərləri,ordu rəhbərləri hər zaman Əhmədin övladlarıyla əlaqə saxlayırlar.Azərbaycanın şərəfli zabiti Ramin Səfərov bu gün belə Əhməd Abdullayevin övladları ilə ,anası Firuzə xanımla əlaqə saxlayır.Əhmədn övladlarına atalari kimi cəsur,vətənpərvər olmağı,atasının adını layiqincə yaşatmağı başa salır.Əhmədin ölümündən sonra Ulduz xanım onsuz yaşadiği həyatı qəbul edə bilmir.ı Əhmədsiz yaşamaq onun üçün çox çətin olur.Evin hər bir tərəfindən Əhmədin onları izlədiyini hiss edir.Evin divarlarına sanki Əhmədin,nəfəsi ətri hopmuşdu.Əhmədsiz bu evdə yaşamaq onu xəstə edirdi,günlərlə özünə gələ bilmir.Əhmədsiz yaşadiği həyatin gündüzü belə ,ona qaranliq gecəni xatirladirdi.Yaxinlarinin dəstəyi ilə özünə gələn Ulduz xanim öz ayağlari üstə dik durmağı bacarir
– Hal-hazırda onlar paytaxtda, yəni Nərimanov rayonunda yaşayirlar.Ulduz xanım Nərimanov rayonunda yerləşən 83 saylı ”Gecə-Gündüz” baxçasinda tərbiyəçi-müəllimə
işləyir.O,valideyinlərin və uşaqların sevimli müəlliməsidir, övladlariHüseynin on dörd,Nihatin on iki yaşi var.
– Qaranliği yaran,gecə ilə sübhü birləşdirən “Dan ulduzu”na bənzəyir Ulduz xanim,çünkü övladlarinın gələcəyi parlaq olsun deyə, onların yoluna işıq saçaraq onları daha da firavan yaşatmaq üçün, hər bir əzaba sinə gərir.Azərbaycan torpağinı qorumaq üçün, ailəsində gələcəyin iki əsgər övladıni yetişdirir.
– Ölümündən sonra Azərbaycan Respublikasının prezidenti İ.Əliyevin sərəncamı ilə şəhid mayor,kapitan,Azərbaycan ordusunun zabiti Əhməd Abdullayevi “İgidliyə görə” medalı ilə təltif edilmişdir
– Ulduz xanim bu gün üzünü Azərbaycan torpaği uğrunda gedən qanli döyüşlərdə qəhrəmancasina şəhid olan igidlərin ,həyat yoldaşlarına,tutaraq belə söyləyir:
– – ” Bacilarim,biz hər zaman başmizi dik tutmalıyıq, çünki biz igid şəhidlərimizin həyat yoldaşlariyiq! Biz onlari əməllərimizlə yaddaşlarda yaşatmaliyiq. İşlədiyim baxçada valideyinlər qürurla söyləyirlər-:Ulduz xanim şəhid Əhməd Abdullayevin həyat yoldaşıdır,o zaman mənim həyat yoldaşımın ruhu şad olur,uzaqlardan mənə baxb fəxrlə güldüyünü hiss edirəm.Mən yoldaşimi beləcə hər bir ailədə yaşadıram”!
– Bəli,bir zaman atalarını durmadan tələb edən övladlarım, bu gün belə söyləyirlər:“ Ana biz artiq böyümüşük və bilirik ki, gedən atamizin cismidir, atamizın ruhu hər zaman bizimlədir,çünki onlar minlərlə uşaqlar gecələr rahat yatsinlar deyə canlarından keçdilər.Onların gözləri əbədi yumulsada, hamını göylərdən seyr edirlər, şəhidlər heç bir zaman ölmürlər”. – Atasiz yaşamaq,atasiz böyümək balaca Nihat üçün olduqca çətindir çünkü,o,atasini – şəkillərdən,televizordan xatırlayırir.
– Nihat:
– Atama mən yalnız iki kəlimə söz söyləmişəm:”getmə ata”!,amma o gedib, atam vətənini,əsgərlərini bizdən çox sevdiyi üçün gedib və bir daha geri qayitmayib.Mən böyüdükcə atamla qürur duyuram,çünkü mənim atam ölümdən qorxan olmayib,o,öləcəyini bildiyi halda özünü güllə-boranin içinə atibmiş.Onun ali məqsədi ən yaxin silahdaşı Mübariz İbrahimovu xilas etmək olmuşdur.
– Bu gün mən atamla fəxr edirəm,mən yenilməz Şəhid övladıyam!Amma atama,ata nəvazişinə hər zaman böyük ehtiyacım vardir.Keşkə bir dəfə atam gələ,əllərini saçlarıma çəkə və gülümsəyərək söyləyə:
– -”Sabahın xeyir,oğul!,-Necəsən!!??Atasizliq acisı nədir?,bu acini yalnız atasiz böyüyənlər bilərlər.

– Onlar üç sarsilmaz dost idilər Mübariz,Fərid,Əhməd.Onlarin şəklini mən qürurla yanimda gəzdirirəm.Atamla Fərid eyni gündə dünyalarini dəyişdilər.Biri-birlərini çox sevdikləri üçün eyni gündə həyata “Əlvida” söylədilər.İstəmədilər ki,kimsə onlari qinasin,üç sadiq dostun ürəyi demək olar ki,eyni anda susduruldu.
Şəhidimizin ilk övladı Hüseynin atası haqqında söylədiyi ürək sözləri:
“Mən şəhid Mayor Əhməd Abdullayevin oğlu Hüseyin Abdullayev.Bizlər Şəhid övladlarıyıq.Atamızı səhər duranda,yemək yeyəndə,məktəbə gedəndə,ad günümüzdə görməsək də , cisminə toxuna bilməsək də insanların rahat yaşadıqlarını,rahat məktəbə getdiklərini gördükcə qürurla nəfəs alırıq.Hər insana bu qürur nəsib olmaz.Atamın dediyi bir cümlə var idi ki,”Atan belə olsa qarşındakı ilk vətən,sonra da vətən”.Bu cümlə onun qeyd dəftərində də vardır.Atamın mənə miras qoyub getdiyi ad,soyadı mən layiqincə yaşadacağam.Mən istəmərəm ki, digər uşaqlar gözüyaşlı qalsın.Mən şəhid oğlu olduğum üçün qürurla söyləyirəm:”VƏTƏN SAĞ OLSUN”.
Atamin telefonuna həmən qanli döyüş gecəsi belə bir mesaj gəlir,”Əsgərlərindən və özündən muğayat ol qardaş”bu mesajı atam heç bir zaman oxuya bilmədi.Çünkü ,o mesaj atamin telefonuna çatdiği zaman O, həyatda deyildi,düşmən gülləsi onun döyünən ürəyini susdurmaği bacarmişdi.
Rahat yat, vətən oğlu məkanın cənnət olsun!Gün gələcək,övladların sənin qəbrin üstə gələcək və söyləyəcəklər:
-“Gözlərin, aydin olsun ata!” vətən torpaği düşmənlərdən azad olundu!!.O,günləri görmək hər birimizin bitib-tükənməyən arzumuzdur.Bəli, bu gün mən böyük faxarət hissiylə yaşayiram çünkü,atamin yaşadiğı keçmiş Fizuli küçəsi bu gün atam Əhməd Abdullayevin adini daşiyir.

Yazıya 503 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.