Türkiyənin “Cinius” nəşriyyatında “Hocalının Kurdeleli Anahtarı” (“Xocalının Lentli Açarı”) romanı çap olunub.
Roman Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalovun dəstəyi ilə çap olunub.
Ziyad Quluzadə bildirib ki, “Hocalının Kurdeleli Anahtarı” romanı erməni qəsbkarları tərəfindən Xocalıda törədilmiş soyqırımı psixoloji-postmodern ədəbiyyat prizmasından “Kollaj” və “dekonstruskiya” edilərək, tarixi hadisələrdə Kafka və klassik ədəbi qəhrəmanların iştirak etdiyi bir tablo yaradıb: “Kitab Türkiyədə bir çox kitab dükanlarında və aparıcı internet satış mağazalarında oxucuların ixtiyarına verilib”.
Xatırladırıq ki, romanın müəlliffləri Türkiyədə İstanbul Universitetində “Radio Kino Televiziya” ixtisasında fəlsəfə elmləri doktorluğunu müdafiə edən gənc yazar Ziyad Quluzadə və eyni adlı üniversitetin “Turizmin İdarəedilməsi” fakültəsində fəlsəfə elmləri doktorluğu müdafiə edən Dilbər Quliyevadır.
“1992-ci ilin soyuq fevral axşamı, cibindəki lentli açarıyla Eldar Kətik meşəsində qaçarkən sadəcə bircə şeyi düşünürdü…
Kafka, Xocalı şəhərindəki həmin kiçik otaqda nəyini unutmuşdu?
Ermənilər körpə uşaqları çox sevirlər. Bəlkə də ona görə Nigarın körpəsini iki hissəyə bölən Karo indi xoşbəxtdir.
“Qırmızı Papaqlı Qız” Maralın ən yaxın dostuydu. Mənim dostum isə Alisa idi. “Möcüzələr Diyarından”… Onunla çox yaxşı yola gedirdik. Bircə cibimdəki lentli açar öz sehrini itirmişdi… Yoxsa ki, hövlnak evə qayıdar Karo adlı o erməniyə kiçik otaqdakı xəzinəni oğurlamaq üçün qapını qırmasın deyə xəbərdarlıq edə bilərdim.
O, gizli xəzənini tapıblarmı? Yoxsa, hələ də həmin kiçik otaqda mənim yolumu gözləyir?
Bu sətirləri oxuyan “Ey oxucu!” sən ermənilərdən eşitdinmi? Həmin kiçik otağı, mənim gizli xəzinəmi tapdılarmı?”
Yazıya 670 dəfə baxılıb