Cənubi Qafqaz ərazisində yüzlərlə kilsə var. Bu kilsələr müxtəlif vaxtlarda inşa olunub. Eramızın I əsrindən inşa olunanıda var, 2011-ci ildə inşa olunanıda. Kilsələr xristanlığın müxtəlif bölmələrini təmsil edir. Alban Həvari Kilsəsi, Erməni Qriqoryan Kilsəsi və Gürcü Provaslav Kilsəsi. Hər üç kilsə bu gün Cənubi Qafqazda mövcud olan dövlətlərdən birini təmsil edir. Bu kilsələrin hər birinin qədim tarixi var və bütün tarix ərzində bu kilsələr daim rəqabət şəkilində yaşamış və bir-birlərinin əlehinə fəaliyyət göstərmişdilər.
Ermənilər gürcü və albanların, Gürcülər erməni və albanların, Albanlar isə erməni və gürclərin üzərində ağalıq etmək öz kilsəsini digərinə zorla qəbul etdirmək istəyirdilər. Hər üç dini qrum arasında davam edən şiddətli mübarizənin birinci raundu 1836-cı ildə yekunlaşır. Həmin Erməni Qriqoryan Kilsəsi Çar Rusiyasının əli ilə Alban Həvari Kilsəsinin ləğv edilməsinə nail olurlar. Bu tarixdən etibarən mübarizə erməni və gürcü kilsələri arasında davam etməyə başlayır. Hal-hazırda tərəflər arasında elə bir güçlü mübarizə yoxdur, ancaq yenədə hər iki kilsə digərinin ibadət üsulunu və fikirlərini tam qəbul etmir. Alban kilsəsi ləğv olunmasının bir sıra səbəbləri vardı. Ən önəmli səbəb kimi şəxsən mən Azərbaycan ərazisində həmin dövrdə xristian inancına sahib qeyri ermənilərin az olmasında görürəm.
Yəni kilsə ləğv olunanda ona ibadət edən şəxslərin sayı barmaqla sayılacaq qədər idi. Elə bu səbədəndir ki, bu addım heç bir ciddi rezonansa səbəb olmadı. Ermənilər XIX əsrin ortalarından etibarən Alban kilsələrini erməniləşdirməyə və bu kilsələri erməni kilsəsi kimi təqdim etməyə başladılar. Alban kilsələri üzərində gizli şəkildə erməni xaç işarələrinin çəkilməsi və erməni dilində məlumatarın yazılmasına Erməni Qriqoryan Kilsəsi şəxsən rəhbərlik edirdi. Şəkildə gördüyünüz Gəncəsər monastırıdır. Bu monastır Kəlbəcər rayonunun ərazisində yerləşir və tarixi Alban kilsəsdir. Ancaq ermənilər bütün dünyaya bunu öz kilsələri kimi təqdim edirlər. Bu abidə kimi onlarla erməniləşdirilmiş kilsə və monastr göstərmək olar. Biz Bakıda olan erməni kilsəsini Alban kilsəsi kimi təqdim etmirik, ancaq onları bunu bilə-bilə edirlər. Bütun bu faktlar bir daha göstərir ki, ermənilər hətta əhalisinin 99% müsəlman olan Azərbaycanda qədim bir sivilizasiyada mövcud olmuş xalqın kilsəsinə belə göz dikir.
Yazıya 944 dəfə baxılıb