DOĞMA ELDƏ QƏRİB – Zaur Bayramoğlu

zaur b(Povest)

Ya­ta­ğın­da doğ­ru­lub otur­du, ba­şı­nı əl­lə­ri­nin ara­sı­na alıb part­lat­maq is­tə­yir­miş­cə­si­nə sı­xıb uful­da­ya­raq öz-özünə don­qul­dan­dı:

–  Bu ba­şağ­rı­sı öldürə­cək mə­ni.

Do­daq­la­rı qu­ru­muş, di­li ağ­zın­da şi­şib böyümüşdü, bir həf­tə öncə­dən baş­la­yan ürək­bu­lan­ma da bir tə­rəf­dən əl­dən sal­mış­dı onu. Qal­xıb elekt­rik düymə­si­ni aç­dı, saa­ta ba­xıb:

–  Lə­nət ol­sun! – de­yə diş­lə­ri­nin ara­sın­dan fı­sıl­da­dı, be­lə də iş olar, bir ge­cə adam ki­mi ya­ta bil­mə­yə­cə­yə­m?

Çar­pa­yı­nın ya­nı­na ge­dib id­man şal­va­rı­nı əy­ni­nə ke­çirt­di, ma­sa­nın üzə­rin­dən dol­ça­nı götürə­rək ya­nın­da­kı bar­da­ğı dol­du­rub ba­şı­na çək­di, si­qa­re­ti­ni, alış­qa­nı­nı götürüb ey­va­na çıx­dı, nər­di­va­nın son pil­lə­sin­də əy­lə­şə­rək bar­maq­la­rı­nın ara­sın­da ov­xa­la­dı­ğı si­qa­re­ti­ni da­ma­ğı­na qo­yub yan­dır­dı, acı tüstünü ci­yər­lə­ri­nə çə­kib bir ne­çə sa­ni­yə tut­du, bur­nun­dan bu­rax­dı.

Tər­tə­miz sə­ma­da gümüş təp­si ki­mi par­la­yan aya ba­xıb:

– Yə­qin sa­bah da is­ti ola­caq, – de­yə düşündü.

Bu yay nə vaxt bi­tə­cə­k? Yan­dıq-qov­rul­duq…, az qa­la, üç ay­dır bir dam­cı ya­ğış yağ­ma­dı, ya­ğış bir tə­rə­fə, əl boy­da bu­lud da yox­du ki, gündüz günə­şin qa­ba­ğın sax­la­ya…

Ar­tıq si­qa­re­ti­ni çə­kib bi­tir­miş­di, qal­xıb evə get­mək is­tə­di, am­ma aya­ğa qalx­dı­ğın­da, fik­ri­ni də­yi­şib pil­lə­lə­ri en­di, hə­yət qa­pı­sın­dan çı­xıb mə­həl­ləa­ra­sı dar küçəy­lə ta­qət­siz­lik­dən ağır­laş­mış ayaq­la­rı­nı ar­dın­ca sürüyə­rək qu­ru­maq­da olan ki­çik ça­yın ya­ta­ğı­na doğ­ru yol­lan­dı…

Ça­yın ya­ta­ğın­da­kı söyüd ağa­cı­nın di­bin­də, sa­ral­mış ot­la­rın üstündə uza­nıb sa­kit axan su­yun lə­pə­lə­ri­nin sa­hi­lə vu­ra­raq çı­xar­dı­ğı sə­si, cır­cı­ra­ma­la­rın və di­gər hə­şə­rat­la­rın bir-bi­ri­nə qa­rış­mış səs-küyünü, çaq­qal­la­rın ula­ma­la­rı­nı din­lə­di, ah çə­kib:

–  Bun­lar da lap ye­tim uşaq ki­mi ağ­la­yır­lar, – de­di və üzüstə dönüb qol­la­rı­nı çar­paz­la­ya­raq ba­şı­nın al­tı­na qo­yub gözlə­ri­ni yum­du…

On­lar Kəl­bə­cər­dən qaç­qın düşən­də bu kən­də, il­lər öncə Be­lo­ru­si­ya­ya köçmüş xa­la­sı­­qı­zı­gi­lin sa­hib­siz qal­mış, ba­xım­sız­lıq­dan uçu­lub da­ğıl­maq üzrə olan ev­lə­ri­nə pə­nah gə­tir­miş­di­lər.

Ye­nə də ev­lə­rin­dən, oba­la­rın­dan qaç­qın düşən min­lər­cə di­dər­gin­dən da­ha şans­lı idi­lər, çünki şə­hər­lər­də­ki ya­taq­xa­na­la­ra, də­mir­yol stan­si­ya­la­rın­da sax­la­nıl­mış müxtə­lif tə­yi­nat­lı va­qon­­la­ra, ya da çöl-bi­ya­ban­da sa­lın­mış ça­dır şə­hər­cik­lə­ri­nə pə­nah apar­ma­dan ha­zır ti­ki­li evə gəl­miş, ya­xın­da yurd-yu­va­la­rı­na qa­yı­da­caq­la­rı ümi­di ilə bu­ra­da məs­kun­laş­mış­dı­lar. Am­ma de­yir­lər, sən say­dı­ğı­nı say, gör fə­lək nə sa­yır.

Kəl­bə­cə­rin iş­ğa­lın­dan bir ne­çə ay son­ra kor­pus ko­man­dir­lə­rin­dən Su­rət Hüsey­nov qi­yam qal­dı­ra­raq,cəb­hə­nin bir his­sə­si­ni müda­fiə­siz qo­yub ta­be­li­yin­də­ki hər­bi his­sə­lər­lə bir­lik­də Ba­kı­ya doğ­ru yürümüş, baş ve­rən hərc-mərc­lik nə­ti­cə­sin­də höku­mət yı­xıl­mış­dı. Ölkə da­xi­lin­də­ki qa­rı­şıq­lıq­dan və ön xət­ti­mi­zin bir qis­mi­nin de­mək olar ki, müda­fiə­siz qal­ma­sın­dan is­ti­fa­də edən düşmən da­ha ne­çə-ne­çə ra­yon­la­rı­mı­zı iş­ğal et­miş, cəb­hə xət­ti­ni xey­li irə­li­yə çək­miş­di…

Xa­la­sı­qı­zı­gi­lin ev­lə­ri elə də böyük de­yil­di, bir düz və bir kəl­lə­lik otaq, ey­van tax­ta di­rək­lər və mə­həc­cər­lə bağ­la­na­raq üstü örtülmüş, bi­na çöldən və içə­ri­dən sa­man qa­tı­la­raq ye­tiş­­di­ril­miş pal­çıq­la su­van­mış­dı. Əş­ya ola­raq da elə bir şey yox­du ev­də, özlə­ri ilə gə­tir­dik­lə­ri iki çar­pa­yı, beş-al­tı dəst yor­ğan-döşək, bir ay­na­lı pal­tar do­la­bı, ma­sa və al­tı stul, beş on ədəd də qab-qa­caq…

On­lar bu­ra gəl­dik­lə­rin­də Hax­ver­di əş­ya­la­rı qa­pı­nın ağ­zın­da bo­şal­dan ki­mi, ar­vad-uşaq­la kömək­lə­şib ilk öncə evin hi­si­ni-qu­ru­mu­nu al­mış, yax­şı­ca si­lib tə­miz­lə­miş­di­lər. Da­ha son­ra hər şey ey­van­dan otaq­la­ra da­şın­mış, əş­ya­lar yer­bə­yer edil­miş­di. Sə­hər er­tə­dən du­rub pə­yə­ni aça­raq mal-qa­ra­nı çı­xa­rıb hə­yə­tə ötürdüyündə, pə­yə­nin çürümüş di­rək­lə­ri­nə ba­xıb:

–  Hə­lə­lik bu­ra­da ötüşək, son­ra­sı Al­lah kə­rim­dir, – de­yə düşünüb hə­yə­tə çıx­dı, ba­xım­sız­lıq­dan əyil­miş çə­pər­lə­ri düzəlt­mə­yə, di­rək­lə­ri­ni ar­xın kə­na­rın­da­kı söyüddən kəs­di­yi ağac­lar­la də­yiş­mə­yə baş­la­dı…

Günlər çözə­lə­nib ge­dir, is­ti­lər düşür, gə­lən hər gün ba­tı­mı, çökən hər qa­ran­lıq on­la­rın doğ­ma yurd-yu­va­la­rı­na qa­yıt­maq ümid­lə­ri­ni bir az da öldürür, ürək­lə­ri­ni mən­gə­nə ki­mi sı­xır­dı…

Yay elə bil on­la­ra dərd­lər­lə do­lu sov­qat­la gəl­miş­di, öncə şə­hid qar­da­şı­nın ye­ga­nə ni­şa­nə­si, üç ya­şın­da­kı oğ­lu İs­ma­yıl qa­ra əq­rəb sanc­ma­sın­dan öldü…, son­ra yaş­lı ana­sı və­tən həs­rə­tin­dən, qə­rib­çi­li­yin ver­di­yi sı­xın­tı və nə­və­si­nin ölümünün üzüntüsündən xəs­tə­lə­nib ya­ta­ğa düşdü. ar­dın­ca da ara­nın is­ti­si­nə dözə bil­mə­yən mal-qa­ra­sı baş­la­mış­dı bir-bir qız­dı­rıb tə­ləf ol­ma­ğa…

“Dərd gə­lən­də bat­man­la gə­lər”, – de­yib ata­lar, in­di də özü xəs­tə­lən­miş­di. Ar­tıq bir həf­tə idi ki, gündüzlər is­ti vu­ran ki­mi ürək­bu­lan­ma­sı, baş­gi­cəl­lən­mə­sin­dən əl­dən düşür, ge­cə­lər isə ba­şağ­rı­sı ama­nı­nı kə­sir, çi­mir al­ma­sı­na im­kan ver­mir­di…

Nə et­səy­di, ne­cə elə­­səy­­di­­? Bu xa­ra­ba­dan ha­ra çı­xıb get­­sə­­lər­­di­­?

Əs­lin­də ye­ni gəl­dik­lə­rin­də bir ax­şam qo­num-qon­şu yı­ğı­şıb zi­ya­rət­lə­ri­nə gəl­miş, ki­şi­lər on­dan, ar­vad­lar­sa Hə­cər­dən ev­lə­rin­də­ki kəm-kə­sir ba­rə­də sor­ğu-su­al et­miş, hə­rə öz qo­lun­dan qo­­pan kömə­yi göstər­miş­di. Və o vaxt ağ­saq­qal­lar Hax­ver­di­yə bir də məs­lə­hət ver­miş­di­lər: – Oğul, o mal-qa­ra­nı ver ət­li­yə, pu­luy­nan da aran mal-qa­ra­sı al, ya­yı sə­nin mal-hey­va­nı­nın heç bi­ri bu­ra­­nın is­ti­si­nə dözə bil­mə­yə­cək, ha­mı­sı qay­nar yay­da qız­dı­rıb tə­ləf ola­caq.

Hax­ver­di o vaxt kənd ağ­saq­qal­la­rı­nın öyüdlə­ri­ni bir qu­la­ğın­dan alıb, o bi­ri­sin­dən ötür­müşdü. Ne­cə ol­sa da, uza­ğı bir-iki aya qa­yı­da­ca­ğıq eli­mi­zə-oba­mı­za, bir də­fə sat, aran mal-qa­ra­sı al, iki ay­dan son­ra ge­ri­yə qa­yı­dan­da da bun­la­rı sat, get or­da mal-hey­van ax­tar, – de­yə düşünüb, qı­rı­la­caq da, qoy qı­rıl­sın, cə­hən­nə­min di­bi­nə ki­mi, – de­yib ağız­do­lu­su tüpürmüşdü.

O vaxt kənd ağ­saq­qal­la­rı­nın sözünü din­lə­mə­mə­si­nə tə­əssüf­lən­sə də, ar­tıq gec idi. Həm ca­nı elə ağ­rı­yır­dı ki, nə­in­ki mal-qa­ra­nın ha­mı­sı bir ge­cə­də tə­ləf ol­sa be­lə, on­la­rı düşünə­cək hal­da de­yil­di, hət­ta bu kənd-kə­sə­yi sel apar­sa da, ve­ci­nə ol­maz­dı…

Ya­vaş-ya­vaş di­kə­lib otur­du, ça­yın ay işı­ğın­da gümüş ki­mi pa­rıl­da­yan sət­hi­nə tən­bəl-tən­bəl ba­xıb köks ötürdü, qal­xıb iki ad­dım ata­raq aya­ğın­da­kı çə­kə­lək­lə su­ya gir­di, sal­la­ğı otu­rub ovuc­la­rı­na dol­dur­du­ğu su­yu şap­pıl­da­da-şap­pıl­da­da üz-gözünü, bo­yun-bo­ğa­zı­nı yu­du, aya­ğa qal­­xa­­raq may­ka­sı­nı si­vi­rib çı­xar­dı, su­yun kə­na­rı­na doğ­ru atıb si­nə­si­ni, qo­yun-qol­tu­ğu­nu ya­xa­la­dı. Dönüb çay­dan ara­la­nar­kən öz-özünə:

–  Bir vaxt be­lə suy­nan ha­mam­da çi­mir­dik, günümüzə-dir­ri­yi­mi­zə bir bax, de­yib ağ­zı­na dol­dur­du­ğu su­yu tüpürdü, gə­lib söyüd ağa­cı­nın di­bin­də otu­ra­raq kürə­yi­ni ağa­ca söykə­di, ci­bin­­dən çı­xar­dı­ğı si­qa­ret qu­tu­su­nun için­dən so­nun­cu­nu götürə­rək da­ma­ğı­na qo­yub yan­dır­dı, tüstünü bur­nun­dan bu­ra­xar­kən düşüncə­li hal­da:

–  Si­qa­ret də bit­di, – de­yə öz-özünə de­yin­di…

Özlə­ri ilə gə­tir­dik­lə­ri ər­zaq çox­dan bit­miş, ara­da sat­dı­ğı, ya da son vaxt­lar qız­dır­dıq­ca kə­sib əti­ni qəs­sa­ba ver­di­yi mal-hey­van da tükən­miş­di. Doğ­ru­dur, QAZ-51 işi­nə ya­ra­yır, qo­lun­­dan tu­tur­du, am­ma bu­ra­da, kənd ca­maa­tı da yük ma­şı­nı la­zım ol­du­ğun­da adə­tən kol­xo­zun av­to­­mo­­bil­lə­rin­dən is­ti­fa­də edir, onun ki­mi kə­nar­dan gəl­mə­lə­rin ma­şın­la­rın­dan isə is­ti­fa­də edər­kən, adə­tən ya iş­lə­ri­ni nis­yə gördürür, ya da pu­lu­nun əvə­zi­nə to­yuq-cücə, süd-qa­tıq ve­rir­di­lər. Bu da Hax­ver­di­nin işi­nə ya­ra­mır­dı, axı av­to­mo­bil süd-qa­tıq­la de­yil, ben­zin­lə iş­lə­yir­di…

Di­gər həm­kənd­li­lə­ri­nə, ya da qaç­qın­la­rın mütləq ək­sə­riy­yə­ti­nə nis­bə­tən on­lar da­ha yax­şı və­ziy­yət­də idi­lər. Kənd­lə­ri iş­ğal olu­nar­sa, ha­ra ge­də­cək­lə­ri­ni bi­lən­dən son­ra cəb­hə­də və­ziy­yət ağır­la­şan ki­mi, Hə­cə­rə yır-yı­ğış elə­mə­si­ni tap­şır­mış, qo­num-qon­şu ar­tıq ev-eşi­yi­ni tərk et­mə­yə baş­la­dıq­da, o da ev­lə­rin­dən im­kan ça­tan qə­dər əş­ya­nı və qo­num-qon­şu­nun ar­vad-uşa­ğı­nı sürü­cüsü ol­du­ğu QAZ-51-ə dol­du­ra­raq qon­şu kən­də apar­mış, hey­van­la­rı­nı da o is­ti­qa­mət­də qo­va­raq özü döyüşə qa­yıt­mış­dı. Kənd­lə­ri uğ­run­da ge­dən ağır döyüşlər­də ata­sı və ye­ga­nə qar­da­şı şə­hid ol­muş­­du. Kənd­lə­ri iş­ğal olun­duq­dan son­ra ana­sı döyüşdüyü könüllü özünümüda­fiə ta­bo­ru­na qa­yıt­ma­sı­na ica­zə ver­mə­miş, “biz ar­tıq iki qur­ban ver­dik, sən də ölsən, bu boy­da küflə­tə kim ba­xa­ca­q?”, – de­yib onu ge­ri qay­tar­mış­dı.

Özlə­ri ilə mal-qa­ra­la­rı­nın heç ya­rı­sı­nı be­lə gə­ti­rə bil­mə­miş­di­lər. Cə­mi­si ya­nı ba­la­lı bir inək, beş qo­yun və bir at, beş-al­tı da to­yuq-cücə… Bir yer­dən gə­lir­lə­ri ol­ma­dı­ğın­dan, pul-pa­ra­la­rı da su­yu­nu çə­kə­li çox ol­muş­du.

Si­qa­re­ti­ni çə­kib bi­ti­rən ki­mi, ye­ni­dən üzüstə uzan­dı. Ki­min üstünə get­­səy­­di­­? Ev­də yağ yox, un yox, şə­kər yox… Nis­yə nə qə­dər olar­­dı­­? Bir də nis­yə­ni ba­ğış­la­mır­dı­lar ki, borc al­dıq­la­rı­nı da ödə­mək la­zım idi…

–  Am­ma uşaq­lar yo­xu an­la­mır, gündə üç öynə ye­mək is­tə­yir­lər, ya­zıq anam da yox­luq­dan dər­man-fi­lan da is­tə­mir, elə bütün günü ya­ta­ğın­da uza­nıb ölümünü gözlə­yir, – de­yə öz-özünə düşündü.

–  Sa­bah çı­xıb ge­də­cəm, ge­dim görüm Ba­kı­da bir iş ta­pa bi­­li­­rəm­­mi­­? O, ar­tıq öz-özünə da­nı­­şır­dı… Dönüb otur­du, ayaq­la­rı­nı qu­caq­la­yıb qar­nı­na çə­kə­rək çə­nə­si­ni diz­lə­ri­nin önünə ke­çirt­di, uşaq­lar öz baş­la­rı­nın ça­rə­si­nə ba­xar­lar, ar­va­da da de­yə­rəm qəs­sab pu­lu göndə­rən­də nis­yə­dən bir azı­nı bağ­la­yar, son­ra ne­cə ol­sa, mən qa­za­nıb göndə­rə­cəm… Bey­nin­də düşüncə­lə­rin bi­ri di­gə­ri­ni əvəz edir, ona ra­hat­lıq ver­mir­di, – anam ya­zıq da can üstə­di, bir­dən mən get­dim, o da öldü, on­da ne­cə ola­ca­q? Mə­nə ne­cə xə­bər eli­yər­lər, ölü götürmək, yas yo­la ver­mək ar­vad işi de­yil ki… Ba­şı­nı qal­dı­rıb sə­ma­nın söyüd yar­paq­la­rı­nın ara­sın­dan görünən son­suz­lu­ğu­na bax­dı, də­rin­dən bir ah çə­kib:- Nə günah iş­lə­miş­dik ila­­hi­­? Bi­zi ni­yə qoy­ma­dı­lar eli­miz­də-oba­mız­da otu­ra­q? Axı, bi­zim ki­mə nə zi­ya­nı­mız va­­rıy­­dı­­? Bu lə­nət ola­sı er­mə­ni­ni kim qı­zış­dı­rıb sal­dı üstümüzə­­?

O, san­ki Al­lah­la da­nı­şır, su­al­la­rı­nı ona ünvan­la­yır­dı:

–  Dı­ğa köpə­yu­şa­ğı dünə­nə qə­dər ba­şı­mı­zı görən­də, kir­və-kir­və de­yib yal­taq­la­nır­dı, bir­dən-bi­rə nə ol­du, çər­xin ni­yə döndü, tu­fa­ğın da­ğıl­sın ay fə­lək!!! Al­nı­nı diz­lə­ri­nə söykə­miş­di və hıç­qı­ra-hıç­qı­ra qar­ğa­ma­ğa da­vam edir­di:

–  Bi­zi kim on­la­rın qar­şı­sın­da əli­ya­lın, si­lah­sız-sur­sat­sız qoy­­du­­? Axı, biz ki­mə ney­lə­miş­dik, kimə? Qo­hum-qar­da­şı­mız öldü, qız-gə­lin­lə­ri­miz əsir düşdü, ev-eşi­yi­miz vi­ran qal­dı, mal-qa­ra­mız tə­ləf ol­du, mal-dövlə­ti­miz ta­lan edil­di!!! Evin yı­xıl­sın fə­lək, evin yı­xıl­sın!!!

Xo­ruz­la­rın ikin­ci ba­nın­da ar­tıq özünə gə­lib sa­kit­ləş­miş­di. Ət­ra­fı­na boy­la­nıb may­ka­sı­nı tap­dı, götürüb əy­ni­nə ge­yin­di və ad­dım­la­rı­nı ar­dın­ca sürüyə­rək ya­vaş-ya­vaş ya­şa­dıq­la­rı ev­lə­ri­nə doğ­ru yönəl­di…

Hə­yət qa­pı­sın­dan içə­ri gi­rən­də xa­nı­mı­nın pil­lə­lə­ri en­mək­də ol­du­ğu­nu görüb:

–  Sən ni­yə yat­ma­mı­san, ay Hə­cə­r? – de­yə bez­gin bir səs­lə so­ruş­du.

–  Anan sı­zıl­da­yır ax­şam­nan, in­di də o yat­dı, mə­nim yu­xum qaç­dı. Keç­miş­dim sə­nin ota­­ğı­na, gördüm yox­san, hə­yə­tə çıx­mış­dım sə­nə ba­xım.

Hax­ver­di gə­lib nər­di­va­nın yu­xa­rı tə­rə­fin­də, xa­nı­mı­nın ya­nın­da əy­ləş­di, ba­şı­nı əl­lə­ri­nin ara­sı­na ala­raq:

–  Ge­di­rəm Ba­kı­ya.

Bir ne­çə də­qi­qə heç bi­ri di­nib-da­nış­ma­dı, han­dan-ha­na süku­tu po­zan Hə­cər:

–  Al­lah evi­ni tik­sin, görmürsən ar­vad can üstə­di, mə­nim üstümə atıb ha­ra ge­dir­sə­n?

Ye­nə sa­kit­lik çökdü, nə­ha­yət, Hax­ver­di əl­lə­ri­ni gic­gah­la­rın­dan çə­kə­rək diz­lə­ri­nin üstünə uzat­dı, gözlə­ri­ni yer­dən ayır­ma­dan: – Uşaq­la­rın üzünə ba­xa bil­mi­rəm, – de­yə­rək köks ötürdü…

–  Day de­gi­nən, ba­şı­nı götürüb qa­çır­san da, ay tu­fa­ğı da­ğıl­mı­şın oğ­lu! Hə­cər bu­nu de­yib aya­ğa qalx­dı, pil­lə­lə­ri enib hi­nin ya­nı­na gəl­di, me­tal tor­dan düzəl­dil­miş qap­sa­ğı açıb içə­ri­də­ki to­yuq-cücə­ni hə­yə­tə bu­rax­dı, süpürgə­ni götürüb de­yi­nə-de­yi­nə hə­yət-ba­ca­nı süpürmə­yə baş­la­dı:

–  Xə­bə­rin var­mı, ev­də hər şey qur­ta­rıb, tək­nə­də çörək qal­ma­yıb, sən ba­şı­nı götür qaç, mən də qa­lım sə­nin ti­fil­lə­ri­nin əlin­də. Nə ve­ci­nə­di ki, e uşaq ye­mək is­tə­yir…

Hax­ver­di xa­nı­mı de­yi­nib ürə­yi­ni bo­şal­da­na­dək gözlə­di, nə­ha­yət, da­nış­maq növbə­si ona ça­tan­da as­ta­dan, aram­la:

–  Hə­cər, mən heç ye­rə qaç­mı­ram, Ba­kı­ya pul qa­zan­ma­ğa ge­di­rəm. Bil­mi­rəm, heç or­da da iş ta­pa bi­lə­ci­yəm, ya yox.

–  Ba­kı­ya ge­dir­sə­n? Əcəb eli­yir­sən, get, am­ma bi­zi də apar! İn­di uşaq­lar du­ra­caq yu­xu­dan, on­la­ra nə ve­rə­cəm ye­sin­lə­r? Ya­van çörək­dən baş­qa bir şey qal­ma­yıb ev­də, o da bugünlükdü. Un da yox­du ki, sa­ba­ha xa­mır yo­ğu­rum… Am­ma sən ge­dir­sən pul qa­za­nıb göndə­rə­sən… Nə vax­ta iş ta­pa­san, nə vax­ta pul göndə­rə­sən…, ba­la­la­rı­na daş qay­na­dıb su­yun içir­mə­yə­cəm ki…

Hax­ver­di xa­nı­mı­nı din­lə­yə-din­lə­yə qey­ri-ix­ti­ya­ri əli­ni sa­lıb cib­lə­rin­də si­qa­ret ax­tar­dı, tap­ma­yın­ca, ba­yaq bit­di­yi­ni xa­tır­la­yıb ağız­do­lu­su tüpürdü, ba­ğı­ra­raq Hə­cə­rin sözünü kə­sib:

–  Ölün, qı­rı­lın ha­mı­nız! Bəs­di da­na, ax­şa­ma­can dı­dı­dı­dı­dı… Nə qə­dər olar day! Elə da­nı­şır­san, elə bil ya­ğı, pen­di­ri, əti mən ye­yi­rəm si­zə ver­mi­rəm! Al­la­hı­na şükür elə, ye­nə biz özümüzlə bir-iki şey gə­ti­rə bil­dik! Qu­ru ca­nı­nı götürüb qa­çan­lar, ailə­si­nin-uşa­ğı­nın ya­rı­sı­nı er­mə­ni­yə əsir ve­rib gə­lən­lər ney­lə­sin bəs?

Hax­ver­di aya­ğa qal­xıb hə­yə­tə düşdü, əl-qo­lu­nu ölçə-ölçə var-gəl edir, öz-özünə da­nı­şır­dı:

–  Bir biz de­yi­lik evi­miz­dən-eşi­yi­miz­dən olan. O boy­da ra­yon­lar­dan yüz min­lər­lə in­san qaç­qın düşüb… Yüzündən bi­ri ya evin­dən əyin-ba­şı­nı götürüb, ya götürmə­yib. İn­san­lar Bər­də­nin, Bey­lə­qa­nın düzlə­rin­də, ça­dır şə­hər­cik­lə­rin­də acın­dan-su­suz­luq­dan qı­rı­lır. On­la­ra ba­xan­da, ye­nə biz in­di­yə qə­dər öz çörə­yi­mi­zi ye­mi­şik, baş­qa­sı­na möhtac ol­ma­mı­şıq. İn­di ye­mə­yə heç nə yox­­du­­? Qoy ol­ma­sın! Bir ki­sə un ta­pıb qo­ya­ram evə, hor­ra­dan-zad­dan qa­yı­rar­san uşaq­lar içər. Mən də ge­dim görüm ba­şı­ma ha­ra­nın da­şı­nı sa­lı­ram.

–  İn­di za­vod-fab­rik də yox­du, gu­ya get­din, ha­ra­da iş­lə­yə­cək­sə­n?

–  Bu­ra­da boş-be­kar otur­maq­dan­sa heç ol­ma­sa vağ­zal­da yük bo­şal­da­ram, nə bi­lim bir yer­də fəh­lə­dən-zad­dan iş­lə­yə­rəm. Di­rek­tor­nan da­nış­mı­şam, mək­təb açıl­sın sə­ni xa­di­mə götürə­cək, ma­aş bir şey ol­ma­sa da, ye­nə də bax­ma, evə kömək­di.

Hə­cər:

–   Bi­zi bu­ra­da ni­yə sax­la­yır­san ki? QAZ-51-ini sat, yı­ğı­şaq köçək Ba­kı­da­kı ya­taq­xa­na­lar­dan bi­ri­nə. Bur­da mək­təb­də xa­di­mə iş­lə­yib qə­pik-qu­ruş al­maq­dan­sa, mən də ora­da bir yer­də iş­lə­yə­rəm, bir­lik­də uşaq­la­rı do­lan­dı­ra­rıq.

–   Hax­ver­di əsə­bin­dən ba­ğı­ra­raq:

–   Hə da, Ba­kı­da yel əsib, qoz tökülüb, adam ax­ta­rır­lar yığ­ma­ğa!! Ay rəh­mət­li­yin qı­zı, hə­lə bir aman ver, mən ge­dim görüm ora­lar­da və­ziy­yət nə­tər­di, ya­taq­xa­na­lar­da yer var­mı, iş var­mı, sə­ni mək­tə­bə ipi­nən bağ­la­ma­ya­caq­lar ha, la­zım ol­sa, bir əri­zə­dir, ve­rib iş­dən çı­xar­san ge­də­rik.

–   Hə­cər süpürgə­si­ni çə­pə­rə söykə­yib be­li­ni di­kəlt­di, köks ötürə­rək:

–  Di yax­şı, mən ney­ni­yim, ye­nə də özün bil, – de­yib ey­va­na çıx­dı, mə­həc­cə­rin qap­sa­ğı­nı açar­kən bir an­lıq ayaq sax­la­yıb çiy­ni­nin üstündən ar­xa­ya boy­la­na­raq:

–  Ana­na bir şey ol­sa, ne­cə xə­bər eli­yə­ci­yə­m?

Hax­ver­di:

–  Bil­mi­rəm, – de­yə­rək kürə­yi­ni evin di­va­rı­na söykə­yib qol­la­rı­nı si­nə­sin­də çar­paz­la­dı, də­rin­dən bir ah çə­kə­rək gözlə­ri­ni yum­du.

–  Çirk­li saç­la­rı bir-bi­ri­nə qa­rı­şa­raq al­nı­na da­ğıl­mış, diş­lə­ri bir-bi­ri­nə sı­xı­lıb qı­can­mış, əng sümüklə­ri çölə çıx­mış­dı. Do­daq­la­rı gər­gin­lik­dən səy­ri­yir, yu­mu­lu gözlə­ri­nin önündən ki­no len­ti axıb ge­dir­di:

Ata-ba­ba­la­rın­dan eşit­dik­lə­ri­nə görə, Ru­si­ya Azər­bay­ca­nı iş­ğal et­dik­dən son­ra, İran və Türki­yə­dən er­mə­ni­lə­ri bi­zim tor­paq­la­rı­mı­za köçürmə­yə baş­la­mış, on­la­rı yığ­cam və ra­hat ya­şa­sın­lar de­yə, ən münbit tor­paq­lar olan bölgə­lər­də yer­ləş­dir­miş­di­lər. Hay­la­rın bölgə­də say­la­rı art­dıq­ca, bi­zim­ki­lə­ri ya­rı­zor, ya­rı­xoş Şər­qə doğ­ru köçə məc­bur edə­rək, Qər­bi Azər­bay­can­da hay­la­rın say üstünlüyünü ya­rat­ma­ğa ça­lı­şan rus­lar elə bu sə­bəb­dən də 1905 və 1918-ci il­lər­də­ki yer­li əha­li­nin soy­qı­rı­mı­na nə­in­ki göz yum­ma­mış, hət­ta in­di ol­du­ğu ki­mi, on­la­ra si­lah-sur­sat yar­dı­mı da et­miş­di­lər. O vaxt­lar Tif­lis­də­ki rus ca­ni­şi­nin­dən və xa­ric­də­ki er­mə­ni­pə­rəst höku­mət­­lər­­dən hər cür yar­dım alan And­ra­nik, Nej­da ki­mi qa­ni­çən­lə­rin sa­də­cə, Qər­bi Azər­bay­can­da de­yil, hət­ta Ba­kı­dan Ana­do­lu­nun içə­ri­lə­ri­nə­dək türklə­rin ya­şa­dıq­la­rı hər yer­də törət­dik­lə­ri vəh­şi­lik­lər, aman­sız qətl­lər dil­dən-di­lə, nə­sil­dən-nəs­lə ke­çə­rək in­di­yə ki­mi gə­lib çat­mış­dı. Azər­bay­ca­nın bütün ya­şa­yış mən­tə­qə­lə­ri ki­mi, on­la­rın kən­din­də də qəd­dar­lı­ğı ilə se­çi­lən­lə­rin, ya da tər­bi­yə­siz uşaq­la­rın “er­mə­ni” de­yə ça­ğı­rıl­ma­sı­nın sə­bə­bi də bu idi.

Ar­xa­lı köpək qurd ba­sar de­yib­lər, tək olan­da qor­xaq və yal­taq olan er­mə­ni­lər, rus­lar ar­xa­sın­da da­ya­nan­da türklə­rə qar­şı törət­dik­lə­ri vəh­şi­lik­lər tükürpə­dən­dir. On­la­rın bu vəh­şi­lik­lə­ri el ara­sın­da de­yim­lə­rin ya­ran­ma­sı­na sə­bəb olub. Bir ye­ri qa­na­dı­ğın­da qor­xub ağ­la­yan uşaq­la­ra, “er­mə­ni qan gördü” de­yir­lər.

1948-50-ci il­lər­də Er­mə­nis­tan tor­paq­la­rı­nın hay­la­ra yet­mə­di­yi­ni id­dia edə­rək, da­ha yüz­min­­lər­cə soy­da­şı­mı­zı Qər­bi Azər­bay­can­dan Mil-Mu­ğa­nın ilan mə­lə­yən düzlə­ri­nə sürmüş, nə­ti­­cə­də yüksək­lik­də­ki va­di­lər­dən də­niz sə­viy­yə­si­nə köçürülən in­san­lar iq­lim fərq­li­li­yi və di­gər çə­tin­­lik­lə­rə dözə bil­mə­yə­rək kütlə­vi şə­kil­də tə­ləf ol­muş­du­lar. Elə o vaxt köçürülən in­san­lar da in­di­ki qaç­qın­lar ki­mi, sa­də­cə əyin pal­tar­la­rı­nı götürüb tərk et­dik­lə­ri doğ­ma ev­lə­rin­dən son­ra ac­lıq məh­ru­miy­yə­ti və sə­fa­lə­tə məh­kum edil­miş, min bir əziy­yət­lə ye­ni­dən ev-eşik tik­mə­yə, yurd sal­­ma­ğa məc­bur ol­muş­du­lar. Və bu hə­lə ha­fi­zə­lər­də tə­zə­li­yi­ni qo­ru­yan fa­ciə idi…

Bir də in­di yurd-yu­va­la­rın­dan di­dər­gin düşmüşdülər, il­lər bo­yu ti­kib ya­rat­dıq­la­rı ev-eşik­lə­ri, bağ-bağ­ça­la­rı ol­du­ğu ki­mi, rus dəs­tək­li hay­lar tə­rə­fin­dən iş­ğal olun­muş, ye­nə kim­sə­siz, ça­rə­siz qal­mış­dı­lar…

–  İla­hi, – de­yə ürə­yin­dən ke­çirt­di, bir mil­lə­tin ba­şı­na nə qə­dər bə­la gə­lər, bir mil­lət da­ha nə qə­dər zülmə mə­ruz qa­la­r?

Əli ilə si­nə­si­nin sol tə­rə­fi­ni ovuş­dur­du, san­ki ürə­yi ki­çi­lib ba­la­ca­laş­mış, ye­rin­də nə­həng bir boş­luq ya­ran­mış­dı…

Hə­cər əlin­də ved­rə ev­dən çı­xıb pə­yə­yə, inə­yi sağ­ma­ğa ge­dən­də, o hə­lə də ol­du­ğu yer­də­cə, hey­kəl ki­mi qal­mış­dı…

Sə­hər ye­mə­yi­ni ye­dik­dən son­ra hə­yət­də qa­lan ye­ga­nə qo­yu­nu qa­ba­ğı­na qa­tıb qəs­sa­bın ya­nı­na get­di, bez­gin bir hal­da, ba­zar­lıq be­lə et­mə­dən hey­va­nı ona ve­rə­rək beş-on ma­nat pul alıb, ko­mis­yon­ka­lar­dan bi­ri­nə get­di, bir ki­sə un, bir az da yağ, qənd, çay və sa­ir zə­ru­ri ər­zaq ala­raq evə gə­tir­di və onu bi­ga­nə gözlər­lə iz­lə­yən Hə­cə­rə:

–  Bun­lar­la bir müddət ötüşər­si­niz, hə­lə qəs­sab da pul göndə­rə­cək, son­ra­sı Al­lah Kə­rim­dir, – de­yib içə­ri, ana­sı­nın ya­nı­na keç­di.

Gə­lib yer ya­ta­ğın­da uzan­mış ana­sı­nın yas­tı­ğı­nın ya­nın­da, ki­li­min üstündə otur­du, onun qu­ru­yub sümüklə­ri çıx­mış əli­ni ovuc­la­rı­nın ara­sı­na alıb:

–  Sa­bah Ba­kı­ya ge­di­rəm, – de­di.

Ana­sı­nın Hax­ver­di­yə sev­giy­lə ba­xan gözlə­ri qı­yıl­dı, onun gözlə­ri­nə qay­ğı və na­ra­hat­lıq do­lu ba­xış­lar­la ba­xa­raq:

–  Xe­yir­di­mi oğu­l? – de­yə so­ruş­du.

–  İş­lə­mə­yə ge­di­rəm.

