Zakir Məmməd —  Poeziyada istedad və texnologiyalar amili

 

Zakir Məmməd

  Zakir Məmm

On il əvvəlin yazısı  

 

                      (Ramiz Qusarçaylının yaradıcılığından ilmələr)              

 

Ramiz Qusarçaylı imzası şairin çap etdirdiyi hər yeni şeirilə öz nüfuzunu  daha da artırır, oxucunun maraq və diqqətini daha çox cəlb edir. Poeziya yaradıcılığında qazandığı uğurları ilə yanaşı, belə hesab edirəm ki, Ramiz Qusarçaylının təşəbbüsü ilə yaradılıb, onun rəhbərliyi ilə Qubada fəaliyyət göstərən “Ay işığı” ədəbi məclisi ayrılıqda bütöv bir kitabdır  poeziya kitabı. Ramizin özünün yazdığı və bir neçə il öncə nəşr etdirdiyi ikinci kitabı isə “Ömür qapıları” adlanır. Əlbəttə, bu ad şərti mənada özünü doğruldur. Şairin  üz tutduğu bircə qapı vardır – sənət qapısı. Ancaq onun belə bir misrası da var:

 

“Yaxşı ki, dərd qapısı var”

 

Bu, elə həmin o sənət barigahıdır ki, şair alternativ leksem kimi “dərd” kəlməsindən yararlanır. Ramiz yaradıcılığında “dərd” oxucunun marağını çəkən rəngarəng obrazlardan biridir. Ancaq o, yeri gəldi-gəlmədi, qəm-kədərimizdən sui-istifadə edib haray-həşir salmır. Dərd insan obrazını təkmilləşdirmək üçün insan anlayışı ilə ekvivalent olan, bəzən onu əvəz edən bir vasitədir. Yeri gəlmişkən, qeyd edək ki, kitabdakı şeirlərin bir qismi “Dərd qapısı” adı altında quruplaşdırılıb. “Dərd” deyilən həmin o qapıdan içəri bir az özünə çəkilmək var:

 

 “Özümə çəkildim bu qış axşamı,

                        Bu ilki yaza da göz yumacağam”.

 

Sevincə kənardan baxmaq var:

 

“Dərdiylə oynayar uşaqlar kimi,

Sevincə kənardan baxar şairlər”.

 

Və yaxud:

 

“Bu elə dövrdür, bu elə, atam,

Şair olduğuna utanır adam”.

 

  Poeziyada istedad və texnologiyalar amiliPoeziyada istedad və texnologiyalar amiliGöründüyü kimi, dərdimiz “saçaq-saçaqdır”. “Qeybət saçaq-saçaqdı ki, Minnət qucaq-qucaqdı ki, Tanısa nolacaqdı ki, Bu kənd məni tanımadı!” Şairin eyhamını başa düşmək çətin deyil. “Kənd” həm toplumu, auditoriyanı, həm də təfəkkür tərzini və səviyyəni ifadə edir. Bir sözlə, bu günün adamının ağrıyan yerləri apaydın görünən Ramiz poeziyasında insanın qəmli taleyinin estetik izharı və estetik idrakı vardır. Şeirdə bu da gözdən yayınmır: Nə üçün qeybət saçaq-saçaq, minnət qucaq-qucaq? Qeybətin edilməsi qeybətçidən xüsusi “peşəkarlıq” da tələb edir və cürbəcür məzmunlu olur. Ancaq minnət qoymaqda həmin “yükün” həcmi, ölçüsü əsas götürülür. Bax bu, əsərin həm də texniki cəhətidir. Məqalədə şairin poetik fənd, üsul və metodlarından da söz açmağı nəzərdə tutmuşuq. Bir millətin faciəsini şair ikicə bəndlik şeirdə belə qələmə alır:

 

… Gör necə yeyinmişik,

                        Zirvə-zirvə enmişik

                        O qədər sevinmişik,

                        İndi qəm qorxur bizdən.

 

                        Nə göydə nur qoymuşuq,

                        Nə yerdə gor qoymuşuq,

                        Cənnəti kor qoymuşuq,

                        Cəhənnəm qorxur bizdən.

 

R.Qusarçaylının bu yeni kitabı bütöv bir roman təsiri bağışlayır. Mən onun buraya toplanmış şeirlərini tam halda insan faciələri romanı adlandırardım. Başqa cür desək, ayrı-ayrılıqda buradakı şeirlərdə olan ictimai-siyasi lirizm, poetik məzmun ümumiləşərək sanki ictimai-siyasi əhvalata çevrilmişdir.

