Bu görüşə gedən yol çox uzaqlardan gəlirdi, həm də cox uzaqlardan , ta bir körpə qızın qəlbindən başalyıb gəlirdi bu yol …
Sevgiyə həsrət körpə qəlbindən başlamişdı bu yol ..
Ata sevgisinə , ana sevgisinə həsrət bir körpənin qəlbindən..
Atası köhnə kişilərdən idi, zəhmli idi. O öz balasını sevə bilməzdi. Ana işin çoxluğundan, atanın zəhminin qorxusundan vaxt tapıb sevə bilməzdi bu körpəni. Körpə qəlbli qızcığazsa sevgiyə möhtac idi, onun kiçiçik qəlbi sevgisizlik ağrısı yaşayırdı…
Lap kiçik yaşlarından sevgisini tapmaq üçün, içindəki ağrıları dindirmək üçün özünü kitabların içində tapdı , əlinə keçən kitabları acgözlüklə oxumağa başladı…
Get-gedə qalın-qalın kitabların içindəki dünyada tapdı özünü. Bu kitabların içində dünya o qədər gözəl idi ki, dünyasındakı ağrılar artıq unudulurdu..
Beləcə bu qizcığaz yetkinlik çağına da çatdı, ürəyinin ağrılarını sağaldacaq sevgini tapa bilmədi..
Beləcə illərini yola verdi , kitablar sirdaşı oldu, dərd yoldaşı oldu…
Bir vaxt ayıldı ki, bəs bu kitabları yazan insanlar axı necə insalardır ki, insanın ağrılarını, əzablarını, sevincini, xoşbəxtliyini bu kağızların arasına yerləşdirə bilirlər? Onlar əlçatmaz varlıqlardı, o kitabları yaza bilən insanları yəqin hər insan görə bilməz.!!!
Gün gəldi, internet deyilən varlıq girdi heyatına . Bu varlıq öz möcüzələri ilə onun həyatında elə bir dönüş yaratdı ki … O bir möcüzəli aləmə düşmüşdu, xəyallarında ideallaşmiş insanları onun qarşısına çıxarmışdı. Onun ürəyi yenidən təlatümlər yaşayırdı…
Bir ömür onun həyatını öz ağuşuna almış kitabları yazanlara tuş gəlmişdi. Sevincdən bəzən çaşırdı, bəzən də özünü anlaya bilmirdi…
Amma artıq tale ona bir yol açmışdı, həyatı dəyişirdi. Niyə axı bu dünyada heç nə onu xoşbəxt edə bilmədi, amma bu insanlarla ünsiyyət artıq onu heyata bağlayırdı və həyatı daha da çalxalanmağa başlamışdı. Bir-birindən maraqlı yazarlara rast gəlirdi, onları oxuduqca içinə sevinc dolurdu..
Artıq onlarla ünsiyyət də qurmağa başamışdı, lakin o qədər qorxurdu…
Içindəki yanğısa onu onlara tərəf çəkirdi… Beləliklə, ilk addım atdı, gozel ustad wairmiz Saday Şəkərlidən ilk hədiyyə kitab aldı …
Həyat gözündə elə canlanmışdı ki, gəlib hislərini yazmağa başladı. Özündən asılı deyildi, ürəyi köksünə sığışmırdı…
Ovsununa düşdüyü İradə Aytel bu sevincin üstünə elə bir sevinc yaşatdı ki, ona. Bu necə bir sevinc idi, sözlə ifadə etmək mümkün deyil…
İradə Aytel …
Bu ada ilk rast gəldiyi gündən dünya gözündə başqa rəng almışdı…
İradə Aytelin yazıları indiyə kimi oxuduğu kitablardan tamamilə fərqli idi… O həm bir kövrək qəlbli qadın idi, həm sərhəd tanımayan bir türk qadını idi, həm erkək tinetli hünərli idi. Sanki bu dünyaya meydan oxuyurdu. Ömrünü dörd divar arasında göz dustağı yaşayan bir qadın üçün bu görünməmiş bir hal idi..
