“Oğru, quldur, talançı” şayka sözü həqiqətənmi şayka//çayka yəni “çay gəmisi” kəlməsindənmi yarandı?! Müasir dilimizdə bandit dəstəsi, cinayətkar qrup kimi mənalar daşıyan sözümüz həqiqətən tarixi çayka “çay gəmisi” adıyla bağlıdır? Qədim zamanlarda Türk flotunda ən yüngül gəmi tipinə çayka-şayka deyilirdi. Çaykalar ən çoxu sahil sularında və çaylarda üzməyə yararlı idi. Lakin soyğunçu Sarıqamış (Zaporojye) və Don kazakları çaykalarda quldur səfərlərinə çıxdıqdan sonra bu ad mənasını dəyişməyə başladı. Belə ki, davakar və qənimət hərisi kazaklar belə gəmilərdə çaylarla Qara dənizə çıxır, sahilboyu üzərək və buradan da dənizə axıb tökülən çaylara keçib Türk şəhərlərini talan edirdilər. Volqa ilə də gəlib Xəzərboyu torpaqlara hücum etdikləri də məlumdur. Dəfələrlə Bakıya və hətta Kür çayı ilə Bərdəyədək gəlib çıxdıqları tarixlərdə söylənilir. Belə şaykalarla Xəzər sularında quldurluq edən Stepan Razinin yağmaçı dəstəsinin də aylarla Abşeronda qərar tutduqları məlumdur. Eləcə də kazaklar Xəzər sularında tüğyan edərək Gilan və Mazandaranı da talan edərdilər. Uzun illər bu gəmilər-şaykalar kazaklarda saxlanılmaqda idi. Rus dili lüğətində şayka məcazi mənada dəniz quldurları, daha sonra isə ümumilikdə quldur dəstəsi kimi metonimik keyfiyyətdə söz kimi sabitləşdi. Söz rus dilində bundan əvvəl çəlləyə oxşar dərin qab, ağac dol(vedrə) mənasında işlənilirdi. İkiqulplu bu təsərrüfat qabı həqiqətən ağacdan hazırlanmış gəmilərə bənzəyirdi. Odur ki, bir çox etimoloqlar bəstəkar Pyotr Çaykovskinin də soyadının çayka “dəniz quşu” adından deyil, çay gəmisi olan çayka sözündən əmələ gəldiyini irəli sürməkdədirlər.
Şayka, çayka- “qaçaq-quldur”, ukrayna dilində çayka “kazak qayığı”. Şaika türk dillərində hündür gəmi (Radlov, 4.926; Fasmer, 4,395). “Kazaklar şayka denilən kayıkları ilə vakit-vakit Bakü kıyıları ilə Gilan ve Mazendarandan şehir ve kasabalara basqınlar yapmaqda idiler” deyə Faruk Sümər qeyd edir. Çayka (sonralar şayka) Türk flotunda ən yüngül gəmi tipinə deyilirdi. Çaykalar kiçik çaylarda (türkcə çay-reka) üzmək üçün yararlı idi. Gəmidə 10-a qədər top olurdu, komanda heyəti, 100-ə qədər Zaporojye kazakları Türk sahillərinə hücum etməkdən ötrü çayka-şayka adlanan bu yüngül gəmilərdən istifadə edirdilər. Sonralar da uzun illər bu gəmilər – şaykalar kazaklarda saxlanıldı. Rus dili lüğətində məcazi mənada – dəniz quldurları kompaniyası, daha sonra ümumilikdə quldur dəstəsi kimi metonimik keyfiyyətdə sabitləşdi. Lev Uspenski şayka sözünün Rus dilində iki mənasını nəzərə çarpdırmaqla 1-ci mənada şayka “derevənnoe vedro” və “barka”, “lodka” mənasında da işləndiyini qeyd edir, eyni zamanda Rus familiyası Çaykovskinin də çayka (quş) sözündən yox, çayka – şayka (gəmi, qayıq) sözündən yarandığını göstərir.
Zurin bıl v to vremya otrajen protivu şayki myatejnıx Başkiryev, kotorıe rasseyalis prejde, nejeli mı ix uvidali (“Kapitanskaya doçka”, ql. 13); On yavilsya na sibirskix zavodax, sobral tam novıe şayki i snova naçal zlodeystvovat; Şayki razboynikov zlodeystvovali povsyudu (Yenə orada); Naçalnik şayki slavilsya umom, otvajnostyu i kakim to velikoduşiem (Puşkin. “Dubrovskiy”, ql.7). Artıq “şayka” sözü daha geniş mənada – bəd niyyətli adamlar qrupu, dəstəsi mənasıyla daha çox istifadə olunur. Çexovun dilində də bu mənada rast gəlirik: Est li çto “korporativnaya” pravilnaya orqanizovannaya zakonom dozvolennaya “artel”, ili moşenniçeskaya şayka (“Oskolki Moskovskoy jizni…”) “Şayka” bu sözü işlədənlər tərəfindən get-gedə hər cür cinayətkar qrupa verilən təhqiramiz, alçaldıcı sözə çevrilir. Məs.: Dekabristlər haqqında hökumət məmurlarının əmrində deyilir: “Perexvatit nekoeqo Puşina, iz Moskvı pribıvşeqo, i kotorıy, bıv v şayke – skrılsya”. (Bolğşoy “Janno”); Həmin əsrə aid bir məktubda … korıstolöyubivaya i beznravst-vennaya şayka literaturnaya torjestvuet (Bax: N.Eydelman. “Puşkin”).
Rus dilində işlənə-işlənə mənaca genişlənən bu söz bu dildən Azərbaycan dilinə keçərək elə həmin mənalarda da yayılmaqdadır:
Yerlibazlar, qohumbazlar, şaykalar.
Bu millətdə milli istək qoymadı
(Füruzə “İndi daha”).
Prof.dr. Minaxanım Nuriyeva Təkləli
Azəebaycan Dövlət Pedaqoji Universiteti
Yazıya 54 dəfə baxılıb