Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirilən “Qayıdışa aparan yol” adlı layihənin icrası zamanı “Beynəlxalq Əlillər Cəmiyyəti” xoşməramlı missiyasını davam etdirməkdədir.
Layihə rəhbəri Tahir Xudiyev və layihədə könüllü iştirak edən Nailə Muradova Bakının Buzovna qəsəbəsində yerləşən Sanator-Kurort Reabilitasiya Mərkəzində müayinə və müalicə alan şəhid Elvin Abasovun anası Bahar xanımı ziyarət etmiş, onun səhhəti, müalicəsi ilə maraqlanmışlar.
Bahar xanım həyata keçirilən bu layihənin vacibliyini, əhalinin sosial dəstəyə ehtiyacı olan təbəqəsinə daima göstərilən mənəvi dəstəyin, maarifləndirici tədbirlərin əhəmiyyətli olduğunu vurguladı və davamlı olmasını arzuladı.
Mətbuat Xidmətindən
Yazıya 3 dəfə baxılıb