İradə Aytel yazılarını sakit oxumaq mümkün deyildi. Bu cəsur qadın elə bir qadin ağrısı ilə yazırdı ki, içindəki bütün ağrıları göynədirdi…
Özü də bilmədən onu görmək arzusu yaranmışdı ürəyində , amma necə?… Bu onun üçün dağı yerindən oynatmaq qədər müşkül bir iş idi, amma içində bir güc onu elə hey İradə Aytelə doğru çəkirdi..
Bu istək axır ki, özunə yol tapdı, onu Gəncəyə doğru yol almağa gətirib çıxardı…
Çox qorxurdu… Bəlkə söhbətləri alınmayacaqdı və o xəyal qırıqlığı yaşayacaqdı… Ürəyində taxt qurmuş bu yazar bəlkə onun ürəyində yaratdığı, sevdiyi insan deyildi… Çox qoruxurdu, amma yolundan dönmək fikri də yox idi..
Gəncəyə çatdı, zəngləşdilər. Xan bağında görüşmək üçün günorta saat ikiyə görüş təyin etdilər. Gəncənin canlı abidəsi olan Xan bağında görüş təyin etməsi bir az da gözlənilməz oldu. Xan bağı haqqında eşitmişdi, ancaq görməmişdi. İndi Xan bağını da görəcəkdi… Saat iki oldu. Artıq Xan bağında idi. Bir az tez gəlmişdi ki, bağla bir az tanış olsun. Həm də özünü görüşə hazırlasın …
Nəhayət yenidən zəngləşdilər. Telefonla danışdıqca bağın o biri başına tərəf döndükdə, ona tərəf gələn qara paltarlı, şahanə, vüqarlı xanımın İradə Aytel olduğunu bildi:
— Mən sizi görürəm, — dedi.
— Mən də sizi görürəm …
…Oturmuşdular üzbə-üz …
İllərlə ona həyat yaşadan insanlardan biri, bir yazar ilə üzbə-üz oturmuşdu. Elə səmimi söhbətə başladılar ki, sanki illərin sınağından keçmiş doğmalar idilər. Bəlkə də ona elə gəlirdi…
…Yox, onun bütün hissləri , bütün daxili dünyası üzünə çıxmışdı. Üzündə elə gözəl ifadələr yarandı ki, o göz-görəsi mələkləşirdi… Bu onu ovsunlayan İradə Aytel idi… Elə zəngin daxili dünyası var idi, heyran olmamaq mümkün deyildi. Hələ onun gülüsü… O qədər şirin gülüşü var ki…
Demek, bu idi onu bir ömür öz dünyasında yaşadan insanlar..
Söhbət əsnasında gözəl yazarımız Aləmzər xanımın da gələcəyini, onun gəlişinə görə Aləmzər xanımı da dəvət etdiyini bildirdi…
Aləmzər xanımı da internet səhifələrindən tanımişdı, yazılarını sevə-sevə oxuyardı. Necə sevindiyini təsəvvür edə bilməzsiniz…
Allahın möcüzələrinə inana bilmirdi. İki gözəl yazar onunla görüşə gəlmişdi. Onun üçün bundan böyük səadət ola bilməzdi…
Söhbətləri çox gözəl alınmışdı. Elə gözəl anlaşmışdilar ki, hetta özünü yenə kitablar aləmində görmüşdü. Özündən asılı olmadan bütün hissləri, duyğuları ilə danışmışdi …
Evə dönürdü, özündə elə bir yüngüllük hiss edirdi ki, sanki quşa dönmüşdu. Özü ilə bir dünya sevinclə qayıdırdı…
İradə Aytel özünün sonuncu nəşr olunmuş “Qanlı öpüşlər” hekayələr kitabını imzalayıb hədiyyə etmişdi . Bu kitab onun ücün en əziz kitablardan biri olacaqdı…
Yazıya 1259 dəfə baxılıb