“Ulduz” jurnalının 2026-cı ilin iyul sayı görkəmli ədəbiyyatşünas, yazıçı-publisist, tənqidçi və şair, Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangirin 60 illik yubileyinə həsr olunan maraqlı təqdimatla işıq üzü görüb.
Qulu Ağsəsin baş redaktorluğu ilə işıq üzü görən dərginin ənənəvi “Dərgidə kitab” rubrikası bu dəfə Əsəd Cahangirin 60 illik yubileyi münasibətilə hazırlanıb. Layihə çərçivəsində müəllifin “Sözümün canı” metafizik-strukturoloji essesindən bir bölümü oxuculara təqdim olunur. Essedə sözün mahiyyəti, bədii düşüncədəki yeri, dilin fəlsəfi qatları və insanın mənəvi dünyası ilə bağlı dərin mülahizələr yer alır.
Zəngin ədəbi materiallarla oxucuların görüşünə gələn “Ulduz” jurnalının iyul sayında, həmçinin müxtəlif müəlliflərin araşdırmaları, publisistik yazıları, nəsr və nəzm nümunələri də dərc olunub. Dərginin yeni nömrəsi müasir ədəbi prosesin müxtəlif istiqamətlərini əhatə edən məqalə və bədii nümunələri ilə ədəbiyyatsevərlərə maraqlı mütaliə vəd edir.
Yazıya 12 dəfə baxılıb








