Elşən Əzim – Ölümün ayaq səsləri (tək şeir)

Elşən Əzim - "Qəm bu qədər şirin olmaz, Doymur Elşən Əzim səndən"Köksümdə köhlənmi qaçır,
Ötür çaparaq səsləri.
Ürəyimin çırpımında-
Ölümün ayaq səsləri.

“Yıx bu ömrü, devir”- deyir,
“Altın üstə çevir” – deyir,
Küləklərin çevirdiyi-
Yazılmış varaq səsləri.

Vaxta qəfil süngü dəyir,
Gözə toran rəngi dəyir.
Qulağımda cingildəyir,
Qazılan torpaq səsləri.

Gözümü uyutmur daha,
Hirsimi soyutmur daha,
Dərdimi ovutmur daha,
Nə su, nə yarpaq səsləri.

Dinək sükut dilləriylə,
Əsək huzur yelləriylə,
Üstümüzdən əlləriylə-
Toz kimi çırpaq səsləri.

Yazıya 747 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.