R.Qusarçaylıda hər bir söz poetik yük daşıyır. Elə şairlər var ki, obrazı bütövlükdə şeirin və ya bəndin, misranın üzərində qururlar. Ramizdə poeziya sözdən başlayır. Şairin demək istədiyini “sözlər başa düşür”. Söz şairin ağıllı və fərasətli “buyruqçusudur”. Ramizin söz aləminin sirri-sehri cəlbedicidir. Onun belə bir misrası var: “Nə sirli bu söz yüküm”.

Şair olanların üzərinə düşən söz yükü “yük”lərin ən ağırıdır. Ramizin başqa bir şerindəki “yüklü qarışqalar, yüklü arılar” misrası da fikirdə, deyimdə yüklülük, sənətdə dolğunluq informasiyasının vacibliyi şərtini qabartmaq istəyindən irəli gəlir. . Maraqlıdır ki, canlı aləmin ən xırda, zərif canlısı qarışqanın, arının adını bildirən söz “yük” sözü ilə yanaşı işlənərək poetik keyfiyyət yaratmışdır. “yüklü qarışqa”, “yüklü arı” ifadələrində yük sözü bütün atributları ilə, ən əsası, ağırlığı ilə çox gözəl duyulur. Bu misranı oxuyanda ağır, yüklü təyyarələri göz önünə gətirməli olursan. Sözün qədrini bilən şairin çox orijinal obrazlarına aid, onun sənətkarlıq incəliklərini sübut edən nümunələr çoxdur.

Məsələn, Ramizdə dərd anlayışının yeni bir izahına fikir verək:

 

“Oğlunu torpağa tapşıran ana

Dərdini heç kəsə tapşıra bilmir”.

 

Şair dərdin şərhini bu dəfə ana  oğul kontekstində verməyə çalışır. Bu misralarda dərdi səciyyələndirən mühüm cəhət onun (dərdin) başqasına tapşırıla bilməməsindədir. Oğlunun əvəzinə oğlunun ölümündən doğan kədərin ana üçün əziz sayılması şeirdə bədii dəyər səviyyəsinə qaldırılmışdır.  Qoşa misrada “tapşırmaq” felinin  təkrarı nitqin emosional təsirini azaltmır, əksinə, şeirin bədii keyfiyyətini daha da artırır. Söz ustasının qələminin sehri sayəsində yaradılmış iki  fərqli situasiya  oxucunun estetik qavrayışını şərtləndirir. Məzmun seçimi ilə ifadə tərzi bir-birini tamamlayır. Oğulu torpağa tapşırmağın mümkünlüyü ilə dərdi insanlara (“heç kəsə”) tapşırmağın mümkünsüzlüyü gerçəyini şair poetik reallığa çevirə bilmişdir. Bu, bir yoldur – şerə gətirib çıxaran yol. Təxminən eyni priyomdan istifadə edərək yazdığı aşağıdakı misralarda isə şair insanın təkcə kədərini deyil, həm də faciəsini qələmə almışdır:

 

“Ürəyim nə doğur ölür başımda,

Ölməsəm tapılmaz əlacı, Ənvər”.

 

İnsanın fiziki orqanı olan ürək həm də onun mənəvi tərəfini simvolizə edir . Belə ki, ürək anlayışı özündə insan anlayışını da ifadə edir. “Baş” isə burada “beyin”, “ağıl” sözünün yerinə işlənib. Şair böyük məharətlə sözdən-sözə, fikirdən-fikrə cəld keçidlər etməklə obrazlı nitq faktını poeziya faktına çevirə bilmiş, “ürəyim nə doğur, ölür başımda” gerçəkliyi ilə “ölməsəm tapılmaz əlacı” yalanını qarşılaşdırmaqla bir daha insanın özünün qəm yeri olduğunu “əsaslandıra” bilmişdir. Bu misralarda antitezadan sadəcə doğum, ölüm gerçəkləri konteksində istifadə olunmur. Buradakı təzadlı məlumat fikrin daha dərin qatlarına istinad edir. Şair arzu və reallıqların qarşılaşdırılmasından bəhs edir.

R. Qusarçaylı hadisə söyləməyi sevməyən, hadisə fonunda müəyyən poetik qənaətlər etməyi bacaran şairdir. Onun yaradıcı fəhmində həyat hadisələri, anlayışlar, məfhumlar  obyektiv dəyərləndirilərək ən dəqiq təsnifat aparılır və düzgün rəylər irəli sürülür. Məsələn:

 

“Qeyrət başı bağlı, dərd başı açıq,

Səhər ürək götür, dərd başına çıx”.

