Ata toy edəcək Şəhid oğluna… – Kamal İsgəndər (səsli şeir)

WhatsApp Image 2020-12-17 at 15.33.48Ata toy edəcək Şəhid oğluna…

Vətən yağılardan qurtulan günü!

Ata toy edəcək Şəhid oğluna…

Davalar, qığrğınlar qurtaran günü.

 

Ata toy edəcək Şəhid oğluna…

Toyda kövrələcək ürəyi daş da…

Oğlunun şəklini bəy əvəzinə,

Ata oturdacaq yuxarı başda.

 

Ata toy edəcək Şəhid oğluna…

Yalan olmayacaq belə yalan tək…

Xonçanın içindən nişan üzüyü,

Qıvrılıb baxacaq sarı ilantək…

 

Ata toy edəcək Şəhid oğluna…

Düşəcək bir qızın köz qismətinə.

Əllərdə alışan bəzəkli şamlar,

Göz yaşı tökəcək öz qismətinə.

 

Ata toy edəcək Şəhid oğluna…

Sağlıq deyənləri boğacaq qəhər.

Bəyin bacıları otağını yox,

Tənha məzarını bəzəyəcəklər!

 

Ata toy edəcək Şəhid oğluna…

Ruhu öz toyuna enəcək bəyin…

Qardaşı həyətdə körpə palıda,

Anası heykələ dönəcək bəyin!

 

Ata toy edəcək Şəhid oğluna…

Fərqi olmayacaq bu toydan yasın!

Ata toy edəcək… bir də belə toy

Heç kəsə, heç kəsə qismət olmasın!

 

 

    Yazıya (225) dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.