Türkün ayaq izlərilə: Kırımda tarixi Kalıncak şəhəri. Sonradan Armyansk

317483578_6354785344535090_6886814601629214641_nQədim Kalıncak Kırım vilayətində tarixi bir kənd olmuşdur. Bəzi mənbələrdə Kanlıcak şəklində də rast gəlinən Kalıncak ətrafında çoxlu İskit (Skif) kurqanları mövcuddur. Dərin və keçilməz əfsanəvi Or Kapı istehkamlarının üstündə yerləşir. 15-ci əsrdə tikilmiş  7, 5 kilometr uzunluğunda Or Kapı səddi ilə möhkəmlənmiş xəndəyi Sivaşa qədər uzanır. Əskilərdə  bu səddi onun üzərində yerləşən Arabat, Yani kalaFərəh kermen və ya daha çox yayğın adı Or Kapı olan üç  qala qoruyurdu. Onlardan ən güclüsü və möhkəmi zəngin keçmişə malik Or Kapı idi (müasir Perekop) Onu bir neçə dərin xəndək əhatə edirdi. Bəzi yerlərdə onun dərinliyi 15 metrdir İndi də mahir bir sənətkar əlindən çıxmış qalınlığı iki metr olan bu qala divarların ehtişamı göz oxşayır, deyə Övliya Çələbi heyranlıqla yazırdı. Onun hazırda Armyansk adlanması  isə bir tarixi  olayla bağlıdır: Rus ordusunun Kirimi ilk dəfə işğalı zamanı (1736-39) ilk zərbə də Kırımın kilidli qapısı sayılan Or Kapı və onun  Kalıncaka istehkamlarına  (və ya Kanlıcaka) dəyir. 1735—1739 illər Rus-Türk savaşı gedişində rusların çoxdan gözlədikləri “Qara dənizə çıxma” planına uyğun olaraq feldmarşal Kristof Minix komandanlığında 40 minlik rus ordusu 19-21 may 1736-cı ildə  Kırımın mətanətli giriş kalası olan  Or Kapını hücumla aldı və Kırımın yolunu açdı. Bu zaman onun müdafiə istehkamlarını ələ keçirib dağıtdı. Beləliklə, Or Kapı qala-şəhəri də işğal edildi. Osmanlı idarəsində olan yerlərdən qaçıb rusların qanadları altına girmək istəyən yunanlar və ermənilər məhz bu tarixdən  Or Kapı və həndəvərində yerləşdirildilər. Elə həmin vaxtdan ermənilərin məskunlaşdırıldığı Or Kapıdan 7 km. aralıda yerləşən Kalıncak qəsəbəsi  Armyanskiy Bazar adlandırıldı. Eləcə də möhtəşəm Or Kapı qalası da bu zamandan Perekop “təkrar qazılmış”(xəndək) adlanmağa başlamışdı. Kalıncak şəhərciyinin isə Armyansi Bazar adı 1921-ci ildə Armyansk olaraq sabitləşdirildi. 1993-cü ildən müstəqilliyini qazanmış Ukraynanın tərkibində şəhər statusuna malikdir. Amma qaynaqlarda Kanlıcak və ya Kalıncak şəkillərində keçir: “1701-ci ilin ocağında Qazı Girey Bağçasaraydan çıxıb gələrək Fərəh Kermendən çox uzaq olmayan Kanlıcakda ordugah qurdu”; “Or Kapı istehkamları Kalıncak istehkamları adlanırdı” və s.  Kırımın Rusiya idarəsinə keçməsi ilə bu iş daha da genişləndi. 19 apreldə Yekaterina “Tatar dövlətinin sərbəstliyinin sonu çatdı” deyə bəyanat verməsiylə (1774) dərhal erməniləri və yunanları Kırıma köçürüb yerləşdirməyə başladılar, bununla 250 il bundan əvvəl bura yerləşdirilmiş erməni və yunanlar sayca çoxaldıldı. Bundan ötrü həmin məntəqələrdən tatarları məcburən başqa yerlərə köçürüb parçalayırdılar. Lakin yerli tatarlar bu uzun-uzadı müharibələrdən sonra öz acı taleyi ilə heç də barışmaq istəmirdilər. Məsələn onları Tamandan köçürərkən ayağa qalxdı. Lakin Ruslar bu üsyanı qan içində boğdu; tatarların var-dövlətlərini müsadirə edib tərəflərinə çəkdikləri kalmıklara payladılar.  Kalıncak adına Azərbaycanda da rast gəlinir; İsmayıllı bölgəsi ərazilərində  dağlara sığınmış, əmin-aman bir yamacda Qalıncaq kəndi yerləşir. Rus çarizminin türk-müsəlman ucqarları ruslaşdırmaq siyasətinə uyğun olaraq 1840-cı illərdə bu torpaqlara ruslar köçürülməyə başlayır; Qalıncaqlıların  ata-baba ərazilərində köçürülmə rusları yerləşdirirlər; məşhur İvanovka kəndi belə yaranır…

317511123_6354781024535522_4766025677457654493_n

Kalıncak qala divarlarından qalıntılar. İsgitlər dövründən qalma

317483578_6354785344535090_6886814601629214641_n

Şəhərin girəcəyi          

 

 

Minaxanım Təkləli Nuriyeva

Azərbaycan Dövlət Pedaqoji Universiteti

 

Yazıya 12 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.