–  Ça­ğı­rıb­lar, ya Al­lah umu­du­na ge­dir­sə­n?

–  Yox ay ana, kim ça­ğı­ra­ca­q? Ge­dim görüm iş ta­pa bi­­li­­rəm­­mi­­? Yax­şı ol­sa, gə­lib si­zi də apa­ra­cam.

–  Ana­sı gözlə­ri­ni Hax­ver­di­nin gözlə­rin­dən çə­kib ta­va­na zil­lə­di, bir ah çə­kə­rək:

–  Ürə­yim qur­ban, eşit­mə­mi­sən­mi, uza­ğın hal­va­sı­nı ho­zay­nan döyər­lə­r?

–  Hax­ver­di onun əli­ni qal­dı­ra­raq eh­mal­ca do­daq­la­rı­na ya­xın­laş­dı­rıb öpdü, az qa­la, inil­­də­yə­rək:

–  Bəs ney­lə­yim ay ana? Sən de, mən də edim, – de­di.

–  Ba­la, ba­şı­na dönüm, böyük şə­hə­rin böyük qay­ğı­sı olar. Bi­zim nə işi­miz var ora­­lar­­da­­? Da­rıx­ma, qoy tor­paq­la­rı­mı­zı al­sın­lar, çı­xaq ge­dək evi­mi­zə-eşi­yi­mi­zə.

Hax­ver­di su­sub ba­şı­nı aşa­ğı sal­dı, ana­sı isə as­ta­dan da­nı­şır, nə­fə­si yet­mə­di­yin­dən ara­da da­ya­nıb din­cə­lir­di:

–  Bu il umud ol­duq ki, ge­ri qa­yı­da­rıq, əkin-bi­çin elə­mə­dik. Gə­lən il hə­yət­də kər­di-külə eli­yə­rik, Hə­cər mək­təb­də iş­lə­yər, mə­nim qo­ca­lı­ğı­mı da üstünə qo­yub do­la­na­rıq. Nə vaxt da tor­paq­la­rı­mı­zı al­sa­lar, çı­xıb ge­də­rik evi­mi­zə-eşi­yi­mi­zə. Şə­hə­rə köçmək fik­ri­ni də bir­də­fə­lik ba­şın­dan at. Ba­la, biz kənd­çi ada­mıq, nə işi­miz var qar­ğa yu­va­sın­da.

Hax­ver­di ana­sı­nın bi­na­da yer­lə­şən mən­zil­lə­rə qar­ğa yu­va­sı de­di­yi­ni xa­tır­la­dı, qey­ri-ix­ti­ya­ri do­da­ğı qaç­dı:

–  Ay ana, biz də qar­ğa yu­va­sın­da qal­ma­rıq, hə­yət evin­də qa­la­rıq, şə­hər­də ev­lə­rin ha­mı­sı bi­na­da de­yil ha, – de­yə­rək əyi­lib ana­sı­nın üzündən öpdü.

Çox çək-çe­vir­dən son­ra ana­sı­nı heç ol­ma­sa qış düşə­nə qə­dər ge­dib Ba­kı­da iş­lə­mə­yi­nə ra­zı sal­dı, yo­la ha­zır­laş­maq üçün ev­dən çı­xıb Hə­cə­ri səs­lə­di:

–  Bir ved­rə su qız­dır, ba­şı­mı yu­yum, pal-pal­ta­rı­mı da ha­zır­la, sa­bah er­kən­dən yo­la çı­xı­ram.

 

II

 

Er­tə­si gün er­kən­dən ra­yon mər­kə­zi­nə gə­lib qa­tar­la Ba­kı­ya yo­la düşdü.

Yol bo­yu düşünür, özünə yer ta­pa bil­mir­di…

Ba­kı­ya ilk də­fə idi ki, ge­dir­di. Da­ha öncə­lə­ri Gən­cə­dən bu ya­na yo­lu düşmə­miş, bu tə­rəf­lə­rə gəl­mə­miş­di.

Ha­ra ge­də­cək, ki­min qa­pı­sı­nı döyə­­cək­­di­­? Heç nə bil­mir, bir tə­rəf­dən də pul­suz-pa­ra­sız yo­la çıx­ma­ğın sı­xın­tı­sı ilə otur­du­ğu yer­də­cə ki­çi­lib-ba­la­ca­laş­mış­dı san­ki.

Qa­tar stan­si­ya­la­rın bi­rin­də da­ya­nan­da va­qo­na üç-dörd nə­fər adam min­di. On­lar­dan yaş­lı ola­nı əlin­də­ki əsa­ya söykə­nə-söykə­nə gə­lib Hax­ver­di­nin ya­nın­da­kı boş yer­də əy­ləş­di, ca­van olan­lar­sa va­qo­nun ar­xa tə­rə­fi­nə doğ­ru irə­li­lə­yə­rək yan­la­rın­dan ke­çib get­di­lər.

Yaş­lı adam onun ya­nın­da əy­lə­şib ye­ri­ni ra­hat­la­dıq­dan son­ra əsa­sı­nın ucu­nu va­qo­nun döşə­mə­si­nə sürtə-sürtə:

–  Oğ­lum, sən də Ba­kı­ya ge­dir­sə­n? – de­yə so­ruş­du.

–  Bə­li, da­yı.

–  Nə yax­­şı­­?

Hax­ver­di çi­yin­lə­ri­ni çə­kə­rək si­fə­ti­ni tur­şut­du, üzünə san­ki ni­yə get­di­yi­ni de­mək is­tə­mir­miş ki­mi bir ifa­də ve­rə­rə­k?

–  Nə bi­lim ay da­yı…, – de­di və ba­şı­nı aşa­ğı sa­la­raq as­ta səs­lə:

–  Bir də­fə dı­ğa köpə­yu­şa­ğı evi­miz­dən-eşi­yi­miz­dən di­dər­gin sal­dı, ili ta­mam ol­ma­mış da ac­lıq, sə­fa­lət…

Yaş­lı adam qaş­la­rı­nı çat­dı, ba­şı­nı bu­la­yıb əsa­sı­nın ucu ilə döşə­mə­ni sürtmə­yə da­vam edə­rək:

–  Hə ba­la, hə­mi­şə be­lə olub, – de­di, öncə dost bi­lib qoy­nu­na al­dı­ğın, süfrə­nin ar­tı­ğıy­la qa­­pın­­da bəs­lə­yib-böyütdüyün sə­ni evin­dən-eşi­yin­dən edər, gə­lər­sən, ye­ni yurd-yu­va sa­hi­bi ol­maq is­tə­yər­kən, bu də­fə sə­fa­lə­tin pən­cə­si­nə düşüb bir də qa­çar­san min bir zəh­mət­lə qur­du­ğun ev-eşi­yin­dən…

Gözlə­ri­ni va­qo­nun döşə­mə­sin­dən ayı­rıb ba­şı­nı qal­dır­dı, sə­li­qə ilə ge­yin­miş, tər­tə­miz tə­raş­lı, ağar­mış gur bığ­la­rı­na si­qa­re­tin qo­şa sa­rı xətt sal­dı­ğı yol-yol­da­şı­na ba­xıb:

–  Da­yı siz də qaç­qın­sı­z? – de­yə so­ruş­du.

–  Yox oğ­lum, qaç­qın de­yi­ləm, məc­bu­ri köçkünəm.

Hax­ver­di qaç­qın­la məc­bu­ri köçkünün fər­qi­ni an­la­ma­dı­ğın­dan, çi­yin­lə­ri­ni çə­kə­rək yol-yol­­da­­şı­na ba­xıb nə­sə de­mək is­tə­di, la­kin ya­rıa­çıq ağ­zı­nı yu­mub sözünü ud­du, qaş­la­rı­nı ça­tıb ye­ni­dən ba­şı­nı aşa­ğı sa­la­raq gözlə­ri­ni döşə­mə­yə dik­di.

Onun üz ifa­də­sin­dən nə de­mək is­tə­di­yi­ni an­la­yan ix­ti­yar bo­ğa­zı­nı arıt­la­yıb sözə baş­la­dı:

–  Bi­lir­sən oğul, in­di er­mə­ni­lər to­pu­nan, tüfən­gi­nən gə­lir­lər. Doğ­ru­dur, özlə­ri­nə qal­sa, har­dan­dır on­lar­da o cə­sa­rət… Am­ma nə isə, axı­rı ki, gə­lir­lər, – de­yib bir ah çə­kə­rək da­vam et­di; – və bi­zim əli­ya­lın ca­maa­tı­mız da ən azın­dan ailə­si­nin, uşa­ğı­nın ca­nı­nı, na­mu­su­nu bu bar­bar­lar­dan qo­ru­ya bil­mək üçün yurd-yu­va­la­rı­nı qo­yub ge­dir­lər. Yə­ni on­lar el-oba­la­rın­dan “di­dər­gin” və ya ba­yaq da sə­nin de­di­yin ki­mi qaç­qın düşürlər. Am­ma məc­bu­ri köçkün elə de­yil axı. Adın­dan da göründüyü ki­mi, məc­bu­rən köçürülən­lər­dir on­lar. Va­cib de­yil düşmən is­ti­la­sın­dan, ya da qul­dur dəs­tə­lə­ri­nin əlin­dən da­ha təhlü­kə­siz ya­şa­ya bi­lə­cək­lə­ri bir ye­rə köçsünlər. Mə­sə­lən, elə si­ya­si bas­qı­lar­la, ya da po­litbü­ro qə­ra­rı ilə də yurd-yu­va­la­rın­dan məc­bu­rən köçürülən­lər məc­bu­ri köçkünlər­dir.

Hax­ver­di yol-yol­da­şı­na bax­ma­dan:

–  Da­yı, siz qırx sək­kiz­də gə­­lən­­lər­­dən­­si­­niz­­mi­­? – de­yə so­ruş­du.

Yaş­lı adam:

–  Bə­li oğ­lum, – de­yib bir ah çək­di.

Bir an­lıq sükut­dan son­ra yaş­lı adam əsa­sı­nın tu­ta­ca­ğı­nı ox­şa­ya-ox­şa­ya gözlə­ri­ni pən­cə­rə­dən çölə, də­mir­yol xət­ti bo­yun­ca ge­ri­yə qa­çan sı­ra-sı­ra be­ton di­rək­lə­rə zil­lə­yə­rək da­vam et­di, – o vaxt­lar mən ca­van idim, müha­ri­bə­dən qa­yı­dıb kən­di­miz­də əv­vəl ol­du­ğu ki­mi müəl­lim iş­lə­yir­dim. Ye­ni­cə ev­lən­miş­dim və bir də bir oğ­lum ol­muş­du… Yaş­lı ada­mın gözlə­ri dol­du, sə­si tit­rə­yə­rək zə­if­lə­di. Am­ma bir gün par­ti­ya­dan göstə­riş gəl­di, ha­mı­mı­zı yük va­qon­la­rı­na dol­du­rub Mil-Mu­ğa­nın ilan mə­lə­yən düzlə­ri­nə sürdülər…

–  Mən bu ba­rə­də ağ­saq­qal­lar­dan eşit­mi­şəm, am­ma mə­nim­ki elə-be­lə, qu­laq­dan dol­ma bil­gi­dir, gu­ya o vaxt pam­bıq­çı­lı­ğı in­ki­şaf et­dir­mək is­tə­yir­miş­lər, Kür-Araz ova­lı­ğın­da da əha­li sey­rək ol­du­ğun­dan, Er­mə­nis­ta­nın dağ­lıq yer­lə­rin­də ya­şa­yan adam­la­rı köçürüblər ki, pam­bıq tar­la­la­rın­da ça­lış­sın­lar…

–  Sən də bu cə­fən­gi­ya­ta inan­­dın­­mı­­? – de­yə so­ru­şan yaş­lı adam köks ötürdü.

–  Xeyr da­yı, nə bi­lim, hə­rə bir söz da­nı­şır­dı, bi­ri de­yir pam­bıq­çı­lı­ğa görə, bi­ri de­yir er­mə­ni­lə­ri et­nik az­lıq ol­maq­dan qur­tar­ma­ğa görə…

Yaş­lı adam onun sözlə­ri­ni bi­tir­mə­si­ni gözlə­mə­dən da­vam edir­di:

–   Hə­lə Böyük Və­tən müha­ri­bə­sin­dən qa­baq evin­dən-eşi­yin­dən di­dər­gin sa­lı­nan­lar ol­ma­­say­dı, Er­mə­nis­tan­da biz azər­bay­can­lı­lar çox­luq­da ola­caq­dıq. Nə isə, köçürmə­nin üzə­rin­dən il­lər keç­dik­dən son­ra mən bu ba­rə­də araş­dır­ma apar­dım, çünki xal­qı­mı­zın il­lər uzu­nu mə­ruz qo­yul­­du­ğu haq­sız­lıq­lar ba­rə­də bir ki­tab yaz­maq is­tə­yir­dim, – de­di və ah çə­kə­rək da­vam et­di:

–   Bax oğ­lum, adi­cə bir fakt de­yə­cə­yəm, 1828-ci il­də İrə­va­nın əha­li­si­nin cə­mi 0.3 fai­zi er­mə­ni­lər­di…, am­ma in­di o boy­da şə­hər­də üç nə­fər azər­bay­can­lı be­lə qal­ma­yıb…

Hax­ver­di yaş­lı ada­mın hüzünlə kölgə­lə­nən gözlə­ri­nə, səy­ri­yən do­daq­la­rı­na ba­xa­raq:

– Ya­za bil­­di­­niz­­mi­­? – de­yə so­ruş­du.

–  Yaz­dım, am­ma ça­pa ver­mək is­tə­dik­də, DTK iliş­di mə­nə.

–  Si­zi tut­du­la­r?

–  Yox, oğul, tut­ma­dı­lar, am­ma bir az çək-çe­vir elə­di­lər, iş­dən də qov­du­lar. Nə isə, bun­lar ar­xa­da qal­dı, an­caq mən o vaxt bu köçürmə ilə bağ­lı çox ma­raq­lı fakt­la­ra rast gəl­dim.

Otur­du­ğu yer­də­cə üzünü müsa­hi­bi­nə tə­rəf döndə­rən Hax­ver­di ma­raq­la:

–  Nə fak­­tı­­?

–  Qu­laq as, de­yə­cəm, on­suz da bu tıs­ba­ğa­nın Ba­kı­ya çat­ma­sı­na hə­lə çox var, – de­yə­rək əsa­sı­nın ucu ilə va­qo­nun döşə­mə­si­nə vur­du.

Hax­ver­di ma­ra­ğı­nı giz­lət­mə­dən:

–  Bu­yu­run da­yı, si­zi din­lə­yi­rəm, – de­di.

Yaş­lı adam bir an düşündü, son­ra böyrünə, otu­ra­ca­ğın üstünə qoy­du­ğu əl çan­ta­sı­nı di­zi­nin üstünə qoy­du, açıb için­dən çı­xar­dı­ğı ka­ğız­la­rı və­rəq­lə­yə­rək bir ne­çə­si­ni Hax­ver­di­yə uzat­dı:

–  Yax­şı­sı bu­dur, al özün oxu, – de­yib aya­ğa qalx­dı, – mən bir si­qa­ret çə­kib gə­li­rəm, – de­yib əsa­sı­nın kömə­yi ilə iki va­qo­nun bir­ləş­di­yi ye­rə doğ­ru ad­dım­la­dı.

Qa­pı­nın ar­dın­da gözdən itə­nə­dək yaş­lı ada­mı ba­xış­la­rı ilə müşa­yi­ət edən Hax­ver­di, ix­ti­ya­rın va­qo­nun ke­çid qa­pı­sı­nı ar­xa­sın­ca çə­kib örtdükdən son­ra əlin­də­ki ka­ğız­la­rı oxu­ma­ğa baş­la­dı:

“Və­tə­ni­miz Çar Ru­si­ya­sı tə­rə­fin­dən iş­ğal edil­dik­dən son­ra, azər­bay­can­lı­la­ra qar­şı məq­səd­yönlü şə­kil­də hə­ya­ta ke­çi­ril­miş et­nik tə­miz­lə­mə və soy­qı­rı­mı si­ya­sə­ti nə­ti­cə­sin­də xal­qı­mız ağır məh­ru­miy­yət­lə­rə, mil­li fa­ciə və mə­şəq­qət­lə­rə mə­ruz qal­mış­dır. Mər­hə­lə-mər­hə­lə ger­çək­ləş­di­ri­lən bu qey­ri-in­sa­ni si­ya­sət nə­ti­cə­sin­də azər­bay­can­lı­lar in­di Er­mə­nis­tan ad­lan­dı­rı­lan əra­zi­dən – min il­lər bo­yu ya­şa­dıq­la­rı öz doğ­ma ta­ri­xi-et­nik tor­paq­la­rın­dan di­dər­gin sa­lı­na­raq kütlə­vi qətl və qır­ğın­la­ra mə­ruz qal­mış­dır.

Sa­də­cə, Azər­bay­ca­nın il­ha­qın­dan Böyük Okt­yabr so­sia­list in­qi­la­bı­na qə­dər ke­çən dövrdə İran və Türki­yə­dən Qər­bi Azər­bay­can tor­paq­la­rı­na bir mil­yon­dan ar­tıq er­mə­ni köçürülə­rək sı­xış­dı­rı­lıb çı­xa­rı­lan azər­bay­can­lı­la­rın ya­şa­yış məs­kən­lə­rin­də yer­ləş­di­ril­miş­dir.

Bu əra­zi­lə­rə köçürülən er­mə­ni­lər tə­rə­fin­dən xal­qı­mı­za məx­sus min­lər­lə ta­ri­xi-mə­də­ni abi­də və ya­şa­yış məs­kə­ni da­ğı­dı­lıb vi­ran edil­miş, ta­ri­xi iz­lə­ri­mi­zi sil­mək üçün to­po­nim və hid­ro­nim­­lə­rin ad­la­rı də­yiş­di­ri­lə­rək er­mə­ni­ləş­di­ril­miş­dir.

Tə­əssüf­lər ol­sun ki, Çar Ru­si­ya­sı­nın hi­ma­yə­si və bi­la­va­si­tə iş­ti­ra­kı ilə hə­ya­ta ke­çi­ri­lən bu si­ya­sət so­sia­list in­qi­la­bı və Azər­bay­can SSR-in So­vet So­sia­list Res­pub­li­ka­la­rı İt­ti­fa­qı­na qa­tıl­­ma­sın­dan son­ra da da­vam et­mək­də­dir. Azər­bay­can tor­paq­la­rı he­sa­bı­na ya­ra­dıl­mış Er­mə­nis­tan SSR-in rəh­bər­li­yi, xüsu­sən iyir­mi-otu­zun­cu il­lər­də, Za­qaf­qa­zi­ya dövlət­lə­ri­nin hər üçü Za­qaf­­qa­zi­ya So­vet Fe­de­ra­tiv So­sia­list dövlə­ti­nin tər­ki­bin­də ol­du­ğu vaxt Azər­bay­ca­na qar­şı əra­zi id­di­­a­la­rı ilə çı­xış edə­rək er­mə­ni­lə­rin de­mək olar ki, ya­şa­ma­dıq­la­rı Zən­gə­zur və Göyçə ma­hal­la­rı­nın, ha­be­lə Or­du­bad və Zən­gi­lan ra­yon­la­rı­nın kənd­lə­ri­nin he­sa­bı­na ya­ra­dı­lan Meh­ri ra­yo­nu­nun Er­mə­nis­ta­nın tər­ki­bi­nə ve­ril­mə­si­nə na­il ol­muş­du­lar. On­lar hət­ta Nax­çı­van MSSR-in də Er­mə­­nis­ta­na ve­ril­mə­si­ni tə­ləb edir­di­lər. Nax­çı­van MSSR-in o vaxt­kı qey­ri mil­lət­dən olan bol­şe­vik rəh­bər­li­yi mux­tar res­pub­li­ka­nın Er­mə­nis­ta­na bir­ləş­di­ril­mə­si ba­rə­də qə­rar çı­xart­sa da, yer­li əha­li­nin qə­ti eti­raz­la­rı nə­ti­cə­sin­də er­mə­ni­lər bu plan­la­rı­nı hə­ya­ta ke­çi­rə bil­mə­miş­di­lər. Kom­­mu­nist ideo­lo­gi­ya­sı­nın ək­si­nə ge­də­rək, bey­nəl­mi­ləl­çi­lik ide­ya­la­rı­nı ko­bud şə­kil­də po­zan Er­mə­­nis­tan SSR rəh­bər­li­yi azər­bay­can­lı­la­rın so­si­al-iq­ti­sa­di prob­lem­lə­ri­ni həll et­mə­yə­rək, on­la­rı ac­lıq və sə­fa­lə­tin pən­cə­si­nə tərk edə­rək,öz ata-ba­ba yurd­la­rın­dan sı­xış­dı­rıb çı­xar­ma­ğa ça­lı­şır, tək­mil­­lət­li, sa­də­cə er­mə­ni­lə­rin ya­şa­dıq­la­rı dövlət ya­rat­maq üçün əl­lə­rin­dən gə­lə­ni edir­di­lər. Bu­nun nə­ti­cə­sin­də də Böyük Və­tən müha­ri­bə­si baş­la­ya­na qə­dər nə­in­ki əra­zi­lə­ri­ni üç də­fə ge­niş­lən­di­rə bil­di­lər, hət­ta Qa­ra­bağ­da ya­şa­yan er­mə­ni­lər üçün heç bir si­ya­si-iq­ti­sa­di məc­bu­riy­yət ol­ma­dı­ğı hal­da, mux­ta­riy­yət də al­dı­lar. Bu­na qar­şı­lıq Azər­bay­can xal­qı kom­mu­nist ide­ya­la­rı­na bağ­lı, bey­nəl­mi­ləl­çi­lik ide­ya­la­rı­na sə­da­qət­li ol­du­ğu­nun bir nümu­nə­si ola­raq Ve­di­ba­sar, Zən­gə­zur və Göyçə ma­hal­la­rı, ey­ni za­man­da Di­li­can­da er­mə­ni­lər­dən say­ca də­fə­lər­lə üstün ol­ma­la­rı­na, et­nik və iq­ti­sa­di cə­hət­dən Er­mə­nis­ta­na de­yil, Azər­bay­ca­na bağ­lı ol­ma­la­rı­na bax­ma­ya­raq, bey­nəl­­mi­ləl­çi­lik prin­sip­lə­ri ilə ya­şa­ya­raq heç bir za­man nə mux­ta­riy­yət, nə də di­gər si­ya­si tə­ləb­lər­lə çı­xış et­mə­miş­lər. Hət­ta Azər­bay­can SSR höku­mə­ti nə yu­xa­rı­da ad­la­rı çə­ki­lən əra­zi­lə­ri Er­mə­nis­­ta­na güzəş­tə get­di­yin­də, nə də Qa­ra­bağ­da ya­şa­yan er­mə­ni­lə­rə mux­ta­riy­yət ve­ril­mə­si­nə ra­zı ol­du­­ğu hal­da be­lə səs­lə­ri­ni çı­xar­ma­mış­lar. Er­mə­ni­lər­sə bu­nun tam ək­si­nə ola­raq, hət­ta so­vet xalq­­la­rı­nın tək yum­ruq ola­raq dünya­nı fa­şizm bə­la­sın­dan xi­las et­mək üçün müba­ri­zə apar­dıq­la­rı Böyük Və­tən müha­ri­bə­si il­lə­rin­də be­lə, bu ya­yıl­ma­çı məq­səd­lə­ri­nə na­il ol­maq üçün du­rub din­­cəl­­mə­­dən ça­lı­şır, be­lə­lik­lə də So­vet İt­ti­fa­qı Kom­mu­nist Par­ti­ya­sı­nın qar­daş­lıq və bey­nəl­­mi­ləl­çi­lik ide­ya­la­rı­nı bal­ta­la­yır­dı­lar.

Son­ra­kı il­lər­də SSRİ əra­zi­sin­də Er­mə­nis­tan­dan baş­la­ya­raq ya­yı­lan şo­vi­nist və yer­li mil­lət­­çi­lik si­ya­sə­ti­nin güclən­mə­si xalq­lar ara­sın­da tez-tez müna­qi­şə və toq­quş­ma­lar, konf­likt­lər, cid­di təhlü­kə­li prob­lem­lər ya­ran­ma­sın­da açıq tə­zahür edir­di. Qaf­qaz­da da Azər­bay­can, er­mə­ni, gürcü və baş­qa xalq­lar ara­sın­da mil­li müna­qi­şə ocaq­la­rı ya­rat­maq is­tə­yən an­ti­bey­nəl­mi­ləl, an­ti­so­vet qüvvə­lər var idi. Par­ti­ya­mı­zın içi­nə sız­mış bu qüvvə­lər kom­mu­nist-daş­nak­lar­dan baş­qa­sı de­yil­di. On­la­rın bu məkr­li si­ya­sə­ti, əsa­sən azər­bay­can­lı­la­rın Er­mə­nis­tan­dan çı­xa­rı­la­raq bu ölkə­nin tək­­mil­­lət­li dövlə­tə çev­ril­mə­si və “Dağ­lıq Qa­ra­bağ” konf­lik­ti­nin süni su­rət­də kəs­kin­ləş­di­ril­mə­si məq­­sə­di güdürdü. Mosk­va­da­kı və xa­ri­ci ölkə­lər­də­ki lob­bi­si­nə ar­xa­la­nan er­mə­ni mil­lət­çi­lə­ri, kom­­mu­nist-daş­nak­lar məhz bu si­ya­sə­tin tə­zahürü ola­raq azər­bay­can­lı­la­rın Er­mə­nis­tan SSR-də­ki ta­ri­xi-et­nik əra­zi­lə­rin­dən ta­ma­mi­lə sı­xış­dı­rı­lıb çı­xa­rıl­ma­sı və Qa­ra­ba­ğın qo­pa­rı­lıb Er­mə­nis­ta­na ve­ril­mə­si tə­lə­bi ilə çı­xış edir­di­lər. Er­mə­ni mil­lət­çi­lə­ri bu qey­ri-in­sa­ni məq­səd­lə­ri­nə na­il ol­maq üçün qır­xın­cı il­lər­də Mosk­va­dan bi­la­va­si­tə A.Mi­ko­ya­nın tə­şəbbüsü ilə Er­mə­nis­tan­da par­ti­ya eli­ta­sı­nın fə­al iş­ti­ra­kı ilə giz­li “Qa­ra­bağ hə­rə­ka­tı”, “Qa­ra­bağ ko­mi­tə­si” ya­rat­mış­dı­lar.

Bu ko­mi­tə­nin tə­ki­di ilə 1945-ci ilin pa­yı­zın­da, Böyük Və­tən müha­ri­bə­si bit­dik­dən az son­ra Er­mə­nis­tan rəh­bər­li­yi növbə­ti də­fə So­vet İt­ti­fa­qı Kom­mu­nist Par­ti­ya­sı Mər­kə­zi Ko­mi­tə­si qar­şı­sın­da Azər­bay­ca­nın Dağ­lıq Qa­ra­bağ bölgə­si­nin Er­mə­nis­ta­na ve­ril­mə­si mə­sə­lə­si­ni qal­dır­dı. Er­mə­nis­tan Kom­mu­nist Par­ti­ya­sı Mər­kə­zi Ko­mi­tə­si­nin Sta­li­nə müra­ciə­tin­də heç bir el­mi, ta­ri­xi əsa­sı ol­ma­dan Dağ­lıq Qa­ra­bağ əra­zi­si­nin gu­ya iq­ti­sa­di cə­hət­dən da­ha çox Azər­bay­can SSR-lə de­yil, Er­mə­nis­tan SSR-lə bağ­lı ol­du­ğu­nu sübut et­mə­yə cəhd olu­nur­du. Mə­sə­lə­yə dər­hal re­ak­si­ya ve­rən Mər­kə­zi höku­mə­tin nüma­yən­də­si So­vet İt­ti­fa­qı Kom­mu­nist Par­ti­ya­sı Mər­kə­zi Ko­mi­tə­si­nin ka­ti­bi G.M.Ma­len­kov 1945-ci il no­yab­rın 28-də Azər­bay­can Kom­mu­nist Par­ti­ya­sı­nın bi­rin­ci ka­ti­bi M.C.Ba­ğı­ro­va yaz­dı­ğı mək­tu­bun­da bu mə­sə­lə ilə bağ­lı mə­lu­mat ve­rir və onun rə­yi­ni so­ru­şur. M.C.Ba­ğı­rov min doq­quz yüz qırx be­şin­ci ilin on de­kab­rın­da (“tam məx­fi­dir” qri­fi ilə) ona ca­vab mək­tu­bu göndə­rir. Mək­tub­da Er­mə­nis­ta­nın Dağ­lıq Qa­ra­bağ­la bağ­lı irə­li sürdüyü bütün id­dia­la­rın heç bir el­mi, ta­ri­xi əsa­sı ol­ma­dı­ğı və Dağ­lıq Qa­ra­ba­ğın ta­ri­xən Azər­bay­can əra­zi­si ol­du­ğu tu­tar­lı fakt­lar­la sübut edi­lir­di.

Ca­vab mək­tu­bun­da so­vet ha­ki­miy­yə­ti il­lə­rin­də ilk də­fə Azər­bay­can rəh­bər­li­yi tə­rə­fin­dən ta­ri­xi Azər­bay­can tor­paq­la­rı prob­le­mi­ni qal­dı­rır və bu­ra­da Dağ­lıq Qa­ra­ba­ğın Er­mə­nis­ta­na güzəş­tə ge­di­lə­cə­yi təq­dir­də müxtə­lif vaxt­lar­da Er­mə­nis­ta­na, Gürcüsta­na və So­vet Ru­si­ya­sı­na ve­ril­miş bir çox ta­ri­xi əra­zi­lə­rin, o cümlə­dən Zən­gə­zur, Göyçə, Bor­ça­lı, Şəm­şəd­dil ma­hal­la­rı­nın və Dər­bən­din Azər­bay­can SSR-ə qay­ta­rıl­ma­sı­nı va­cib he­sab edir. Azər­bay­can rəh­bər­li­yi­nin mə­sə­lə­nin bu səp­ki­də müza­ki­rə olun­ma­sı­na ra­zı­lıq ver­mə­si er­mə­ni­lə­rin plan­la­rı­nın po­zul­ma­sı ilə ya­na­şı, Mər­kə­zi höku­mə­tə prob­le­min bütün ölkə üçün son­suz fə­la­kət­lər ya­ra­da­ca­ğı­nı an­lat­dı. Be­lə bir təhlü­kə­nin re­al ol­du­ğu­nu görən Mər­kə­zi höku­mət er­mə­ni­lə­rin id­dia­la­rı­nı rədd edə­rək mə­sə­lə­nin “ar­xi­və ve­ril­mə­si­ni” tövsi­yə et­di.

Hə­lə 1943-cü il no­yab­rın 28-dən de­kab­rın bi­ri­nə­dək SSRİ, ABŞ və İn­gil­tə­rə­nin iş­ti­ra­kı ilə ke­çi­ri­lən Teh­ran konf­ran­sın­da So­vet-İran müna­si­bət­lə­ri müza­ki­rə edi­lər­kən, gə­lə­cək­də “Böyük Er­mə­nis­tan” dövlə­ti ya­rat­maq xülya­sın­da olan er­mə­ni­lər əl­ve­riş­li şə­ra­it­dən is­ti­fa­də edə­rək, SSRİ xa­ri­ci iş­lər na­zi­ri V.Mo­lo­to­va müra­ci­ət edib, İran­da ya­şa­yan er­mə­ni­lə­rin SSRİ-yə köçürülmə­si­nə ica­zə is­tə­miş­di­lər.

Bəhs et­di­yi­miz dövrdə, İkin­ci Dünya müha­ri­bə­si bütün qız­ğın­lı­ğı ilə da­vam et­di­yin­dən Al­­ma­­ni­ya­nın pas­siv müttə­fiq­lə­rin­dən olan Türki­yə ilə sər­həd­də yer­lə­şən er­mə­ni­lər də məhz axıs­­xa­la­rın Gürcüstan­dan sürüldüyü ki­mi, azər­bay­can­lı­la­rın da Ve­di­ba­sar­dan və di­gər sər­həd­ya­nı əra­zi­­lər­dən Şər­qə köçürülmə­si­ni, on­la­rın bo­şalt­dı­ğı tor­paq­lar­da isə xa­ric­dən gə­ti­ri­lə­cək er­mə­­ni­lə­rin yer­ləş­di­ril­mə­si­ni is­tə­yir­di­lər. On­lar bu is­tək­lə­ri­ni Türki­yə ilə müha­ri­bə olar­sa, azər­bay­­can­­lı­la­rın So­vet İt­ti­fa­qı­na xə­ya­nət edə­rək kütlə­vi şə­kil­də türklə­rin tə­rə­fi­nə ke­çə­cə­yi, bu­nun­sa cəb­hə­də so­vet or­du­su üçün fə­la­kət­lər ya­ra­da­ca­ğı ilə əsas­lan­dır­ma­ğa ça­lı­şır­dı­lar.

V.Mo­lo­tov isə mə­sə­lə ilə bağ­lı Sta­lin­lə da­nış­dıq­dan son­ra xa­ric­də ya­şa­yan er­mə­ni­lə­rin Er­mə­nis­tan SSR əra­zi­si­nə köçürülmə­si­nə müna­si­bə­ti­ni bil­di­rə­cə­yi­ni de­miş, Sta­lin­lə məs­­lə­hət­ləş­dik­dən son­ra re­por­ta­si­ya­ya ra­zı­lıq ver­miş­di.

Kom­mu­nist-daş­nak­la­rın Mosk­va­da hə­ya­ta ke­çir­dik­lə­ri fəa­liy­yə­tin nə­ti­cə­si ola­raq, 1946-cı il okt­yab­rın 19-da SSRİ Ali So­ve­ti Rə­ya­sət He­yə­ti xa­ri­ci ölkə­lər­də ya­şa­yan er­mə­ni­lə­rin Er­mə­nis­tan SSR əra­zi­si­nə köçürülmə­si ilə bağ­lı Fər­man ver­di. Er­mə­ni­lə­rin Er­mə­nis­tan SSR-ə de­por­ta­si­ya­sı “Daş­naksüt­yun” par­ti­ya­sı­nın 1947-ci ilin iyu­nun­da ke­çi­ril­miş XIV konq­re­si­nin qə­bul et­di­yi qə­rar­lar­la bi­la­va­si­tə bağ­lı idi. Bu qə­rar­lar­da isə de­por­ta­si­ya­nın “azər­bay­can­lı­la­rın ya­şa­dıq­la­rı tor­paq­la­rın bo­şal­dıl­ma­sı və Er­mə­nis­tan sər­həd­lə­ri­nin ge­niş­lən­di­ril­mə­si” şə­rai­tin­də baş ver­di­yi id­dia edi­lir­di. Er­mə­ni­lə­rin re­por­ta­si­ya­sı və azər­bay­can­lı­la­rın de­por­ta­si­ya­sı­na mər­kə­zi qə­dim Azər­bay­can tor­pa­ğı olan Üçkil­sə­də yer­lə­şən Qri­qor­yan kil­sə­si də xe­yir-dua­sı­nı ver­miş­di.

Be­lə­lik­lə, həm er­mə­ni kom­mu­nist görünümlü daş­nak­la­rın, həm də din xa­dim­lə­ri­nin əl­bir­­li­yi ilə azər­bay­can­lı­la­rın Er­mə­nis­tan SSR əra­zi­sin­də­ki ta­ri­xi et­nik tor­paq­la­rın­dan qo­vul­ma­sı­nın növbə­ti mər­hə­lə­si baş­lan­dı. 1947-ci il de­kab­rın 23-də SSRİ Na­zir­lər So­ve­ti “Er­mə­nis­tan SSR-dən kol­xoz­çu­la­rın və baş­qa azər­bay­can­lı əha­li­si­nin Azər­bay­can SSR-in Kür-Araz ova­lı­ğı­na köçürülmə­si haq­qın­da” 4083 say­lı qə­rar ver­di. SSRİ Na­zir­lər So­ve­ti­nin min doq­quz yüz qırx sək­ki­zin­ci il on mart ta­rix­li “Er­mə­nis­tan SSR-dən kol­xoz­çu­la­rın və di­gər azər­bay­can­lı əha­li­nin Azər­bay­can SSR-in Kür-Araz ova­lı­ğı­na köçürülmə­si ilə əla­qə­dar təd­bir­lər haq­qın­da” da­ha bir qə­ra­rı ilə bu işi hə­ya­ta ke­çir­mək üçün konk­ret təd­bir­lər pla­nı müəy­yən olun­du. Bu qə­ra­ra görə, yüz min azər­bay­can­lı 1948-50-ci il­lər­də; min doq­quz yüz qırx sək­ki­zin­ci il­də on min, min doq­quz yüz qırx doq­qu­zun­cu il­də qırx min, min doq­quz yüz əl­lin­ci il­də isə əl­li min nə­fər “könüllülük prin­si­pi­nə əsa­sən” Azər­bay­ca­na köçürülmə­li idi. Qə­ra­rın axı­rın­cı, II mad­də­sin­də ay­rı­ca göstə­ri­lir­di ki, Er­mə­nis­tan SSR Na­zir­lər So­ve­ti­nə ica­zə ve­ril­sin ki, azər­bay­can­lı əha­li­nin köçürülmə­si ilə əla­qə­dar on­la­rın bo­şalt­dıq­la­rı ti­ki­li­lər­dən, ya­şa­yış ev­lə­rin­dən xa­ric­dən gə­lən er­mə­ni­lə­ri yer­ləş­dir­mək üçün is­ti­fa­də et­sin­lər. Bu isə o de­mək idi ki, de­por­ta­si­ya­ya mə­ruz qa­la­caq azər­bay­can­lı­lar ən azın­dan ya­şa­yış ev­lə­ri­ni, yar­dım­çı ti­ki­li­lə­ri­ni söküb in­şa­at ma­te­ri­al­­la­rı­nı götürə­rək köçürüldüklə­ri boş əra­zi­lər­də özlə­ri­nə yurd-yu­va qur­maq üçün is­ti­fa­də edə bil­mə­yə­cək, bağ-bağ­ça­la­rı­nı, şəx­si tə­sərrü­fat­la­rı­na və üzv ol­duq­la­rı kol­xoz­la­ra aid olan mal-qa­ra­­la­rı­nı, hət­ta arı ailə­lə­ri və to­yuq-cücə­lə­ri­ni be­lə ol­du­ğu ki­mi qo­yub ge­də­cək, məs­kun­laş­­dı­rı­la­­caq­la­rı boş tor­paq­lar­da hər şe­yi ye­ni­dən baş­la­ma­lı ola­caq­dı­lar.

