“Gurbet rüzgarları” adlı yeni şeirlər kitabı Türkiyədə işıq üzü görüb  

336baa9d8231Qardaş Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində fəaliyyət göstərən “Akıl Fikir Yayınları” nəşriyyatı tərəfindən Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Rusiya Yazarlar Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rusiya Poeziya Akademiyasının müxbir üzvü, AYB Moskva bölməsinin məsul katibi, Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı laureatı, həkim, şairə, publisist, tərcüməçi Afaq Şıxlının “Gurbet rüzgarları” adlı yeni şeirlər kitabı Türkiyə türkcəsində işıq üzü görüb.

Qeyd edək ki, bundan öncə müəllifin “Qəlbimin dedikləri” (2003), “Sevərsənmi” (2005), “Məndən uzaqda” (2008), “Səni düşünürəm” (2011), “Ömrümün beşinci fəsli” (2013), “Dostlarım, bana da bahar gönderin!” (Türkiyə, 2013) (Türkiyə türkcəsi). “Yeddidən biri. Bədii tərcümələr.” (Saratov. 2014), “Bədii tərcümələr”. (2014), “Sənə demədiklərim» (2015) və s. Kitabları oxucuların ixtiyarına verilib.

 

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

və İctimaiyyətlə əlaqələr şöbəsi.

Yazıya 482 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.