Dünya şöhrətli bəstəkar vəfat edib…

1594035399_ennio_morricone_91_yasinda_hayatini_kaybetti_1594019145_0374

 

 

 

 

 

 

 

 

 

 

 

İtaliyanın dünya şöhrətli bəstəkarı, “Oskar” mükafatı laureatı Ennio Morrikone vəfat edib.

Kultur.az xəbər verir ki, bəstəkar yıxılaraq aldığı travmadan Roma klinikalarının birində 92 yaşında dünyasını dəyişib.

Dahi musiqiçi və bəstəkar “Bir dollar üçün”, “Missiya”, “Bir vaxtlar Amerikada”, “Nuovo kinoteatrı Paradiso”, “Professional”, “Malena” və.b italyan və dünya kinosunun ən gözəl saundtreklərinin müəllifi idi.

“İtaliya Respublikasına xidmətinə görə” ordeninin böyük zabitidir.

Kinematoqrafiyada görkəmli nailiyyətlərinə görə 2007 və 2016-cı ilin “Oskar” mükafatı laureatıdır.

İstinad: Manera.az

Yazıya 372 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.