Ötən əsrin 20-ci illərində Fransada yaranmış, XX əsrin bədii mədəniyyətində avanqard cərəyan sayılan sürrüalizmin nümayəndələri inanırdılar ki, inqilab yuxularda başlayır. Psixoanalizmin banisi Ziqmund Freyddən ilhamlanaraq, sürrealistlər təhtəlşüur incəsənət yaratmağa başladılar. Onlar arasında dünya incəsənəti tarixində iz qoyan nümunələr də az deyil.
Salvador Dali, “Xərçəng-telefon” (1936)
Dalinin 1936-cı ildə sürrealist rəssam Eduard Ceymslə birgə yaratdığı “Xərçəng-telefon” incəsənətin bu növünə ikonik misaldır. Adi telefon və dəstəyi xərçəng formasında olan əsərlə Dali texnika əsrini və insanları bir-birilərindən uzaq salan audiokommunikasiya vasitələrini lənətləyir.
Demien Herst, “Yaşayan birinin düşüncəsində ölümün fiziki mümkünsüzlüyü” (1991)
Britaniyalı heykəltəraş bu sürrealist əsərində formalin məhlulunda saxlanılan uzunluğu 4,3 metrə çatan köpəkbalığını göstərir. Bu təbii tarixi nümunə şüşə vitrinin qırılma perspektivləri ilə hərəkətin illüziyasını nümayiş etdirir. Tanınmış kolleksioner Çarlz Saatçinin maddi dəstəyilə yaradılan və yaşayan birinin düşüncəsində ölümün fiziki mümkünsüzlüyü əsərinin dəyəri 50 000 funt sterlinqdir. Herst bu işinə görə Terner mükafatına layiq görülüb. Köpəkbalığı 2004-cü ilin dekabr ayında 12 milyon dollara kolleksiyaçı Stiv Koenə satılıb.
“Konstantinin Kolossu” (IV əsr)
İmperator Konstantinin heykəlinin nəhəng qalıqları Romanın Kapitoline muzeyində saxlanılır. Əsrlər boyu bu heykəldən ilhamlanan icnəsənət xadimləri olub. XVIII əsrdə Henrix Fyussli böyük mərmərdən Konstatinin qəribə heykəlini yaradıb. 50-ci illərdə isə heykəlin qalıqları əsasında Robert Rauşenberq həmkarı Say Tvomblinin rəsmini çəkib. Bu abidənin şəffaf miqyası bir nəticə doğurur: onun qalıqları tamamilə sürrealdır.
Xoan Miro, Obyekt (1936)
Xoan Miro XX əsrdə incəsənətin mücərrəd və sürrealist istiqamətlərinin liderlərindən biri olub. Onun əsərləri bir çox rəssamlara, roman və cizgi filmlərinin yaradıcılarına ilham mənbəyi olub. İspaniya, Yaponiya, Fransa, ABŞ və digər ölkələrdə ən mühüm bədii hərəkatların ortaya çıxması üçün böyük işlər görüb. Xoan Mironun müxtəlif modelləri kombinə edərək yaratdığı sürrealist obyekt tutuquşu, qadının corablı ayağı, xəritə, papaq və yellənən topdan ibarətdir. Onun əsərlərində həyat hər gün beyni açan yeni bir sehr hissi və müəmma yaradır.
Meret Oppenheim “Mənim dayəm” (1936)
Parisdə və Nyu Yorkda dünya şöhrəti qazanmış alman-isveç sürrealist rəssam Meret Oppenheim dünyanı bizə başqa gözlə göstərməyə çalışıb. “Mənim dayəm” əsərində sex və ərzaq sanki vəhdətdədir. Oppenheim gümüş qabda bir cüt hündürdaban ağ ayaqqabını fetişizm nümayəndləri üçün dadlı bir yemək kimi təqdim edir.
Corco de Kiriko, “Sevgi nəğməsi” (1914)
İtalyan rəssam və nəzəriyyəçi Corco de Kiriko müasir rəssamlıqda sürrealizmin ilk nümayəndələrindən hesab olunur. Onun əsərləri Maks Ernstin, İv Ttanqinin və Salvador Dalinin işlərinə əhəmiyyətli təsir göstərib. “Sevgi nəğməsi”-ndə rezin əlcəklər uyğunsuz bir şəkildə mərmər başın yanında asılıb. Bu sadəcə çəkilmiş bir fantaziya deyil, real dünyadan sürrealist bir obyektdir.
Robert Ernest Milton Rauşenberq, “Monoqram” (1955-1959)
Amerikalı rəssam, mücərrəd ekspressionizm, konseptual incəsənət və pop-sənətin nümayəndələrindən olan Rauşenberq öz əsərlərində kollaj və hazır texnikaya meyl göstərib, işlərində müxtəlif zibil tullantılarından istifadə edib. “Monoqram”-da qoyunun avtomobil şininə keçirildiyi təsvir olunub. Əsər Stokholm müasir incəsənət muzeyində saxlanılır.
Maks Klinqer, “Əlcək” (1881 – 1898)
Simvolizm cərəyanının nümayəndəsi olan alman rəssam Maks Klinqer həm də heykəltəraş kimi tanınıb. XIX əsrə aid “Əlcək” əsərində kişi əlcəyini yerə salan qadın görünür. Klinqer bu əsəri ilə göstərir ki, bir çox sürrealist ideyalar əsrin sonunda yerə düşəcək.
Yazıya 719 dəfə baxılıb