De­por­ta­si­ya baş­la­ma­dan öncə rəs­mi sta­tis­ti­ka­ya görə Er­mə­nis­tan SSR-də dörd yüz min nə­fər­dən ar­tıq azər­bay­can­lı ya­şa­yır­dı. Min doq­quz yüz qırx sək­ki­zin­ci il­də Er­mə­nis­tan SSR-dən mütə­şək­kil su­rət­də Azər­bay­can SSR-ə min yed­di yüz dox­san doq­quz tə­sərrü­fat, yed­di min yed­di yüz qırx yed­di nə­fər köçürüldü. Bun­dan əla­və dörd yüz iyir­mi doq­quz ailə (iki min sək­kiz yüz otuz dörd nə­fər) müxtə­lif təz­yiq­lə­rə mə­ruz qal­dı­ğı­na görə pə­ra­kən­də hal­da Azər­bay­ca­na gəl­mə­yə məc­bur ol­muş­du. 1948-ci ilin ilin pa­yı­zı­na­dək de­por­ta­si­ya­ya mə­ruz qa­lan­la­rın sa­yı on min beş yüz sək­sən dörd nə­fər idi.

Azər­bay­can SSR və Er­mə­nis­tan SSR rəh­bər­lə­ri ara­sın­da əl­də olun­muş ra­zı­laş­ma­ya görə, min doq­quz yüz qırx doq­qu­zun­cu il­də on beş min yed­di yüz on üç nə­fər (beş min dörd yüz iyir­mi nə­fə­ri yaz­da, on min iki yüz dox­san üç nə­fə­ri isə pa­yız­da) və üç min sək­kiz yüz on sək­kiz tə­sərrü­fat köçürülmə­li idi. La­kin SSRİ Na­zir­lər So­ve­ti er­mə­ni­lər­dən çox er­mə­ni­pə­rəst olan üzvlə­ri­nin təz­yi­qi ilə Azər­bay­can SSR və Er­mə­nis­tan SSR höku­mət­lə­ri ara­sın­da əl­də edil­miş ra­zı­laş­ma­nı təs­diq et­mə­di və SSRİ höku­mə­ti­nin rəs­mi nüma­yən­də­si S.Çe­re­mu­şin Azər­bay­can SSR Na­zir­lər So­ve­ti­nin səd­ri T.Qu­li­yev­dən Er­mə­nis­tan SSR-dən Azər­bay­ca­na əv­vəl­cə­dən müəy­yən­ləş­di­ril­miş qırx min nə­fər azər­bay­can­lı­nın köçürülmə­si­ni tə­ləb et­di.

Azər­bay­can SSR Na­zir­lər So­ve­ti çı­xıl­maz və­ziy­yə­tə düşdüyündən mə­sə­lə­nin həl­li üçün SSRİ Na­zir­lər So­ve­ti səd­ri­nin müa­vi­ni G.M.Ma­len­ko­va müra­ci­ət edib bil­dir­di ki, bu qə­dər ada­­mın köçürülmə­si və yer­ləş­di­ril­mə­si üçün Azər­bay­ca­nın im­ka­nı yox­dur. Müra­ci­ət­də min doq­quz yüz qırx doq­quz-min doq­quz yüz əl­lin­ci il­lər üçün əv­vəl­lər müəy­yən edil­miş köçürmə plan­la­rı­na ye­ni­dən ba­xıl­ma­sı və “Er­mə­nis­tan SSR-dən olan azər­bay­can­lı kol­xoz­çu­la­rın və di­gər əha­li­nin on min nə­fə­ri­nin min doq­quz yüz qırx doq­qu­zun­cu il­də, on beş min nə­fə­ri­nin isə min doq­quz yüz əl­lin­ci il­də köçürülmə­si­nə ica­zə ve­ril­mə­si” xa­hiş edil­di.

De­por­ta­si­ya təd­bir­lə­ri Er­mə­nis­ta­nın iyir­mi iki ra­yo­nu­nu, əsa­sən Ba­sar­ke­çər, Zən­gi­ba­sar, No­yem­ber­yan, Mi­ko­yan, Di­li­can, Aş­tar­xan, Ki­ro­va­kan ra­yon­la­rı­nı əha­tə edir­di. Bu ra­yon­lar, əsa­sən azər­bay­can­lı­la­rın yığ­cam şə­kil­də, ya­xud er­mə­ni­lər­lə qa­rı­şıq hal­da ya­şa­dıq­la­rı dağ­lıq və da­ğə­tə­yi ra­yon­lar idi. Er­mə­ni mil­lət­çi­lə­ri, ilk növbə­də azər­bay­can­lı­la­rı bu ra­yon­lar­dan qo­vub çı­xar­­ma­ğa ça­lı­şır­dı­lar. Çünki is­tək­lə­ri­nə na­il ol­sa­lar, son­ra­kı il­lər­də di­gər bölgə­lər­dən, yə­ni azər­­bay­can­lı əha­li­nin nis­bə­tən sey­rək ya­şa­dı­ğı yer­lər­dən­de­por­ta­si­ya və ya as­si­mil­ya­si­ya­nın da­ha ra­hat hə­ya­ta ke­çi­ri­lə­cə­yi­nə əmin idi­lər.

Er­mə­nis­tan­dan de­por­ta­si­ya olun­muş azər­bay­can­lı­lar sa­də­cə yurd-yu­va­la­rın­dan çı­xa­rıl­­maq­la qal­mır, Azər­bay­can SSR-in Kür-Araz ova­lı­ğı və di­gər ra­yon­la­rın­da yer­ləş­di­ri­lər­kən, bu­ra­­da ya­şa­yan er­mə­ni­lər tə­rə­fin­dən də tə­qib olu­nur və on­lar ba­rə­də rəh­bər­li­yə böhtan do­lu mək­tub və te­leq­ram­lar göndə­ri­lir­di. Mə­sə­lən, Azər­bay­can SSR Şam­xor ra­yon par­ti­ya və ic­ra or­qan­­la­rın­da rəh­bər və­zi­fə tu­tan er­mə­ni­lər yüz əl­li nə­fər azər­bay­can­lı­nın öz tə­sərrü­fat­la­rı ilə bir­lik­də ra­yon­­dan sürgün edil­mə­si ba­rə­də qə­ra­rın qə­bul edil­mə­si­nə na­il ol­muş­du­lar. Er­mə­ni­lə­rin Azər­­bay­can­da bu özba­şı­na­lı­ğı­na res­pub­li­ka­nın Xalq Da­xi­li İş­lər Na­zir­li­yin­də, par­ti­ya və so­vet or­qan­­la­rın­da rəh­bər və­zi­fə tu­tan Mar­kar­yan, Qri­qor­yan, Ye­mel­ya­nov, Bor­şov və baş­qa­la­rı hi­ma­yə­­dar­lıq edir­di. On­lar er­mə­ni­lə­rin yığ­cam ya­şa­dıq­la­rı Dağ­lıq Qa­ra­bağ Mux­tar Vi­la­yə­ti və onun ət­ra­fın­da yer­lə­şən ra­yon­lar­da de­por­ta­si­ya olu­nan­la­rın yer­ləş­di­ril­mə­si­nə hər cür ma­ne­çi­lik törə­dir, M.C.Ba­ğı­ro­va ya­lan və böhtan­la do­lu rəs­mi ara­yış­lar təq­dim edir­di­lər. Köçkünlə­rin er­mə­ni­lər tə­rə­fin­dən sı­xış­dı­rıl­ma­sı ba­rə­də kol­lek­tiv im­za ilə göndə­ri­lən əri­zə və mək­tub­la­rı isə Res­pub­li­ka Təhlü­kə­siz­lik Na­zir­li­yi­nin rəh­bə­ri Ye­mel­ya­nov qəs­dən M.C.Ba­ğı­ro­va təq­dim et­di­yi ara­yış­da “mil­lət­çi­lik”, “si­ya­si təx­ri­bat” ki­mi xa­rak­te­ri­zə edir­di.

1949-cu il­də Er­mə­nis­tan­dan Azər­bay­ca­nın Sa­at­lı, Göyçay, Mir­bə­şir (Tər­tər), İmiş­li, Əli Bay­ram­lı (Şir­van), Zər­dab, Sal­yan, Kürdə­mir, Xal­dan, Sa­bi­ra­bad, Jda­nov (Bey­lə­qan), Yev­lax, Ucar, Gə­də­bəy və Bər­də ra­yon­la­rı­na on beş min iki yüz yet­miş al­tı adam köçürülmüşdü.

Min doq­quz yüz əl­lin­ci il mar­tın on dördündə və av­qus­tun iyir­mi be­şin­də Azər­bay­can və Er­mə­nis­tan res­pub­li­ka­la­rı­nın na­zir­lər so­vet­lə­ri hə­min ilin ya­zın­da və pa­yı­zın­da müva­fiq ola­raq Azər­bay­ca­na üç min dörd yüz on doq­quz tə­sərrü­fa­tın və on dörd min üç yüz alt­mış bir nə­fər ada­mın köçürülmə­si ba­rə­də qə­rar qə­bul et­miş­di­lər. La­kin köçürülmə, da­ha doğ­ru­su, mütə­şək­kil de­por­ta­si­ya pla­nı er­mə­ni mil­lət­çi­lə­rin is­tə­dik­lə­ri sürət­lə hə­ya­ta ke­çi­ril­mir­di. Bu qey­ri-in­sa­ni təd­bi­rin plan­laş­dı­rıl­mış şə­kil­də hə­ya­ta ke­çi­ril­mə­si­nə bir sı­ra ob­yek­tiv və sub­yek­tiv sə­bəb­lər ma­ne olur­du. De­por­ta­si­ya olu­nan­la­rın so­si­al və məi­şət prob­lem­lə­ri la­zı­mın­ca həll edil­mir­di, çünki müha­ri­bə­dən ye­ni­cə çıx­mış, yüz min­lər­lə və­tən­da­şı hə­lak ol­muş və ya ya­ra­lan­mış, iq­ti­sa­di cə­hət­dən ki­fa­yət qə­dər yox­sul­laş­mış res­pub­li­ka­nın qı­sa müddət­də bu yer­lər­də ye­tə­rin­cə mən­zil tik­mək im­ka­nı yox idi. Bölgə­lər­də bu­na süni ma­neə­lər də ya­ra­dı­lır­dı. Nə­ti­cə­də min doq­quz yüz əl­lin­ci il­də Azər­bay­can­dan Er­mə­nis­ta­na – öz keç­miş ya­şa­yış yer­lə­ri­nə qa­yıt­ma pro­se­si baş­lan­­mış­dı. Köçkünlər içə­ri­sin­dən çı­xıl­maz və­ziy­yə­tə düşən­lə­rin bə­zi­lə­ri əlac­sız qa­la­raq Mər­kə­zi höku­mə­tə şi­ka­yət və eti­raz mək­tub­la­rı göndə­rir­di­lər. La­kin bu şi­ka­yət və eti­raz­lar heç bir nə­ti­cə ver­mir­di. 1950-ci il­də Er­mə­nis­tan­dan Azər­bay­ca­na iki min doq­quz yüz yet­miş tə­sərrü­fat və ya on iki min dörd yüz əl­li adam köçürülmüşdü. Bu, əv­vəl­ki il­lər­lə müqa­yi­sə­də ən yüksək göstə­ri­ci idi. La­kin er­mə­ni mil­lət­çi­lə­ri və on­la­rın Mər­kə­zi höku­mət­də­ki hi­ma­yə­dar­la­rı SSRİ Na­zir­lər So­ve­ti­nin min doq­quz yüz qırx yed­din­ci il iyir­mi üç de­kabr və min doq­quz yüz qırx sək­ki­zin­ci il on mart ta­rix­li qə­rar­la­rı­nın ye­ri­nə ye­ti­ril­mə­si və­ziy­yə­tin­dən qə­ti na­ra­zı idi­lər. On­la­rın tə­ki­di ilə min doq­quz yüz əl­li bi­rin­ci il fev­ra­lın iyir­mi sək­ki­zin­də SSRİ Na­zir­lər So­ve­ti “min doq­quz yüz əl­li bi­rin­ci il­də köçürülmə pla­nı haq­qın­da” 605 say­lı məx­fi qə­rar qə­bul et­miş­di. Bu rəs­mi sə­nəd­­də köçürmə pro­se­si­nin sürət­lən­di­ril­mə­si tə­ləb olu­nur­du. La­kin görülən sərt in­zi­ba­ti təd­bir­lər də la­zı­mi nə­ti­cə ver­mə­di. Ək­si­nə, hət­ta min doq­quz yüz əl­li bi­rin­ci il­də er­mə­ni mil­lət­çi­lə­ri­nin is­tə­yi­nin ək­si­nə ola­raq, köçürülən­lə­rin ge­ri­yə qa­yıt­ma­sı hal­la­rı ço­xal­dı. Be­lə ki, Er­mə­nis­tan SSR Na­zir­lər So­ve­ti ya­nın­da Köçürmə İda­rə­si­nin rəi­si min doq­quz yüz əl­li bi­rin­ci il ma­yın iyir­mi yed­di­sin­də ver­di­yi mə­lu­mat­da otuz al­tı azər­bay­can­lı ailə­si­nin ge­ri­yə qa­yıt­dı­ğı­nı göstə­rir­di.

1952-1953-cü il­lər­də Er­mə­nis­tan­dan da­ha üç min yed­di yüz əl­li beş tə­sərrü­fat və on beş min üç yüz yet­miş al­tı nə­fər azər­bay­can­lı de­por­ta­si­ya edil­di. La­kin ge­ri qa­yı­dan­la­rın sa­yı da art­dı. Min doq­quz yüz əl­li dördüncü il­də Azər­bay­can SSR kənd tə­sərrü­fa­tı na­zi­ri­nin müa­vi­ni M.Po­la­do­vun rəh­bər­li­yi ilə Er­mə­nis­ta­na ezam edil­miş xüsu­si ko­mis­si­ya araş­dır­ma­lar nə­ti­cə­sin­də müəy­yən et­miş­di ki, köçürülən­lə­rin ge­ri­yə qa­yıt­ma­la­rı­nın baş­lı­ca sə­bə­bi Azər­bay­ca­nın Kür-Araz ova­lı­ğın­da on­lar üçün ele­men­tar ya­şa­yış şə­rai­ti­nin ya­ra­dıl­ma­ma­sı­dır. Bu sə­bəb­dən də Azər­­bay­can­­dan Er­mə­nis­ta­na min yüz on beş ailə ge­ri qa­yıt­mış­dı. Ge­ri qa­yı­dan­lar Er­mə­nis­tan­da qey­də alın­mır və adi və­tən­daş hüquq­la­rın­dan məh­rum edi­lir­di­lər. On­la­rın sa­də­cə özlə­ri de­yil, övlad­la­rı da təh­sil və tib­bi xid­mət hüqu­qun­dan məh­rum bu­ra­xı­la­raq cə­za­lan­dı­rı­lır­dı­lar. Bu­nun nə­ti­cə­sin­də də ge­ri­yə qa­yı­dan ailə­lər­də er­kən do­ğum və uşaq ölümü hal­la­rı əv­vəl­ki il­lə­rə nis­bə­tən iki də­fə­dən çox art­mış­dı.

Əs­lin­də 1952-ci il­də bit­mə­li olan de­por­ta­si­ya pro­se­si rəs­mi ola­raq min doq­quz yüz əl­li al­tın­cı ilə qə­dər, qey­ri-rəs­mi şə­kil­də isə alt­mı­şın­cı il­lə­rin əv­vəl­lə­ri­nə­dək­da­vam et­di­ril­di. Min doq­quz yüz əl­li dörd-min doq­quz yüz əl­li al­tın­cı il­lər­də yed­di min üç yüz on al­tı tə­sərrü­fat (otuz beş min sək­kiz yüz yet­miş nə­fər) Er­mə­nis­tan­dan de­por­ta­si­ya olun­muş­du. Ümu­miy­yət­lə, Er­mə­nis­tan SSR-də et­nik tə­miz­lə­mə­nin bu mər­hə­lə­sin­də yüz əl­li min nə­fər­dən çox azər­bay­can­lı zor­la köçürülmüş və ya köçmə­yə məc­bur edil­miş­dir. On­la­rın hər üç nə­fə­rin­dən bi­ri, yə­ni ən azı əl­li min nə­fər ye­ni şə­rai­tə, is­ti, qu­ru iq­li­mə, məi­şət tə­mi­nat­sız­lı­ğı­na uy­ğun­la­şa bil­mə­yə­rək, ac­lıq və xəs­tə­lik­dən hə­lak ol­du.

1948-1956-cı il­lər­də Er­mə­nis­tan SSR-dən, öz ta­ri­xi et­nik tor­paq­la­rın­dan de­por­ta­si­ya edi­lən azər­bay­can­lı­la­rın bu fa­ciə­si hüqu­qi cə­hət­dən min doq­quz yüz qırx sək­ki­zin­ci il­də BMT-nin İn­san Hüquq­la­rı Ko­mis­si­ya­sı­nın qə­bul et­di­yi qə­ra­rın II mad­də­si­nə uy­ğun ola­raq soy­qı­rım və et­nik tə­miz­lə­mə ki­mi qiy­mət­lən­di­ril­mə­li­dir”.

Əlin­də­ki ka­ğız­la­rı oxu­yub bi­ti­rən Hax­ver­di ba­şı­nı qal­dı­ra­raq əsa­sı­nın kömə­yi ilə ona ya­xın­laş­maq­da olan yaş­lı ada­ma bax­dı, do­lan gözlə­ri­ni giz­lət­mə­yə ça­lı­şa­raq:

–  Da­yı, siz bu fakt­la­rı ha­ra­dan al­mı­sız elə?

Yaş­lı adam ye­ri­nə ke­çib əy­ləş­di, köks ötürüb çə­nə­si­ni əsa tu­tan əli­nə söykə­yə­rək:

–  Ar­xiv­lər­dən oğ­lum, ar­xiv­lər­dən…

Hax­ver­di əlin­də tut­du­ğu ka­ğız­la­rı yaş­lı ada­ma uza­da­raq:

–  Nə yax­şı, si­zə ica­zə ver­di­lər ki, be­lə şey­lə­ri araş­dı­ra­sı­nı­z?

Yaş­lı adam bir an­lıq sus­du, nə­sə xa­tır­la­ma­ğa ça­lı­şır­mış ki­mi, bir an düşündü və nə­ha­yət, əli ilə qu­ru­muş do­daq­la­rı­nı si­lib sözə baş­la­dı:

–  Bi­lir­sən ba­la, yet­mi­şin­ci il­lə­rin son­la­rın­dan eti­ba­rən höku­mət­da­xi­li çə­kiş­mə­lər və qırt­la­ğı­na qə­dər kor­rup­si­ya­ya bu­laş­mış mə­mur­lar dövlə­tin da­yaq­la­rı­nı zə­if­lət­mə­yə baş­la­mış­dı­lar. Ar­tıq in­san­lar­da da beş-on il əv­vəl ol­du­ğu ki­mi dəh­şət­li xof yo­xuy­du.Mən də o vaxt gəl­dim Ba­kı­ya, qı­zım­gi­lə. Bir müddət on­lar­da qal­dım və get­dim ar­xiv­lər­dən köçürülmə ilə bağ­lı sə­nəd­­lə­ri top­la­dım. Çünki bi­lir­sən­mi oğul, bu ha­di­sə sa­də­cə in­san­la­rın bir yer­dən baş­qa ye­rə köçü­rülmə­si de­yil­di, bir soy­qı­rım idi, bir nəs­lin məh­vi, bir mil­lə­tin ge­ne­fon­du­nun yox edil­mə­si de­mək idi. Bu ha­di­sə öz-özlüyündə dəh­şət­li bir fa­ciə idi. Mən ona görə ka­ğız­la­rı ver­dim ki, özün oxu­ya­san, qırx sək­kiz-əl­li al­tın­cı il­lər­də nə­lər baş ver­di­yi­nə da­ha da əmin ola­san. Oğ­lum, sə­nin oxu­du­ğun ka­ğız­lar rəs­mi mə­lu­mat­lar əsa­sın­da ya­zı­lıb. Bir də qey­ri-rəs­mi mə­lu­mat­lar var. Hə­mən mə­lu­mat­la­ra görə alt­mı­şın­cı il­lə­rin əv­vəl­lə­ri­nə­dək da­vam edən de­por­ta­si­ya za­ma­nı iki yüz əl­li mi­nə ya­xın azər­bay­can­lı yurd-yu­va­sın­dan köçürülüb.

Hax­ver­di dərd-qə­min vax­tın­dan qa­baq qo­calt­dı­ğı yol-yol­da­şı­nı diq­qət­lə süzüb:

–  Da­yı, bəs ni­yə bu­ra­da yüz əl­li min nə­fər yaz­mı­sı­nı­z? – de­yib ka­ğız­la­rı göstər­di.

Yaş­lı adam qaş­la­rı­nı ça­ta­raq:

–  Diq­qət et­din­mi oğul, mən hər il köçürülən­lə­rin si­ya­hı­sı ilə göstər­mə­yə ça­lış­mı­şam. Bu si­ya­hı­nı da özümdən uy­dur­ma­mı­şam, ha­mı­sı dövlə­tin ar­xiv­lə­rin­dən götürülüb, am­ma sə­nə ver­mə­di­yim di­gər sə­hi­fə­lər­də baş­qa ma­raq­lı fakt­lar da var.

–  Nə fakt­la­rı, – de­yə so­ru­şan Hax­ver­di çə­nə­si­nə dəs­tək ver­di­yi əl­lə­ri­ni çə­kə­rək si­nə­sin­də qo­vuş­dur­du.

–  Mə­sə­lən, Er­mə­nis­tan ar­xiv­lə­rin­də­ki si­ya­hı­ya­al­ma sə­nəd­lə­rin­də köçürmə­dən qa­baq bir ya­şa­yış mən­tə­qə­sin­də yet­miş dörd ailə­nin ya­şa­dı­ğı göstə­ri­lir, am­ma köçürmə vax­tı hə­mən kənd­dən əl­li ailə­nin de­por­ta­si­ya olun­du­ğu qeyd olu­nub.

–  Hax­ver­di qaş­la­rı­nı ça­ta­raq:

–  Da­yı, bəs­yer­də qa­lan iyir­mi dörd ailə ha­ra get­­di­­? – de­yə so­ruş­du.

–  Yaş­lı adam:

–  On­la­ra öz kənd­lə­rin­də qal­ma­ğa, ya da Er­mə­nis­ta­nın baş­qa ye­ri­nə köçmə­yə ica­zə ve­ril­­mə­di­yi­nə görə de­mək ki, yet­miş dörd ailə­nin ha­mı­sı de­por­ta­si­ya olu­nub. Sa­də­cə er­mə­ni­lər köçürülən­lə­rin sa­yı­nı az göstər­mək üçün be­lə hiy­lə­lə­rə əl atıb­lar. Bi­lir­sən­mi oğul, o vaxt er­mə­ni­­lər fürsət düşmüşkən, mümkün qə­dər azər­bay­can­lı­nı köçürmə­yə ça­lı­şır­dı­lar, bi­zim­bey­nəl­mi­ləl­çi kom­mu­nist mə­mur­lar­sa sta­tis­ti­ka­ya o qə­dər də fi­kir ver­mir, mə­sə­lə­nin əsil ma­hiy­yə­ti­ni qav­­ra­ma­dıq­la­rın­dan bəl­kə də Kür-Araz ova­lı­ğın­da sa­lı­na­caq ye­ni pam­bıq plan­ta­si­ya­la­rı üçün iş­çi qüvvə­si gə­lir, de­yə se­vi­nir­di­lər.

Hax­ver­di ba­şı­nı təs­diq mə­na­sın­da yel­lə­yə­rək:

–  Bə­li da­yı, elə­dir, hə­mi­şə bi­zim höku­mət adam­la­rı­nın için­də mil­lət­çi, və­tən­pər­vər adam­lar az olub, on­lar da nə­yə­sə bo­ğul­duq­la­rın­dan, ya da heç nə­yə güclə­ri­nin çat­ma­ya­ca­ğı­nı gördüklə­­rin­dən səs­lə­ri­ni çı­xar­ma­yıb­lar, – de­yə ca­vab­la­dı.

Yaş­lı adam çan­ta­sın­dan su şüşə­si­ni çı­xa­ra­raq:

–  İçir­­sən­­mi­­? – de­yə Hax­ver­di­yə tək­lif et­di.

–  Xeyr, çox sağ ol, – de­yən Hax­ver­di ma­raq­la yol­yol­da­şı­nın su­yu­nu iç­mə­si­ni gözlə­mə­yə baş­la­dı.

Yaş­lı adam bir-iki qur­tum içib şüşə­ni çan­ta­ya qoy­du, əl yay­lı­ğı ilə ağ­zı­nı si­lib da­vam et­di:

–  İm­pe­ri­ya­nın ma­hiy­yə­ti bu­dur, oğ­lum. Hər za­man özünə sə­da­qət­lə qul­luq edə­cək adam­la­rı se­çir, bürok­ra­ti­ya­da on­la­rı yüksək pil­lə­lə­rə da­şı­yır. Özün düşün, mil­lət­çi bir azər­bay­can­lı ru­sun nə­yi­nə la­­zı­­mıy­­dı­­? On­la­ra elə adam­lar la­zı­mıy­dı ki, əmr­lə­ri­nə sor­ğu­suz-su­al­sız ita­ət et­sin, qoy­duq­la­rı tap­şı­rıq­la­rı vaxt­lı-vax­tın­da və əs­kik­siz ye­ri­nə ye­tir­sin.

Hax­ver­di:

–  Bə­li, da­yı, elə­dir, – de­yə ca­vab­la­dı.

Yaş­lı adam­sa da­vam edir­di:

–  Siz in­di to­pun-tüfən­gin qa­ba­ğın­dan ba­la­la­rı­nı­zın, qa­dın­la­rı­nı­zın na­mu­su­nu, hə­ya­tı­nı qo­ru­maq üçün qa­çır­sı­nız… Və il­lər bo­yu ti­kib ya­rat­dı­ğı­nız hər şe­yi­ni­zi, mal-dövlə­ti­ni­zi bir an­da iti­rə­rək, sa­də­cə əy­ni­niz­də­ki pal­tar­lar­la qa­çır­sı­nız. Bax o vaxt biz də elə gəl­miş­dik. Yax­şı xa­tır­la­yı­ram, biz al­tı qar­daş, dörd ba­cı idik. Mən evin son­be­şi­yi idim. Biz al­tı qar­da­şın al­tı­sı da müha­ri­bə­yə get­dik. Dördümüz ora­da qal­dıq. Bi­ri Brest­də, bi­ri Ba­lak­ley­də, bi­ri Ki­ye­vin azad olun­ma­sın­da, ən böyüyümüzsə Çe­xos­lo­va­ki­ya­da hə­lak ol­du. Mə­nim­lə bə­ra­bər müha­ri­bə­dən gə­lən qar­da­şım aya­ğı­nın bi­ri­ni itir­miş­di. O ev­lən­di, kənd­də­ki boş ev­lər­dən bi­ri­nə köçdü, mən­sə ev­lə­nib atam­gil­lə qal­dım… Və müha­ri­bə bit­dik­dən sa­də­cə iki il ya­rım son­ra uğ­run­da dörd qar­­da­şı­­mı­zı itir­di­yi­miz so­vet höku­mə­ti bi­zi və yüzmin­lər­cə di­gər azər­bay­can­lı­nı yurd-yu­va­sın­dan di­dər­gin sal­dı. Ey­ni­lə axıs­xa­lar ki­mi, bi­zi də va­qon­la­ra, ya da yük ma­şın­la­rı­na­dol­du­ra­raq gə­ti­rib tökdülər ilan mə­lə­yən düzən­lik­lə­rə. Və heç kim də evin­dən heç nə götürə bil­məz­di. Çünki hər şey höku­mə­tin ma­lı idi, hər şey dövlə­tin­di…, özü ilə nə­sə götürmək is­tə­yən­lə­ri də ən sərt şə­kil­də cə­za­lan­dı­rır­dı­lar. Bu dövrlə o dövrün ara­sın­da sa­də­cə bir fərq var; in­di in­san­la­rı si­lah­la öldürür­lər, am­ma o vaxt ac­lı­ğa, yox­lu­ğa, sə­fa­lə­tə, iq­lim də­yi­şik­li­yi­nə mə­ruz qo­ya­raq, və­tən həs­rə­ti ilə öldürürdülər. Bir düşün oğ­lum, sa­də­cə əl­li al­tın­cı ilə­dək ən azı, əl­li min nə­fər tə­ləf ol­muş­du və bun­la­rın heç bi­ri bir baş­qa in­san tə­rə­fin­dən bi­la­va­si­tə öldürülmə­miş, ya­vaş-ya­vaş ölmə­yə məh­­kum edil­miş­di­lər. Bu nə idi? İn­di ge­no­sid de­yir­lər, soy­qı­rım de­yir­lər, nə bi­lim nə de­yir­lər…, bax əsl soy­qı­rım, əsl ge­no­sid bu idi… Evin­dən bir də­fə çıx­dın, qur­tar­dı, bir da­ha­ge­ri dönə bil­məz­din. Görünməz bir sər­həd çək­miş­di­lər və o sər­həd­di ke­çən­lər ən ağır şə­kil­də cə­za­lan­dı­rı­lır, mə­nə­vi-psi­xo­lo­ji iş­gən­cə­lə­rə mə­ruz qo­yu­lur­du­lar. Bir kə­rə və­tən­daş ki­mi qey­diy­ya­ta alın­ma­dıq­la­rın­dan tib­bi xid­mət­dən tut­muş təh­sil hüqu­qu­na qə­dər bütün haq­la­rı əl­lə­rin­dən alı­nır, əkin­çi­lik­lə, hey­van­dar­lıq­la məş­ğul ol­maq is­tə­yən­lər nə tex­ni­ka, nə də ya­na­caq­la tə­min olun­mur, hət­ta qon­şu kənd­lər­dən da­maz­lıq mal-qa­ra sa­tın al­maq is­tə­dik­də be­lə, hər yol­la bu­nun qar­şı­sı alı­nır, pul ve­rib al­dıq­la­rı­nı isə ət­raf ya­şa­yış mən­tə­qə­lə­rin­dən gə­lən er­mə­ni mi­lis iş­çi­lə­ri sax­ta, ya­lan ifa­də­lər əsa­sın­da gu­ya oğur­lan­mış mal ki­mi qey­də ala­raq müsa­di­rə edir, sa­hib­lə­ri­ni isə həbs edir­di­lər… San­ki ata-ba­ba yur­dun­da heç ya­şa­ma­mış­san ki­mi, o tor­paq­la­ra həs­rət qo­yul­duq, nə bağ-bağ­ça­­mı­zı, nə də ata-ana­mı­zın, qo­hum-əq­rə­ba­mı­zın mə­zar­la­rı­nı bir da­ha zi­ya­rət edə bil­mə­dik…

Heç bi­lir­sən­mi nə qə­dər in­san və­tən həs­rə­tin­də, el-oba­sı­nı sa­yıq­la­ya-sa­yıq­la­ya öldü? Bax, oğ­lum, ca­van­la­ra nis­bə­tən asan­dır, on­lar za­man­la get­dik­lə­ri ye­rin ha­va­sı­na-su­yu­na alı­şır, iq­li­­mi­nə,hər şe­yi­nə uy­ğun­la­şır. Am­ma ya­şı otuz be­şi, qır­xı keç­di­sə, ar­tıq qur­tar­dı. Nə get­di­yin ye­rə alı­şa bi­lir­sən, nə el-oba­na dönə bi­lir­sən…

Hax­ver­di köks ötürə­rək:…

–  Bəs əş­ya­la­rı­nı­zı götürmə­yə ni­yə ica­zə ver­mir­di­lə­r?

–  Bi­lir­sən da, ba­la, so­vet vax­tı xüsu­si mülkiy­yət yox idi, hər şey dövlə­tin ma­lı idi, həm də de­yir­di­lər xa­ric­dən gə­lən er­mə­ni­lər lüt gə­lə­cək, bi­zim evi­miz­də-eşi­yi­miz­də ya­şa­ya­caq, bi­zim əş­ya­la­rı­mız­dan is­ti­fa­də edə­cək­lər… Azər­bay­ca­nın o vaxt­kı rəh­bər­li­yin­də isə mil­lət­çi, və­tən­se­vər adam­lar de­mək olar ki, ol­ma­dı­ğın­dan, nə so­vet höku­mə­ti­nin bu haq­sız­lıq­la­rı­na, nə də er­mə­ni­lə­rin hə­ya­sız­lıq­la­rı­na qar­şı çı­xa­caq qey­rət­də, na­mus­da kim­sə yox idi…

Hax­ver­di yaş­lı yol­yol­da­şı­na ba­xa­raq:

–  Da­yı, bi­zim­ki­lər elə də­də-ba­ba­dan ya­da ya­laq, ya­xı­na ço­laq ol­duq­la­rın­dan, ru­sa, er­mə­ni­yə gir­mə­yi mə­ri­fət sa­yır­mış­lar…

–  Sa­də­cə o de­yil, oğ­lum. Bir ta­ri­xi yax­şı an­la­maq, ha­di­sə­lə­rə də­qiq qiy­mət ve­rə bil­mək üçün gə­rək o dövrdə ya­şa­ya­san ki, hər şe­yi – yax­şı­nı da, pi­si də la­yi­qin­cə görüb qiy­mət­lən­di­rə bi­lə­sən. Və bir ah çə­kə­rək da­vam et­di: – O dövrdə şəx­siy­yə­tə pə­rəs­tiş elə bir həd­də çat­mış­dı ki, nə­in­ki və­zi­fə­li adam­lar, hət­ta ço­ban-ço­luq be­lə par­ti­ya­nın, Sta­li­nin han­sı­sa qə­ra­rı­nı müza­ki­rə et­mə­yi, qar­şı çıx­ma­ğı ağıl­la­rı­na gə­tir­mir­di­lər. İkin­ci tə­rəf­dən biz­də həm par­ti­ya rəh­bər­li­yin­də, həm də yüksək və­zi­fə­lər­də ça­lı­şan qey­ri-mil­lət­lə­rin sa­yı azər­bay­can­lı­la­rın sa­yın­dan çox idi. Qəl­bi və­tən sev­gi­si ilə döyünən, haq­sız­lıq­la­rı görə­rək,eti­raz et­mək is­tə­yən­lər də heç nə edə bil­mə­yə­cək­lə­ri­ni bil­dik­lə­rin­dən su­sur, səs­lə­ri­ni çı­xar­mır­dı­lar, səs­lə­ri­ni çı­xa­ran­lar ən yax­şı hal­da və­zi­fə­dən azad olu­nur­du­lar, bəxt­lə­ri gə­tir­mə­yən­lər isə mil­lət­çi, pantür­kist dam­ğa­sı ye­yə­rək, ən sərt şə­kil­də cə­za­lan­dı­rı­lır­dı­lar…

Yaş­lı adam bun­la­rı de­yib əli­nin ar­xa­sı ilə gözlə­ri­ni sil­di, cib yay­lı­ğı­nı çı­xa­rıb bur­nu­nu tə­miz­lə­di, bo­ğa­zı­nı arıt­la­yıb nə­sə de­mək is­tə­di, la­kin sus­du… onun do­daq­la­rı səy­ri­yir, da­nış­maq­­da çə­tin­lik çə­kir­di. Bu də­fə si­qa­ret çək­mə­yə get­mək növbə­si Hax­ver­di­nin idi. Bar­maq­la­rı ara­­sın­da tut­du­ğu filtr­siz “Ast­ra”nı üç tüstüyə bi­ti­rib döndüyündə, yaş­lı adam elə onun qo­yub get­di­yi ki­mi, alt do­da­ğı­nı tax­ma diş­lə­ri ilə sı­xa­raq otur­muş­du. Sıx­dı­ğı yum­ruq­la­rı­nın qı­rış­mış də­ri­si ta­rı­ma çə­kil­miş, da­mar­la­rı şi­şib göyər­miş­di.

