Bu qanunların ilk nümunəsi hərbi mühəndis, ABŞ Hərbi Hava Qüvvələrinin kapitanı Edvard Merfi Markham (Edward Murphy Markham, 1877-1950) tərəfindən 1949-cu ildə yazılıb. Sonra Merfinin həmkarları, dünyanın bir çox ölkələrindəki davamçıları iş həyatında və ümumiyyətlə həyatda rastlaşdıqları tərslikləri yığcam qanunlar şəklində ifadə etməyə başlayıblar. Amma bu cür qanunlar üçün ortaq ad kimi onların ilk örnəyini yaradanın adı əsas götürülüb. Ayrı-ayrılıqda hər yeni qanun isə onu ixtira və ən uğurlu şəkildə ifadə edən şəxsin adını özündə yaşadır. Eynilə dəqiq elmlərdə olduğu kimi – riyaziyyatda, fizikada, kimyada və sair.
Bu qanunlarla gündəlik həyatda hamımız rastlaşırıq, amma çoxumuz onların varlığından xəbərsizik. Həyat – absurd (məntiqsiz) durumlarla dolu olduğundan hər şeydə müəyyən məntiq axtarmağın məntiqsizliyi əks olunub bu qanunlarda. Təsadüfi deyil ki, bütün bu müəlliflər kəşf etdikləri tərslik və məntiq(sizlik) qanunlarının “Merfi qanunları” başlığı altında çap olunmasına razılıq veriblər.
Hər halda məntiqsiz bir şeyə iddialı olmağın mənasızlığını siz bizdən daha yaxşı bilirsiniz. O da var ki, bəzən məntiqsizlik hər cür məntiqdən daha güclü olur və onunla barışmaqdan, onu olduğu kimi qəbul etməkdən başqa sadəcə çarəmiz qalmır…
Merfi qanunu
Əgər bir tərslik əvvəl-axır baş verəcəksə, o, baş verir.
Bu qanundan çıxan nəticələr:
- Dünyada heç nə ilk baxışda göründüyü qədər asan deyildir.
2. İstənilən iş bizim zənn elədiyimizdən daha çox vaxt tələb edir. - Baş verə biləcək uğursuzluqlardan adətən ən betəri baş verir.
- Əgər başınıza gələ biləcək dörd bəlaya qarşı öncədən tədbir almısınızsa, o zaman mütləq beşincisi (yəni nəzərə alınmayan) tapılacaq.
- Hadisələri öz axarına buraxanda onlar mütləq və mütləq yaxşıdan-pisə doğru inkişaf edəcəklər.
- Elə ki, bir işə girişirsən, mütləq böyürdən başqa bir iş çıxır ki, bunu eləmədən o birisi də mümkün olmayacaq.
- Hər bir qərar yeni problemlər yaradır.
Yazıya 834 dəfə baxılıb