kultur.az xəbər verir ki, “Ümid işığı” adlanan kitab haqda müəllif özü sosial media hesabında məlumat paylaşıb.
“Sabahınız kitabla açılsın! Bu fransız dilində ikinci kitabımdır, “ÜMİD İŞIĞI” adıyla dünyamıza gəlib.Bu nəşriyyat bir neçə ölkədə fəaliyyət göstərir, linkdə Böyük Britaniya – London, Estoniya – Tallin, Moldova – Kişinyov ünvanları yazılıb, fərq etməz, məncə, əsas faktdır ki, kitab tezliklə 100 ölkənin saytlarıına yüklənəcək.Azərbaycan adına sevindim!”.
Qeyd edək ki, Saday Şəkərlinin bundan öncə də xaricdə iki yeni kitabı nəşr olunub. Nəşrlərdən biri fransız dilində “Vuruş, sözüm”, digəri isə Azərbaycan dilində “Mən səndən ayrılmazdım” adlanır.
Yazıya 7 dəfə baxılıb