Hax­ver­di ke­çib ye­rin­də əy­ləş­di, əli­ni yaş­lı ada­mın sı­xı­lı yum­ru­ğu­nun üstünə qo­ya­raq:

–  Da­rıx­ma da­yı, əl­bət bir gün biz də qi­sa­sı­mı­zı ala­rıq, həm də elə ala­rıq ki…, – de­yib qı­ca­dı­diş­lə­ri­ni bir-bi­ri­nə sı­xı­lıb sürtülən sümük sə­sin­dən əti ürpəş­di.

Bir müddət iki­si də sus­du, nə­ha­yət, süku­tu po­zan yaş­lı adam:

–  Bi­zi elə ki gə­ti­rib Ve­di­də dol­dur­du­lar yük va­qon­la­rı­na, qa­pı­nın ar­xa­sı­nı bağ­la­dı­lar, bir də ge­cə ya­rı­sı çölün düzündə düşürtdülər.

Hax­ver­di:

–  Han­sı stan­si­ya­ya gə­tir­miş­di­lər si­zi:

Yaş­lı adam dönüb acı və is­teh­za do­lu ba­xış­lar­la onun üzünə bax­dı…

–  Nə stan­si­ya: çölün düzündə sax­la­mış­dı­lar qa­ta­rı…

–  Ora­da­ca en­dir­di­lər sizi?

–  Bə­li oğul, ora­da­ca en­dir­di­lər…, va­qon­dan mal-hey­van en­di­rir­miş ki­mi, hay­la­ya-küylə­yə, ba­ğı­ra­raq, söyə­rək tə­ləm-tə­ləsik en­dir­di­lər, son­ra da ne­mes əsir­lə­ri ki­mi qa­dın­lı-ki­şi­li bir sı­ra­ya düzüb sə­hə­rə qə­dər yürütdülər. Bəl­kə on, bəl­kə on beş ki­lo­metr gəl­dik. Yol bo­yu ba­la­ca uşaq­lar ağ­la­şır, qo­ca­lar, xəs­tə­lər ye­ri­yə bil­mir­di­lər…, am­ma da­yan­maq ol­maz­dı, sə­hər açıl­ma­dan mən­zil ba­şı­na çat­ma­lı idik. Mə­nim önümdə bir əm­zik­li gə­lin ge­dir­di. Körpə­si ağ­la­yır, kə­sib-ki­ri­mir­di. Yaş­lı bir ki­şi ona de­di, ba­la, uşa­ğı öldürmüyə­cək­sən ki, onu əmiz­dir. O vaxt­lar abır-hə­ya va­rıy­dı, qa­dın­lar bu gə­li­ni dövrə­yə al­dı­lar ki, heç ol­ma­sa ge­də-ge­də uşa­ğı­nı əmiz­di­rə bil­sin. Gə­lin uşa­ğı sal­dı döşünə, son­ra özü baş­la­dı ağ­la­ma­ğa. Düzdü, on­la­rın ar­dın­ca get­səm də, ba­şı­mı qal­dı­rıb bax­­mır­dım, am­ma o gə­li­nin sə­sin­də­ki yan­ğı hə­lə də qu­laq­la­rım­da­dır…, uşaq elə ana­sı­nın döşün­də­­cə uğun­du… Ya­zıq gə­lin ağ­la­yır, bir di­li­mə de­yir­di; can ba­lam, dünən­dən Al­la­hın su­yu­nu da iç­mə­mi­şəm, ha­ra­dan alım südü?

–  Bəs ney­lə­di­ni­z?

–  Eli­yə bi­lə­cə­yi­miz bir şey yo­xuy­du. Uşaq ana­sı­nın qu­ca­ğın­da­ca ke­çin­di…

Hax­ver­di əsə­bin­dən, ki­nin­dən yum­ruq­la­rı­nı sı­xa­raq:

–  Al­çaq­lar, bu so­vet höku­mə­ti qə­dər əc­laf höku­mət ol­ma­yıb, – de­di və əla­və et­di:

–  Si­zinçün əv­vəl­cə­dən yer-yurd ha­­zır­­la­­mış­­dı­­lar­­mı­­?

–  Nə ye­ri, nə yur­du.., sən nə­dən da­nı­şır­san ay oğu­l? Heç nə yo­xuy­du, Al­la­hın lil­li su­yu da.

Yaş­lı adam da­nı­şır, ara­bir da­ya­na­raq köks ötürür, il­lər öncə baş­la­rı­na gə­ti­ri­lən müsi­bət­lə­rin ağ­rı-acı­sı­nı tək­rar ya­şa­yır­dı san­ki.

–  Er­tə­si gün bi­zim kol­xoz səd­ri, par­ti­ya nüma­yən­də­lə­ri yı­ğı­şıb get­di­lər ya­xın­lıq­da kol­xoz var­dı, ora, ca­ma­at­dan kömək is­tə­di­lər. Höku­mət də gu­ya yar­dım edə­cək­di, – de­yib əli­nin bi­ri­ni nə­­yi­sə özündən uzaq­laş­dır­maq is­tə­yir­miş­cə­si­nə yel­lə­di, bir ne­çə sa­ni­yə su­sub ye­ni­dən sözə baş­­la­dı:

–  Hə oğul, ora­da özümüzə pal­çıq­dan dax­ma­lar tik­dik, qon­şu kol­xoz­lar­dan bor­ca ve­ri­lən da­maz­lıq mal-qa­ra­nın he­sa­bı­na kol­xo­zu­mu­zun tə­sərrü­fa­tı­nı ya­rat­dıq. İl­lər keç­dik­cə və­ziy­yə­ti­miz düzəl­di, dax­ma­la­rı söküb yer­lə­rin­də ev-eşik sal­dıq. Və za­man­la hər şey unu­dul­du.

–  Yox, ay da­yı, ha­ra unu­du­lu­r?

–  Unu­dul­ma­say­dı, bu dı­ğa köpə­yu­şa­ğı ba­şı­mı­za ye­nə də bə­la olar­­dı­­lar­­mı­­? Unu­dul­du oğul, unu­dul­du və yurd-yu­va­sın­dan köçürülən­lə­rin hər üç nə­fə­rin­dən bi­ri ac­lıq­dan, yox­luq­dan, həs­rət­­dən ölmə­yi­lə yad­da qal­dı…

–  Si­zin qo­hum­la­rı­nız­dan­da rəh­mə­tə ge­dən ol­­du­­mu­­?

–  Heç bir həf­tə ta­mam ol­ma­dan oğ­lum öldü, son­ra ana­sı­nı qa­ra san­cı (apen­di­sit) apar­dı, ata­mı ilan çal­dı, qış­da da anam rəh­mə­tə get­di…

Yaş­lı adam sözlə­ri­ni bi­ti­rib tax­ma diş­lə­ri­ni qı­ca­dı. Onun gözlə­rin­dən oxu­nan kin və nif­rət Hax­ver­di­nin da­mar­la­rın­dan axan qa­nı­nı don­du­rur­du…

Bu adam nə ağır dərd­lər, nə məh­ru­miy­yət­lər ya­şa­mış­dı belə? – de­yə ürə­yin­dən ke­çirt­di. Həm də dünya­nın düz vax­tı…, get so­vet­lərçün dörd il cəb­hə­də can qoy, al­tı qar­daş­dan iki­si dön­sün, onun da bi­ri şi­kəst…, siz yox­kən ailə­niz nə çə­tin­lik­lər­lə üzləş­sin, bir də müha­ri­bə­dən dönən ki­mi müha­ri­bə­dən be­tər zülmlə qar­şı­laş… Al­lah­dan rə­­va­­mı­­?

Hax­ver­di az qa­la, öz dərd­lə­ri­ni unut­muş, il­lər öncə Qər­bi Azər­bay­can­dan de­por­ta­si­ya olu­nan­la­rın o gün ya­şa­dıq­la­rı­nı düşünür, on­la­rın ha­lı­na acı­yır­dı.

Və iki gün öncə, ça­yın kə­na­rın­da uza­nar­kən Al­la­ha ünvan­la­dı­ğı sua­lı qəl­bin­də tək­rar­la­yır, on­dan so­ru­şur­du:

–  Al­la­hım, bi­zim su­çu­muz nəy­­di­­? Rus­lar onil­lər bo­yu qar­daş­lıq na­ğı­lıy­nan ba­şı­mı­zı qa­ta-qa­ta ba­şı­mı­za aç­ma­dıq­la­rı oyun qal­ma­dı…, biz ki­mə ney­lə­miş­di­k? Nə böyük günah iş­lə­miş­dik ila­­hi­­?

Yaş­lı adam san­ki onun qəl­bin­dən ke­çən­lə­ri du­yub­muş ki­mi, ani­dən bir-bi­ri­nə sı­xı­lı do­daq­la­rı­nı ara­la­ya­raq:

–  Bi­lir­sən­mi, oğul, – de­yə sözə baş­la­dı:

–  El bir ol­ma­yan­da ya­ğı­nın işi asan olar. Hə­lə o vaxt, rus­lar gə­lib bu­ra­la­rı iş­ğal edən­də də biz par­ça­lan­mış­dıq, in­di də par­ça­lan­mı­şıq. Bir mil­lə­tin bir­li­yi­nin ol­ma­ma­sı onun fa­ciə­si­dir. Bi­zim ya­şa­dı­ğı­mız bütün fa­ciə­lə­rin güna­hı da bu par­ça­lan­mış­lı­ğı­mız­da, heç cür təş­ki­lat­la­nıb tək yum­ruq ola bil­mə­mə­yi­miz­də­dir. Adi Qa­ra­bağ mə­sə­lə­si­ni götürək, oxu­du­ğun ka­ğız­la­ra diq­qət et­din­sə, er­mə­ni­lə­rin Qa­ra­ba­ğı ələ­ke­çir­mə plan­la­rı­nın qırx üçüncü il­də rəs­mən baş­lan­dı­ğı­nı gördün. Əs­lin­də da­ha əv­vəl­dən baş­la­mış­dı­lar, ta Qa­ra­ba­ğa mux­ta­riy­yət al­dır­dıq­la­rı vaxt­dan, am­ma rəs­mi sə­viy­yə­də təş­ki­lat­lan­ma­la­rı qırx üçüncü il­dən baş­la­yır. İn­di bax, oğul, sə­nə bir su­al ve­rim, – de­yib ağap­paq ağar­mış, gur qaş­la­rı­nın al­tın­dan Hax­ver­di­yə bax­dı.

–  Bu­yur, da­yı.

–  Beş-al­tı il bun­dan əv­və­lə­dək er­mə­ni­lər­lə ne­cə ke­çi­nir­di­ni­z?

–  Ne­cə ola­ca­q? Meh­ri­ban­çı­lı­ğıy­dı.

–  Ay sağ ol, nə­in­ki meh­ri­ban­çı­lı­ğıy­dı, hət­ta qo­hum olur­duq, kir­və olur­duq, süfrə­mi­zin ba­şı­na ke­çi­rir­dik on­la­rı, doğ­ru­dur­mu, oğu­l?

Hax­ver­di san­ki bütün bun­la­rın güna­hı on­day­mış ki­mi, ba­şı­nı aşa­ğı sa­lıb sus­du, la­kin yaş­lı adam is­rar­la so­ruş­maq­da da­vam edir­di:

–  Kənd­lə­ri­mi­zə me­bel sat­ma­ğa, kar­tof sat­ma­ğa gə­lən er­mə­ni­lə­rə höku­mə­tin qor­xu­sun­dan bir söz de­yə bi­­lər­­di­­niz­­mi­­? Və ca­vab gözlə­mə­dən özü də öz sua­lı­nı ca­vab­la­dı; əl­bət­tə ki, xeyr, de­yə bil­məz­dik, am­ma er­mə­ni şo­vi­niz­mi­nin xüsu­si­lə güclü ol­du­ğu yer­lər­də – Go­rus­da, Qa­fan­da, Le­ni­na­kan­da azər­bay­can­lı­nı tək tu­tan­da öldürüb bas­dı­rır­dı­lar, yi­yə­si nə ölüsünü, nə də di­ri­si­ni ta­pa bil­mir­di. Mi­li­sə ge­dən­də də, ya­lan­dan ada­mın ba­şı­nı al­da­dıb göndə­rir­di­lər ki, bu tə­rəf­lə­rə be­lə adam gəl­mə­yib, ge­dib baş­qa yer­də ax­ta­rın.

–  Hax­ver­di onun sözlə­ri­ni ba­şı ilə təs­diq edə­rək:

–  Söz de­mək nə­di, ay da­yı, hə­lə qo­naq­pər­vər­li­yi­miz­dən kənd­lə­ri­mi­zə nə­sə sat­ma­ğa, ya da al­ma­ğa gə­lən er­mə­ni­lə­ri ye­dir­dib-içir­mə­dən göndər­məz­dik, “qo­na­ğın ru­zi­si­ni al­lah özündən qa­baq göndə­rər” – de­yib ye­mə­yin yağ­lı­sı­nı, ça­yın dəm­li­si­ni on­la­rın önünə qo­yar­dıq, – de­yə ca­vab­la­dı.

–  Bi­lir­sən ki, so­vet vax­tı Er­mə­nis­tan do­ta­si­ya ilə (iq­ti­sa­di yar­dım) ya­şa­yan ölkə idi. Am­ma bax­ma­ya­raq ki, bi­zim neft-qaz sə­na­ye­miz bir­ba­şa Mosk­va­ya ta­be idi, ye­nə də Azər­bay­can mər­kə­zi höku­mə­tə ver­gi ve­rən res­pub­li­ka­lar­dan bi­ri idi. Bi­zim bi­rin­ci ka­tib­lər fəh­lə­lə­rin, kol­xoz­çu­la­rın əmə­yi­nin he­sa­bı­na döşlə­rin­də fəxr­lə so­sia­list əmə­yi qəh­rə­ma­nı or­de­ni da­şı­yır­dı­lar. Am­ma kənd­lə­ri­miz qaz­laş­dı­rıl­ma­mış­dı, ev­lə­ri­miz çiy kər­pic­dən, möhrə­dən ti­ki­lir­di. Do­ta­si­ya ilə ya­şa­yan Er­mə­nis­tan­da isə hə­lə yet­mi­şin­ci il­lər­dən bi­zim qa­zı­mı­zın he­sa­bı­na bir də­nə də ol­sun qaz­laş­dı­rıl­ma­mış er­mə­ni kən­di qal­ma­mış­dı, kənd dükan­la­rın­da da is­tə­di­yin qə­dər ti­kin­ti ma­te­­ri­al­­la­rı var­dı. Bəs biz­də ne­cə, elə­­miy­­di­­? Nə kənd­lə­ri­miz­də əməl­li-baş­lı qaz­laş­dı­rıl­ma apa­rıl­mış­dı, nə də ti­kin­ti ma­te­ria­lı tap­maq olur­du. Ev-eşik tik­mək is­tə­yən­lər ya dövlət ti­kin­ti­lə­rin­dən oğur­luq daş, kər­pic, se­ment, nə bi­lim şi­fer alır­dı, ya da ev­lə­ri­ni çiy kər­pic­dən, möhrə­dən ti­kir­di­lər…

–  Ni­yə oğul, heç düşündünmü?

Hax­ver­di gülümsünə­rək:

–  Xeyr, – de­yə ca­vab­la­dı.

–  Çünki bi­zim­ki­lər or­den-me­da­lı xal­qı­mız­dan çox is­tə­yir­di­lər. Ona görə də hər il ne­cə edək ki, ay­rı­lan il­lik və­sa­it­dən bir qis­mi­ni xərc­lə­mə­dən mər­kə­zi büdcə­yə qay­ta­raq ki, tə­rif eşi­dək, – de­yə baş sın­dı­rır­dı­lar…

–  Hax­ver­di ba­şı­nı təs­diq mə­na­sın­da yel­lə­yə­rək:

–  Bə­li da­yı, elə­dir, elə mən özüm də evi­mi çay da­şıy­la, pal­çıq­la ti­kib üstünü də ti­kin­ti­dən al­­dı­ğım şi­fer­lə örtmüşdüm. Sa­hə müvək­ki­li də gə­lib har­dan al­mı­san, – de­yə sor­ğu-su­al et­dik­dən son­ra yüz ma­na­tı­mı alıb get­miş­di.

Yaş­lı adam­sa da­vam edir­di:

– Bax oğul, sən ca­van­san, hə­yat təcrü­bən də az­dır, in­di mə­nə diq­qət­lə qu­laq as, ta­rix­lə­ri bo­yu onun-bu­nun nökə­ri ol­muş bu mil­lə­tin sək­sən sək­kiz-sək­sən doq­qu­zun­cu il­lər­də bi­zim­­ki­lə­rin baş­la­rı­na aç­dıq­la­rı oyun­la­rı da­nı­şa­ca­ğam.

Hax­ver­di otur­du­ğu yer­də­cə ye­ri­ni ra­hat­la­ya­raq:

–  Bu­yu­run, da­yı, si­zi din­lə­yi­rəm, – de­yib yaş­lı ada­mın ağ­zın­dan çı­xa­caq heç bir sözü qa­çır­­ma­maq üçün diq­qə­ti­ni top­la­dı.

–  Min doq­quz yüz qırx sək­kiz-əl­li al­tın­cı il­lər­də­ki de­por­ta­si­ya­dan son­ra er­mə­ni­lər bütün güclə­ri­ni qo­ya­raq et­nik tə­miz­lə­mə­nin son mər­hə­lə­si­nə ha­zır­la­şır­dı­lar. Elə bir mər­hə­lə ki, Er­mə­nis­tan ad­la­nan əra­zi­də nə­in­ki bir nə­fər də ol­sun azər­bay­can­lı qal­ma­ma­lı, hət­ta bu tor­­paq­lar­da nə vaxt­sa azər­bay­can­lı­la­rın ya­şa­dı­ğı­nı göstə­rən bütün iz­lər si­lin­mə­li idi. Bu­nun üçün də həm Qər­bi Azər­bay­ca­nın gu­ya qə­dim er­mə­ni tor­pa­ğı ol­du­ğu­nu göstər­mək, həm də ora­da ya­şa­yan azər­bay­can­lı­la­rı sta­tis­ti­ka­da az göstər­mək üçün plan­lı şə­kil­də ya­şa­yış mən­tə­qə­lə­ri­nin, dağ­la­rın, çay­la­rın, göllə­rin ad­la­rı­nı də­yiş­dir­mə­yə baş­la­dı­lar. Bu məq­səd­lə də bir tə­rəf­dən müxtə­lif va­si­­tə­lər­lə təz­yiq edə­rək bi­zim­ki­lə­ri öz ata-ba­ba yurd­la­rın­dan çı­xar­ma­ğa ça­lı­şır, di­gər tə­rəf­dən də as­­si­mil­ya­si­ya si­ya­sə­ti hə­ya­ta ke­çi­rir­di­lər. İn­di on­lar Zən­gi ça­yı­nın adı­nı də­yi­şib Raz­dan, Göyçə gölünün və Göyçə şə­hə­ri­nin adı­nı də­yi­şib Se­van qo­yub­lar. Ta­rix bo­yun­ca mi­na­rə­lər şə­hə­ri ki­mi anı­lan İrə­van­da isə bu də­qi­qə tək bir məc­sid be­lə qal­ma­yıb. Bu er­mə­ni­lə­rin bir zərb-mə­sə­li var: “Bir yer­də türk var­sa, o yer sə­nin de­yil, türkündür”. Dünya ya­ra­nan­dan bə­ri heç vaxt dövlə­ti ol­­ma­­­­­­yan, ta­rix bo­yu yal­nız­ca güclü dövlət­lə­rin əli­nin al­tın­da əzi­lən, nökər­çi­lik edən er­mə­ni xis­­lə­ti bu­dur. Görürsən­mi, elə on­la­rın öz zərb-mə­səl­lə­ri özlə­ri­nin içi­ni ne­cə açıq-ay­dın büru­zə ve­ri­r?

Hax­ver­di yaş­lı ada­mı din­lə­yir, bir tə­rəf­dən də er­mə­ni zərb-mə­sə­li­ni öz-özünə tək­rar edir, bu yal­taq və baş­kə­sən mil­lə­tin xis­lə­ti­ni, xa­rak­te­ri­ni an­la­ma­ğa ça­lı­şır­dı….

Yaş­lı adam­sa da­vam edir­di:

–  Biz yat­dıq­ca, on­lar alt­dan-alt­dan təş­ki­lat­la­nır, iş­lə­ri­ni görürdülər. Bir tə­rəf­dən dünya­da qon­dar­ma er­mə­ni soy­qı­rı­mı­nı ta­nıt­maq üçün də­ri­dən-qa­bıq­dan çı­xır, Uruq­vay ki­mi əla­qə­siz döv­lət­lə­rin par­la­ment­lə­rin­də be­lə bu ya­lan­la­rı­nı qa­nu­ni­ləş­di­rir, o bi­ri tə­rəf­dən dünya­da, həm­çi­nin SSRİ-də ça­lı­şan er­mə­ni­lə­rin ma­aş­la­rı­nın bir qis­mi­ni “Hays­tan” ad­lı fond­da top­la­yır, öz kon­f­rans­la­rı­nı, təb­li­ğat-təş­vi­qat­la­rı­nı təş­kil et­mək üçün ma­liy­yə mən­bə­yi ya­ra­dır­dı­lar. Di­gər tə­rəf­dən də həm Er­mə­nis­ta­nın, həm də SSRİ-nin rəh­bər­li­yin­də təm­sil olu­nan er­mə­ni və er­mə­ni­pə­rəst şəxs­­lə­rin va­si­tə­si­lə “Də­niz­dən-də­ni­zə Er­mə­nis­tan” ya­rat­maq üçün ça­lı­şır­dı­lar. On­la­rın ilk hə­dəf­­lə­ri əl­bət­tə Azər­bay­can tor­paq­la­rı, ilk növbə­də isə Qər­bi Azər­bay­can, Qa­ra­bağ və Nax­çı­van idi.

–  Er­mə­ni­lə­rin bölgə­də əra­zi id­dia et­di­yi üç dövlət var: Türki­yə, Azər­bay­can və Gürcüstan. Azər­bay­can­dan baş­la­ma­la­rı­nın sə­bə­bi o idi ki, həm Qər­bi Azər­bay­can­da­kı qar­daş­la­rı­mı­zı el-oba­sın­dan qo­vub tək­mil­lət­li dövlət ya­ra­da­caq­dı­lar, həm də bun­dan son­ra mil­lət­lə­ra­ra­sı müna­­si­bət­lə­rin gər­gin­ləş­mə­sin­dən is­ti­fa­də edə­rək, Dağ­lıq Qa­ra­bağ Mux­tar Vi­la­yə­tin­də­ki yurd­daş­­la­rı­mı­zı di­dər­gin sa­la­caq və Qa­ra­ba­ğı Er­mə­nis­ta­na bir­ləş­di­rə­cək­di­lər. Or­du­bad və Zən­gi­lan ra­yon­­la­rı­nın kənd­lə­rin­dən Meh­ri ra­yo­nu ya­ra­dı­la­raq, Er­mə­nis­ta­na ba­ğış­lan­ma­sın­dan son­ra an­k­lav əra­zi du­ru­mu­na düşən Nax­çı­va­nı iş­ğal edə­cək­di­lər. Am­ma müha­ri­bə baş­la­dıq­dan son­ra Nax­çı­van ca­maa­tı­nın mi­sil­siz qəh­rə­man­lı­ğı sa­yə­sin­də o tə­rəf­də bal­ta­nı da­şa vu­ran er­mə­ni­lər bir ad­dım da ol­sa irə­li­lə­yə bil­mə­di­lər, il­lər­cə da­vam edən müha­ri­bə­dən son­ra sa­də­cə, iki ank­lav kən­di iş­ğal edə bil­di­lər. Bu kənd­lər­dən bi­ri Nax­çı­va­na ya­xın ol­sa da, di­gə­ri on yed­di ki­lo­metr ara­lı­da yer­ləş­di­yin­dən, əha­li hə­lə müna­qi­şə ye­ni­cə baş­la­yar­kən, rus hərb­çi­lə­ri tə­rə­fin­dən zor­la ev-eşi­yin­dən çı­xa­rı­la­raq Nax­çı­va­na göndə­ril­miş­di.

–  Ey­ni vaxt­da iki dövlət­lə müha­ri­bə et­mək is­tə­mə­dik­lə­rin­dən hə­lə­lik gürcülər­lə dost ki­mi ke­çin­mə­yə ça­lı­şır­lar, Türki­yə­yə isə diş­lə­ri bat­maz. Doğ­ru­dur, on­lar ilk dövlət­lə­ri­ni hə­lə min doq­quz yüz on be­şin­ci ilin fev­ra­lın­da, Van vi­la­yə­tin­də Os­man­lı Er­mə­ni Cümhu­riy­yə­ti elan edə­rək ya­rat­mış­dı­lar. O vaxt, er­mə­ni qul­dur­la­rı sa­də­cə, Van şə­hə­rin­də otuz min­dən ar­tıq türkü xüsu­si aman­sız­lıq­la qət­lə ye­tir­miş­di­lər.Daş­nak­qul­dur dəs­tə­lə­ri son­ra­kı il­lər­də Ağ­rı da­ğı­nın ət­ra­fın­dan Ana­do­lu­nun iç­lə­ri­nə­dək böyük bir əra­zi­də yüzmin­lər­lə türkü vəh­şi­cə­si­nə öldürmüş, öldürdükdən son­ra be­lə, cə­səd­lə­ri­ni təh­qir et­miş, par­ça­la­mış, yan­dır­mış və di­gər ağ­la­gəl­məz al­çaq­lıq­lar et­miş­di­lər.

Hax­ver­di hey­rə­ti­ni bil­di­rən səs to­nu ilə:

–  De­mək, bun­lar ilk dövlət­lə­ri­ni Türki­yə­də ya­rat­mış­dı­lar, elə­mi dayı? – de­yə so­ruş­du.

Yaş­lı adam onun sözlə­ri­ni ba­şı­nın işa­rə­si ilə təs­diq­lə­yə­rək da­vam edir­di:

–  De­mə­li, oğul, sək­sə­nin­ci il­lə­rin əv­vəl­lə­rin­dən eti­ba­rən so­vet mər­kə­zi me­dia­sın­da yu­va­­la­nan­kom­mu­nist daş­nak­lar Azər­bay­ca­nı pis­lə­mə­yə, müxtə­lif müsa­hi­bə və ya­zı­lar­da Qa­ra­ba­ğı Er­­mə­­nis­tan əra­zi­si ki­mi göstər­mə­yə baş­la­mış­dı­lar. Sək­sən be­şin­ci il­dən baş­la­ya­raq, həm İrə­va­na, həm də Göyçə və Xan­kən­di­nə al­ve­rə, ya da di­gər məq­səd­lər üçün ge­dən azər­bay­can­lı­la­rı döyüb-in­cit­mə­yə, hət­ta dükan­lar­dan on­la­ra mal sat­ma­ma­ğa baş­la­mış­dı­lar. Sək­sən yed­din­ci il­dən isə az­ğın­lıq­la­rı o qə­dər art­dı ki, İrə­van­da və Er­mə­nis­ta­nın di­gər şə­hər­lə­rin­də “Er­mə­nis­tan er­mə­ni­lər üçündür”, Xan­kən­din­də isə “Er­mə­nis­ta­na bir­ləş­mək is­tə­yi­rik” şüar­la­rı ilə nüma­yiş­lər et­mə­yə, mi­tinq­lər ke­çir­mə­yə baş­la­dı­lar.

Min doq­quz yüz sək­sən sək­kiz-min doq­quz yüz sək­sən doq­qu­zun­cu il­lər­də azər­bay­­can­lı­la­rın de­por­ta­si­ya­sı va­hid mər­kəz­dən ida­rə olun­du­ğu və hə­ya­ta ke­çi­ril­di­yi üçün, bu de­por­ta­­si­ya­nın mər­hə­lə­lə­ri, xa­rak­te­ri bütün Er­mə­nis­tan əra­zi­si üçün ey­ni idi: yə­ni bi­rin­ci mər­hə­lə­də, hə­lə min doq­quz yüz sək­sən yed­din­ci ilin so­nun­dan baş­la­ya­raq, er­mə­ni­lər öncə azər­bay­can­lı­la­rın tez­lik­lə Er­mə­nis­tan­dan qo­vu­la­ca­ğı ba­rə­də şa­yiə­lər ya­ya­raq in­san­la­rı qor­xu­dub ev-eşik­lə­ri­ni, mal-mülklə­ri­ni də­yər-dəy­mə­zi­nə sa­tıb Azər­bay­ca­na köçmə­yə məc­bur et­mək is­tə­yir­di­lər. Da­ha son­ra isə, həm İrə­van­da və di­gər şə­hər­lər­də, həm də Xan­kən­din­də mi­tinq­lər təş­kil edə­rək, türksüz, yə­ni azər­bay­can­lı ya­şa­ma­yan Er­mə­nis­tan tə­lə­bi ilə çı­xış et­mə­yə baş­la­dı­lar.

Er­mə­ni­lər Qa­ra­bağ­da da öz iş­lə­ri­ni görmək­də idi­lər. Sək­sən sək­ki­zin­ci il fev­ra­lın iyir­mi­­sin­də Dağ­lıq Qa­ra­bağ Mux­tar Vi­la­yə­ti Xalq De­pu­tat­la­rı So­ve­ti vi­la­yə­tin Azər­bay­ca­nın tər­ki­bin­­dən çı­xa­rı­la­raq Er­mə­nis­ta­nın tər­ki­bi­nə ve­ril­mə­si ba­rə­də Azər­bay­can SSR və Er­mə­nis­tan SSR ali so­vet­lə­ri qar­şı­sın­da və­sa­tət qal­dır­maq üçün qə­rar qə­bul et­di.

Hax­ver­di yol­yol­da­şı­nın sözünü kə­sə­rək:

–  Da­yı, bəs er­mə­ni­lər bu qə­dər iş görər­kən, Qa­ra­ba­ğın De­pu­tat­lar So­ve­ti bu qə­rar­la­rı qə­bul edər­kən, bi­zim­ki­lər ni­yə ca­vab ver­mir­di­lə­r? – de­yə so­ruş­du.

–  Yu­xa­rı­da­kı­lar ya­tır­dı­lar, aşa­ğı­da­kı­lar­sa İrə­va­na, ya da Xan­kən­di­nə nüma­yiş­lə­rə ge­dib-gə­lən er­mə­ni qon­şu­la­rı­na: – Nə olub e? Ge­dib boş-boş hürüb gə­lir­si­ni­z? – de­yir­di­lər. Hə­lə heç ki­min ağ­lı­na gəl­mir­di, o boy­da so­vet höku­mə­ti­nin “gil ayaq­lı nə­həng” ki­mi çökə­cə­yi, heç kim inan­­mır­dı ki, so­vet or­du­su de­dik­lə­ri or­du, vaxt gə­lə­cək, on­la­rı tər­ki-si­lah edib er­mə­ni­lə­rin qar­şı­­sın­da əli­ya­lın bu­ra­xa­caq, – de­yib sözünə qal­dı­ğı yer­dən da­vam et­di:

–  İkin­ci mər­hə­lə­də isə er­mə­ni qul­dur dəs­tə­lə­ri mi­li­sin və ra­yon rəh­bər­lə­ri­nin nə­za­rə­ti və iş­ti­ra­kı ilə azər­bay­can­lı ev­lə­ri­nə bas­qın edir, on­la­rın çı­xıb get­mə­si­ni tə­ləb edir­di­lər.

Qər­bi Azər­bay­can­da azər­bay­can­lı iş­çi­lər iş yer­lə­ri­nə, uşaq­la­rı isə mək­tə­bə bu­ra­xıl­mır, dükan-ba­zar­da azər­bay­can­lı­la­ra ər­zaq və sai­rə gündə­lik tə­la­bat mal­la­rı sa­tıl­mır, işı­ğı, te­le­fo­nu, su­yu, qa­zı kə­si­lir, on­la­rın hə­yat şə­rai­ti dözülməz və­ziy­yə­tə gə­ti­ri­lir­di. Bu, əsl mə­nə­vi, psi­xo­lo­ji ter­ror idi ki, tez-tez fi­zi­ki ter­ror­la da əvəz olu­nur­du.

Çox vaxt er­mə­ni­lər azər­bay­can­lı ev­lə­ri­nə əv­vəl­cə cüzi qiy­mət qo­yur, son­ra hə­də-qor­xu gə­lir, bir şey çıx­ma­yan­da, ev-eşi­yi­ni da­ğı­dır, od vu­rub yan­dı­rır­dı­lar. Ar­tıq baş­qa yol görünmür­dü. Be­lə­cə, ra­yon­la­rın azər­bay­can­lı kənd və mə­həl­lə­lə­ri ev-ev bo­şal­dı­lır, er­mə­ni­ləş­di­ri­lir­di. Xüsu­si­lə, er­mə­ni­lə­rin qat-qat çox­luq təş­kil et­di­yi kənd­lər­də azər­bay­can­lı­la­rın və­ziy­yə­ti dözülməz idi. Adam­lar sə­hə­rə qə­dər bel, ya­ba, bal­ta və s. ilə si­lah­la­nır, ton­qal yan­dı­rıb küçə­lər­də ke­şik çə­kir­di­lər. No­yab­rın son­la­rın­da er­mə­ni­lər bütün Er­mə­nis­tan üzrə azər­bay­can­lı kənd­lə­ri­nin üzə­ri­nə qə­ti hücu­ma keç­di­lər. Bir həf­tə­nin içə­ri­sin­də bütün azər­bay­can­lı kənd­lə­ri bo­şal­dıl­dı, mal-mülklə­ri əl­lə­rin­dən alın­dı, ələ ke­çən­lər qət­lə ye­ti­ril­di­lər.

Azər­bay­can­lı­lar ayaq­ya­lın, ba­şıa­çıq, qı­şın şax­ta­sın­da, qa­rın­da dağ­la­ra, me­şə­lə­rə üz tut­du­lar. Ölən öldü, do­nan don­du, ürə­yi part­la­yan­lar, ağ­lı­nı iti­rən­lər ol­du… Bu, heç bir in­san­lıq qa­nu­nu­na sığ­ma­yan bir müsi­bət idi. Bu, ta­rix bo­yu qul ola­raq ya­şa­mış er­mə­ni­lə­rin bütün in­san­­lıq­dan in­ti­qam al­ma­sı idi.

Yaş­lı adam sözünün bu ye­rin­də da­ya­nıb də­rin­dən nə­fəs al­dı, əsa­sı­nın ucu­nu bir ne­çə də­fə san­ki yer­də uzan­mış bi­ri­ni döyürmüş ki­mi, zərb­lə va­qo­nun döşə­mə­si­nə vur­du, nə­ha­yət, əsəb­dən, nif­rət­dən şim­şək ça­xan gözlə­ri­ni Hax­ver­di­yə çe­vi­rə­rək:

–  Min doq­quz yüz sək­sən sək­ki­zin­ci il­də Qər­bi Azər­bay­can əra­zi­sin­də iki yüz alt­mış bir azər­bay­can­lı­lar ya­şa­yan kənd və qə­sə­bə bo­şal­dı­lıb ki, on­lar­dan da xa­lis azər­bay­can­lı­lar ya­şa­yan kənd və qə­sə­bə­lə­rin sa­yı yüz yet­miş iki, azər­bay­can­lı­lar­la baş­qa mil­lət­lə­rin ya­na­şı ya­şa­dı­ğı qa­rı­şıq kənd və qə­sə­bə­lə­rin sa­yı isə sək­sən doq­quz­dur.

Bun­dan baş­qa, da­ha al­tı şə­hər­də di­gər mil­lət­lər­lə ya­na­şı, azər­bay­can­lı­lar da ya­şa­yır­dı­lar. Bu ya­şa­yış mən­tə­qə­lə­rin­də isə soy­daş­la­rı­mı­zın sa­yı rəs­mi sta­tis­ti­ka­ya görə qırx doq­quz min doq­quz yüz iyir­mi sək­kiz ailə­də iki yüz əl­li min nə­fər olub. Am­ma qey­ri-rəs­mi mə­lu­ma­ta əsa­sən, bi­zim­ki­lə­rin sa­yı bun­dan ən azı, iki də­fə ar­tıq olub. Bu­nun da iki sə­bə­bi var. Bi­rin­ci­si, o vaxt­lar hər ailə­də or­ta­la­ma üç uşaq ol­du­ğu təx­min edi­lir, he­sab­la­ma be­lə apa­rı­lır­dı, an­caq sək­sə­nin­ci il­lər­də Qər­bi Azər­bay­can və Nax­çı­van­da ye­ni qu­ru­lan ailə­lər­də mi­ni­mum üç uşaq do­ğu­lur­du, am­ma mə­sə­lən, yet­mi­şin­ci il­lə­rin or­ta­la­rın­da və da­ha öncə qu­ru­lan ailə­lər­də hət­ta be­şu­şaq­lı ailə tap­maq mümkünsüz ki­mi bir şey idi. İkin­ci­si isə, ba­yaq de­di­yim o yer ad­la­rı­nın də­yiş­di­ril­mə­si za­ma­nı, mə­sə­lən, Araz­də­yən kən­di­nin adı­nı də­yiş­di­rib Ar­maş qoy­muş­du­lar və kən­din adı­na görə, bu­ra­da ya­şa­yan­lar ar­tıq azər­bay­can­lı de­yil, er­mə­ni he­sab olu­nur­du­lar. Sən bu köpəy­­u­şa­ğı­nın nə qə­dər plan­lı iş­lə­dik­lə­ri­ni görürsən­­mi­­? Yə­ni adı də­yiş­di­ril­miş ya­şa­yış mən­tə­qə­lə­ri­nin ək­sə­riy­yə­tin­də ya­şa­yan­lar sta­tis­tik ola­raq er­mə­ni ki­mi görünür, nə­ti­cə­də er­mə­ni­lər de­por­ta­si­ya et­dik­lə­ri in­san­la­rın sa­yı­nı az göstə­rir­di­lər. Bu qə­dər in­san bir həf­tə ki­mi qı­sa bir müddət­də, həm də so­vet mi­li­si­nin, so­vet pro­ku­ror­lu­ğu­nun gözlə­ri önündə hər şey­lə­ri əl­lə­rin­dən alı­na­raq lüt-üryan ev-eşik­lə­rin­dən qo­vu­lub­lar.

