Şəfəq Azər –Əlif Şəfəq aşiqlərinə

şəfəqazər

Son zamanlar Azərbaycanda da Əlif Şəfəqı tanımadan kor-koranə şəkildə təbliğ edənlərin sayı artmaqdadır. Mən bu halı, Əlif Şəfəq ideyalarını savunan yazarları şiddətlə qınayıram. Soruşmaq istəyirəm, sevdiyiniz və yaxud da xoşunuza gələn hər hansı bir yazarı doğru-dürüst araşdırmadan niyə təbliğ edirsiniz?!. Hər  hansı bir yazarı onun yaşadığı ölkədə necə, nə kimi təbliğ olunduğuna baxaq, sonra təbliğ edək, bəlkə..? Bəlkə bu kimi məsələlərdə ehtiyatlı olaq..? Biz bəzən kimlərinsə getdiyi yolu təkrar etməkdə israr edirik, sanki. – Biri oxuyur, o biri isə onun havasına düşür. Amma məntiq arayan yoxdur! Nə üçün yoxdur? Bax, bu bizim çağdaş ədəbiyyatımızda olan problemlərdən biridir.
…Bir neşə il bundan qabaq Almaniyada – yaşadığım şəhərdəki kitab¬xanaya baş vurub, “Türkiyəli yazarların kitablarından sizdə varmı?” deyə sual etdim. Dərhal Əlif Şəfəq və Orhan Pamukun kitablarını mənə gətirdilər. Heyrət etdim, bu insanların kitabları nə tez və nə çox satışa buraxılıb?.. hələ üstəlik də şəhər kitabxanasında oxuculara verilir.
İlgincdir, görəsən, əslən türk olub, türklüyü təbliğ edən insanların kitablarını niyə buralardan tapıb oxuya bilmirik?.. Avropada yaşayan bir azərbaycanlı kimi niyə bu imkanlara asanlıqla nail ola bilmirik? Əlbəttə, bu kitabları çap etdirmək üçün maliyyə vəsaitləri lazımdır, bir sözlə, yəni asan məsələlər deyil bunlar. Amma türklük əleyhinə yazanların “əsər”ləri iki gün keçmir çevrilib Avropaya, dünyaya yayılır… Az qala qarşıma çıxan kitabsevərlərin hamsı Əlif Şəfəqin kitablarını oxuduğunu həvəslə dilə gətirir. Hər dəfəsində də, soruşuram, türkcəsinimi oxudunuz yoxsa, almancasınımı? (Əslində türkcə və yaxud da almanca olması fərq etməz ancaq bilmək istəyirəm türkcə oxuyanlarınmı sayı çoxdur yoxsa, almancamı?) Bu ölkədə doğulanlar, əlbəttə, almancasını deyə, dillənirlər. – Bu ölkədə doğulub böyüyən, yaşayan hər bir Türkiyəli “alman dilində özümü daha yaxşı ifadə edirəm, alman dilində daha yaxşı başa düşürəm” deyə almancasını oxuduğunu deyir. Mən onları anlayıram, amma üzüldüyüm budur ki, biz onları yavaş-yavaş itiririk. Onlar itirməmək üçün gəlin əl-ələ verək təbliğatımızı gücləndirək! Nə olar, bunu edək, əziz oxucular, əziz soydaşlarım! Həm də düzgün təbliğat aparmağı bacaraq..!
Milliyətçilik baxımından deyil, məhz Tarixi, həqiqəti düzgün anladaq o insanlara. Ermənilərin heç vaxt böyük bir dövləti olmayıb, olmayacaq da! Onlar azınlıqdan ibarət olub və belə də qalacaqlar. Mən belə düşünürəm ki, bu barədə ermənilər dünyaya yanlış mesajlar verməkdədirlər. Onlar özləri-özlərini aldadaraq uşaqlarını düşmənçilik ruhunda tərbiyə edir, gələcəyə yeni canavarlar, Əlif Şəfəq kimilərini hazırlayırlar.
