Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Ulduz” jurnalı “Variasiya” adlı layihəsinin növbəti mərhələsinə start verib. Jurnalın baş redaktoru Qulu Ağsəsin Adalet.az-a verdiyi məlumata görə bu dəfə “Variasiya”da yapon yazıçı və tərcüməçisi Haruki Murakaminin “Tərcümə haqda essesi”i təqdim olunacaq.
Bir ay ərzində nəzərdə tutulan müsabiqəyə təqdim olunacaq tərcümələr ekspertlər tərəfindən dəyərləndiriləcək, sonda qalib mükafatlandırılacaq. Tərcümələr “Ulduz” jurnalı ilə yanaşı “Ədəbiyyat” jurnalında da dərc olunacaq.
Qeyd edək ki, bu, artıq “Ulduz” jurnalının 3-cü “Variasıya” müsabiqəsidir. Buna qədər hekayə və şeir janrında variasiyalar təqdim olunmuşdu. Müsabiqənin şərtlərinə əsasən təqdim olunan xarici müəllifin əsəri müxtəlif variantlarda tərcümə olunur, onların içərisindən ən yaxşısı seçilir.
Adalet.az
Yazıya 861 dəfə baxılıb