Bu er­mə­ni­lər o qə­dər xa­in, o qə­dər nan­kor, çörək ye­dik­lə­ri qa­ba tüpürən mil­lət­dir­lər ki, sa­də­cə, bi­zim­ki­lə­ri ata-ba­ba yurd­la­rın­dan qo­vub çı­xar­maq­la qal­ma­yıb­lar, yer­də qa­lan to­po­nim­­lə­ri də də­yiş­di­rib­lər, ta­ri­xi abi­də­lə­ri, hət­ta mə­zar­lıq­la­rı be­lə məhv edib­lər. San­ki ora­lar­da heç azər­bay­can­lı ya­şa­ma­yıb­mış ki­mi…, – de­yib bir ah çə­kə­rək da­vam et­di. Tə­əssüf­lər ol­sun ki, bu ya­­şa­­yış mən­tə­qə­lə­ri­nin adı və bu mən­tə­qə­lə­rin de­moq­ra­fik göstə­ri­ci­lə­ri in­di­yə ki­mi heç bir mən­bə­də tam şə­kil­də ve­ril­mə­yib.

Min doq­quz yüz sək­sən sək­kiz-min doq­quz yüz sək­sən doq­qu­zun­cu il­lər soy­qı­rı­mı za­ma­nı mövcud mə­lu­mat­la­ra görə,Qər­bi Azər­bay­can­da ən azı, iki yüz iyir­mi al­tı soy­da­şı­mız er­mə­ni­lər tə­rə­fin­dən öldürülüb (güllə­lə­nib, qəs­dən av­to­mo­bil qə­za­sı­na sa­lı­nıb, dağ yol­la­rın­da do­nub və s.), beş yüz nə­fər­dən çox adam isə müxtə­lif də­rə­cə­li bə­dən xə­sa­rə­ti alıb. Bu da hə­min il­lər­də er­mə­­ni­lər tə­rə­fin­dən öldürülmüş və ya­ra­lan­mış soy­daş­la­rı­mı­zın tam si­ya­hı­sı de­yil. Əsl say bəl­kə də sta­tis­ti­ka­da göstə­ri­lən­dən on qat ar­tıq­dır…

Əsas qaç­qın­lıq dövrü 1988-ci ilin no­yabr-de­kabr ay­la­rı­na tə­sadüf et­di­yin­dən, soy­daş­­la­rı­mı­zın kol­xoz­lar­da olan il­lik əmək­haq­la­rı da er­mə­ni­lə­rə qal­mış, bir çox­la­rı dövlət bank­la­rın­da olan əma­nət­lə­ri­ni götürə bil­mə­miş, öz ge­niş bağ-bağ­ça­la­rı­nı, xüsu­si ev­lə­ri­ni qo­yub gəl­mə­yə məc­­bur ol­muş­lar.

Soy­daş­la­rı­mı­zın fər­di tə­sərrü­fat­la­rın­da­kı əm­lak da bütünlüklə er­mə­ni­lər tə­rə­fin­dən ta­lan edi­lib. On­la­ra məx­sus bu əm­la­kın də­yə­ri Azər­bay­can Qaç­qın­lar Cə­miy­yə­tin­də top­lan­mış sə­nəd­­lər əsa­sın­da he­sab­la­na­raq müəy­yən olu­nub ki, də­yən zi­yan təx­mi­nən 2,5 mil­yard ABŞ dol­la­rı təş­kil edir. Kol­xoz­lar­da azər­bay­can­lı­la­ra məx­sus olan qırx üç min yed­di yüs sək­sən doq­quz baş iri­­buy­nuz­lu, dörd yüz əl­li dörd min al­tı yüz yet­miş baş xır­da­buy­nuz­lu mal-qa­ra, çox­say­lı ev quş­­la­rı, arı ailə­lə­ri, yüz yet­miş mə­də­niy­yət evi, iki yüz yet­miş al­tı mək­təb bi­na­sı, yüz iyir­mi doq­quz ki­tab­xa­na, uşaq bağ­ça­la­rı, hə­kim mən­tə­qə­lə­ri, məs­cid bi­na­la­rı, min beş yüz sək­sən bir yar­dım­çı tə­sərrü­fat ti­kin­ti­lə­ri, üç min yüz alt­mış doq­quz av­to­ma­şın, min doq­quz yüz yet­miş sək­kiz trak­tor, üç min dörd yüz yet­miş iki kənd tə­sərrü­fa­tı tex­ni­ka­sı, min­lər­lə hek­tar üzüm və mey­və bağ­la­rı er­mə­­ni­lə­rə qal­dı. Bun­la­rın ha­mı­sı­nın də­yə­ri təx­mi­ni he­sab­la­ma­lar­la 17,5 mil­yard ABŞ dol­la­rı təş­kil edir.

Və bu zə­rər­lə­ri üst-üstə top­la­dıq­da görə­rik ki, sa­də­cə Qər­bi Azər­bay­can­dan qo­vu­lan qaç­­qın­­la­ra də­yən ümu­mi 20 mil­yard ABŞ dol­la­rı məb­lə­ğin­də mad­di zi­yan vu­ru­lub, hə­lə mən mə­nə­vi və psi­xo­lo­ji zi­yan­dan da­nış­mı­ram…

Hax­ver­di:

–  Hə da, da­yı, nə­yi­miz var­dı­sa qal­dı on­la­ra…

Yaş­lı adam bir an­lıq sus­du, də­rin­dən nə­fəs alıb ye­ni­dən sözə baş­la­dı:

–  Bi­lir­sən­mi oğul, min doq­quz yüz sək­sən sək­ki­zin­ci ilə ki­mi, Qər­bi Azər­bay­can­da­kı iki yüz alt­mış bir azər­bay­can­lı ya­şa­yış mən­tə­qə­si­nin beş yüzə ya­xın qə­bi­ris­tan­lı­ğı var­dı. Bu kənd­­lə­rin böyük ək­sə­riy­yə­ti qə­dim ya­şa­yış məs­kən­lə­ri ol­du­ğun­dan, ora­lar­da­kı ye­ni qə­bi­ris­tan­lıq­lar­la ya­na­şı, çox vaxt iki, üç, hət­ta 4-5 köhnə və qə­dim qə­bi­ris­tan­lıq er­mə­ni tap­da­ğı al­tın­da qal­dı. İn­di hə­min qə­bi­ris­tan­lıq­la­rın ək­sə­riy­yə­ti yer üzündən si­li­nib. Bə­zi­lə­ri­nin ye­rin­də park sa­lı­nıb, bə­zi­lə­ri­nin əra­zi­si şum­la­na­raq əkin sa­hə­si­nə çev­ri­lib. Qə­dim Urud qə­bi­ris­tan­lı­ğı­nın izi­ni itir­mək üçün üzə­ri­nə 2 metr hündürlüyündə tor­paq ve­ri­lə­rək il­lər ötdükcə kol-kos sa­hə­si­nə çev­ri­lib…

Min doq­quz yüz sək­sən sək­ki­zin­ci ilin no­yabr-de­kabr ay­la­rın­da Er­mə­nis­ta­nın azər­bay­can­­lı­lar ya­şa­yan kənd­lə­ri­nin əha­li­si­nin sı­xış­dı­rıl­ma­sı, kənd­lə­rə ər­zaq göndə­ril­mə­mə­si, elekt­rik xət­lə­ri­nin kə­sil­mə­si və si­lah­lı bas­qın­lar edil­mə­si nə­ti­cə­sin­də Er­mə­nis­ta­nı tərk edən ailə­lə­rə yol­­lar­­da di­van tu­tul­muş, əm­lak­la­rı qa­rət edil­miş, özlə­ri isə qət­lə ye­ti­ril­miş­lər. Er­mə­nis­tan­da mil­li zə­min­­də baş ve­rən ci­na­yət­lə­rin ək­sə­riy­yə­ti, əsa­sən azər­bay­can­lı əha­li­nin öz ya­şa­yış mən­tə­qə­­lə­ri­ni tərk et­mə­yə məc­bur ol­duq­la­rı vaxt baş ver­miş­di.

Bax, oğ­lum, in­di sə­nə da­ha bir sta­tis­tik mə­lu­mat de­yə­cə­yəm; min doq­quz yüz sək­sən sək­kiz-min doq­quz yüz dox­sa­nın­cı il­lər ər­zin­də Er­mə­nis­tan­da ba­yaq da de­di­yim ki­mi, ən azı iki yüz on al­tı nə­fər azər­bay­can­lı vəh­şi­cə­si­nə qət­lə ye­ti­ril­miş və ya mil­lət­lə­ra­ra­sı müna­qi­şə zə­mi­­nin­də baş ver­miş ha­di­sə­lər nə­ti­cə­sin­də hə­lak ol­muş­dur. Hə­min si­ya­hı­ya əsa­sən, əl­li iki nə­fər al­­dı­ğı xə­sa­rət nə­ti­cə­sin­də ölmüş, otuz dörd nə­fər iş­gən­cə ilə öldürülmüş, iyir­mi nə­fər od­lu si­lah­la qət­lə ye­ti­ril­miş, on beş nə­fər yan­dı­rıl­mış, sək­kiz nə­fər ma­şın­la vu­rul­muş, doq­quz nə­fər yol­lar­da qə­za­­ya uğ­ra­dıl­mış, yed­di nə­fər hə­kim qəs­di nə­ti­cə­sin­də, doq­quz nə­fər dəh­şət­li hiss­lər­dən ke­çir­­di­yi in­farkt nə­ti­cə­sin­də ölmüş, iki nə­fər in­ti­har et­miş, bir nə­fər asıl­mış, iki nə­fər ma­şın part­­la­dıl­ma­sı nə­ti­cə­sin­də, bir nə­fə­ri elekt­rik cə­rə­ya­nı ilə, bir nə­fə­ri su­da bo­ğub öldürmüşdülər, al­tı nə­fər it­kin düşmüş, iyir­mi nə­fər xəs­tə­xa­na­dan yo­xa çıx­mış, qırx sək­kiz nə­fər isə dağ­lar­da bo­ra­na düşüb hə­lak ol­muş­dur.

Hax­ver­di diş­lə­ri­ni nif­rət­lə qı­ca­ya­raq:

–  O köpə­yu­şa­ğı bu qə­dər vəh­şi­lik­lər edər­kən bi­zim te­le­vi­zi­ya da çə­kib göstər­mir­di ki, ca­maa­tın xə­bə­ri ol­sun…, elə or­dan-bur­dan eşit­di­yi­miz­lə ye­ti­nir­dik…

–  Yaş­lı adam onun sözlə­ri­ni ba­şı­nın hə­rə­kə­ti ilə təs­diq edə­rək:

–  Nə te­le­vi­zi­ya­sı, ay rəh­mət­li­yin oğlu? Mət­bua­tın ca­maa­ta xə­bər ver­mə­si bir tə­rə­fə, par­ti­ya iş­çi­lə­ri xal­qın qə­zə­bi­nin qar­şı­sı­nı al­maq üçün də­ri­dən-qa­bıq­dan çı­xır, so­vet mi­li­si­nin qı­sa müddət­də hər şe­yi yo­lu­na qo­ya­ca­ğın­dan, günah­kar­la­rı cə­za­lan­dı­ra­ca­­ğın­dan da­nı­şır­dı­lar.

–  Har­da e da­yı, er­mə­ni­lər elə so­vet mi­li­siy­nən əl­bir iş­lə­yir­di­lər də…

–  Yaş­lı adam ah çə­kə­rək:

–  Bi­lir­sən­mi oğ­lum, elə əv­vəl­dən be­lə olub. Er­mə­ni­lər is­tə­dik­lə­ri ki­mi vəh­şi­lik edib­lər, mi­lis də gözdən pər­də as­maq üçün gə­lib on­la­rı həbs edib, am­ma ara yat-yut olan ki­mi,açıb bu­ra­xıb…, Qər­bi Azər­bay­can­da­kıbütün bu qətl­lər dövlə­tin mi­li­si­nin gözlə­ri önündə baş ver­miş­dir, elə bu si­ya­hı da so­vet mi­li­si­nin ver­di­yi si­ya­hı­dır…

Bu “məz­lum” mil­lə­tin nə qə­dər mur­dar, nə qə­dər qa­ni­çən ol­du­ğu­nu görürsən­­mi­­?

Hax­ver­di bir söz de­mə­dən ye­rin­dən qalx­dı, ci­bin­dən çı­xar­dı­ğı “Ast­ra” qu­tu­su­nun için­dən götürdüyü si­qa­re­ti bar­maq­la­rı ara­sın­da ov­xa­la­yıb yum­şal­da-yum­şal­da iki va­qo­nun bir­ləş­di­yi ye­rə, si­qa­ret çək­mə­yə yol­lan­dı.

Ge­ri döndüyündə o saç-saq­qa­lı ağar­mış, hə­ya­tı bo­yu çək­di­yi ağ­rı-acı­la­rın, iz­ti­rab­la­rın be­li­ni büküb qo­calt­dı­ğı yaş­lı adam­dan:

–  Da­yı, siz bu qə­dər şe­yin ha­mı­sı­nı ha­ra­dan öyrən­mi­si­ni­z? – de­yə so­ruş­du.

Yaş­lı adam gözlə­ri­ni zil­lə­di­yi nöqtə­dən ayır­ma­dan:

–  Baş­dan de­dim axı, oğ­lum, mən ta­rix müəl­li­mi­yəm, on­dan o tə­rə­fə qal­dı, ar­xiv­lər­də iş­lə­­mi­şəm, ora­da da­ha nə mə­lu­mat­lar var, bir bil­sən…, hə­lə ar­xiv­lər bir tə­rə­fə qal­sın, bu köpə­yu­şa­ğı 1978-ci il­də Qa­ra­ba­ğa köçürülmə­lə­ri­nin yüz əl­lin­ci ildönümü müna­si­bə­ti ilə ke­çi­ri­lən təd­bir­lər çər­çi­və­sin­də bir də hey­kəl qoy­muş­du­lar…

Hax­ver­di:

–  Hə da­yı, mən də eşit­miş­dim o hey­kə­llərin haq­qın­da, am­ma görmə­miş­dim, de­yir­lər ki, sək­sən sək­ki­zin­ci il­də elə özlə­ri də da­ğı­dıb­lar.

O heykəllərdən Birini Ağdərənin Marağa kəndində, digərini isə Xan­kən­di­nin çı­xı­şın­da üzü Ağ­da­ma tə­rəf qoy­muş­du­lar. Əlin­də­ki qı­lın­cın ucu də Şər­qə, xə­yal­la­rın­da­kı böyük Er­mə­nis­ta­nı ya­rat­maq is­tə­dik­lə­ri tor­paq­la­ra doğ­ru is­ti­qa­mət­lən­miş­di. O ki qal­dı hey­kə­li da­ğıt­maq­la­rı­na, bi­lir­sən­mi ni­yə oğu­l? Axı, özlə­ri­nin qoy­duq­la­rı bu abi­dələr on­la­rın id­dia et­dik­lə­ri ki­mi Cə­nu­bi Qaf­qa­zın yer­li­si ol­ma­dıq­la­rı­nı, son­ra­dan, həm də ya­xın bir ta­rix­də gəl­dik­lə­ri­ni sübut edir…., bax, ona görə də abi­də­ni yer­lə bir et­di­lər, am­ma ən azın­dan hey­kə­lin fo­to­şə­kil­lə­ri və açı­lı­şı­na aid pro­to­kol sə­nəd­lə­ri ar­xiv­lər­də qal­maq­da­dır.

Hax­ver­di:

–  Eh, nə ol­sun ki, ay da­yı, bi­zim­ki­lə­rin baş­la­rı nə vax­ta kres­lo da­va­sın­dan ayı­la, nə vax­ta be­lə fakt­lar­dan is­ti­fa­də et­mək ağıl­la­rı­na gə­lə, – de­yib bir ah çək­di.

Yaş­lı adam:

–  Da­rıx­ma oğul, ta­ri­xin yad­da­şın­da on­luq ki­çik say va­hi­di­dir, nə vaxt ki, dövlət­çi­li­yi­miz möhkəm­lə­nə­cək, mil­li iq­ti­da­rı­mız iş ba­şın­da ola­caq, bax o vaxt hər şe­yin qi­sa­sı­nı ala­ca­ğıq.

–  Mil­li iq­ti­da­rı­mız gəl­miş­di də iş ba­şı­na…, bir tə­rəf­dən Ru­si­ya, bir tə­rəf­dən İran, o bi­ri tə­rəf­dən Ame­ri­ka, Av­ro­pa yı­ğı­şıb içi­miz­də­ki xa­in­lər­lə əl-ələ ve­rə­rək yıx­dı­lar…, sı­ra­vi döyüşçü ol­saq da, oy­na­nan oyun­la­rı, çev­ri­lən do­lab­la­rı görürdük… Cəb­hə­də yan­va­ra­dək hücum üstünlüyü biz­dəy­di, o gün ol­mur­du ki, bir kən­di, bir şə­hə­ri azad et­mə­yək…, La­çın tə­rəf­dən Xan­kən­di­nin al­tı ki­lo­metr­li­yin­də da­yan­mış­dıq, bu bi­ri tə­rəf­dən Şu­şa­nın qu­la­ğı­nın di­bin­dəy­dik, am­ma nə əl­ləm-qəl­ləm et­di­lər, nə hoq­qa ver­di­lər­sə, hər şey bir an­da tər­si­nə döndü, –de­yib ba­şı­nı dir­sək­lə­ri­ni diz­lə­ri­nə söykə­di­yi əl­lə­ri­nin ara­sı­na alıb part­lat­maq is­tə­yir­miş­cə­si­nə sıx­dı, alt do­da­ğı­nı qo­par­maq is­tə­yir­miş­cə­si­nə diş­lə­yib da­yan­dı. Nə zoq­qul­da­yan bey­ni, nə də do­da­ğın­dan şo­ra­la­nıb ağ­zı­na do­lan qan ve­ci­nə de­yil­di, ək­si­nə, is­ti qan dam­la­la­rı qırt­la­ğın­dan keç­dik­cə ma­zo­xist həzz­lə ud­qu­nur, düşmə­ni­nin qa­nı­nı içib yüzil­lər­dən bə­ri yı­ğı­lıb qa­lan in­ti­qa­mı­nı alır­mış ki­mi hiss edir, sa­kit­lə­şir­di…

Yaş­lı adam onu tə­səl­li et­mək is­tə­yir­miş­cə­si­nə ox­şa­yı­cı nə­zər­lər­lə ba­xıb:

–  Bi­li­rəm oğul, ha­mı­sı­nı bi­li­rəm, yüz il­lər­dir ki, ba­şı­mı­za gə­ti­ri­lən bütün fa­ciə­lə­ri, acı­la­rı, iz­ti­rab­la­rı… – de­di və sə­si tit­rək şam işı­ğı ki­mi ölə­zi­yib söndü. Ba­şı ya­vaş-ya­vaş si­nə­si­nə düşən yaş­lı ada­mın si­fə­ti gözlə­ri­nin önündən axan səh­nə­lə­rin dəh­şə­tin­dən qa­ral­mış, üz si­nir­lə­ri gər­gin­lik­dən if­lic olub­muş ki­mi dar­tı­lıb sərt­ləş­miş­di.

Hax­ver­di əli qey­ri-ix­ti­ya­ri sol döşünə ge­dən yol-yol­da­şı­nın çiy­ni­nə to­xu­na­raq:

–  Nə ol­du dayı? Ürə­yin­mi na­­ra­­hat­­dı­­? – de­yə so­ruş­du. Yaş­lı adam ona ca­vab ver­mə­dən pen­cə­yi­nin içə­ri ci­bin­dən çı­xar­dı­ğı ağ rəng­li hə­bi di­li­nin al­tı­na qo­yub otu­ra­ca­ğın ar­xa­lı­ğı­na söy­kə­nə­rək sa­kit­cə da­yan­dı…

İki­si də bir ne­çə də­qi­qə sus­du­lar.

Mövzu­nu də­yiş­mək is­tə­yən Hax­ver­di:

–  Da­yı xe­yir ola, siz nə yax­şı Ba­kı­ya ge­dir­si­ni­z?

Yaş­lı adam bir ah çək­di:

–  Qı­zım­gi­lə ge­di­rəm. Apa­rım görüm, kürə­kən de­yib ka­ğız­la­rı gə­tir­sin, çap et­di­rə­cə­yəm.

–  İn­şal­lah, xe­yir­li ol­sun.

Son­ra ye­nə də sa­kit­lik çökdü. Yol-yol­da­şı­nın da­nış­ma­dı­ğı­nı görən Hax­ver­di:

–  Mən də Ba­kı­ya ge­di­rəm, ge­dim görüm ha­ra­da bir iş­dən-zad­dan ta­pı­ram…

Yaş­lı adam ona tə­rəf dönmə­dən, san­ki önündə otur­muş bi­riy­lə da­nı­şır­mış kimi?

–  İn­di har­da iş var, ay oğu­l? Za­vod­lar, fab­rik­lər bağ­la­nıb, alim­lər özəl şir­kət­lər­də fəh­lə iş­lə­yir ki, ailə­lə­ri­ni do­lan­dı­ra bil­sin­lər…

Hax­ver­di ürkək­lik­lə:

–  İlk də­fə­dir ki, Ba­kı­ya ge­di­rəm, kənd­də və­ziy­yət lap pis­dir, yer­li ca­ma­at do­la­na bil­mir, biz ney­lə­yə­k?

–  Hə, höku­mət da­ğı­lan­dan son­ra ye­ni ya­ra­nan res­pub­li­ka­la­rın bir-bi­ri­lə­ri ilə iq­ti­sa­di əla­­qə­lə­ri də kə­sil­di, bir tə­rəf­dən də lə­nə­tə gəl­miş müha­ri­bə, yüzmin­lər­cə qaç­qın…, höku­mət ney­­lə­sin, bun­la­rın han­sı bi­ri­nə ye­tiş­sin….

Hax­ver­di in­di nə qaç­qın­la­rı, nə də müha­ri­bə­ni düşünmürdü, onun bey­ni­ni get­di­yi şə­hər­də ha­ra­da ge­cə­lə­yə­cə­yi, ne­cə iş ta­pa­ca­ğı məş­ğul edir, bi­lin­məz­lik əsəb­lə­ri­ni qurd ki­mi gə­mi­rir­di.

–  Si­zi qar­şı­la­ya­caq­la­r?

–  Bə­li, kürə­kə­nim çı­xa­caq qa­ba­ğı­ma.

–  Offff, – de­yə diş­lə­ri­nin ara­sın­dan fı­sıl­da­yıb:

–  Heç ha­ra ge­də­cə­yi­mi ha­ra­da iş ax­ta­ra­ca­ğı­mı da bil­mi­rəm, – de­yə­rək bir ah çək­di.

Yol-yol­da­şı ona təs­kin­lik ver­mək is­tə­yir­miş­cə­si­nə:

–  Fi­kir elə­mə, Al­lah böyükdür, ax­şamüstü ça­ta­ca­ğıq, vağ­za­lın ya­xın­lı­ğın­da ge­cə­lik ki­ra­yə­­lər var, kürə­kə­nim sə­nə göstə­rər, ge­dib or­da ya­tar­san, sə­hər er­kən­dən də du­rub ge­dər­sən Keş­lə yükbo­şalt­ma ida­rə­si­nə. Ora­da hər gün yük va­qon­la­rı gə­lir, fəh­lə­lər ge­dib bo­şal­dır­lar.

Hax­ver­di:

–  O de­di­yi­niz yer ha­ra­da yer­lə­şi­r?

–  Han­sı, yükbo­­şalt­­ma­­?

–  Bə­li.

–  Nə­ri­ma­nov tə­rəf­də­di, ta­xıl an­bar­la­rı, ya da yükbo­şalt­ma de­yə kim­dən so­ruş­san göstə­rə­cək.

–  De­yir­siz hər gün iş olur ora­­da­­?

–  Yə­qin ki, olar. Bir də ni­yə da­rı­xır­san ay oğul, hə­lə bir sağ-sa­la­mat Ba­kı­ya ça­taq, in­şal­lah hər şey yo­lu­na düşə­cək. Pis günün ömrü az olar, ürə­yi­ni da­rıx­dır­ma.

Hax­ver­di öz-özünə:

–  Ay da­yı, ha­ra­dan bi­lə­sən ki, bu də­qi­qə ci­bim­də nə­in­ki ge­cə­lik ki­ra­yə tut­ma­ğa, heç pe­raj­ki al­ma­ğa da pul yox­du, – de­yib acı-acı gülümsündü…

Söhbə­tin mövzu­su də­yiş­di­yin­dən, elə bil yaş­lı ada­mın da ke­fi düzəl­miş, qa­ta­ra ilk min­­di­yin­də­ki xoş əh­va­li-ru­hiy­yə­si ge­ri qa­yıt­mış­dı. Üzünü Hax­ver­di­yə tə­rəf döndə­rə­rək:

–  Ev­li­sən­mi oğu­l? – de­yə so­ruş­du.

–  Bə­li, da­yı.

–  Oğul­dan-uşaq­dan nə­yin var?

–  İki oğ­lum var, bir qı­zım.

–  Al­lah sax­la­sın, Al­lah sax­la­sın, – de­yə yaş­lı adam tək­rar­la­dı.

–  Mək­tə­bə ge­­dir­­lər­­mi­­?

–  Bə­li, da­yı, böyük üçüncü si­ni­fə ge­dir, ba­la­ca bu il bi­rə ge­də­cək, qız da hə­lə körpə­dir.

–  Bax oğ­lum, mən­dən sə­nə nə­si­hət, hər va­li­dey­nin övla­dı­na ve­rə bi­lə­cə­yi ən gözəl mi­ras, ye­ga­nə tükən­məz sər­vət elm­dir. Həm də elm elə bir sər­vət­dir ki, xərc­lə­dik­cə azal­mır, ək­si­nə, ar­tır. Elm­li, təh­sil­li övlad hər za­man ata-ana­sı­na ba­şu­ca­lı­ğı gə­ti­rər, ölən­dən son­ra da rəh­mət qa­zan­­dı­rar. Ona görə də, nə mad­di çə­tin­lik­lə­rə, nə də baş­qa prob­lem­lə­rə bax­ma, övlad­la­rı­nın üçü­nü də oxut. Nə­yin ba­ha­sı­na olur­sa-ol­sun, oxut.

Bir də sa­də­cə özünü, öz övla­dı­nı düşünmə, bu və­tə­nin, bu mil­lə­tin sa­vad­lı alim­lə­rə, böyük ix­ti­ra­çı­la­ra eh­ti­ya­cı var. Ye­ni­cə müstə­qil ol­mu­şuq. Heç bir dövlət öz müstə­qil­li­yi­ni, su­ve­ren­li­yi­ni ca­hil in­san­lar­la güclən­di­rə, son­su­za qə­dər sürdürə bil­məz. Ya­dın­da qal­sın, bir mil­lə­tin zi­ya­lı tə­bə­qə­si nə qə­dər güclüdürsə, o mil­lə­tin qur­du­ğu dövlət də o qə­dər sağ­lam tə­məl­lər üzə­rin­də uca­lar.

Bi­zim xal­qı­mız zeh­ni yöndən in­ki­şa­fa me­yil­li xalq­dır. Bu xalq Büru­ni­dən İbn Si­na­ya, Tu­si­­dən Lütfi Əs­gər­za­də­yə ki­mi o qə­dər da­hi şəx­siy­yət­lər ye­tiş­di­rib ki, say­maq­la bit­məz. Mə­sə­­lən, biz Ni­za­mi Gən­cə­vi­ni şa­ir ki­mi ta­nı­yı­rıq, Nə­si­mi­ni də, di­gər­lə­ri­ni də…, am­ma bun­lar sa­də­cə şa­ir de­yil­lər, yaz­dıq­la­rı əsər­lər əsr­lər son­ra­sı­na işıq tu­tan da­hi fi­lo­sof­lar­dır… Bi­lir­sən­mi, oğul, de­mə­­yim odur ki, sən də övlad­la­rı­nı oxut, qo­hum-əq­rə­ba­na, qo­num-qon­şu­na da bun­la­rı təb­liğ elə, qoy hər kəs öz uşa­ğı­na gücü ça­tan sə­viy­yə­də, gücü ça­tan sa­hə­də təh­sil ver­sin. Dünya elə­dir ki, bir alim gə­lər yüzlər­cə, min­lər­cə, hət­ta mil­yon­lar­ca sa­vad­sız fəh­lə­ni, nə bi­lim kol­xoz­çu­nu qa­ba­­ğı­na qa­tıb is­tə­di­yi ye­rə apa­rar, is­tə­di­yi is­ti­qa­mə­tə yönəl­dər. Ona görə də bu dünya­da övla­­dı­nın özünün düşünüb qə­rar ver­mə­si­ni is­tə­yir­sən­sə, qa­ba­ğa qa­tı­lan de­yil, qa­ba­ğı­na qa­tan ol­ma­­sı­nı is­tə­yir­sən­sə, mütləq ən yüksək sə­viy­yə­də təh­sil ver­mə­li­sən.

Hax­ver­di yaş­lı yol­yol­da­şı­nı din­lə­yir, onun sözlə­ri­ni ba­şı­nın işa­rə­si ilə təs­diq edir­di.

–  Oğ­lan hə­vəs­li­dir, yax­şı oxu­yur­du. Qaç­qın­çı­lıq düşdü, evi­miz­dən-eşi­yi­miz­dən ol­duq. On­dan son­ra uşaq da hə­vəs­dən düşdü, o bir-iki ayı oxu­ma­dı.

Yaş­lı adam:

–  Bütün bu ha­di­sə­lər uşaq­la­ra biz böyüklər­dən çox tə­sir edir, on­la­rın şüu­run­da si­lin­məz iz­lər bu­ra­xır. Evə ge­dən­də uşa­ğın ana­sı­na da de, heç ol­ma­sa ba­la­ca­la­rın ya­nın­da gündə­lik qay­ğı­lar­dan, nə bi­lim, qaç­qın­çı­lıq­dan-zad­dan da­nış­ma­yın, el-oba­nı­zı xa­tır­la­yıb ağ­laş­ma­yın. O uşaq hə­lə­lik heç nə et­mə­yə qa­dir de­yil, la­kin sa­vad­lı bir hər­bi­çi, bir müəl­lim, yax­şı bir hə­kim ki­mi ye­ti­şər­sə, gə­lə­cək­də həm özünün mad­di tə­mi­na­tı yax­şı olar, həm də bu mil­lət, bu dövlət üçün fay­da­lı bir və­tən­daş olar. Ona görə də ça­lı­şın, övlad­la­rı­nız bu ha­di­sə­lər­dən ən az psi­xo­lo­ji trav­ma ilə qur­tu­la bil­sin­lər.

Hax­ver­di onun sözlə­ri­ni ba­şı ilə təs­diq edə­rək:

–   Əl­bət­tə, hər va­li­deyn is­tə­yər ki, övlad­la­rı­nın sə­si uca yer­lər­dən gəl­sin. Elə bi­ri mən, vax­tın­da ağıl­sız­lıq elə­dim, oxu­ma­dım, müha­ri­bə­yə qə­dər kol­xoz­da sürücüydüm, in­di də bir par­ça çörə­yi­min da­lın­ca qa­pı­la­ra düşmüşəm. Am­ma oxu­yub sə­nət sa­hi­bi ol­say­dım be­lə­mi olar­dı­m? İn­di al­lah bi­lir ha­ra­da iş­lə­yir­dim…

Yaş­lı adam:

–   Görürsən­mi oğ­lum, son­ra­kı peş­man­çı­lıq fay­da ver­mir, ona görə də vax­tın­da uşaq­la­rın üstünə düş, qoy dərs­lə­ri­ni oxu­sun­lar. Hər han­sı bir sa­hə­də mütə­xəs­sis ol­ma­sa­lar be­lə, ən azın­dan iki nə­fə­rin için­də söz da­nı­şan­da ağız­la­rın­dan çı­xa­na qu­laq asan ol­sun. Yox­sa sa­vad­sız ada­mı kim din­lə­yə­cək.

Hax­ver­di:

–   Haq­lı­san da­yı, gə­rək mək­təb açı­lan­da ge­dim müəl­lim­lə­ri ilə da­nı­şım, ev­də də ana­sı­na tap­şı­rım ki, uşaq­la­rı nə­za­rət­siz qoy­ma­sın, yox­sa bi­lir­siz da, uşaq hər za­man oyun oy­na­ma­ğı dərs oxu­maq­dan çox is­tə­yir.

–   Bütün uşaq­lar elə­dir, am­ma məş­ğul ol­san, bütün uşaq­lar ey­ni də­rə­cə­də is­te­dad­lı­dır­lar. Elə mə­nim­ki­lər də ba­la­ca vax­tı ev­dən qa­çıb ça­ya-çeş­mə­yə oy­na­ma­ğa ge­dər­di­lər,

–   Si­zin övlad­la­rı­nız oxu­­yub­­mu­­?

–   Bə­li oğul, şükür al­la­ha, ha­mı­sı­nı oxut­mu­şam. Bi­lir­sən­mi ba­la, mə­nim bir prin­si­pim var, özüm ba­car­ma­dı­ğı­mı heç vaxt baş­qa­sı­na məs­lə­hət görmürəm. Düzdü, mə­nim­ki­lər körpə olan­da biz də çox çə­tin­lik­lər çə­kir­dik, doğ­ru-dürüst mək­tə­bi­miz be­lə yo­xuy­du, uşaq­lar hər gün dörd ki­lo­­­metr ara­lı­da­kı qon­şu kən­din mək­tə­bi­nə ge­dir­di­lər. Am­ma oxu­maq is­tə­yən oxu­­yur­du.

–   Görək də, da­yı, qis­mət ol­sa, mən də uşaq­la­rın üstünə düşüb oxu­da­cam, – de­yib aya­ğa qalx­dı, si­qa­ret çək­mək üçün iki va­qo­nun bir­ləş­di­yi ye­rə yol­lan­dı…

 

III

 

Elekt­rik qa­ta­rı də­mir­yol vağ­za­lı­na ça­tan­da, günəş qüru­ba get­mək­də idi. Ar­tıq ağac­la­rın kölgə­lə­ri yo­xa çıx­mış, çox­mər­tə­bə­li bi­na­la­rın­sa tünd rəng­li kölgə­lə­ri uzan­dıq­ca uzan­maq­da idi.

Hax­ver­di va­qon­dan ən son­da, yaş­lı yol­yol­da­şı ilə bə­ra­bər en­di. Per­ron­da sa­ğol­laş­dıq­dan son­ra yaş­lı adam onu qar­şı­la­ma­ğa gə­lən kürə­kə­ni ilə çı­xıb get­di, Hax­ver­di isə ha­ra ge­də­cə­yi­nə qə­rar ve­rə bil­mə­di­yin­dən, uzun müddət ora­da­ca qal­dı…

O, vağ­zal bi­na­sı­na gə­lə­rək gözlə­mə sa­lo­nu­na da­xil olan­da ar­tıq qa­ran­lıq düşmüşdü. Otur­­maq üçün boş yer ax­tar­dı­sa da, ta­pa bil­mə­di. Skam­ya­la­rın ara­sın­da do­la­şıb yürüyən nər­di­van­la bi­rin­ci mər­tə­bə­yə en­di, vağ­za­lı ağ­zı­na­dək dol­du­ran in­san də­ni­zi­nin için­də bir ta­nış üz görə bil­­mək üçün ət­ra­fın­da­kı hər kə­sin üzünü in­cə­lə­yir, ta­nı­dı­ğı bir sə­si du­ya bil­mək üçün ağız­lar­dan çı­xan bütün səs­lə­ri eşit­mə­yə ça­lı­şır­dı.

Vağ­zal bi­na­sı­nın için­də ne­çən­ci dövrə­si idi, xa­tır­la­mır­dı, ar­tıq ayaq­la­rı sözünə bax­mır, su­suz­luq­dan qu­ru­yub çat­la­mış do­daq­la­rı, acın­dan qa­zı­nan mə­də­si də bir tə­rəf­dən əl­dən sal­mış­dı onu. Növbə­ti də­fə vağ­za­lın hə­yə­ti­nə çı­xıb do­la­şar­kən bi­na­nın sağ tə­rə­fin­də­ki köşkdən si­qa­ret alan qol­tuq də­yə­nək­li bi­ri onun diq­qə­ti­ni çək­di. Ba­la­ca köşkün ki­çik pən­cə­rə­sin­dən süzülən işıq bu arıq, am­ma hündürboy, en­likü­rək ada­mın si­fə­ti­ni tam işıq­lan­dır­ma­dı­ğın­dan, kim ol­du­ğu­nu ilk ba­xı­­şın­dan an­la­ya bil­mə­di. Hax­ver­di ya­xın­la­şıb so­ruş­maq is­tə­di, am­ma o, qə­rar ve­rib hə­rə­kət edə­­nə­dək adam si­qa­re­ti­ni ala­raq, qu­tu­dan bi­ri­ni də götürüb yan­dır­mış, qol­tuq də­yə­nə­yi­nin yar­dı­mı ilə uzaq­laş­maq­da idi.