imageBizlər hər şeyi unutmağa doğru gedərkən onlar sinsicə altdan planlar cızaraq Xocalı soyqırımını bizlərə yaşatdılar. Bizləri doğma yurd yuvamızdan zorla köçürdülər, qovdular, öldürdülər, soyqırımlar yapdılar. Bizləri, Azərbaycan türklərini, “…bizim düşmənimiz türklərin qanını daşıyırsınız, o üzdən sizləri məhv edirik” dedilər. Amma, zaman vardı biz onlarla dost olmuşduq, evimizin baş köşəsində yer verib, əziz qonağımız adlandırırdıq onları. Bax, bugünkü Türkiyədə də bir çox insanlar onları baş köşəyə oturdur, onlarla yaxınlıq edirlər. Biz onlara dost dedikcə onlar yerlərini daha da rahatlayaraq, planlarını birər-birər həyata keçirməyə davam edirlər.
Əziz və dəyərli oxucular, soydaşlar, bu kimi hallarla qarşılaşmamaq üçün kitabsevərlər toplayaq, yanlışın yanlış, doğrunun isə doğru olduğunu insanlarımıza anladaq. Bəli, açıq deməliyik, Türkiyə və Türk insanları  əleyhinə yazan yazarları Avropada daha tez təbliğ etmək üçün bu kitabları çap edib yayırlar. Bunun arxasında güclü mafiya dayanır. Kitabxanada Kitabı əlimə alıb açan kim, bir erməni qadının başına gələn hadisədən bəhs edildiyini gördüm. Aha! Erməni qadını türk tərəfindən əzilir, onunla evlənib Türkiyəyə getdiyi üçün qadın əzab çəkir. Bununla nə demək istəyir bu Əlif Şəfəq? Anlamıram…. biz bilirik ki, ayrı-ayrı mədəniyyət(lər)lə böyüyən insanların anlaşması çətin olur. Burada nə var ki… bildiyim bir şey var, ümumiyyətlə Əlif Şəfəq bununla nə demək istəyir, Türkləri pisləmək, onları kiçik düşürmək.?! Bu qadının (Əlif Şəfəq) hələ kim olduğunu biləndə sonra qərar verərsiniz… Bir qaynaqdan götürülmüş yazı… Buyurun, oxuyun, ey Azərbaycan oxucuları, ey Əlif Şəfəqə aşiq olanlar! Bu erməni südü içmiş qadın, yarıtürk olduğunu bütünlüklə unudaraq Türklər haqqında nələr yazmamışdır…
Əgər sənin Atan sənin düşündüyün qədər pis olsaydı, sənin erməni ananla evlənməzdi… Ananla Atan ayrılmasaydı sənin anan onun barəsində bu qədər nifrətlə danışmazdı.
Çox insanlar çox millətlər evlənib, amma anlaşa bilmədikdə boşanıblar sadəcə, düşmənçilik etməyiblər. Amma Əlif Şəfəq deyəsən nifrətdən yaranıb, heç sevgini – insanlığın əsas dəyərlərindən, ölçülərindən birini dadmayıb… yazıqlar olsun! Türk çörəyi yeyib, yarıtürk qanı daşıdığı halda bu qədər nankorluq olmaz axı… mən çox insan tanıyıram, yarıtürk ata-ana ayrı yaşasa da uşaq çox qururla mən yarıtürkəm deyib. Hər zaman bu kimi hallara (ata və ana ayrı millətdən olan), hadisələrə heyrət  etmişəm… Halal olsun! demişəm. Məni özünə doğma bilən belə insanlarda gördüyüm türklük sevdasına bağlanmışam. Onların üzündəki sevinc o qəqər əvəzedilməzdir ki, yazmağa söz belə tapa bilmirəm. Axı onların ata-anası sevgi olmasaydı evlənməzdilər. Onlar biri-birini sevib evlənib, yoxsa çağdaş insanlar biri-birnə necə bağlana bilərdilər axı..? Onun üçün düşünürəm ki, bu yazarın düşüncələri türk əxlaqına ziddir. Bunu onun “Aşk” romanından açıq-aydın sezmək olar. O özü bu barədə müsahibələrində də qeyd edib.
