Müğənni özünü 70 mln dollara sığorta etdirdi…

mugenniModerator.az xarici mərbuata istinadən xəbər verir ki, amerikalı müğənni Mariya Keri özünü 70 mln. dollara sığorta edib. M. Keri  35 mln dollara səsini və ayaqlarını da o qiymətə sığortalayıb.
Bundan sonra müğənni The Sweet Sweet Fantasy şüarı altında dünya turnesinə çıxıb. O dünya turnesi çərçivəsində ilk konsertini Şotlandıyanın Qlazqo şəhərində verib. Turne iyul ayında ABŞ-ın Yeni Orlean şatatında başa çatacaq. O turne çərçivəsində Afrikada da dörd konsert verəcək. Müğənni  müəyyən maliyyə risklərindən qorunmaq üçün özünü böyük həcmdə sığorta etdirib.
Qeyd edək ki, müğənni Rihanna ayaqlarını  bir mln dollara, modelyer Haydi Klum 2 mln dollara, müğənni Cenifer Lopes də bədəninin müəyyən hissəsini 27 mln dollara sığortalayıb.
Kişilər arasında da öz bədəninin sığortalayanlar var. Məsələn Kiss qrupunun basisti Cin Simmons və müğənni Devid Li Rot da  bədənlərinin müəyyən əzalarını  bir milyon civarında sığortalyıblar.

Yazıya 924 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.