Nə­ha­yət, Hax­ver­di bu qə­rib­çi­lik­də tə­sadü­fən, ümid et­di­yi, am­ma heç gözlə­mə­di­yi bi­ri­nin, ta­nı­ya bi­lə­cə­yi bir in­sa­nın çı­xıb get­mək­də ol­du­ğu­nu an­la­dı və ba­yaq­dan ver­mə­li ol­du­ğu qə­ra­rı ve­rə­rək ye­yin ad­dım­lar­la qol­tuq də­yə­nək­li ada­ma doğ­ru tə­ləs­di. Qa­ran­lıq­da və in­san də­ni­zi içə­ri­­sin­də gözdən itir­mə­dən ona çat­ma­ğa ça­lı­şar­kən, bir tə­rəf­dən də öz-özünə ürək-di­rək ve­rir: ye­mə­­yə­cək ha mə­ni, so­ru­şum, o ol­sa lap yax­şı, ta­nı­ma­sa, bi­ri­nə ox­şat­mış ol­sam, ye­nə qa­yı­da­ram vağ­za­la, – de­yir­di…

Qol­tuq də­yə­nək­li ada­ma qar­şı tə­rəf­də­ki bi­na­nın ti­nin­də çat­dı, bu­ra vağ­zal bi­na­sın­dan düşən işıq­la­rın ay­dın­lat­dı­ğı küçə­yə nis­bə­tən da­ha qa­ran­lıq ol­du­ğun­dan, hət­ta ona lap ya­xın­laş­sa da, üz ciz­gi­lə­rin­dən də­qiq­ləş­di­rə bil­mə­di, bir ne­çə ad­dım ya­na­şı get­dik­dən son­ra:

–  Sa­lam qar­daş, – de­yə sözə baş­la­dı.

Qol­tuq də­yə­nək­li adam öncə ba­şıy­la sa­la­mı al­dı, son­ra ayaq sax­la­yıb si­qa­re­ti da­ma­ğın­dan götürə­rək ona tə­rəf döndü:

–  Əley­kə­sa­lam və bir an­lıq du­ru­xa­raq: – Ə qa­dan alım, sən Hax­ver­di döyülsən­­mi­­? – de­yə so­ruş­du…

Hax­ver­di az qa­la, se­vin­cin­dən ağ­la­ya­caq­dı. Bu­ra­da, bu qə­rib el­də, ac-su­suz və bir qə­pik­siz, ha­ra­ya ge­də­cə­yi­ni, nə edə­cə­yi­ni bil­mə­dən ka­rı­xıb qal­mış­kən, tə­sadü­fən əs­gə­ri döyüş yol­da­şı­nı tap­mış­dı. Tə­səvvü­re­dil­məz bir se­vinc və ra­hat­lıq için­də qol­tuq də­yə­nək­li ada­ma sa­rıl­dı, onu bərk-bərk qu­caq­la­yıb özünə sıx­mış, bu­rax­maq is­tə­mir­di. San­ki bir-bi­ri­lə­rin­dən ara­lan­sa­lar, ya­şa­­dıq­la­rı­nın sa­də­cə bir xə­yal, bir ya­nım­sa­ma ol­du­ğu­nu an­la­ya­caq, ye­ni­dən ba­yaq­kı ki­mi qə­rib, ba­yaq­kı ki­mi kim­sə­siz, ge­də­cək ye­ri, sı­ğı­na­caq yu­va­sı ol­ma­yan bi­ri­nə dönə­cək­di…

Qol­tuq də­yə­nək­li adam onu bu­ra­xıb, bir əli ilə qol­tuq də­yə­nə­yi­ni tut­du, di­gər əli ilə onun qo­lu­na gi­rə­rək:

–  Sən xe­yir ola, bu­ra­lar­da, ay Hax­­ver­­di­­? – de­yə so­ruş­du.

Hax­ver­di kövrəl­di­yi­ni giz­lət­mə­yə ça­lı­şa­raq:

–  Bi­lir­sən da, ay Asif, day biz də qo­şul­duq qaç­qın­la­rın sı­ra­sı­na, – de­yib köks ötürdü.

–  Ba­kı­ya­mı gəl­mi­si­z?

–  Yox, qa­dan alım, mən gəl­dim iş­lə­mə­yə.

–  Nə vaxt gəl­mi­sə­n? Ba­rı işin-za­dın var­­mı­­?

–  Bu gün gəl­mi­şəm, bir az bun­dan qa­baq, – de­yib sı­xın­tı ilə gülümsünə­rək əla­və et­di: – İş nə­di, heç yat­ma­ğa ye­rim var ki…

Asif qa­ran­lıq­da onun üzündə­ki hüznlü tə­bəssümü görə bil­mə­di…

–  Ki­şi nə­tər­di qa­dan alım, qar­da­şın cəb­­hə­­də­­dir­­mi­­?

Hax­ver­di ata­sı­nın və qar­da­şı­nın da doğ­ma kənd­lə­ri uğ­run­da ge­dən ağır döyüşlər­də hə­lak ol­du­ğu­nu de­yib bir si­qa­ret yan­dır­dı, bi­ri­ni də Asif yan­dı­ra­raq tüstünü ci­yər­lə­ri­nə çə­kib bir ne­çə sa­ni­yə ora­da həbs et­di, ağ­zın­dan-bur­nun­dan bu­ra­xıb:

–  Al­lah iki­si­nə də rəh­mət elə­sin, atan çox mərd ada­mıy­dı, elə qar­da­şın da…, ya­dın­da­dır­mı mən ya­ra­la­nan­da ürək-di­rək ve­rir, za­ra­fa­ta sal­ma­ğa ça­lı­şır­dı, de­yir­di ə, və­lə­dez­nə, sev­gi­li­ni görmə­yə get­mək is­tə­yir­din, qəs­dən özünü güllə­nin qa­ba­ğı­na ver­din…, ya­ra­mı da o rəh­mət­lik sa­rı­mış­dı…

Hax­ver­di ba­şı ilə təs­diq edir, acgözlük­lə do­daq­la­rın­dan ayır­ma­dı­ğı si­qa­re­ti­ni sümürürdü.

Asif də­rin­dən bir ah çə­kə­rək:

–  Nə oğ­lan­lar get­di, nə oğ­lan­lar…, dağ ki­mi, – de­yib ar­dın­ca çə­ki­nə-çə­ki­nə gə­lən, get­di­yi yo­lu unut­ma­maq üçün bir gözü ar­xa­da qa­lan Hax­ver­di­yə:

–  Ə gəl da­na, elə bil aya­ğı­nın al­tın­da yu­mur­ta küpə­si var.

Hax­ver­di di­lu­cu:

–  Sən get ay Asif, mən na­ra­hat­çı­lıq ver­mə­yim, qis­mət ol­sa son­ra görüşə­rik.

Asif onun kürə­yi­nə ərk­lə bir şa­pa­laq vu­rub:

–  Get­mə­yim nə­di ayə? Vağ­zal­da­mı ya­ta­caq­san, ge­dək bu ge­cə­ni yat, sə­hər açıl­sın görək ney­lə­yi­rik.

 

IV

 

Asif Xo­ca­vən­din Tuğ kən­din­dən idi. Qa­ra­bağ müna­qi­şə­si baş­la­dı­ğı vaxt o əha­li­si­nin ya­rı­sı er­mə­ni olan kənd­lə­rin­də azər­bay­can­lı­la­rın təş­ki­lat­la­na­raq müba­ri­zə apar­ma­sın­da fə­al rol oy­na­­mış, ka­ra­bin­lə, av­to­mat­la si­lah­lan­mış er­mə­ni qul­dur­la­rı­na qar­şı müxtə­lif yol­lar­dan əl­də et­dik­lə­ri ov tüfəng­lə­ri ilə mə­tin­lik­lə, cə­sa­rət­lə müba­ri­zə apar­mış­dı­lar. On­lar rus hərb­çi­lə­ri tə­rə­fin­dən kənd­­lə­rin­dən zor­la çı­xa­rı­la­na­dək, əl­lə­rin­də­ki az say­da­kı si­lah­la­rın hə­rə­si­ni üç nə­fə­rə təh­kim edə­­rək kənd için­də ya­rat­dıq­la­rı post­lar ara­sın­da bölüşdürüb ge­cə-gündüz növbə çə­kir, xüsu­si­lə ha­va qa­ral­dıq­dan son­ra fə­al­la­şan və İrə­van­dan gə­ti­ril­miş ter­ror­çu gənc­lər­lə güclən­di­ril­miş er­mə­ni qul­dur dəs­tə­lə­ri­nə qar­şı qəh­rə­man­lıq­la müqa­vi­mət göstə­rir­di­lər.

Min doq­quz yüz dox­san bi­rin­ci ilin okt­yabr ayı­nın otu­zun­dan otuz bi­ri­nə ke­çən ge­cə Tuğ kən­di rus hərb­çi­lə­ri tə­rə­fin­dən zor­la bo­şal­dıl­dı. Asif də di­gər həm­kənd­li­lə­ri ki­mi ailə­si­ni gə­ti­rib Füzu­li ra­yo­nun­da yer­ləş­dir­miş, özü isə cəb­hə­yə qa­yı­da­raq ye­ni-ye­ni ya­ra­dı­lan könüllü özünümü­da­fiə ta­bor­la­rı­nın tər­ki­bin­də er­mə­ni ter­ror­çu­la­rı­na qar­şı döyüşlər­də iş­ti­rak et­miş­di. Min doq­quz yüz dox­san ikin­ci il­də Ağ­də­rə ra­yo­nun­da ge­dən döyüşlər­dən bi­rin­də aya­ğın­dan ya­ra­lan­mış­dı. Döyüş yol­daş­la­rı tə­rə­fin­dən il­kin tib­bi yar­dım göstə­ri­lə­rək qa­nax­ma da­yan­dı­rı­lıb hos­pi­ta­la çat­­dı­rıl­sa da, hə­kim­lər aya­ğı xi­las edə bil­mə­dik­lə­ri­nə görə bud na­hi­yə­sin­dən kəs­miş­di­lər.

 

V

 

Hax­ver­di:

–  Bur­da ha­ra­da qa­lır­sız ay Asi­f?

Asif onu av­to­bus da­ya­na­ca­ğı­na tə­rəf çə­kə­rək:

–  “İyir­mi Yan­var”dan yu­xa­rı­da, Tibb Tex­ni­ku­mu­nun ya­taq­xa­na­sın­da. Hə­lə sən da­nış görüm, mən­dən son­ra ba­şı­nı­za nə iş­lər gəl­di, in­di və­ziy­yət ne­cə­di ora­­lar­­da­­?

Hax­ver­di ke­çən bir il­də baş­la­rı­na gə­lən bütün əh­va­la­tı ona da­nış­dı.

Söhbət­lə­ri­nin so­nun­da gə­lib ya­taq­xa­na­ya çat­mış­dı­lar.

Asi­fin beş nə­fər­lik ailə­si­nin ya­şa­dı­ğı yer ba­la­ca, on kvad­rat­metr­lik ki­çik bir otaq idi. Bu ya­taq­xa­na­da sa­də­cə Asif­gi­lin ya­şa­dıq­la­rı mən­zil be­lə dar de­yil­di, bütün otaq­lar ey­ni ölçülər­də ol­du­ğun­dan, ya­taq­xa­na­da yer­ləş­di­ri­lən qaç­qın ailə­lə­ri­nin ha­mı­sı da­rıs­qal­lıq­dan əziy­yət çə­kir­di. Hər mər­tə­bə­də sa­də­cə bir tua­let və bir mət­bəx ol­du­ğun­dan, xüsu­sən uşaq­lar üçün in­fek­si­ya­la­rın ya­yıl­ma təhlü­kə­si həd­din­dən ar­tıq çox idi. İyir­mi ailə növbə ilə ye­mək ha­zır­la­dı­ğın­dan sə­hər­dən ax­şa­­ma­dək mət­bəx­dən gə­lən iy dəh­li­zi dol­du­ra­raq qa­pı­sı də­qi­qə­ba­şı açı­lıb-örtülən tua­let­dən gə­lən ağır qo­xu ilə qa­rı­şa­raq ha­va­da bu­lud ki­mi ası­lıb qa­lır, ya­taq­xa­na­da məs­kun­la­şan qaç­qın­­la­rın dəh­liz­də nə­fəs al­ma­sı­nı çə­tin­ləş­di­rir­di.

Xüsu­sən ye­mək vaxt­la­rı mət­bəx­də­ki ye­ga­nə qaz so­ba­sı iyir­mi­dən ar­tıq ailə­nin çay-çörək ha­zır­la­ma­sı­na yet­mə­di­yin­dən, qa­dın­lar ara­sın­da ağız da­la­şı ya­şa­nır, sə­hər vaxt­la­rı tua­le­tin önün­də ya­ra­nan uzun növbə ya­taq­xa­na­da məs­kun­la­şan in­san­la­rı ca­nın­dan bez­di­rir­di.

Gəl­di­yin­dən bu ya­na şə­hə­rin hər tə­rə­fin­də zi­bil qa­laq­la­rı, met­ro çı­xış­la­rın­da və yol qı­raq­la­­rın­da ne­cə gəl­di, açı­lan ça­dır ka­fe­lə­ri görən Hax­ver­di­nin iş­ta­ha­sı küsmüş, Ba­kı haq­qın­da­kı tə­səvvürü də­yiş­miş­di. İn­di bir də ya­taq­xa­na­da məs­kun­la­şan qaç­qın­la­rın ağır hə­yat şə­rai­ti­ni gördüyündə, ürə­yin­də öz-özünə bir də “Hə­cər xa­lam­qı­zı­gi­lin ev­lə­ri­ni bə­yən­mir, gə­rək onu gə­ti­­rim bu­ra­da­kı­la­rın nə şə­ra­it­də ya­şa­dıq­la­rı­nı görsün, son­ra Al­la­hı­na şükür edər”, – de­yə düşündü.

Ye­mək ye­dik­dən son­ra si­qa­ret çək­mək üçün bal­ko­na çıx­dıq­la­rın­da Hax­ver­di:

–  Ay Asif, bəs si­zin do­la­nı­şı­ğı­nız ha­ra­dan­dı­r?

–  Əlil­li­yə görə beş-on ma­nat alı­ram, bu ya­xın­lar­da da tram­vay par­kın­da qa­ro­vul düzəl­­mi­şəm. Bir gün işə ge­di­rəm, iki gün ev­də qa­lı­ram, həm ara­da yar­dım­nan-zad­dan da ve­rir­lər…

–  Sa­bah ev­­də­­sən­­mi­­?

–  Hə, bu gün sə­hər iş­dən çıx­mı­şam.

–  Sa­bah ba­xaq görək, mə­nə iş ta­pa bi­li­rik­mi.

–  Be­lə iş çə­tin­di, am­ma ümi­di­ni üzmə, ta­pa­rıq in­şal­lah.

–  Nə iş olur­sa-ol­sun, iş­lə­yə­ci­yəm, yük da­şı­maq­dan tua­let yu­ma­ğa qə­dər, tə­ki iş ol­sun.

–  Da­rıx­ma, sə­hər açıl­sın, uşaq­la­rın ya­nı­na də­yək, on­lar­la da məs­lə­hət­lə­şək, görək nə olur.

–  Asif, qa­dan alım, de­yi­rəm bəl­kə er­kən­dən mən ge­dim Keş­lə yükbo­şalt­ma­ya, be­kar qal­­maq­­dan­sa,ya nə­sib, ya qis­mət, iş düşsə iş­lə­yə­rəm, sən də güman gə­lən yer­lə­rə bax, so­raq­laş. On­suz iki­miz bir­lik­də ax­tar­mış, ya sən tək ax­tar­mış, nə fər­qi var?

Asif gözlə­ri­ni yol­da şütüyən ma­şın­la­rın işıq­la­rın­dan çə­kib Hax­ver­di­yə bax­dı, onun üzün­də­ki iz­ti­ra­bı, iş­gən­cə­ni görüb:

–  Da­rıx­ma qar­da­şım, hər şey yax­şı ola­caq, ne­cə is­tə­sən elə də eli­yə­rik, – de­yib bir an du­rux­du, nə­sə de­mək is­tə­yir­miş ki­mi ağ­zı­nı aç­dı, la­kin sözünü udub üzünü qa­ba­ğa çe­vir­di və ani­dən Hax­ver­di­yə dönə­rək:

–  Ə, qa­dan alım, de görüm pu­lun-pa­ran var­mı hələ?

Hax­ver­di sə­hər tez­dən Asif­dən yol­pu­lu is­tə­mə­yi düşünür, am­ma ne­cə is­tə­yə­cə­yi­nə qə­rar ve­rə bil­mir­di. İn­di Asi­fin sua­lı­na nə ca­vab ve­rə­cə­yi­ni bil­mə­di­yin­dən, kə­kə­lə­yib sus­du. Nə de­­yə­­siy­­di­­? Ci­bin­də qa­ra qə­pi­yi­nin ol­ma­dı­ğı­nı­mı de­yib, in­di­dən borc­mu is­­tə­­səy­­di­­? Ya ya­lan da­nı­şıb sa­bah ta­nı­ma­dı­ğı, bil­mə­di­yi şə­hər­də kim­sə­siz yer­də it­miş kor ki­mi ge­də­cə­yi ye­ri ayaq­la gə­zə­rək tap­ma­ğa­mı ça­­lı­­şa­­sıy­­dı­­?

Onun qı­za­rıb-pörtdüyünü görən Asif:

–  Fi­kir elə­mə, qar­daş, yol­pu­lu mə­sə­lə­si düzə­lər, ax­şam da Keş­lə­dən çı­xıb bu­ra gə­lər­sən. Mən də sə­nə iş ax­ta­ra­ca­ğam, ümi­di­mi­zi üzmə­yək, in­şal­lah hər şey yax­şı ola­caq.

Hax­ver­di nə de­yə­cə­yi­ni bil­mir­di. Asi­fin arıq­la­yıb çöpə dönmüş xa­nı­mı­nı, bir də­ri, bir sü­mük qal­mış uşaq­la­rı­nı gözlə­ri­nin önünə gə­tir­di. Bu qə­dər yox­lu­ğun, dəh­şət­li sə­fa­lə­tin için­də mərd­li­yi­ni, in­san­lı­ğı­nı itir­mə­miş keç­miş döyüş yol­da­şı­nın qar­şı­sın­da baş əy­mək, diz çökmək is­tə­yir, di­gər tə­rəf­dən də qəs­sa­ba ver­di­yi qo­yu­nun pu­lun­dan al­dı­ğı­nın ha­mı­sı­nı ər­za­qa ve­rib evə yığ­dı­ğı­na, sa­də­cə elekt­rik qa­ta­rı­na bir­tə­rəf­li bi­let­pu­lu ayır­dı­ğı­na görə özünü qar­ğa­yır, lə­nət­lə­yir­di.

Hax­ver­di­nin ki­lid­lən­miş do­daq­la­rı­na, ifa­də­siz üzünə, ça­tıl­mış qaş­la­rı­na, bir nöqtə­yə zil­­lə­nib qal­mış gözlə­ri­nə ba­xan Asif:

–  Qoy ye­ri­mi­zi sal­sın­lar ya­taq, sən də yol gəl­mi­sən, yor­ğun­san.

Hax­ver­di utan­caq­lıq­la:

–  Asif, qa­da­sı, ba­cı­ma de­nən mə­nim ye­ri­mi elə bu­ra­da, ey­van­da aç­sın, tə­miz ha­va­dı.

–  Mən özüm də elə bu­ra­da ya­tır­dım, in­di sə­nin xət­ri­nə içə­ri­də ya­ta­cam, – de­yib Hax­ver­di­yə bir göz vur­du, dönüb bal­kon qa­pı­sın­dan içə­ri­yə səs­lən­di:

–  A qı­zım, ana­na de Hax­ver­di əmi­nin ye­ri­ni gə­ti­rib bu­ra­dan sal­sın.

Hax­ver­di so­yu­nub ya­ta­ğı­na uzan­dıq­dan son­ra sa­at­lar­ca ya­ta bil­mə­di. Üstünə örtdüyü mə­lə­­fə­nin al­tın­da o tə­rə­fə-bu tə­rə­fə qıv­rı­lır, bir tə­rəf­dən yor­ğun­luq, o bi­ri tə­rəf­dən sa­bah bir iş ta­pa bi­lib-bil­mə­yə­cə­yi­nin ni­ga­ran­çı­lı­ğı yor­ğun­luq­dan qa­pa­nan göz qa­paq­la­rı­nı yu­mub yat­ma­ğa qoy­mur­du.

Nə vaxt yu­xu­ya get­di­yin­dən xə­bə­ri ol­ma­dı, bir də sa­bah küçə­də şütüyən av­to­mo­bil­lə­rin bir-bi­ri­nə qa­rış­mış mühər­rik gu­rul­tu­la­rı­na, siq­nal səs­lə­ri­nə oyan­dı. Ha­va işıq­lan­mış, günəş doğ­­muş­du. Ey­va­nın bar­maq­lıq­la­rı­na bər­ki­dil­miş kar­ton yol tə­rə­fi görmə­yi­nə im­kan ver­mir­di, am­ma ya­xın­dan gə­lən in­san səs­lə­rin­dən ya­taq­xa­na­da da hər kə­sin oyan­dı­ğı­nı təx­min edir­di. Cəld qal­xıb əy­ni­ni ge­yin­di, ya­ta­ğı­nı qat­la­yıb bir kə­na­ra qoy­maq is­tə­dik­də Asi­fin sə­si­ni eşit­di:

–  Qa­da­sı, de­yə­sən oyan­mı­sa­n?

On­lar sə­hər ye­mə­yi ye­yib ev­dən çı­xan­da sa­at doq­qu­za iş­lə­miş­di. “İyir­mi Yan­var” dai­rə­si­nə çat­dan­da Asif onu met­ro­ya en­di­rə­rək plat­for­ma­ya gə­tir­di, qa­ta­ra min­dir­mə­dən öncə “Nə­ri­ma­­nov” stan­si­ya­sın­da düşüb, “De­po”ya ge­dən qa­ta­ra min­mə­li ol­du­ğu­nu və “De­po” stan­si­ya­sın­da en­dik­dən son­ra han­sı is­ti­qa­mət­də ge­də­cə­yi­ni ba­şa sal­dı.

 

VI

 

Hax­ver­di Keş­lə yükbo­şalt­ma ida­rə­si­nin hə­yə­ti­nə ça­tan­da öncə du­rux­du, ha­ra ge­də­cə­yi­ni bil­mə­dən nə­həng an­bar­la­ra, an­bar­la­rın önündən ke­çən də­mir­yol xət­lə­ri­nə, plat­for­ma­lar­da və ya an­bar­la­rın qa­pı­la­rı önündə top­la­nan in­san kümə­lə­ri­nə bax­dı. İş pal­tar­la­rın­da­kı arıq­lıq­dan sümük­lə­ri çıx­mış, üst-baş­la­rı çirk-pas için­də­ki in­san­la­rın görüntüsü ona “O ol­ma­sın, bu ol­sun” fil­min­­də­ki Mə­şə­di İba­dın ham­bal ax­tar­dı­ğı səh­nə­ni xa­tır­lat­dı…, is­te­rik bir iro­ni­ya ilə do­daq­la­rı büzüldü, ürə­yi sı­xıl­dı.

Si­nə­si­nin sol tə­rə­fin­də­ki get­dik­cə böyüyən boş­luq ürə­yi­ni əzib ba­la­ca­laş­dı­rır­dı san­ki…

Ba­kı yüz il öncə və yüz il son­ra, – de­yə düşündü öz-özünə, ka­sıb­lar ye­nə ka­sıb­dı, var­lı­lar ye­nə var­lı…

Ürkək ad­dım­lar­la plat­for­ma­la­rın bi­ri­nin önündə du­ran qru­pa ya­xın­laş­dı. Yed­di nə­fər idi­lər, yed­di­si də əl­lə­rin­də olan filtr­siz “Ast­ra”lar­la sa­mo­var düdke­şi ki­mi tüstülə­yir, or­dan-bur­dan söhbət edir­di­lər.

O ya­xın­la­şan­da qru­pun ən yaş­lı­sı – bu, əl­li-əl­li beş yaş­la­rın­da, hündürboy­lu, gur saç­la­rı çal­laş­mış bi­ri idi, si­qa­re­tin­dən son qul­lab vu­rub çırt­ma ilə uza­ğa ata­raq üzünü ona döndə­rib, qırt­la­ğın­dan gə­lən bir səs­lə,sa­lam­sız-kə­lam­sız:

–  İş­lə­mə­yə gəl­mi­sə­n? – de­yə so­ruş­du.

Hax­ver­di gülümsünə­rək:

–  Bə­li, – de­yə ca­vab ver­di.

–  Bu gün bi­zim­lə iş­lə­yər­sən, bu­ra­lar­da ol, in­di va­qon gə­lə­cək, bo­şal­da­ca­ğıq.

Hax­ver­di ba­şı­nın işa­rə­si ilə ra­zı ol­du­ğu­nu bil­di­rib qru­pun ya­nın­da da­yan­dı. Bir tə­rəf­dən də son ay­lar­da ilk də­fə ürə­yi se­vinc­lə dol­muş­du.

Dünən ax­şam, Ba­kı də­mir­yol vağ­za­lın­da qa­tar­dan en­dik­dən son­ra bə­lir­siz­lik için­də ke­çir­­di­yi sı­xın­tı do­lu sa­at­lar­dan son­ra tə­sadü­fən Asif­lə qar­şı­laş­ma­sı­nı və bu gün ümid­siz­lik­lə gəl­di­yi yük­bo­şalt­ma ida­rə­sin­də gözlə­mə­di­yi an­da iş tap­ma­sı onu mütə­əs­sir et­miş­di. Diş­lə­ri­ni bir-bi­ri­nə sı­xa­­raq hülqu­mu­nu yan­dı­ran qə­hə­ri boğ­du, do­lan gözlə­ri­ni giz­lət­mək üçün üzünü yan tə­rə­fə dön­də­rib ci­bin­dən “Ast­ra” qu­tu­su­nu çı­xar­dı. Da­ma­ğı­na qo­yub yan­dır­dı­ğı si­qa­re­ti­ni do­daq­la­rın­dan ayır­ma­dan, üç-dörd tüstüyə bi­ti­rə­rək düşmə­yə ma­cal tap­ma­mış külünə, işa­ran uzun­sov közünə ba­xıb: sə­ni mən yan­dı­rı­ram, mə­ni ya­ğı­lar, – de­yə için­dən ke­çi­rib aya­ğı­nın al­tı­na atıb da­ba­nı ilə əz­di, qol­la­rı­nı si­nə­sin­də çar­paz­la­yıb gözlə­ri­ni qa­ta­rın gə­lə­cə­yi­ni düşündüyü yönə zil­lə­di…

Onu ça­ğı­ran sə­sə dönər­kən, çal­saç­lı ki­şi ar­xa­sın­da da­yan­mış­dı:

–  Ba­coğ­lu, de­yə­sən, bi­rin­ci də­fə­di bu­ra gə­lir­sən.

Hax­ver­di köks ötürə­rək:

–  Bə­li, da­yı, – de­yə ca­vab ver­di.

–  Çal­saç­lı ki­şi is­teh­za ilə:

–  Hər şey ilk ad­dım­la baş­la­yır….

Hax­ver­di bir şey an­la­ma­dı­ğın­dan qaş­la­rı­nı ça­ta­raq:

–  Nə mə­­na­­da­­? – de­yə so­ruş­du.

–  Hər mə­na­da…, – de­di və əla­və et­di:

–  Ba­coğ­lu, sən bu­ra ada­mı­na ox­şa­mır­san, qaç­­qın­­san­­mı­­?

–  Bə­li, da­yı, Kəl­bə­cər­də­nəm.

–  Al­lah səbr ver­mə­sin.

Di­gər­lə­ri bi­ra­ğız­dan:

–  Amin, – de­yə­rək təs­diq et­di­lər.

Hax­ver­di gözlə­ri­ni yer­dən qal­dı­ra­raq çal­saç­lı ki­şi­yə bax­dı və:

-Da­yı, bəs siz ha­ra­dan­sı­nı­z? – de­yə so­ruş­du.

-Əs­lim Göyçə­dən­dir, am­ma Sum­qa­yıt­da do­ğul­mu­şam, bun­la­rın da hə­rə­si bir yer­dən, – de­yə­rək ba­şı ilə qru­pun­da­kı­la­rı göstər­di. İç­lə­rin­də Gən­cə­dən olan da var, Lən­kə­ran­dan olan­da, am­ma ye­ga­nə qaç­qı­nı­mız sən­sən.

– Siz çox­dan bu­ra­da iş­lə­yir­si­ni­z?

– O qə­dər də yox, cə­mi­si al­tı ay­dır.

– Bəs əv­vəl ha­ra­da iş­lə­yir­di­ni­z?

– Mən mühən­di­səm ba­coğ­lu, Sum­qa­yıt­da Po­li­mer­za­vod­da iş­lə­yir­dim. Düz iyir­mi dörd il iş­lə­mi­şəm o za­vod­da, – de­yib ah çək­di.

Hax­ver­di:

– Yə­qin pen­si­ya­da­sı­nız.

– Nə pen­si­ya­sı, ay rəh­mət­li­yin oğlu? Za­vod bağ­lan­dı, biz də qal­dıq iş­siz.

– Ye­ni bağ­la­nı­b?

– Yox, sək­sən doq­qu­zun­cu il­də…

Son­ra qrup­la­rın­da­kı di­gər fəh­lə­lər­lə də ta­nış ol­du. Hə­rə­si il­lər bo­yu bir za­vo­dun, bir fab­ri­­kin ça­tı­sı al­tın­da ça­lış­mış, alın­la­rı­nın tə­ri ilə ha­lal çörək­lə­ri­ni qa­zan­mış­dı­lar. Am­ma in­di iş­siz­­li­yin uc­ba­tın­dan gə­lib bur­da, yükbo­şalt­ma ida­rə­si­nin hə­yə­tin­də top­la­şa­raq qrup­lar ha­lın­da gözlə­­yir, iş olan­da alın tər­lə­ri­nin qar­şı­lı­ğı ol­ma­yan pu­la ol­sa be­lə, iş­lə­yir, iş ol­ma­yan­da isə ev­lə­ri­nə boy­nubükük, əl­lə­ri ətək­lə­rin­dən uzun dönürdülər…

Yük va­qon­la­rı­nı gə­ti­rən qa­tar an­bar­la­rın hə­yə­ti­nə doğ­ru irə­li­lə­mə­yə baş­la­yan­da ora­da-bu­ra­da bə­zi­lə­ri ayaqüs­tə da­ya­nan, bə­zi­lə­ri sal­la­ğı otu­ra­raq gözlə­yən in­san qrup­la­rı ara­sın­da öncə bir dal­ğa­lan­ma ol­du, qa­tar­lar ya­xın­laş­dıq­ca isə hər qrup­dan bir-iki nə­fər at­da­nıb va­qon­la­rın qa­pı­­sın­­dan tut­ma­ğa, di­gər qrup­lar­dan on­la­rın tut­du­ğu va­qo­na ya­xın­laş­ma­ğa ça­lı­şan­la­rı boş­da qa­lan əl­lə­ri ilə uzaq­laş­dır­ma­ğa, dir­sək və ayaq zər­bə­lə­ri ilə zə­rər­siz­ləş­dir­mə­yə ça­lı­şır­dı­lar.

Ba­ğır­tı­lar, yar­dım ça­ğı­rış­la­rı və ya­xa­sı açıl­ma­mış söyüşlər­lə da­vam edən va­qon­tut­ma da­va­­sı­na ba­xan Hax­ver­di ye­rin­də­cə qu­ru­yub qal­mış, ha­ra gəl­di­yi­ni şa­şır­dı­ğın­dan sa­kit­cə ha­di­sə­lə­rin so­nu­nu gözlə­yir­di.

Nə­ha­yət, elekt­ro­voz va­qon­lar­dan bi­ri­ni an­ba­rın ya­nın­da­kı plat­for­ma­da ayı­rıb döndü. Qru­pun rəh­bə­ri ol­du­ğu­nu düşündüyü ba­yaq­kı, çal­saç­lı ki­şi sal­laş­dı­ğı qa­pı­­dan enib da­yan­dı, üzünü on­la­ra tu­tub: çox şükür bu gün va­qon tu­ta bil­dik, gə­lib plom­bu qır­sın­lar va­qo­nu bo­şal­daq, – de­di və qrup­da­kı­la­rı şə­ha­dət bar­ma­ğı ilə bir-bir göstə­rə­rək iki ye­rə böldü:

–  Qa­pı­nın ağ­zı bo­şal­dı­la­na­dək siz iki­niz va­qon­da, qa­lan al­tı­mız yer­də iş­lə­yə­cə­yik, da­ha son­ra növbə ilə dörd nə­fər va­qon­da, dörd nə­fər yer­də, ol­­du­­mu­­? İki saa­ta yük bo­şal­dıl­ma­lı­dı, he­sa­­bı­nı­zı ona görə tu­tun.

Hax­ver­di qrup­dan ara­la­na­raq an­ba­rın di­va­rı­na doğ­ru ya­xın­laş­dı, köynə­yi­ni so­yu­na­raq sə­li­qə ilə qat­la­yıb ye­rə qo­yub yol­daş­la­rı­nın ya­nı­na döndü. Özü ilə iş pal­­ta­rı götürmə­di­yi­nə heyf­si­lən­sə də, ar­tıq gec idi. Əy­ni­ni çirk­lən­dir­mə­mək üçünsə iş­dən im­ti­na edə bil­məz­di.

Çal­saç­lı ki­şi­yə ya­xın­la­şa­raq:

–  Va­qo­nun yükü nə­di­r?

–  Şə­kər to­zu, əl­li ki­lo­luq ki­sə­lər­də: – Bu va­qon­lar­da qırx iki ton, yə­ni sək­kiz yüz qırx ki­sə yük var. Adam­ba­şı­na yüz beş ki­sə. Sən­lik de­yil­sə, işə baş­la­ma­dan baş­qa­sı­nı ça­ğı­rım.

Hax­ver­di işi itir­mək qor­xu­su ilə kə­kə­lə­yə­rək:

–  Yox, yox, la­zım de­yil, bo­şal­da­ca­ğıq, – de­yə ca­vab­la­yıb do­da­qal­tı, – de­mə­li, ya­rım də­qi­qə­yə bir ki­sə, – de­yə mı­zıl­dan­dı.

Yükbo­şalt­ma ida­rə­si­nin iş­çi­lə­ri gə­lib va­qo­nun və an­ba­rın qa­pı­la­rı­nı aç­dıq­dan son­ra on­lar yükü bo­şalt­ma­ğa baş­la­dı­lar. Öncə va­qo­nun qa­pı­sı ağ­zın­da da­yan­mış iki nə­fər ki­sə­lə­ri di­kəl­də­rək yol­daş­la­rı­nın be­li­nə qal­dı­rır, on­lar­sa da­şı­ya­raq an­ba­ra apa­rır­dı­lar.

Hax­ver­di be­li­nə şə­kər to­zu ki­sə­si qo­yu­lan ki­mi iti ad­dım­lar­la an­ba­ra, öncə­dən qa­laq­lan­mış şə­kər to­zu ki­sə­lə­ri­nin ya­nı­na tə­lə­sir, ye­rə düzülmüş pad­don tax­ta­la­rı­nın üzə­rin­də­ki ki­sə­lər­dən düzəl­dil­miş pil­lə­lər­lə iyir­mi ikin­ci sı­ra­nın üstünə qə­dər qal­xa­raq yükünü en­di­rir­di.

Hər kə­sin qan-tə­rin için­də iş­lə­di­yi, de­mək olar ki, qa­ça­raq hə­rə­kət et­di­yi bir yer­də ya­vaş ye­ri­mək, işi ağır­dan al­maq mümkün de­yil­di, əgər be­lə edər­di­sə, can­lı kon­ve­yer ax­sa­yar, onu sı­ra­dan çı­xa­rar­dı. Nə qə­dər cəld ol­sa da, çal­saç­lı ki­şi­nin ba­ğır­tı­la­rı­nı, söyüb-sa­ya­raq tə­ləs­mə­yə va­dar edən sözlə­ri­ni qu­la­ğı­nın di­bin­də eşi­dir, bir tə­rəf­dən yor­ğun­luq, di­gər tə­rəf­dən çal­saç­lı­ya olan hik­kə və nif­rə­tin­dən ayaq­la­rı bir-bi­ri­nə do­la­şır, nə­fə­si tın­cı­xır­dı…

O, be­lin­də şə­kər to­zu ki­sə­si ilə irə­li­lə­dik­cə bo­zar­mış, köhnə as­falt gah sağ, gah da sol aya­ğı­nın bur­nu­nun al­tın­dan ge­ri qa­çır, önündə irə­li­lə­yən fəh­lə yol­da­şı­nın gah görünüb, gah da itən da­ban­la­rı­nı iz­lə­yə­rək pad­don tax­ta­la­rı­na ya­xın­la­şır, qar­şı­sın­da aşıl­maz ən­gəl­miş ki­mi du­ran ki­sə­lər­dən düzəl­dil­miş iyir­mi bir pil­lə­ni çı­xıb qur­ta­ra­na­dək, yo­ru­lub əl­dən düşür, hər də­fə son pil­lə­yə dır­ma­şa­raq əl­li ki­loq­ram­lıq ki­sə­ni çiy­nin­dən aşı­rıb sı­ra­la­rın üstündə ye­ri­ni düzəl­dən­də ar­xa­sın­ca gə­lə­nin onu tə­ləs­di­rən ba­ğır­tı­la­rı­nı eşi­dir­di…

Nə qə­dər yo­rul­du­ğu­nu, ne­cə əl­dən düşdüyünü nə­in­ki o özü, bəl­kə heç tan­rı da bi­lə bil­məz­di. İlk üç-dörd ki­sə­dən son­ra ke­yi­miş bə­də­ni, ro­bot­laş­mış ayaq­la­rı ilə me­xa­ni­ki hə­rə­kət edir, özü be­lə yükün al­tın­da ni­yə yı­xı­lıb qal­ma­dı­ğı­na tə­əccüb­lə­nir­di.

