Əli Aşiq – “Bu yurdun oğuldan payı olmayib” (tək şeir)

eli aAnam gəlin köcəndən bir neçə il sonra nənəm də ölüb… Baba evimizin qapisi beləcə
10 illərlə açılmayıb, indi də bir kimsə yaşamır. Kəndin qirağındakı 
təpədə yanaşı uyuyan, üstünü kol-kos basmış babamla nənəmin qəbri gecə
gündüz sonsuz, sahibsiz qalan evlərinə, baxıb sızıldayır…

*
Küsüb taleyindən, küsüb bəxtindən,
Üstünə özündən agır dərd çöküb.
Açsam qapısını qopar yerindən,
Düşər ayağıma göz yaşı töküb,
Bu evlə mən
necə görüşüm Allah?…

Ağlasam aglayar, ovutmaq olmaz.
Bir himə bənd
kimi bənddi səsimə.
Desəm anam ölüb məni qınamaz,
Qıyaram bu evin son
nəfəsinə,
Bu evlə mən necə görüşüm Allah?…

Tökülüb suvağı qardan,
yağişdan,
Bu yurdun oğuldan payı olmayib.
Açmayıb qapısın dostdan,
tanışdan,
Sağının, solunun tayi olmayıb,
Bu evlə mən necə görüşüm
Allah?..

Yox-yox bu dəhşətə dözə bilmirəm,
Bu evlə üz- üzə durmaq
cətindir,
Babamın nənəmin qəbri baxımsız,
Ordada anamın qəbri yetimdir,
Bu yurda dərd oldu gəlişim Allah!
Bu evlə mən necə görüşüm Allah?.

Yazıya 463 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.