Rüya Salik –“Kitab oxumağın mahiyyətini dərk etsəniz…”

edddb8edc8431b72783219ae4c7ad2d4  Ədəbi şərhçi və bloqqer Rüya Salikin “Hürriyyet” qəzetində oxucuları, xüsusilə də qiraət vərdişi formalaşdıra bilməyən, “zamanım yoxdur” deyənlər üçün yayımlanmış məqaləsini təqdim edirik.

1. Bir kitab seçməklə başlayın. Ətrafda kitab yoxdursa, təbii ki, nəinki vərdiş formalaşdıra bilərsiniz, kitab oxumaq həvəsiniz də itər.

2. Gündəlik oxumaq rejiminiz olsun. Nə oxuyacağınıza qərar verdikdən sonra özünüzə qiraət zamanı təyin edin. Məsələn, gündə 15 dəqiqənizi qiraətə ayırın. Bir neçə gündən sonra bu zamanı uzada bilərsiniz.

3. Bezdinizsə, davam etməyin. Əgər başladığınız kitaba heç cür köklənə bilmir, davam etməyə səbriniz və həvəsiniz çatmırsa, özünüzü günahlandırmayın. Bu normaldır! Hamı əlinə aldığı hər kitabı sevə bilməz. “Mütləq bitirməliyəm” fikri ilə oxusanız, bu vərdişi sevimli məşğuliyyət edə bilməyəcəksiniz. Yenidən sınayın, başqa kitab seçin.

4. Sosial mediada oxuduğunuz kitabı paylaşın. İnsanlarla paylaşmaq, dəstək almaq, kimlərinsə kitabla maraqlanması motivasiyanızı artıracaq. Məsələn, Facebook hesabınızdan “kitab oxuyur” vəziyyətini paylaşa bilərsiniz, hətta sevimli hissələri paylaşmaqla dostlarınızı da həvəsləndirərsiniz.

5. Kitaba aid əşyanı masanızın üstündə saxlayın. Hər əsərdə nəsə məxsusi bir əşya və ya musiqi, ya da bir ifadə olur. Oxuduğunuz əsərdə bunun hansı varsa, əşyadırsa masanızın üzərinə qoyun, musiqidirsə günə onunla başlayın, ifadədirsə onu kompyuterinizin ekranına yapışdırın.

6. Nə oxuyacağınıza qərar verməzdən əvvəl, əsər haqqındakı tənqidlərlə tanış olun. Kitab haqqında bloqqer və oxucuların şərhləri sizə kömək edə bilər. Etibar etdiyiniz, ədəbi zövqü yaxşı formalaşmış insanların məsləhət bildiyi əsərləri oxuyun. “Kitab siyahısı” tutun.

Unutmayın, kitab oxumayanlarla “vaxtım olmur” deyənlər arasında heç bir fərq yoxdur. Pis vərdişlər rahat yataq kimidir, içinə girmək asandır, oyanıb, o yataqdan ayrılmaq çətin. Bunu özünüz üçün bir oyanış kimi düşünün. Bu gün bir kitab seçib, başlayın. Gördüyünüz hər iş haqqında pozitiv düşünün, əgər kitab oxumağın əsl mahiyyətini dərk etsəniz, bundan nələr qazanacağınızı anlayacaq və bu yararlılıq baxımından alternativsiz vərdişdən əl çəkmək istəməyəcəksiniz. Yaxşı kitab yaxşı qiraət təcrübəsi formalaşdırır. Çalışın, qiraət rejiminizi bir gün belə pozmayasınız, ən azından yeni başladığınız ilk üç həftə mütəmadiliyi qoruyun.


Çeviri:  Elcan SALMANQIZI

Yazıya 569 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.