Azərbaycanda Silahlı Qüvvələr Günüdür

ordu

Azərbaycan Silahlı Qüvvələri — Azərbaycan Respublikasının müstəqilliyini və ərazi bütövlüyünü qorumağa həsr olunmuş hərbi təşkilat. Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Quru QoşunlarıAzərbaycan Hərbi Hava Qüvvələri və Azərbaycan Hərbi Dəniz Qüvvələrindən ibarətdir.[8] Birləşən qüvvələrə Azərbaycan Respublikası Daxili QoşunlarıAzərbaycan Milli QvardiyasıAzərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti daxildir.[8]

1918-ci ilin mayın 28-də qəbul edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycanın İstiqlal Bəyannaməsində Azərbaycanın Silahlı Qüvvələrinınin yaradılması qeyd edilib.[8] 1918-ci ilin mayın 28-də yaradılan ilk kabinədə Azərbaycan hökumətinin müdafiə naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edilib.[8] Azərbaycan Xalq Cümhuriyyəti yaradıldığı ilk dövrlərdə onun hərbi qüvvələri 600 nəfərlik könüllü dəstələrdən ibarət idi.[8] Hökumət 1918-ci il iyunun 19-da ölkə ərazisində hərbi vəziyyət elan edib.[8] Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Çar Rusiyası dövründə “Vəhşi diviziya” adlanan keçmiş Tatar süvari alayının əsgərlərindən formalaşdırılmış və general Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman korpusunun əsasında ilk ordu hissəsi, 5000 nəfər şəxsi heyəti olan “Əlahiddə Azərbaycan korpusu” yaradılıb.[8] İyulun 11-də hökumət fərmanı ilə hərbi səfərbərlik elan edilib.[8] Azərbaycan Respublikasının 1894-1899-cu illərdə anadan olmuş bütün müsəlman vətəndaşları orduya hərbi qulluğa çağırılıb.[8]

1920-ci ildə Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Azərbaycanın hərbi nazirliyi rəsmən ləğv edilib, Azərbaycan ordusunun 21 generallarından 15-i bolşeviklər tərəfindən güllələnib.[8] Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, 1991-ci ilin sentyabrında Ali Sovetin qərarı ilə Müdafiə Nazirliyi, oktyabrın 9-da isə qarşıdakı 3 ay ərzində Azərbaycan Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul edilib.[8] Azərbaycan prezidenti Əbülfəz Elçibəyin 1992-ci il 18 sentyabr tarixli fərmanı ilə ilk olaraq oktyabrın 9-u Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilib.[8] Lakin 22 may 1998-ci ildə prezident Heydər Əliyev fərman imzalayaraq 26 iyunu Silahlı Qüvvələr günü elan edib.[9]

2017-ci ildə “Global Firepower” təşkilatının yekunlarına əsasən, Azərbaycan Silahlı Qüvvələri “dünyanın ən güclü ordusu” reytinqində 58-ci yerdə qərarlaşıb.[10] 2017-ci ildə Azərbaycan Hərbi Hava Qüvvələrinin sərəncamında 18 qırıcı, 29 hücum, 83 nəqliyyat, 19 təlim təyyarəsi və 93 helikopter (onlardan 17-si hücum helikopteridir), Azərbaycan Hərbi Dəniz Qüvvələrinin sərəncamında 13 patrul və sahil gəmiləri, 7 mina tralçısı, 4 submarinası, 1 freqat tipli gəmisi, Silahlı Qüvvələrin silahlanmasında isə 520 tank, 1590 zirehli texnika, 359 artilleriya qurğusu, 191 reaktiv yaylım atəşi sistemi var.[10] Azərbaycan ordusunun sayı 374 500 nəfərdir, səfərbərlik zamanı isə 3 750 000 nəfər hərbi xidmətə çağırıla bilər.

Yazıya 454 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.