Nə­ha­yət, va­qo­nun yükü bi­tən­də, son ki­sə­ni çiy­nin­dən aşı­rıb ye­rə sa­lan Hax­ver­di şə­kər to­zu ki­sə­lə­ri­nin ya­pış­qan­lı sət­hi­nə uza­nıb bir qa­rış açıq qal­mış ağ­zı və körük ki­mi qal­xıb enən si­nə­si ilə nə­fəs al­ma­ğa ça­lı­şır­dı.

Am­ma sa­də­cə, o idi yı­xı­lıb qa­lan, qru­pun di­gər iş­çi­lə­ri me­tal çu­buq­la deş­dik­lə­ri ki­sə­lər­dən bo­şalt­dıq­la­rı şə­kər to­zu­nu uzun­sov tor­ba­la­ra yı­ğa­raq köynək­lə­ri­nin al­tın­dan bel­lə­ri­nə bağ­la­yır­­dı­lar. Da­ha son­ra boş şüşə­lə­rə dol­du­ra­raq an­ba­rın hə­yə­ti­nə çıx­dı­lar, çeş­mə­yə ya­xın­la­şıb ya­rı­sı şə­kər to­zu dol­du­rul­muş şüşə­lə­ri­nin üstünə su əla­və edə­rək ha­zır­la­dıq­la­rı şər­bət­lə­ri iç­mə­yə baş­la­dı­lar.

Ar­tıq aya­ğa qal­xa­raq an­ba­rın hə­yə­ti­nə gə­lən Hax­ver­di öz-özünə: – Hmmm, bun­lar ha­mı­sı köhnə qurd­lar­dır, – de­yə düşünüb özü üçün şər­bət ha­zır­la­maq üçün boş şüşə ax­tar­ma­ğa baş­la­dı.

Ax­şam evə dönər­kən üst-ba­şı çirk ol­du­ğun­dan met­ro­ya min­mə­yə utan­dı, “İyir­mi Yan­var”a ge­dən av­to­bu­sun ar­xa qa­pı­sın­dan mi­nə­rək boş yer ta­pıb əy­ləş­di.

Ya­taq­xa­na­nın hə­yə­ti­nə gi­rən­də kölgə­lik­də otu­rub ki­şi­lər­lə do­mi­no oy­na­yan Asif onu görüb ça­ğır­dı:

–  Ayə, Hax­ver­di, xoş gəl­mi­sən və şal­va­rın­da­kı tər və şə­kər to­zu­nun bir-bi­ri­nə qa­rı­şıb ya­rat­dı­ğı qəh­və rəng­li lə­kə­lə­rə ba­xıb bir qəh­qə­hə at­dı: – Bu nə gündü, a qa­dan alı­m?

Hax­ver­di ağac­la­rın di­bi­nə qo­yul­muş ma­sa­ya ya­xın­laş­dı, hər kəs­lə əl ve­rib görüşdükdən son­ra:

–  Sə­hər ge­dən­də ya­dı­ma düşmə­di iş pal­ta­rı götürüm, or­da da va­qon bo­şalt­dıq, üstüm-ba­şım bat­dı.

Do­mi­no oy­na­yan­lar­dan bi­ri:

–  Olar əşi, keç əy­ləş, – de­yib Hax­ver­di­yə yer göstər­di.

Hax­ver­di göstə­ri­lən yer­də əy­lə­şə­rək əlin­də­ki tor­ba­nı diz­lə­ri­nin üstünə qo­yub:

–  Asif, qa­dan alım, sən bir şey edə bil­­din­­mi­­?

–  Yox, qa­da­sı, cə­mi bir yer­də çay­pay­la­yan işi va­rıy­dı, o da sə­nə ya­ra­maz.

–  Ni­yə qa­­da­­sı­­?

–  Asif əlin­də­ki da­şı ma­sa­ya vu­ra­raq: al, bu da ağın be­şi, bağ­lan­dı, – de­yib Hax­ver­di­yə döndü:

–  Ma­aş az­dı qa­dan alım, – de­di və ma­sa­da­kı yol­daş­la­rı­na:

–  Hax­ver­di Kəl­bə­cər­dən­di, ata­sı və qar­da­şıy­la bir­lik­də döyüşürdü, in­di iki­si də şə­hi­di­miz­dir, – de­yib on­la­rın qəh­rə­man­lıq­la­rın­dan, döyüş mey­da­nın­da göstər­di­yi şüca­ət­lər­dən da­nış­ma­ğa baş­la­dı.

Hax­ver­di yor­ğun, ta­qət­siz hal­da Asi­fə dönə­rək:

–  Qa­dan alım, bəl­kə yu­xa­rı qal­xa­q?

Asif ye­ni xa­tır­la­mış ki­mi:

–  Hə qa­da­sı, – de­yə­rək aya­ğa qal­xıb do­mi­no yol­daş­la­rı ilə sa­ğol­la­şa­raq Hax­ver­di­nin qo­lun­dan tut­du:

–  Gəl, qa­dan alım, gəl.

Hax­ver­di aya­ğa qal­xan­da əlin­də­ki tor­ba­nı görüb:

–  O nə­di elə? Heç uta­nır­sa­n? Axı­rın­cı də­fə ol­sun ki, mə­nim qa­pı­ma əlin­də çörək­lə gə­lir­sən.

On­lar gəl­dik­lə­rin­də Asi­fin xa­nı­mı mət­bəx­dən əlin­də içi ye­mək do­lu qa­zan­la gə­lir­di. Sa­lam­la­şıb bir­lik­də ota­ğa keç­di­lər.

Ye­mək­dən son­ra si­qa­ret üçün bal­ko­na çı­xar­kən Asif Hax­ver­di­yə:

–  Şal­va­rı­nı so­yu­nub ve­rər­sən yu­sun­lar, sə­hə­rə ha­zır olar.

Hax­ver­di: – Eh­ti­yac yox­du, ay Asif, ye­tə­rin­cə əziy­yət ve­ri­rəm on­suz.

–  Nə əziy­yə­ti, sən bi­zim əziz qo­na­ğı­mız­san.

Hax­ver­di Asif­dən al­dı­ğı bor­cu qay­ta­ra­raq:

–  Bu­nu götür, bir də mə­nimçün bir yer ta­paq.

Asif öncə götürmək is­tə­mə­di, la­kin Hax­ver­di üstə­lə­yin­cə pu­lu alıb ci­bi­nə qo­ya-qo­ya:

–  Nə ye­ri, ay Hax­­ver­­di­­?

–  Ki­ra­yə, am­ma tək ol­ma­sa yax­şı olar, ta­nış uşaq­lar­nan-za­dı­nan bir yer­də ol­sun ki, ki­ra­yə pu­lu­nu bölüşək.

–  Bur­da qal da­na, da­lı­mı­za ha min­mir­sən, ge­cə­dən-ge­cə­yə bal­kon­da yı­xı­lıb ya­tar­san.

Hax­ver­di çırt­ma ilə bal­ko­nun süra­hi­si­ni döyə­rək:

–  Yox, Asif, ye­ri­niz dar­dı, mən də bir tə­rəf­dən yı­xıl­mı­şam üstünüzə…, dünən sən­nən rast­­laş­­ma­say­dım, ha­lım ne­cə olar­­dı­­? İki ge­cə də qo­na­ğın ol­dum bəs­di, xa­hiş edi­rəm, sa­bah mən iş­də olan­da bir ki­rə ye­ri ma­raq­lan.

–  Mən ney­ni­yim…, ma­raq­la­na­ram.

–  Hə, bir də ya­dım­dan çıx­mış­dı, bi­lir­sən, ana­mın və­ziy­yə­ti pis­di, ya­zı­ğı de­mək olar ki, can üstə qo­yub gəl­mi­şəm. Ra­yo­na bir mək­tub ya­zaq, si­zin ünva­nı bil­di­rək, bir­dən Al­lah göstər­mə­sin, bir ha­di­sə-zad ol­sa, xə­bər eli­yə bil­sin­lər.

–  Olar, ni­yə ol­mur, gəl ke­çək içə­ri, uşa­ğın dəf­tər-qə­lə­mi­ni götürək ya­zaq. Sa­bah göndə­­rə­rəm ge­dər.

Hax­ver­di əy­ni­ni də­yiş­dik­dən son­ra otu­rub ev­lə­ri­nə bir mək­tub yaz­dı, al­tı­na da ya­taq­xa­­na­nın ünva­nı­nı əla­və edib sə­li­qə ilə qat­la­dı, Asi­fə uza­dıb:

–  Sa­bah er­kən­dən göndə­rər­sən­mi, qa­dan alı­m?

–  Hə da­na, ar­xa­yın ol, göndə­rə­cə­yəm get­sin.

–  Di yax­şı, de­yir­sən, düşək hə­yə­tə, ev­də vaxt keç­mir.

O, bu da­ra­cıq otaq­da, Asi­fin xa­nı­mı­nın və uşaq­la­rı­nın ya­nın­da uta­nır, çı­xıb get­mə­yə yer ax­ta­rır­dı. Asif onun ne­cə da­rı­xıb-sı­xıl­dı­ğı­nı gördüyündən:

–  Di yax­şı, gəl qa­dan alım, – de­yib əli­ni ye­rə dəs­tək ve­rə­rək tək aya­ğı­nın üstə qalx­dı, qı­zı­nın qa­çıb gə­tir­di­yi qol­tuq də­yə­nə­yi­nə söykə­nə­rək:

–  Gəl get­dik, – de­yib qa­pı­dan çıx­dı.

On­lar gə­lən­də hə­yət­də ora­da-bu­ra­da top­la­şan ki­şi­lər ay­rı, qa­dın və uşaq­lar­sa ay­rı qrup­lar ha­lın­da söhbət edir, dərd­lə­şir­di­lər. Am­ma bütün söhbət­lə­rin sa­də­cə üç mövzu­su var­dı: müha­ri­­bə­nin ge­di­şi, qo­yub gəl­dik­lə­ri ata-ba­ba yurd­la­rı və gün keç­dik­cə ağır­la­şan ke­çim dərd­lə­ri…

Bir az da­ya­nıb ta­nı­ma­dı­ğı bu in­san­la­rın söz-söhbət­lə­ri­nə qu­laq ve­rən Hax­ver­di­nin içi çə­kil­di. Ye­nə si­nə­si­nin sol tə­rə­fin­də qos­qo­ca bir boş­luq ya­ran­mış, ürə­yi pres apa­ra­tı­nın al­tın­da sı­xı­lır­mış ki­mi ki­çi­lib ba­la­ca­laş­mış­dı…

Doğ­ru­dan da ne­cə ola­caq­dı bu mil­lə­tin halı? Qa­ra­bağ­da bütün şid­də­ti ilə da­vam edən müha­ri­bə, Ba­kı­da du­rub-din­cəl­mək bil­mə­yən ha­ki­miy­yət da­va­sı.., o, qa­tar­da­kı yaş­lı ada­mın sözlə­ri­ni xa­tır­la­dı: “mil­lət ola­raq fa­ciə­miz ora­da­dır ki, biz tək yum­ruq ola bil­mi­rik oğul, əgər bir­cə də­fə də bir­lə­şib bir ola bil­sək, nə Qa­ra­bağ prob­le­mi qa­lar, nə baş­qa prob­lem. Xa­tır­la, sək­sən sək­ki­zin so­nu­nu, xa­tır­la İyir­mi Yan­va­rı…, bir ola bil­di­yi­miz üçün BMT bi­zi ilin xal­qı seç­miş­di, bir ola bil­di­yi­miz üçün o böyüklükdə so­vet höku­mə­ti­nin qa­ba­ğın­da əli­ya­lın da­ya­nıb müstə­qil­li­yi­mi­zi, su­ve­ren­li­yi­mi­zi sökə-sökə al­mış­dıq. An­caq son­ra bir ola bil­mə­dik, oğul, bir ola bil­mə­dik”, – de­yib ba­yaq­dan sıx­dı­ğı yum­ru­ğu­nu aç­mış və sümüyü çıx­mış bar­maq­la­rı­nı di­gər əli ilə bu­rub şaq­qıl­da­da­raq əla­və et­miş­di: – Nə var bun­la­rı tək-tək qat­la­yıb sın­dır­ma­ğa…

Hax­ver­di diş­lə­ri­ni bir-bi­ri­nə elə sı­xıb-qı­ca­mış, yum­ruq­la­rı­nı elə düyünlə­miş­di ki, əsə­bin­­dən, nif­rə­tin­dən boy­nu­nun da­mar­la­rı şi­şib üzə çıx­mış, qı­yıl­mış gözlə­ri­ni qan bas­mış­dı. Onun hal­dan-ha­la düşdüyünü görən Asif:

–  Ə, qa­dan alım, nə ol­du sənə?

Hax­ver­di Asi­fə ca­vab ver­mə­dən dönüb iti ad­dım­lar­la bi­na­nın ti­ni­nə doğ­ru ad­dım­la­dı, la­kin ya­rı yol­da özünü tu­ta bil­mə­yə­rək, üzünü di­va­ra döndə­rib ağ­la­ma­ğa baş­la­dı. Ar­xa­sın­ca ye­ti­şən Asif heç nə an­la­ma­dı­ğın­dan, onu sa­kit­ləş­dir­mə­yə ça­lı­şır, la­kin ba­car­mır­dı…

Hax­ver­di uşaq ki­mi ağ­la­yır­dı, al­nı­nı di­va­ra vu­ra-vu­ra, hıç­qı­ra-hıç­qı­ra ağ­la­yır, o ağ­la­dıq­ca arıq­la­mış, sümüyü çıx­mış çi­yin­lə­ri atı­lıb düşürdü.

Asif heç nə an­la­ma­dı­ğın­dan özünü itir­miş, nə de­yə­cə­yi­ni, ne­cə tə­səl­li edə­cə­yi­ni bil­mir, ayə, qa­dan alım, bir sa­kit ol görək nə olub, kim nə de­di sə­nə axı, de­mək­dən, keç­miş döyüş yol­da­şı­nın saç­la­rı­nı ox­şa­maq­dan baş­qa əlin­dən bir şey gəl­mir­di.

Baş­qa­la­rı fi­kir ver­mir­di­lər, çünki on­lar özlə­ri az­mı ağ­la­mış­dı­la­r? Qa­dın­lar gündüz vax­tı, ki­min ya­nın­da gəl­di uta­nıb-sı­xıl­ma­dan ağ­la­yıb ürək­lə­ri­ni bo­şal­dır­dı­lar, am­ma ki­şi­lə­rin ağ­la­maq üçün qa­ran­lı­ğın düşmə­si­ni, uşaq­la­rın yat­ma­sı­nı gözlə­yib, yor­ğa­nın al­tın­da sə­hə­rə qə­dər ağ­la­dıq­la­rı ge­cə­lər az­­mıy­­dı­­?

Asif Hax­ver­di­nin qo­lu­na gi­rə­rək, onu götürüb kə­na­ra, bi­na­nın ar­xa tə­rə­fi­nə apar­dı, onu di­va­ra söykə­yib ya­xa­sın­dan tut­du:

–  Ayə, qa­dan alım, de­yə­cək­sən­mi ni­yə ağ­la­yır­san, ya sə­ni bu­ra­da­ca sa­lım ağa­cı­mın al­­tı­­na­­?

Hax­ver­di əli­nin tər­si ilə gözlə­ri­ni si­lə­rək:

–  Nə­yə ağ­lı­ya­cı­ya­m? Günümüzə, dir­ri­yi­mi­zə, üç-beş dı­ğa­nın qar­şı­sın­da ye­tim uşaq ki­mi boy­nubükük qal­ma­ğı­mı­za…, ölən qo­hum-qar­da­şı­mı­za, əsir ge­dən ana-ba­cı­la­rı­mı­za, vi­ran qa­lan yurd-yu­va­mı­za…

Hax­ver­di hə­lə də hıç­qı­rır­dı…

Asif cib yay­lı­ğı ilə onun al­nı­nın qa­nı­nı si­lə­rək:

–  Ağ­la­maq­la ol­mur, a qa­dan alım, ol­mur…, ha ağ­la, özünü öldür, hə­lə is­tə­yir­sən ar­vad­la­rı da ça­ğı­rım bur­da şax­sey ge­dək və köks ötürüb: – Nə fay­da­sı, ağ­rın alım, nə fay­­da­­sı­­? – de­di.

Onun sözlə­ri can ver­mək­də olan bi­ri­nin son hıç­qır­tı­la­rı ki­mi ça­rə­siz, umud­suz idi…

Si­qa­re­ti­ni çı­xa­rıb bi­ri­ni Hax­ver­di­yə ve­rə­rək da­ma­ğı­na qoy­ma­sı­nı gözlə­yib yan­dır­dı, bi­ri­ni də özü üçün yan­dı­rıb sal­la­ğı otu­ran Hax­ver­di­nin ya­nın­da di­va­ra söykə­nə­rək da­yan­dı, do­daq­­la­rın­dan ayır­ma­dı­ğı si­qa­re­ti­ni üç tüstüdə bi­ti­rib at­dı, qol­tuq də­yə­nə­yi­nin ucu ilə əzib par­ça­la­yıb:

–  Qa­dan alım, bi­lir­sən­mi ni­yə be­lə oldu? Xa­tır­la sa­va­şın baş­lan­ğı­cı­nı, hə­lə ne­cə de­yər­lər, duz­duz­daq­da, eş­şək na­xır­da ikən –o vaxt­kı Azər­bay­can kom­mu­nist par­ti­ya­sı­nın rəh­bə­ri sək­sən ikin­ci ilin ya­yın­da, heç bir iq­ti­sa­di-si­ya­si tə­ləb, məc­bu­riy­yət ol­ma­dı­ğı hal­da qa­nun ha­zır­la­dıb im­za­la­ya­raq Dağ­lıq Qa­ra­bağ mux­tar vi­la­yə­ti­nə dünya­da ta­yı-bə­ra­bə­ri ol­ma­yan, ən yüksək sta­tu­su ver­di…, və bu mis­li görünmə­miş sta­tu­sa rəğ­mən sək­sən sək­ki­zin­ci ilin sent­yab­rın­da Mosk­va Qa­ra­bağ­da xüsu­si ida­rə­et­mə re­ji­mi ya­rat­dı. Gu­ya er­mə­ni­lə­rin so­si­al-iq­ti­sa­di prob­lem­lə­ri­ni həll et­mək adı al­tın­da vi­la­yə­tə külli miq­dar­da pul bu­ra­xıl­dı, di­gər tə­rəf­dən də be­lə bir fi­kir for­ma­laş­dı­rır­dı­lar ki, gu­ya Azər­bay­can höku­mə­ti er­mə­ni­lə­ri­niq­ti­sa­di prob­lem­lə­ri­ni həll et­mir, on­la­rın mad­di çə­tin­lik­lər içə­ri­sin­də ya­şa­ma­sı­na göz yu­mur. Bu­na görə də vi­la­yət­də­ki er­mə­ni­lər na­ra­zı­lıq edir­lər.

Dörd ay son­ra isə bu­nun­la da ki­fa­yət­lən­mə­yib “Vols­ki Ko­mi­tə­si”ni ya­rat­dı­lar.

Yə­ni qa­dan alım, Qa­ra­ba­ğı biz­dən qo­par­maq üçün er­mə­ni­lər­lə Mosk­va əl­bir iş­lə­yir­di.

Müna­qi­şə mi­tinq­lər­dən, nüma­yiş­lər­dən si­lah­lı müba­ri­zə­yə ke­çən­də də er­mə­ni­lə­rin əlin­də hər cür si­lah-sur­sat va­rıy­dı, am­ma biz ov tüfəng­lə­riy­lə si­lah­lan­mış­dıq. Çə­tin­lik­lə, or­dan-bur­dan ka­ra­bin­nən-zad­dan ta­pan­da da pat­ro­nu­nu ta­pa bil­mir­dik…, am­ma er­mə­ni­lər elə­­miy­­di­­? Ge­dib hər­bi his­sə­lər­dən is­tə­dik­lə­ri qə­dər si­lah-sur­sat alır, bi­zim əli­ya­lın ca­maa­tı qı­rır­dı­lar. Vols­ki­nin xüsu­si ida­rə re­ji­mi­nin et­dik­lə­ri­ni bir ya­dı­na sal. Hər şey gözümüzün önündə baş ve­rir­di, am­ma biz heç nə edə bil­mir­dik. Xa­tır­la­yır­san­mı qa­dan alım, öncə qa­pı-qa­pı gə­zə­rək azər­bay­can­lı əha­li­nin si­lah­la­rı­nı top­la­dı­lar, son­ra Go­rus­dan, Qa­fan­dan gə­tir­dik­lə­ri ka­ra­bin­lə­ri, av­to­mat­la­rı er­mə­ni­lə­rə pay­la­dı­lar. Üç gündə Xan­kən­din­dən on iki min azər­bay­can­lı qo­vu­la­raq çı­xa­rıl­dı, son­ra vi­la­yə­tin bütün za­vod-fab­rik­lə­ri, kol­xoz­la­rı Vols­ki­nin əliy­lə Er­mə­nis­ta­nın ta­be­li­yi­nə ve­ril­di, tə­ləm-tə­ləsik ye­ni Xan­kən­di, La­çın-Go­rus yo­lu çə­kil­di.

Xan­kən­din­də top­la­nan er­mə­ni daş­nak­la­rı Qa­ra­bağ er­mə­ni­lə­ri­nin qu­rul­ta­yı­nı ke­çi­rə­rək, özünüi­da­rə­et­mə elan et­di­lər, sə­la­hiy­yət­lə­ri də ver­di­lər qon­dar­ma mil­li şu­ra­la­rı­na…, bi­zim Ba­kı­da­kı höku­mət­sə Mər­kə­zi Ko­mi­tə­də­ki alt­mış bir er­mə­ni və Ali So­vet­də­ki iyir­mi doq­quz er­mə­ni de­pu­tat­la qol-bo­yun gə­zir­di­lər…

Qa­ra­bağ­da ara qı­zış­dıq­ca, biz tək­lə­nir, si­lah­lı er­mə­ni­lə­rin qa­ba­ğın­da əli­ya­lın qa­lır­dıq. Xüsu­si re­ji­min kənd­lə­rə yer­ləş­dir­di­yi­rus əs­gər­lə­ri on­la­rı qo­ru­yur, biz­lə­ri təz­yiq al­tın­da sax­la­yır­dı­lar… Ni­za­mi or­du­muz gec ya­ran­dı, həm də könüllü özünümüda­fiə ta­bor­la­rı­mız­da si­lah-sur­sat qıt­lı­ğı va­rıy­dı. Biz o köpə­yu­şa­ğıy­nan heç vaxt baş-ba­şa döyüşə bil­mə­dik ki, ay Hax­ver­di, in­di özünü günah­lan­dır­ma­ğı­nın nə mə­­na­­sı­­? Sən sürücü, mən aq­ro­nom…, bi­zi bu günə sa­lan­lar utan­sın.

Hax­ver­di sal­la­ğı otur­du­ğu yer­dən qal­xa­raq:

–  Hə da, ay Asif, na­haq ye­rə de­mə­yib­lər ki, ar­xa­lı köpək qurd ba­sar…

–  Elə­di, qa­dan alım, elə­di. O vaxt Ba­kı­da­kı mil­yon­luq mi­tinq­lə­rin üzünü Qa­ra­ba­ğa çe­vir­­səy­di­lər, gə­lib er­mə­ni­ni sil­lə-tə­pi­yi­nən qo­var­dı­lar. Am­ma kim­sə düşünmə­di. Elə mi­tinq­lər­də ba­ğı­rır­dı­lar:Top­xa­na­da iş ge­dir, Ba­kı­da nüma­yiş ge­dir…, de­yən la­zı­mıy­dı, ay rəh­mət­li­yin uşa­ğı, nə me­şə­si, nə Top­xa­na­sı, er­mə­ni gündən-günə si­lah­la­nır, ad­dım-ad­dım Qa­ra­ba­ğı biz­dən­­qo­pa­rır…, siz dur­mu­suz bur­da ağac dər­di çə­kir­siz…

Hax­ver­di köks ötürə­rək:

–  Ye­nə o mi­tinq­lə­rin he­sa­bı­na “Vols­ki Ko­mi­tə­si”ni ləğv elə­di­lər, Qa­ra­ba­ğın ida­rə­si­ni bi­zə qay­tar­dı­lar, ye­nə o mi­tinq­lə­rin he­sa­bı­na müstə­qil ol­duq, rus bo­yun­du­ru­ğun­dan ca­nı­mız qur­tar­dı.

–  On­la­rı mən də bi­li­rəm, ay Hax­ver­di, am­ma hər ax­şam ba­şı­mı yas­tı­ğa qo­yan­da düşünürəm ki, təş­ki­lat­lan­maq­da ge­cik­sək də, ən azın­dan, xal­qın bir­lə­şib bir nöqtə­yə vur­du­ğu vaxt mil­lə­tin də­mir yum­ru­ğu­nu er­mə­ni­lə­rin ba­şı­na en­di­rə bil­səy­dik, in­di nə Qa­ra­bağ prob­le­mi qal­mış­dı, nə də baş­qa dərd…

–  Düzdü Asif, qur­ban sə­nə, nə­in­ki bu dı­ğa köpə­yu­şa­ğı­nı Qa­ra­bağ­dan iti qo­van ki­mi qov­­muş­duq, hət­ta on il­lər bo­yu so­vet höku­mə­ti­nin biz­dən alıb on­la­ra ver­di­yi Göyçə­ni, Zən­gə­zu­ru, Də­rə­lə­yə­zi, Ve­di­ba­sa­rı, Di­li­ca­nı da qay­ta­rıb al­mış­dıq. Am­ma ney­lə­yək ki, ol­ma­dı…

–  Asif də­rin­dən bir ah çə­kə­rək:

–  Hə­lə o vaxt­lar, mil­li hə­rə­ka­tın qız­ğın vaxt­la­rın­da be­lə li­der­lə­rin içə­ri­sin­də so­vet DTK-sı­na iş­lə­yən, on­la­rın sözü ilə otu­rub-du­ran­lar va­rıy­dı… Ke­çə­nil­ki seç­ki­lər­dən son­ra baş­qa­la­rı bir tə­rə­fə qal­sın, elə bir­ba­şa mil­li məc­li­sin özü ək­sin­qi­lab­çı­la­rın yu­va­sı ha­lı­na gəl­miş­di…, niyə? Nə sə­­bə­­bə­­? Son­ra da özü-özünü ca­vab­la­dı: rus DTK-sı və­zi­fə hə­ri­si, şöhrət­pə­rəst mil­lət və­kil­lə­ri­ni pu­lun he­sa­bı­na əsir al­mış­dı, bar­ma­ğın­da oy­na­dır­dı…, gəl heç uza­ğa get­mə, döyüşlər­də hər şey bi­zim le­hi­mi­zəy­kən, alın­maz de­di­yi­miz qa­la­mı­zın, Şu­şa­mı­zın iş­ğa­lı­nı xa­tır­la… Ya­dın­da­dır da, av­ro­pa­lı nə bi­lim kim­lər gə­lə­cək de­yib əs­gər­lə­ri­mi­zə Şu­şa-Xan­kən­di yo­lu­nun mi­na­lar­dan tə­miz­­lət­dir­di­lər, er­tə­si gün də er­mə­ni köpə­yu­şa­ğı hə­mən yol­dan hücu­ma keç­di… ya elə Kəl­bə­cə­rin iş­ğa­lı­nı, de­yir­di­lər ki, Kəl­bə­cər is­ti­qa­mə­tin­də həm can­lı qüvvə, həm də tex­ni­ka sa­rı­dan üstünlük bi­zim­ki­lər­də­dir, bəs nə ol­du ay qa­dan alı­m? Müha­ri­bə­nin qız­ğın vax­tın­da o əc­laf kor­pus ko­man­di­ri­nin qi­ya­mı­nı xa­tır­la…

Hax­ver­di ik­rah­la tüpürə­rək:

–  Ha­mı­sı­nı xa­tır­la­yı­ram, ha­mı­sı­nı, – de­yə qı­ca­dı­ğı diş­lə­ri­nin ara­sın­dan fı­sıl­da­dı.

–  Asif qol­tuq də­yə­nə­yi­nin me­tal ta­xıl­mış ucu ilə as­fal­tı döyəc­lə­yə-döyəc­lə­yə:

–  Hə, Hax­ver­di, qa­dan alım, cəb­hə­də olan­lar, xə­ya­nət­lər, al­çaq­lıq­lar ağ­lı­ma gəl­dik­cə, əsə­bim­dən di­şim ba­ğır­sa­ğı­mı kə­sir, bil­mi­rəm ki, ney­lə­yim… Mə­səl var:“içim özümü yan­dı­rır, çölüm özgə­ni”, qa­lı­ram kə­si­lə-kə­si­lə.

–  Nə isə Asif, hə­lə müha­ri­bə da­vam eli­yir, görək bun­dan son­ra bir şey edə bi­­lə­­cək­­lər­­mi­­?

–  İn­şal­lah, Hax­ver­di, in­şal­lah. Ha­mı­mı­zın umu­du qə­lə­bə­yə­dir, elə­cə bir də­fə sə­fər­bər­lik elan edib mil­lə­ti tökə­lər cəb­hə­yə, ya üzülər, ya düzə­lər…

İki­si də sus­du, hə­rə­si da­ha bir si­qa­ret çı­xa­rıb yan­dı­ra­raq da­maq­la­rı­na qoy­du­lar.

Qa­ran­lıq­da do­daq­la­rın­dan ayır­ma­dan sümürdüklə­ri si­qa­ret işıl­da­yır, közü si­qa­ret tu­tan əl­lə­ri­ni, üzlə­ri­ni qır­mı­zı fon­da işıq­lan­dı­rır­dı…

Si­qa­ret­lə­ri­ni çə­kib bi­tir­dik­dən son­ra yu­xa­rı qalx­dı­lar. Heç bi­ri di­nib-da­nış­mır­dı. Bir­ba­şa bal­ko­na ge­dən Hax­ver­di ya­ta­ğı­nın açıq ol­du­ğu­nu görüb, elə pal­tar­lı­ca ya­ta­ğı­na uza­nıb gözlə­ri­ni yum­du.

Asif sə­hər oya­nıb ey­va­na çı­xan­da ya­ta­ğı­nı qat­la­ya­raq, döşə­yin ya­nın­da­ca yer­də otu­ran Hax­ver­di­yə ba­xıb ota­ğın açıq qa­pı­sın­dan içə­ri boy­la­nıb xa­nı­mı­nı səs­lə­di:

–  Ay qız, Hax­ver­di­nin ye­ri­ni sal­­ma­­mış­­dın­­mı­­?

Hax­ver­di əl­lə­ri­ni üzündən çə­kib ba­şı­nı qal­dır­dı:

–  Ba­cım aç­mış­dı ya­ta­ğı, mən yı­ğış­dır­mı­şam.

Asif ya­xın­la­şıb əli­ni onun çiy­ni­nə qo­ya­raq ya­nın­da otur­du, bir ne­çə sa­ni­yə dos­tu­nu qay­ğı­lı gözlər­lə süzüb:

–  Ya­ta bil­din­mi, qa­dan alı­m? – de­yə so­ruş­du.

Hax­ver­di ba­şı­nı təs­diq an­la­mın­da yel­lə­yə­rək:

–  Ana­mı gördüm yu­xu­da.

Asif onun çi­yin­lə­ri­ni ox­şa­ya­raq:

–  Al­lah xe­yir elə­sin, ne­cə gördün?

Hax­ver­di qol­la­rı­nı diz­lə­ri­nin üstündə uza­dıb:

–  Gördüm ki, kən­di­miz­də­yik, evi­mi­zin ar­xa­sın­da bir dağ var, ora­da­yıq. Atam, anam, mən və qar­da­şım…, bir ah çə­kib köynə­yi­nin döş ci­bin­dən bir si­qa­ret çı­xar­dı, Asi­fə uza­da­raq:

–  Çə­­kir­­sən­­mi­­? – de­yə so­ruş­du.

Asif:

–  Yox, qa­dan alım, – de­yə­rək onun sümüyü çıx­mış çi­yin­lə­ri­ni ox­şa­dı:

–  Yu­xu­nu de görək, hə­lə.

–  Heç nə da, elə dağ­day­dıq, am­ma bil­mi­rəm ki, ora­da nə ax­ta­rır­dıq, bir­dən kırs gəl­di, mən qaç­dım, am­ma anam qa­ça bil­mə­di…

–  Al­lah xe­yir elə­sin, ay Hax­ver­di, dur ge­dək yu­yu­naq gə­lək, çörə­yi­mi­zi ye­yək, son­ra sən işə get, mən də ge­dim mək­tu­bu yol­la­yım.

Hax­ver­di Keş­lə yükbo­şalt­ma ida­rə­si­nin hə­yə­ti­nə gi­rən­də gözü dünən bir­lik­də ça­lış­dıq­la­rı yol­daş­la­rı­nı ax­tar­dı. On­lar elə dünən­ki yer­lə­rin­də, an­bar­lar­dan bi­ri­nin önündə­ki plat­for­ma­da da­yan­mış­dı­lar. Ya­xın­la­şıb sa­lam ver­di:

–  Sa­la­mə­leyküm, sa­ba­hı­nız xe­yir.

Di­gər­lə­ri baş­la­rı ilə, qru­pun baş­çı­sı olan çal­saç­lı ki­şi isə həm ba­şı ilə həm də uca səs­lə onun sa­la­mı­nı al­dı:

–  Əleykü­mə­sa­lam, ba­coğ­lu və əla­və et­di:

–  Bu gün bi­zim əs­kik yol­da­şı­mız gə­lib, qru­pu­muz­da əla­və ada­ma eh­ti­ya­cı­mız yox­dur, sən bir o bi­ri qrup­la­ra bax, gör ki­mə adam la­zım­dır­sa, get on­lar­la iş­lə.

Hax­ver­di­nin qo­lu-qa­na­dı qı­rıl­dı. İn­di o ki­min üstünə ge­dib mə­ni də götür qru­pu­na, si­zin­lə iş­lə­yim de­­yəy­­di­­? Çar-na­çar on­lar­dan ay­rı­lıb di­gər qrup­la­ra ya­xın­laş­dı, la­kin kim­sə onu is­tə­mir, hər kəs qrup­la­rın­da yer ol­ma­dı­ğı­nı bil­di­rə­rək, qırx iki ton yükü bo­şalt­maq müqa­bi­lin­də ala­caq­la­rı qə­pik-qu­ru­şu da­ha bir nə­fər­lə pay­laş­maq is­tə­mir­di.

O öz-özünə: – De­yə­sən, bu gün iş ta­pa bil­mə­yə­cə­yəm, –de­yə düşünə­rək, hər kəs­dən ara­la­nıb an­bar­lar­dan bi­ri­nin ar­xa­sı­na keç­di, iş pal­tar­la­rı­nı içi­nə qoy­du­ğu tor­ba­nı ye­rə qo­yub üstündə otu­ra­raq kürə­yi­ni di­va­ra söykə­yib gözlə­ri­ni yum­du…

Heç nə düşünmürdü, nə ev­lə­ri­ni, nə hər ge­cə yu­xu­su­na gi­rən doğ­ma kənd­lə­ri­ni, nə el-oba­sı­nı… O iş­lə­mək, pul qa­zan­maq is­tə­yir­di… Və in­di işə heç vaxt ol­ma­dı­ğı qə­dər eh­ti­ya­cı var­dı. Bir­dən ana­sı­nın ölüm xə­bə­ri gəl­sə, nə edə­cək, ra­yo­na han­sı pul­la dönə­­cək­­di­­? Ar­tıq Asif­dən də borc is­tə­yə bil­məz­di, on­suz ya­zıq­la­rın günlə­ri-güzə­ran­la­rı göz qa­ba­ğın­da idi. Əl­lə­ri ilə gic­gah­­la­rın­dan tu­tub: – Mən ney­lə­yim ila­­hi­­? Ni­yə mə­ni bu qə­dər sı­na­ğa çə­kir­sə­n? İm­ta­ha­nın bit­mə­di­mi daha? – de­yə öz-özünə de­yi­nir, fə­lə­yin qa­ra­sı­na qar­ğa­yır­dı. O, di­gər­lə­rin­dən iki­qat ucuz iş­lə­mə­yə be­lə ra­zı idi, tə­ki boş qal­ma­sın, tə­ki bir-iki ma­nat kə­na­ra qo­ya bil­sin… Aya­ğa qal­xıb tor­ba­sı­nı da əli­nə götürdü. Ar­tıq günəş də zir­və­yə çıx­ma­ğa baş­la­dı­ğın­dan, bi­na­la­rın kölgə­si get­miş, onun ki­mi iş ta­pa bil­mə­yən iki-üç nə­fər an­bar­la­rın hə­yə­tin­də olan ye­ga­nə ağa­cın kölgə­si­nə sı­ğın­mış­­dı­lar. Gə­lib on­la­ra sa­lam ve­rib yan­la­rın­da da­yan­dı, ci­bin­dən çı­xar­dı­ğı si­qa­re­ti da­ma­ğı­na qo­ya­raq, yan­dı­rıb ci­yər­lə­ri­nə çək­di­yi tüstünü bir ne­çə sa­ni­yə sax­la­dıq­dan son­ra bur­nun­dan bu­ra­xıb:

–  Siz də iş ta­pa bil­mə­di­z? – de­yə or­ta­lı­ğa so­ruş­du. Tor­ba­la­rı­nı qol­tuq­la­rı­na vu­rub ca­nı sı­xıl­mış hal­da da­ya­nan­lar­dan bi­ri üz-gözünü tur­şu­da­raq acıq­la:

–  Nə iş e? Sən lap kef­dən da­nı­şır­san ki, – de­yib açıl­mış ov­cu­nu ona sa­rı uzat­dı: – Görüm bir si­qa­ret.

