“Sözə ünvanlanmış 15 məktub” – Yeni kitab

Ebulfat_Memedoglu_yazar Bu günlərdə Azərbaycan Respublikasının Əməkdar Jurnalsiti  Əbülfət Mədətoğlunun “Sözə ünvanlanmış 15 məktub” adı kitabı işıq üzü görüb.
 ”Sözə ünvanlanmış 15 məktub”, filologiya üzrə fəlsəfə doktoru, şair və yazıçı Sona xanım Vəliyevanın yaradıcılığından bəhs edir.
Kitabda Sona Vəliyevanın şeirləri və “İşığa gedən yol” romanı haqda oxucu baxışı əks olunub.
Xatırladaq ki, bundan əvvəl müəllifin “Səməni nəğməsi”, “Nilufər çiçəyi”, “Dərdini danışan adam”, “Nişanə”, “Ehtiyacın elçi daşı”,  “Döymək istədiyim qapılar”,  “Allah, məni unutma”,  “Ürəyimdəki sənsən”,  “Yanan məktub”, “Ağacların şarkısını yapraklar okuyor” ”Hər görüş bir ümiddir”, “Sevgi pıçıltıları”,  “Yanan məktublar”, “Mənim kimi sevə bilsən”,  “Gözləyənim var”,  “Ürəyim sənlə danışır” şeir kitabları və ”Qəhrəman İbad”, “Zəhmli polkovnik”, “Üfüqdə görünən adam” sənədli povestləri işıq üzü görüb. 


Əbülfət Mədətoğlu Sona Vəliyevanın yaradıcılığından kitab yazdı

Yazıya 507 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.