Əziz Qənbərov – “O KƏLBƏCƏRİ QAYTARAQ”

45654740_502024200280515_2866905453357432832_nRəhmətlik Məmməd Aslan deyirdi ki;
“O Kəlbəcər qayıtmaz
Qayıtsa yüz Kəlbəcər”
Ustad bu şeri Kəlbəcər işğal edilən günlərdə yazıb. Təbii ki, ustad “O KƏLBƏCƏR” deyəndə fizik Kəlbəcəri yox, mənəvi Kəlbəcəri nəzərdə tuturdu.
Çox şükürlər olsun Şəhidlərimizin qanı ilə, Şanlı Ordumuzun, Ali Baş Komandanımızın gücü və iradəsi ilə fiziki Kəlbəcəri qaytardıq. Şəhidlərimizə Allah rəhmət eləsin. Ancaq Ustadın nəzərdə tutduğu “O KƏLBƏCƏRİ” qaytarmaq bizim əlimizdədir.
Çox şükürlər olsun Allaha ki, digər tarixi torpaqlarımız kimi Kəlbəcər 100 illərlə işğalda qalmadı. Şükürlər olsun ki, Kəlbəcər dəyərlərini özündə daşıyan dəyərli ağsaqqallarımız, ziyalılarımız hələ çoxdur. Çox şükürlər olsun ki, Kəlbəcəri görməsələr də belə Kəlbəcər dəyərlərini və əxlaqını özündə daşıyan çoxsaylı gənclərimiz də var. Ancaq etiraf edək ki, Məmməd Aslan dediyi #KƏLBƏCƏR yoxdur artıq. Biz onu bərpa etməliyik.
Bu müddət ərzində itkilərimiz də çox olub. Təəssüf ki, Məmməd Aslan, Bəhmən Vətənoğlu, Sücaət, Qəmkeş Allahverdi, Şamil Dəlidağlı və adını çəkə bilmədiyim yüzlərlə dəyərlilərimiz Kəlbəcər həsrəti ilə dünyadan köç etdilər. Bu gün Onların ruhları şaddır.
Bizlərin hər biri özündə Kəlbəcərin mənəvi dəyərlərini daşıyan ağsaqqallarımızdan Məmməd Aslanın dediyi KƏLBƏCƏRİ öyrənək və o adət ənənəni yenidən tam bərpa etməyə çalışaq.
Bu çox asan olmasa da mümkünsüz də deyil. Sosial şəbəkələr bizə imkan verir ki, yaxınlarımızda olan dəyərli ağsaqqallarımızdan “KƏLBƏCƏRİN MƏNƏVİ DÜNYASI” haqqında nəsə öyrənib həftədə bir dəfə onu paylaşaq. Və mən əminəm ki, O Kəlbəcər o zaman qayıdacaq və Ustadın ruhu şad olmaqla bərabər bizim mənəvi dünyamız daha da zənginləşəcək.
 
    Yazıya (288) dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.