Anadolu müsəlman  qadınları “Aşk” adlı romanında güya başqa cür düşünür, başqa cür yaşayırlar. Gəlin Əlif Şəfəqlə bağlı bir neçə tanıtıcı cümlə oxuyaq və onun əsərlərindən birindən bəzi məqamlara qısaca diqqət yetirək:
Əlif Şəfəq 1971-ci də Fransada doğulub. Erməni bir ananın uşağı olan Əlif Şəfəqın erməni vəqflərından pul aldığına dair çox çox iddialar var. Əlif Şəfəq 2005-2009-cu illər arası tam dörd il “Zaman” qəzetinin baş¬yazarlığını etdi. “Zaman” qəzetinin başyazarlığını etdiyi Əlif Şəfəqın 2006-cı ildə ingilis dilində qələmə aldığı “Baba ve Piç” yəni “Ata və bic” romanı çap edilər-edilməz bütün Türkiyədə böyük səs-küy yaratdı.31 mart elif safak Ro¬man Türkiyə və Amerika arasında, biri türk o biri isə erməni əsilli iki ailədən və 90 illik bir zaman kəsimi içərisində baş verən türk-erməni münasibətlərindən bəhs edir. Əsərin qalmaqal yaratmasına əsas səbəb isə romanda türk-erməni münasibətlərinə hər iki cəbhədən baxılması olur. Hətta bu romana görə Əlif Şəfəq haqqında “Türklüyü təhqir etmə” iddiası ilə cinayət işi açılmışdı.
Xatırladaq ki, sözügedən kitabda türk millətinə və Osmanlı tarixinə qarşı ağzına gələni yazan Əlif Şəfəq məhkəməlik olmuşdu…
İndi isə bu kitabdakı (“Ata və bic”) söyüşlə dolu bir  neçə cümləyə baxaq:
1.Bütün qohumlarını 1915-ci ildə qəssab türklərin əllərində itirmiş soyqırımzadə bir sülalənin nəvəsiyəm (Səhifə 63)
2.Sən qalx gəl Orta Asiyadan bura, düz Anadolunun bağrına, sonra bir baxmısan ki, hər yerdə yayılıblar! Orada məskən salmış  milyonlarla erməniyə nə oldu bəs? Assimilyasiya edildilər! Əridim! Yetim buraxıldılar! Sürüldülər. Mal mülklərindən oldular! (Səhifə 65)
3.Sıravi türklərlə nə danışacaqsan, nə anladacaqsan? Təhsil görmüşü ya milliyyətçi ya cahil. (Səhifə 130)
4.Azyaşlılardan sağ qalan olmamışdır, Çankırıya aparılanlar da öldürülmüş, çubuqlarla, balta saplarıyla döyülmüşdürlər. Bəziləri aclıqdan ölmüş, bəziləri də öldürülmüşdür. (Səhifə 170-171)
5.Türklər idi 1915-ci ildə bunları ermənilərə edənlər… (Səhifə 172)
6.1909-cu ildə Adana qırğınlarından ya da 1915-ci il köçündən sənə bir şey xatırlatdımı? – Erməni soyqırımı deyə bir şey eşitmədinmi heç? (Səhifə 185-186)
7.Torpağımızdan qovulduq, əşyalarımızdan olduq, heyvan rəftarı gördük, qoyun kimi oldular. Doğru düzgün həssas bir ölüm belə əsirgəndi bizdən. (Səhifə 192)
8.İnsan buraxmırlar ortada. Silah axtarışı bəhanəsiylə ermənilərin evlərinə girib, sonra da onları öldürürdülər…
və s.
Əziz soydaşlarım, əziz oxucular! Bununla bildirmək istərdim ki, bunun kimiləri bəzi mafiyalar tərəfindən dəstəklənir və təbliğ edilirlər. Gəlin hər əsən küləklə, rüzgarla əsməyək, bir azacıq da dirəniş göstərək. Yoxsa hər gələn küləklə, yellə sovrular, yox olarıq!

Yazıya 1460 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.