 

Məsələ burasındadır ki, dərd-qəmdən də bəhs edən bu misraları yazan şairin uğuru  “dərd” lekseminin doğurduğu məna vasitəsilə deyil, həmin sözün misrada, sətirdə düzgün yerləşdirilməsi yolu ilə əldə  edilmişdir.  Şair “dərd başı açıq” ifadəsi ilə,  bu ikicə kəlmə ilə dərdin “şəklini” oxucunun qəbul edəcəyi və  qavraya biləcəyi biçimdə, hər birimizə tanış formada təsvir etməyi bacarmışdır. Fikrin bu cür ifadəsi  qeyrətin “başı bağlı” olduğunu duymağımızı xeyli dərəcədə asanlaşdırır. Qeyrətin “başı bağlı” olması, dərdin “başı açıq” halda təqdimi sonrakı misrada daha möhkəm təsdiqini tapmış olur:

              “Səhər ürək götür, dərd başına çıx”.

Fikir versək, “dərd” kəlməsinin bir neçə dəfə yanaşı işlənməsinə baxmayaraq, oxucu o sözün işlənib-işlənmədiyinin fərqinə varmır. Çünki söz şeirdə poetik detal rolunu icra edir və tamam başqa bir funksionallıq kəsb edir. Ramizin bütün şeiriyyətində belədir. Patetika və bəlağət xatirinə qulağa, gözə az-az dəyən  söz və ifadələrə meyillilik onun qələminə yaddır. Gətirilən nümunələrə də diqqət yetirsək, misra və bəndləri təşkil edən söz və ifadələrin məişət üslubu üçün də xarakterik olduğunu müşahidə edərik. Yada salaq ki, söhbətimizin canı həm də şeir quruculuğunda şair fərdiyyəti və istedadının əsas rol oynadığını nəzərə çatdırmaqdır.

Ramiz Qusarçaylıda “dərd” obrazı onun bütün şeirlərinin əsasını təşkil edir. Bu da təbiidir. Ona görə təbii sayırıq ki, dünyada dərdsiz adam yoxdur. Ayrı cür desək, əbədi kədərimizlə yanaşı, “cari” dərdlərimiz də həddindən artıq çoxdur. Ən nikbin şairimiz M. P. Vaqif də yazmışdı ki, “mən cahan mülkündə mütləq doğru halət görmədim”. “Ələmdən nəşəyə” keçidlə bütün sovet poeziyasında “kefə baxandan sonra” ağrılı-acılı müstəqillik dönəmi gəldi və “dünya qəmi”nin əhatə dairəsinin nə qədər geniş olduğunu hər kəs gördü. Bu günkü milli poeziyamızda fərdi və dünyəvi kədər geniş yer tutmaqda davam edir. Amma R. Qusarçaylı milli və bəşəri faciələrimizi çoxdan qələmə almağa başlamışdı. Onun yazdığı aşağıdakı misralar bütün zamanları əhatə edir:

 

“Bizə tərgitdilər ürək açmağı

Hələ qəbullarda kağız açırıq”.

 

Bu misraların da morfoloji quruluşu orijinallığı ilə seçilir.  “Ürək açmaq” ifadəsi insanın bir qədər intim, özəl həyatını səciyyələndirir və ikinci sətirdəki “kağız açmaq” kimi rəsmi-işgüzar üslub üçün səciyyəvi olan  fraza ilə əkslik təşkil edir. Maraqlıdır ki, bu cür antonimlik təkcə fikrin məzmununu qüvvətləndirmir, bu iki misranın hər biri ayrılıqda insanın faciəli taleyinin fərqli məkanını və zamanını müəyyənləşdirir. Adama ürəyini kiməsə açmağı ona qadağan etməkdən də böyük zülm olmaz. Şair “tərgitdilər” deməklə faciənin ağırlıq dərəcəsini dəqiq, doğru-dürüst təyin edə bilmişdir. Bir sözlə, faciənin adı belədir:

 

“Bizə tərgitdilər ürək açmağı”

 

“Qəbullar” cəmiyyətdə insanı əzmək fəndgirliyinin əsas vəsilələrindən biridir. “Hələ” sözü isə faciənin tarixini bildirir.