Hax­ver­di ci­bin­dən çı­xar­dı­ğı filtr­siz “Ast­ra” qu­tu­su­nun için­dən bi­ri­ni götürüb ona uza­da­raq əla­və et­di:

–  Kib­ri­tin var­­mı­­?

–  Var, am­ma köz olan yer­də kib­rit­lə si­qa­ret yan­dır­maz­lar, – de­yib si­qa­re­ti­ni da­ma­ğı­na qo­ya­raq işa­rə ilə Hax­ver­di­dən köz is­tə­di…

Hax­ver­di sa­kit­cə bit­mək­də olan si­qa­re­ti­ni irə­li uza­da­raq onun si­qa­re­ti­ni yan­dır­dı, Da­ha heç bi­ri di­nib-da­nış­ma­dı.

O sə­hər Asif­gil­də uta­na-sı­xı­la iki ti­kə ye­di­yi­nə görə, günor­ta ol­ma­dan ac­mış­dı. İn­di də lap acın­dan ürə­yi ge­dir­di. An­bar­lar­dan az ara­lı­da, gömrüyün hə­yə­tin­də­ki ye­mək­xa­na­ya ba­xıb di­li­ni-da­ma­ğı­nı ya­la­dı. Bəl­kə ge­dib bir kol­ba­sa dürmə­yi al­sam, – de­yə için­dən ke­çirt­di. An­caq pu­la qıy­ma­dı­ğın­dan fik­rin­dən da­şı­nıb: – Ax­şa­ma qə­dər bir tə­hər dözüm, bəl­kə heç iş ol­ma­dı, – de­yə öz-özünə de­yin­di.

On­la­rın dördü də ağa­cın kölgə­sin­də da­ha ya­rım sa­at gözlə­miş­di­lər ki, üstü ça­dır­la bağ­lan­­mış “Ka­maz” mar­ka­lı yük av­to­mo­bi­li an­ba­rın hə­yə­ti­nə da­xil ol­du, yan­la­rın­dan ke­çə­rək, az irə­li­­də­ki an­bar­lar­dan bi­ri­nin önündə da­yan­dı. Hax­ver­di və ağa­cın di­bin­də kölgə­lə­nən di­gər üç nə­fər ma­şın da­ya­nan ki­mi, iş tap­maq ümi­di ilə ona doğ­ru qaç­ma­ğa baş­la­dı­lar. Otuz-qırx metr­lik mə­sa­fə­ni bir-bi­ri­lə­ri­ni itə­lə­yə­rək, önə keç­mə­yə ça­lı­şa­raq qa­çır, yük av­to­mo­bi­li­nə di­gər­lə­rin­dən öncə çat­maq üçün də­ri­dən-qa­bıq­dan çı­xır­dı­lar. Nə­ha­yət, yol bi­tib on­lar ma­şı­nın ya­nı­na ça­tan­da, sürücü ye­ni­cə en­miş, qa­pı­nı bağ­la­ya­raq, an­ba­ra doğ­ru irə­li­lə­mək­də idi. Sürücüyə ça­tar-çat­maz Hax­ver­di tə­ləm-tə­ləsik:

–  Da­yı, fəh­lə la­­zım­­dır­­mı­­? – de­yə so­ruş­du.

Sürücü on­la­rı gözu­cu süzüb:

–  Hə, dördünüz də bu­ra gə­lin, – de­di və an­ba­rın qa­pı­sı­na ya­xın­la­şıb da­yan­dı.

Fəh­lə­lər­dən bi­ri:

–  Ağ­saq­qal, nə yüklə­yə­cə­yi­k?

–  Un, – de­yə ca­vab ve­rən sürücü ba­şı­nı qal­dı­rıb günə­şə bax­dı, son­ra ol­du­ğu yer­də­cə sal­la­ğı otu­rub açar­lar­la oy­na­ma­ğa baş­la­dı.

Hax­ver­di bir ad­dım ya­xı­na ata­raq:

–  Da­yı, ne­çə ton vu­ra­caq­sa­n?

Sürücü ona bax­ma­dan:

–  On yed­di ton, yet­miş ki­lo­luq ki­sə­lər­də, yüklə­mə­yin də qiy­mə­ti­ni bi­lir­si­niz.

Da­ha heç bi­ri di­nib-da­nış­mır­dı. Az son­ra an­bar­da­rın ya­xın­laş­maq­da ol­du­ğu­nu görüb cəld əyin­lə­ri­ni də­yiş­di­lər, iş pal­tar­la­rı­nı ge­yi­nib ma­şı­nın ya­nı­na gəl­di­lər.

An­bar açıl­dıq­dan son­ra içə­ri­dən çə­kib çı­xar­dıq­la­rı ela­va­to­ru ma­şı­nın ar­xa­sın­da sax­la­dı­lar. Fəh­lə­lər­dən iki­si un ki­sə­lə­ri­ni da­şı­ya­raq ela­va­to­run üzə­ri­nə qo­ya­caq, iki­si isə ma­şı­nın ar­xa­sın­da çiy­ni­ni ela­va­to­run al­tı­na ve­rə­rək kə­mə­rin üstü ilə yu­xa­rı qal­xan un ki­sə­si­ni götürüb ön tə­rəf­dən ar­xa tə­rə­fə doğ­ru qa­laq­la­ya­caq­dı­lar.

Hax­ver­di “Ka­maz”ın yük ye­rin­də ça­lı­şır­dı. Bir tə­rəf­dən günor­ta­nın is­ti və rütu­bət­li ha­va­sı, di­gər tə­rəf­dən yük ye­ri­nin üstünü örtən ça­dı­rın günəş şüa­la­rı al­tın­da qı­za­raq al­tı­nı da­ha da isit­­mə­­sin­dən nə­fəs al­maq mümkün de­yil­di.

Hax­ver­di ona yar­dım edən yol­da­şı ilə bə­ra­bər de­mək olar ki, qa­ça­raq iş­lə­yir, öz çə­ki­si ağır­lı­­ğın­da­kı un ki­sə­lə­ri­ni da­şı­yıb qa­laq­la­dıq­ca, nə­fə­si tən­gi­yir, yor­ğun­luq­dan və is­ti­dən tə­rin-su­yun için­də qa­lır­dı. Hər sı­ra­nı düzüb yu­xa­rı qal­dır­dıq­ca, son üç cər­gə­ni qoy­maq da­ha da çə­tin­­lə­şir­di. Çünki bu üç cər­gə də onun bo­yun­dan hündür ol­du­ğun­dan, çiy­nin­də­ki yükü aşı­rıb sal­­maq­la ca­nı­nı qur­ta­ra bil­mir, pən­cə­lə­ri­nin üstünə qal­xa­raq un ki­sə­si­ni hündürə atır, son­ra da çə­kiş­di­rə­rək ye­ri­ni ta­raz­la­yır­dı.

Və o da­ra­cıq yer­də qa­ça-qa­ça iş­lə­yir, al­nın­dan, gic­gah­la­rın­dan süzülən tər gözlə­ri­ni acış­dı­rır, do­daq­la­rı­nı yan­dı­rır­dı. Bir an­lıq da ol­sa, nə da­ya­nıb nə­fə­si­ni dər­mə­yi­nə, nə də bir qur­tum su iç­mə­yi­nə im­kan yox idi. Bir tə­rəf­dən ça­dı­rın al­tın­da bəl­kə əl­li də­rə­cə­yə ça­tan is­ti, di­gər tə­rəf­dən ac­lı­ğın və su­suz­lu­ğun ver­di­yi ta­qət­siz­lik­dən ayaq­la­rı nə­in­ki yet­miş ki­lo­luq un ki­sə­lə­ri­ni, hət­ta onun özünü be­lə da­şı­maq­dan aciz qal­mış­dı.

O, hər də­fə ela­va­to­run al­tı­na gi­rib yükünü çiy­ni­nə alan­da, un ki­sə­si ilə bə­ra­bər hər ad­dım atan­da, iş bi­tən­dən son­ra ala­ca­ğı pu­lu düşünür, əl­li­lik­lər, yüzlüklər gözünün önündə rəqs edir­di…

Bəl­kə bu idi onu ayaq­da tu­tan, un ki­sə­lə­ri ela­va­to­run kə­mə­rin­dən çiy­ni­nə düşdükcə onu yı­xıl­ma­ğa qoy­ma­yan, ba­ğı çözülmüş diz­lə­ri­nə dəs­tək olan… heç nə bil­mir, heç nə düşünmürdü. Bəl­kə də yor­ğun ol­du­ğu­nu düşünsə, ac­lı­ğı­nı xa­tır­la­sa, ela­va­to­run kə­mə­rin­dən çiy­ni­nə düşən yet­miş ki­lo­luq ki­sə­nin al­tın­da yı­xı­lıb qa­lar, bir da­ha aya­ğa qal­xa bil­məz­di. Am­ma o nə su­suz­­luq­dan qu­ru­yub çat­la­mış do­daq­la­rı­nı, nə ac­lı­ğı­nı, nə hər nə­fəs al­dıq­ca ci­yər­lə­ri­ni yan­dı­ran is­ti ha­va­nı, nə də yor­ğun­lu­ğu­nu de­yil, sa­də­cə pul qa­zan­ma­ğı düşünür, fi­zi­ki qüvvəy­lə de­yil, mad­di sı­xın­tı­nın ver­di­yi qa­zanc hə­ris­li­yin­dən do­ğan psi­xo­lo­ji güclə ayaqüs­tə qa­la, iş­lə­yə bi­lir­di…

So­nun­cu ki­sə­ni də ela­va­to­run kə­mə­rin­dən alıb sı­ra­nın üstünə qoy­duq­dan son­ra ka­ma­zın yük ye­rin­dən enə­rək sürücüyə ya­xın­laş­dı, əmək­haq­qı­nı alıb iki ad­dım at­dı və bi­çil­miş ot ki­mi ye­rə uzan­dı. Yor­ğun­luq­dan düz ba­şı­nın üstündə alov to­pa­sı ki­mi ya­nan günə­şin al­tın­dan çə­kil­­mə­yə be­lə ta­qə­ti yox idi. Bir ne­çə də­qi­qə ar­xa­sı üstə uza­nıb gözlə­ri­ni yum­du, han­dan-ha­na aya­ğa qal­xa­raq pal­tar tor­ba­sı­nı götürübsən­dəl­lə­yə-sən­dəl­lə­yə çeş­mə­yə doğ­ru irə­li­lə­di.

Hax­ver­di gə­lən­də di­gər üç yol­da­şı ar­tıq yu­yu­nub get­miş­di­lər. O, tə­ri­nə qa­rı­şıb xə­mir ol­muş unu əl-üzündən, bo­yun-bo­ğa­zın­dan yu­du, son­ra be­lə tə­miz­lə­nə bil­mə­yə­cə­yi­ni görüb köynə­yi­ni so­yun­du, çeş­mə­nin al­tı­na gi­rə­rək saç­la­rı­nı, si­nə­si­ni, qo­yun-qol­tu­ğu­nu yu­yub tə­miz­lə­di.

Yu­yun­duq­dan son­ra ye­nə ağa­cın al­tı­na gəl­di, pal­tar tor­ba­sı­nın üstündə otu­rub kürə­yi­ni ağa­cın gövdə­si­nə söykə­miş, ara­bir gözu­cu az ara­lı­da­kı ye­mək­xa­na­ya ba­xıb ud­qu­nur, yox, ye­mə­­yə­­cə­yəm, qa­zan­dı­ğı­mı da qar­nı­ma ver­səm, ar­tı­ra bil­mə­rəm, – de­yə öz-özünə tək­rar edir­di…

Hə­mən gün da­ha baş­qa iş düşmə­di. O, yor­ğun və ta­qət­siz ad­dım­la­rı­nı sürüyə­rək ya­taq­xa­na­nın hə­yə­ti­nə gə­lib ça­tan­da günəş bat­maq­da idi.

Ye­nə hə­mən adam­lar bi­na­nın gi­ri­şi­nə qoy­duq­la­rı ba­la­ca ma­sa­nın ət­ra­fın­da əy­lə­şə­rək do­mi­no oy­na­yır­dı­lar. Hax­ver­di ya­xın­la­şıb sa­lam ver­di və Asi­fə:

–  Qa­dan alım, bir şey edə bil­­din­­mi­­? – de­yə so­ruş­du.

Asif qa­rış­dır­maq­da ol­du­ğu daş­la­rın için­dən yed­di­si­ni çə­kə­rək ov­cu­nun için­də sam­la­ya-sam­la­ya:

–  Hə, ay Hax­ver­di, sə­hər sən­dən ay­rıl­dıq­dan son­ra apa­rıb mək­tu­bu­nu sal­dım get­sin, son­ra da sə­nə bir yax­şı yer tap­dım. Həm ge­cə­lə­ri qa­ro­vul iş­lə­yə­cək­sən, həm də or­da ya­ta­caq­san.

Hax­ver­di­nin se­vin­di­yin­dən gözlə­ri işıq­lan­dı, əyi­lib Asi­fin boy­nu­nu qu­caq­la­dı, o üzündən-bu üzündən öpüb:

–  Al­lah sən­dən ra­zı ol­sun, qar­da­şım, haq­qı­nı ne­cə ödə­yə­cə­yə­m?

–  Nə haq­qı, ay Hax­­ver­­di­­? Bu günümüzdə də bir-bi­ri­mi­zə ar­xa çıx­ma­saq, day no­­ol­­du­­?

Hax­ver­di səbr­siz­lik­lə:

–  Di qa­dan alım, dur ge­dək mə­ni ötür işə, sa­bah elə ora­dan da ge­də­rəm yükbo­şalt­ma­ya və nə­sə xa­tır­la­yıb­mış ki­mi əla­və et­di:

–  Asif, qa­dan alım, ma­aş-zad ba­­bat­­dı­­mı­­?

–  Yox, ay Hax­ver­di, ma­aş az­dır, am­ma ye­nə də sə­nə sərf eli­yər. Həm ki­ra­yə ver­mə­yə­cək­sən, həm ya­şa­ya­caq­san, üstə­lik də pul ala­caq­san, day nə is­tə­yir­sən, a qa­dan alı­m?

Nə­ha­yət, oyun bit­dik­dən son­ra Asif qalx­dı, bir­lik­də yu­xa­rı qal­xa­raq ye­mək ye­yib Hax­ver­di­nin ça­lı­şa­ca­ğı ye­rə yol­lan­dı­lar.

Bu­ra uşaq fi­lar­mo­ni­ya­sı­nın ya­nın­da yer­lə­şən çox­mər­tə­bə­li bi­na in­şaa­tı idi. Bi­na­nın bi­rin­ci mər­tə­bə­si tə­mir olu­na­raq bir tə­rə­fi ofis, di­gər tə­rə­fi isə mət­bəx, ye­mək­xa­na və qa­ro­vul ota­ğı ki­mi is­ti­fa­də olu­nur­du.

Hax­ver­di­gil gəl­dik­lə­ri za­man fəh­lə­lər çı­xıb get­sə­lər də, bi­na­nın sa­hi­bi və di­gər iş­çi­lər hə­lə də bu­ra­da idi­lər. On­lar Hax­ver­di ilə qı­sa ta­nış­lıq­dan son­ra bri­qa­dir­lər­dən bi­ri­nə onu apa­rıb bi­na­nı və hə­yə­ti gəz­dir­mə­si­ni, qo­ru­ma­lı ol­du­ğu əra­zi­ni göstər­mə­si­ni tap­şır­dı­lar.

Asif də çı­xıb get­di. O bu gün qa­ro­vul iş­lə­di­yi tram­vay par­kın­da növbə­də ol­du­ğun­dan tə­lə­sir, on­suz da işə ge­cik­di­yin­dən, da­ha ar­tıq vaxt itir­mək is­tə­mir­di.

Hax­ver­di ge­cə­lə­ri bi­na­da, gündüzlə­ri isə Keş­lə yükbo­şalt­ma ida­rə­sin­də iş­lə­yir, qa­ro­vul­çu­­luq­dan al­dı­ğı ma­aş­la bir qa­rın ac, bir qa­rın tox do­la­na­raq özü de­miş­kən, ham­bal­çı­lıq­dan qa­zan­­dı­ğı pu­lu top­la­ma­ğa ça­lı­şır­dı. İş­lə­di­yi bir ay olar­dı, ya ol­maz­dı, ilıq bir sent­yabr günündə Keş­lə­­dən qa­ro­vul iş­lə­di­yi bi­na­ya dönürdü. Ana yol­da av­to­bus­dan enib ti­ni döndü, get­dik­cə ağır­la­şan ad­dım­la­rı­nı ar­dın­ca sürüyə-sürüyə ça­lış­dı­ğı bi­na­ya ya­xın­la­şan­da ala­qa­pı­nın ya­nın­da tək aya­ğı­nın üstündə sal­la­ğı otu­rub si­qa­ret çə­kən Asi­fi gördü. Ya­xın­la­şıb sa­lam ver­di, Asi­fin aya­ğa qalx­ma­sı­na kömək et­dik­dən son­ra qu­caq­la­şıb öpüşdülər.

Hax­ver­di:

–  A qa­dan alım, görürsən­mi nə və­fa­sız ada­mam, az qa­lır bir ay ol­sun ki, bu­ra­da­yam, bir də­fə gə­lib ba­la­ca­la­rı görə bil­mə­mi­şəm.

– Və­fa­sız ni­yə olur­san, ha­mı bir ti­kə çörə­yi­nin da­lın­da­dı, – de­yib, – gəl, – de­di və onun qo­lun­dan tut­du, bir­lik­də qa­ro­vul ota­ğı­na keç­di­lər. Hax­ver­di Asi­fi çar­pa­yı­nın üstündə otur­ma­sı­na kömək edib, köynə­yi­nin düymə­si­ni aça-aça:

–  Asif nə olu­b? Xe­­yir­­di­­mi­­? Qaş-qa­ba­ğı­nı tökmüsən, – de­yə so­ruş­du.

–  Şey, Hax­ver­di, qa­dan alım, ra­yon­dan mək­tub gə­lib, müdürünlə da­nış­dım, sən get, iş­lə­ri yo­lu­na qo­yub qa­yı­da­na ki­mi mən bu­ra­nı ötüşdürə­rəm.

Hax­ver­di­nin mək­tu­bu al­maq üçün uzan­mış qo­lu ya­nı­na düşdü, ol­du­ğu yer­də­cə çökdü.

Asif onun çi­yin­lə­rin­dən tu­ta­raq sil­kə­lə­yir, bir tə­rəf­dən tə­səl­li ver­mə­yə, bir tə­rəf­dən­sə ürək-di­rək ver­mə­yə ça­lı­şır­dı:

–  Haq­qı, ə qa­dan alım, özünü ələ al, ye­kə ki­şi­sən, sən heç müha­ri­bə­də be­lə de­yil­din, nə olub ə sənə? Ana bir az na­saz­la­yıb, sə­ni is­tə­yir, get iki günə gör, gəl..

Hax­ver­di an­la­mış­dı ar­tıq…, hər şe­yin gec ol­du­ğu­nu, bəl­kə ana­sı­nın dəf­ni­nə be­lə ye­ti­şə bil­mə­yə­cə­yi­ni… Qal­xıb tua­le­tə yönəl­di, əl-üzünü yu­yub ofi­sə, müdürün ya­nı­na get­di. On­lar­la sa­ğol­la­şır­kən, ye­ri­nə adam götürmə­lə­ri­ni xa­hiş edib dönmə­yə­cə­yi­ni de­di. Maa­şı­nın qa­lı­ğı­nı alıb ci­bi­nə qoy­du, əş­ya­la­rı­nı top­la­yıb Asif­lə bə­ra­bər bi­na­dan ay­rıl­dı.

Elə hə­mən günü də ge­cə qa­ta­rı ilə ra­yo­na yo­la düşdü. Bu də­fə elekt­rik qa­ta­rı ilə de­yil, nor­mal qa­tar­la get­di­yin­dən iri­li-xır­da­lı hər stan­si­ya­da da­yan­mır­dı­lar, həm bu qa­tar gəl­di­yin­dən da­ha sürət­li idi. Am­ma is­tə­ni­lən qə­dər sürət­li olur­sa-ol­sun, ümu­mi va­qo­nun pən­cə­rə­si­nin di­bin­də əy­lə­şə­rək gözlə­ri­ni çölə, qa­ran­lı­ğa zil­lə­yən Hax­ver­di üçün za­man get­mir­di san­ki.

Yol bo­yu ana­sı­nın sözlə­ri­ni, get­mə de­yə­rək is­rar­la­rı­nı xa­tır­la­yır, onu ağır və­ziy­yət­də qo­yub gəl­di­yi üçün peş­man­çı­lıq­dan və əsə­bin­dən özünü öldürmək, ba­şı­nı-gözünü va­qo­nun di­var­la­rı­na vu­rub par­ça­la­maq is­tə­yir­di. Bir tə­rəf­dən, mən har­dan bi­lər­dim axı, – de­yə öz-özünü ovu­dur, o bi­ri tə­rəf­dən isə Hə­cər də de­miş­di get­mə, anan can üstə­dir, – de­yə özünü dan­la­yır, na­ra­hat­çı­lı­ğın­­dan, vic­dan əza­bı­nın ağır­lı­ğın­dan özünə yer ta­pa bil­mir­di.

Gah iki va­qo­nun bir­ləş­di­yi ye­rə ke­çib si­qa­re­ti si­qa­re­tin közünə yan­dı­rır, gah da tua­le­tə ge­dib qı­za­rıb qan ça­na­ğı­na dönmüş gözlə­ri­ni sər­ni­şin­lər­dən giz­lə­mək üçün əl-üzünü yu­yur­du.

 

VII

 

Günəş üfüqdən bir qa­rış yu­xa­rı qal­xan­da o kən­də gir­di. Sə­hə­rə ya­xın ra­yon də­mir­yol vağ­za­­lın­da en­miş,ha­va­nın işıq­lan­ma­sı­nı, av­to­bu­sun iş­lə­mə­si­ni gözlə­mə­yə səb­ri çat­ma­dı­ğın­dan kənd­lə­ri­nə qə­dər olan on dörd ki­lo­metr­lik yo­lu pi­ya­da gəl­miş­di.

Yol­bo­yu ana­sı­nın ölümü ilə bağ­lı heç nə düşünmək is­tə­mir­di. Ürə­yin­də öz-özünə: – Bəl­kə hə­lə ölmə­yib, sa­də­cə ağır­la­şıb, – de­yə tə­səl­li ve­rir, iş­dən bir­də­fə­lik çıx­dı­ğı­na tə­əssüf­lə­nir­di də.

Kən­din gi­rə­cə­yin­də ra­yon mər­kə­zin­dən gə­lən av­to­bus ya­nın­dan ke­çib ge­dən­də tə­ləs­di­yi­nə heyf­si­lə­nib – bu da səbr­siz­li­yin so­nu, dünya qə­dər yo­lu ye­ri­mə­yim özümə qal­dı – de­yib ba­şı­nı bu­la­dı.

Gə­lib hə­yət­lə­ri­nə ça­tan­da evin ar­xa­sın­dan ke­çən yol­da qu­rul­muş ça­dı­rı gördü… Ar­tıq ürə­yin­­də şübhə­yə yer qal­ma­mış­dı. Bə­li, ana­sı o yüz ki­lo­metr­lər­lə uzaq­day­kən, şə­hid qar­da­şı­nın xa­nı­mı və Hə­cə­rin ya­nın­da can ver­miş, bu dünya­dan əbə­diy­yən köçüb get­miş­di. İçin­də bir şe­yin qı­rıl­dı­ğı­nı, si­nə­si­nin sol tə­rə­fin­də içi buz ki­mi so­yuq su ilə do­lan böyük bir boş­lu­ğun ya­ran­dı­ğı­nı hiss et­di. Gic­gah­la­rın­da döyünən ürə­yi­nin sə­sin­dən qu­laq­la­rı uğul­da­dı və yı­xıl­ma­maqçün hə­yət­lə­ri­nin çə­pə­rin­dən tu­tub da­yan­dı. Nə qa­ba­ğı­na qa­çan ba­la­la­rı­nı, nə də ev­dən çı­xıb ye­yin ad­dım­­lar­la ona doğ­ru gə­lən Hə­cə­ri görmürdü. Ol­du­ğu yer­də­cə qu­ru­yub qal­mış, his­siz, duy­ğu­suz ada­ma, bir hey­kə­lə dönmüşdü…

Hə­cər yol­da­şı­na ye­ti­şə­rək uşaq­la­ra acıq­la­nıb qov­du, onun qo­lu­na gi­rib evə apar­dı. Ey­va­na ça­tan­da qa­yı­nar­va­dı­nın gə­tir­di­yi stu­lu Hax­ver­di­nin al­tı­na qo­yub otur­ma­sı­na kömək et­di:

–  Ay evi­ti­kil­mi­şin oğ­lu, har­da­san in­di­yə qə­də­r? Beş gündü e, mək­tub yaz­mı­şıq, – de­yə ana­lıq ins­tink­ti­nin ver­di­yi nə­va­ziş­lə Hax­ver­di­ni dan­la­dı.

Hax­ver­di gözlə­ri­ni yer­dən qal­dır­ma­dan:

–  Nə vaxt ke­çi­ni­b?

–  Beş gündü.

–  Mək­tu­bu dünən al­mı­şam.

–  Sağ ol­sun kənd ca­maa­tı, yı­ğı­şıb kömək­ləş­di­lər, ya­sı yo­la ver­dik, bu gün də ma­ğa­rı yı­ğış­dı­ra­ca­ğıq.

–  Nə qə­dər bor­ca düşdünüz?

–  Heç nə qə­dər, de­mi­rəm­mi sağ ol­sun kənd ca­­ma­a­­tı­­? Bay­ram müəl­lim ağ­saq­qal­lı­ğın elə­di, eh­sa­nı-za­dı ver­di­lər, heç qoy­ma­dı­lar ki, biz əli­mi­zi ci­bi­mi­zə sa­laq.

Hax­ver­di diz­lə­ri­nə sar­ma­şan uşaq­la­rı­nın saç­la­rı­nı ox­şa­yıb aya­ğa qalx­dı, ci­bin­dən bütün pu­lu­nu çı­xa­rıb Hə­cə­rə ve­rə­rək:

–  İki qar­daş ar­va­dı qal­dı­nız, həm bir-bi­ri­niz­dən, həm də uşaq­lar­dan mu­ğa­yat olun, – de­yə­rək ey­va­nın qap­sa­ğı­na doğ­ru yönəl­di.

Hə­cər Hax­ver­di­nin ver­di­yi pul­la­rı hə­lə də əlin­də tu­tur­du, la­kin o pil­lə­lə­ri enər­kən özünə gə­lib ar­dın­ca qaç­dı:

–  Ay rəh­mət­li­yin oğ­lu, bəs ha­ra ge­dir­sə­n?

Hax­ver­di hə­yət qa­pı­sın­dan çı­xar­kən ayaq sax­la­dı, ge­ri­yə dönüb xa­la­sı­qı­zı­gi­lin sa­man qa­tı­la­raq ye­tiş­di­ril­miş pal­çıq­la su­van­mış ev­lə­ri­nə, pə­yə­lə­ri­nə və ge­niş hə­yət­lə­ri­nə son də­fə bax­dı, gözlə­ri­ni Hə­cə­rin gözlə­ri­nə zil­lə­yə­rək as­ta­dan, san­ki çay­xa­na­ya do­mi­no oy­na­ma­ğa ge­dir­miş ki­mi la­qeyd­cə:

–  Cəb­hə­yə, müha­ri­bə bit­mə­dən də dönmə­yə­cə­yəm, mə­ni gözlə­mə­yin, – de­yib get­di.

O, nə ar­dın­ca əl­lə­ri ilə üzünü qa­pa­da­raq hıç­qı­ran Hə­cə­rə, nə də çaş­qın­lıq­dan ol­duq­la­rı yer­də­cə qu­ru­yub qa­lan ba­la­la­rı­na fi­kir ver­mə­dən ağır­la­şıb hə­rə­si bir pud yükə dönən ayaq­la­rı­nı ar­dın­ca sürüyə­rək kənd­dən çıx­dı…

 

VIII

 

Hər kəs da­ğı­lıb get­dik­dən son­ra Hə­cər uşaq­la­rı­nın üçünü də ge­yin­dir­di, hə­rə­si­nin boy­nu­na ata­la­rı­nın döyüşlər­də göstər­di­yi şüca­ət­lə­rə görə təl­tif edil­di­yi me­dal­lar­dan bi­ri­ni asıb özü də əri­nin ka­mu­ful­yaj gödək­cə­si­ni ge­yin­di, yun yay­lı­ğı­nı ba­şı­na örtüb qı­zı­nı qu­ca­ğı­na al­dı, oğ­lan­la­rı­na:

–  Gə­lin, – de­di, ge­di­rik ata­nı­zı görmə­yə.

Ev­dən çı­xan­da ge­cə ya­rı­sı ol­sa da, ət­raf ayın qar­da əks edən şə­fəq­lə­rin­dən əməl­li-baş­lı işıq­lı idi. On­lar zi­ya­rə­tə gə­lib-ge­dən­lə­rin tap­da­la­yıb bər­kit­dik­lə­ri qa­rın don­muş sət­hi­ni xı­şıl­da­­da­raq Şə­hid­lər Xi­ya­ba­nı­na gə­lən­də, uşaq­lar qa­yı­nar­va­dı­nın əli­ni bu­ra­xa­raq gündüz dəfn olun­muş ata­la­rı­nın ağap­paq qa­rın için­də qa­ra tə­pə­cik ki­mi görünən mə­za­rı­na doğ­ru qaç­dı­lar.

Hə­cər qu­ca­ğın­da ça­ba­la­yıb düşmək is­tə­yən qı­zı­nı ye­rə qo­yub, əri­nin mə­za­rı­na ya­xın­laş­dı,oğ­lan­la­rı­na çım­xı­rıb:

–  Ağ­la­ma­yın, si­zin ata­nız ölmə­yib, o şə­hid olub, siz ağ­la­sa­nız, ata­nı­zın ürə­yi sı­xı­lar, – de­di.

Qı­zı uşaq ma­ra­ğı ilə:

–  Ana, atam in­di bi­zi görür? – de­yə so­ruş­du.

–  Əl­bət­tə, qı­zım, o bi­zi görür, o bi­zi eşi­dir, o ölmə­yib, – de­yə­rək – axi­rət günü şə­fa­yət­çi­miz ol­sun, – de­yə pı­çıl­da­yıb, göz yaş­la­rı­nı sax­la­maq üçün özünü zor­la­dı, bur­nu­nu çə­kib əl­lə­ri­ni aç­dı, əri­nin ru­hu­na dua oxu­yub, onun­la söhbət et­mə­yə baş­la­dı:

–  Ra­hat yat, Hax­ver­di, ra­hat yat. Ar­tıq sən də bur­da­san, anan da, İs­ma­yıl da…, biz heç ye­rə get­mə­yə­cə­yik, elə bu kənd­də­cə otu­rub eli­mi­zin-oba­mı­zın düşmən­dən azad olun­ma­sı­nı gözlə­yə­­cə­yik. Ra­hat yat, Hax­ver­di, ra­hat yat, sə­nin is­tə­di­yin ki­mi, ba­la­la­rı­nı oxu­dub adam eli­yə­ci­yəm, nə­yin ba­ha­sı­na olur­sa-ol­sun oxu­da­cı­yam on­la­rı, ata­la­rı­na la­yiq övlad ola­caq­lar. Əl­bət­tə, sən də…

–  Bi­lə­cək­sən, sə­nin də xə­bə­rin ola­caq, axı, sən ölmə­mi­sən, Hax­ver­di, axı sən ya­şa­yır­san…

O da­nış­dıq­ca uşaq­lı­ğı, gənc­li­yi, qon­şu­la­rı olan Hax­ver­di­nin onu is­tə­mə­si, ni­şan­la­rı, toy­la­rı, uşaq­la­rı­nın dünya­ya gəl­mə­si, el­lə­rin­dən-oba­la­rın­dan di­dər­gin düşmə­lə­ri və nə­ha­yət, bu qə­rib el­də, ar­tı­qon­larçün doğ­ma olan bu qə­rib el­də baş­la­rı­na gə­lən­lər gözlə­ri­nin önünə gə­lir, ya­naq­­la­rın­dan süzülə­rək çə­nə­sin­də do­nan göz yaş­la­rı­nın ar­xa­sın­da görünməz olur­du…

O, bu ge­cə vax­tı, ayın və ən uzaq­lar­da­kı ul­duz­la­rın şa­hid­li­yi ilə əri­nə, şə­hi­di­nə söz ve­rir, onun mə­za­rı qar­şı­sın­da and içir­di. Gözlə­ri sə­ma­ya açıl­mış ovuc­la­rı­na ba­xır, ora­da hə­yat yol­da­­şı­nın rəs­mi­ni görür, onun­la da­nı­şır­dı:

–  Əzi­zim, heç bir ar­zun yer­də qal­ma­ya­caq, nə qə­dər ki, ca­nım­da can var, ha­mı­sı­nı ye­ri­nə ye­ti­rə­cə­yəm. Şə­hid qar­da­şı­nın qa­dı­nı­na qa­yı­nar­va­dı de­yil, ana ola­ca­ğam, ba­cı ola­ca­ğam, çiy­nim­də gəz­di­rib, ba­şı­mın ta­cı edə­cəm. Axı, onu da sən mə­nə əma­nət et­miş­din. Üç ba­la­nın üçünü də oxu­da­cam, adam edə­cəm, sən ra­hat yat, Hax­ver­di, sən ra­hat yat…

Şə­hi­di qar­şı­sın­da söz ve­rib, and içib bi­tir­dik­dən son­ra əyi­lib mə­za­rın­dan bir ovuc don­muş tor­paq götürdü, Kəl­bə­cə­rə qa­yı­dan­da hə­yə­ti­mi­zə sə­pə­rəm, – de­yə do­da­qal­tı de­yi­nib yay­lı­ğı­nın kə­na­rı­na bükdü…

 

IX

 

Və il­lər ötdükdən son­ra be­lə, Hə­cər Hax­ver­di­nin mə­za­rın­dan götürdüyü tor­paq par­ça­sı­nı müqqəd­dəs əma­nət ki­mi, san­dı­ğı­nın bir küncündə sax­la­yır­dı. Hər şə­hi­di­nin şə­ha­dət günü qa­yı­nar­va­dı və əl­lə­rin­dən tut­du­ğu övlad­la­rı ilə bir­lik­də bu ba­la­ca aran kən­di­nin şə­hid­li­yi­nə ge­dib ora­da­kı yed­di şə­hid­dən bi­ri olan Hax­ver­di­si­ni zi­ya­rət edir, mə­za­rı ba­şın­da da­ya­nıb onun və onun­la bir­lik­də ya­tan­lar üçün dua edir­di. Za­man­la övlad­la­rı böyüdülər. Hə­cər ar­tıq şə­hi­di­nin mə­za­rı­na da­ha ra­hat, da­ha qürur­la gə­lir­di. Çünki o, ver­di­yi sözlə­ri tut­muş, an­dı­na sa­diq qal­mış­dı. Böyük oğ­lan yüksək rütbə­li za­bit ola­raq və­tə­ni­mi­zin ke­şi­yin­də da­ya­nır­dı, ikin­ci oğ­lan müəl­lim, qız­la­rı isə diş hə­ki­mi ol­muş­du.

O, il­lər öncə, yan­var ayı­nın don­du­ru­cu şax­ta­sın­da, ayaz­lı bir ge­cə­dıə, ay və ul­duz­la­rın şa­hid­li­yin­də əri­nə, şə­hi­di­nə ver­di­yi sözlə­rin ha­mı­sı­nı tut­muş­du. Çünki o, mərd qa­dın idi, çünki o, əsl Azər­bay­can qa­dı­nı idi….

 

Yazıya 275 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.