Ramizin şeir texnikası elədir ki, bu texnologiyadan yaranan hər bir bədii hasilat, yəni əsər oxucunun maraq dairəsinə daxil ola bilir. Onun şeir quruculuğunda bədii düşüncənin bədii təsvirə çevrilmə anını “gözlə” görmək olmur. Ən “yararsız” söz və ifadələr  sənətkar qələmi ilə misra divarında öz yerinə məharətlə yerləşdirilir.

Belə bir misala diqqət yetirək:

 

“Qönçələr çəmənə pıçıltı salıb”

 

Gül qönçə halında pıçıltı ilə müqayisə olunur. Yəqin ki, pıçıltının səsə çevriləcəyi məqam qönçənin açılıb gül olacağı məqamıdır. Bu misradakı dörd sözdən üçündə “ç” samitinin sıralanması “pıçıltı” anlamını daha da gücləndirir.

Başqabirmisal:

 

Dumanbirdərənindodaqlarında,

Buludbirzirvəninqaşıüstədir

 

cütlüyündəkisamitdüzülüşüdəbirtərəfdəndumananlayışınınduyğudurumunumöhkəmləndirir, ikincibirtərəfdənbir-birinəheçcürmənayaxınlığıolmayan “duman”, “dərə”və“dodaq”sözlərininçoxböyükməharətləbir-birininkiləşdirilməsiprosesibaşvermişdir. Az qala insan görkəmini andıran bu təbiət mənzərəsini heyranlıqla seyr etməmək mümkün olmur. Beləcə,R. Qusarçaylızərgərdəqiqliyiiləsözdən-sözəkeçir, sözü-sözdənkeçirir, sözü-sözünüstünəgətirir.

Həminşeirdəndahabitrnümunəyəbaxaq:

 

Üğünürbudaqdatumurcuqçatlar,

Qönçələrdartınıbqınındançıxır.

Cücərəntoxumlauzananotla

Torpağınağrısıcanındançıxır”.

 

Burada təsvirdən fikrə çox uğurlu bir keçid edilibdir. “Budaq” mənanı, “uğunur” əlaməti, “çatlar” hadisəni, “tumurcuq” hadisənin adını bildirir. İkinci misrada qönçələrin açılması hadisəsinin məhz bu şəkildə,  “dartınıb qınından çıxması” kimi ifadəsi düzgün və gözəldir. Üçüncü misrada bir az keçmişə qayıdılır, “cücərən toxum”, “uzanan ot” əhvalatları xatırladılaraq gözlənilmədən poetik qərar çıxarılır:

 

“Torpağın ağrısı canından çıxır”.

 

Şairin məqsədi, şəksiz, torpağın yox, insanın ağrısını yada salmaqdır. Çünki ağrı insana aid olan əlamətdir. Şeirdə torpağın ağrıdan qurtulması “yolları” göstərildiyi halda,  insanın ağrıdan xilası üsulu təbii olaraq və bilərəkdən  gizlədilir.

Bir bəndini misal gətirdiyimiz həmin bu şeir kitabda “Gül qapısı” fəslinə (bölməsinə) aid edilib. Bu şerin də arğacı kədərdəndir. Halbuki, burada səkkiz bəndin heç birində “dərd”, “qəm”, “kədər” sözləri və ya buna oxşar ifadələr yoxdur. Ancaq, nədənsə, dərd yenə də aparıcı obrazdır:

 

“Bir ləçək üstündə arı izləri,

Bir ləçək altında xəzəl görünür.

Gözümdən çəkilmir şehli gözləri,

Güllər ağlayanda gözəl görünür”

 

Həmin şeirdəndir. Əsil sənətin insana faydası onun insan duyğusunu poetik qıcıqlandırma gücü tlə ölçülməlidir. Hər bir istedadlı şair dünyanın möcüzəsi sayıla gərək. “Ömür qapıları”nı oxuyanda bu qənaət adamda daha da artır.

1987-ci ildə yazdığı şeirdən:

 

“Çatmadım bu il də yaza, bilirəm,

Darıxa bilirəm, susa bilirəm…

Özüm quruyanda dözə bilirəm,

Qurudub göndərmə bənövşələri.

 

Əl saxla, dər saxla, təzə-tər saxla,

Çıxart ürəyimi, üstə sər, saxla,

Mənə də ölməyə bir az yer saxla,

Qurudub göndərmə bənövşələri”.

 

Bu şeri də tez-tez mütaliə edirəm, darıxa bilməmək üçün, susa bilməmək üçün.

Yazıya 1203 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.