TÜRKİYƏNİN ŞANLIURFA GÖRÜŞLƏRİNDƏN XATİRƏLƏR

WhatsApp Image 2021-11-27 at 18.48.38Şanlıurfa Şehid və Qazi Ailələr Dərnəyi Başkanı Mehmet Yavuz bəylə görüşdük. Kimlərlə görüşmək istədiyimi bildirdim. O da, üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışdı. İlk görüşümüz Şəhid və Qazi ailələrinin problemini həll edən ailə təşkilatında baş tutdu. Gəlişimız zamanı təşkilatın rəhbəri ilə götüşməyi özümüzə borc bildik. Türkiyədə düşmən tərəfindən törədilən müxtəlif çatışmalarda şəhid və qazi olan insanları tanımaq, onların haqqında bildiklərimi qələmə almaq həm çətin, həm də şərəfli idi. Səfər boyu qarşıma çıxan insanların qayğısını gördükcə ürəyim dağa dönür, özümü doğma Azərbaycanda hiss edirdim. Axı biz bir millət iki dövlətik. Necə ola bilər ki, o qədər məsafəni qət edəsən gəldiyin yerdə səni bir tikə çörəyə dəvət etməyələr, bir günlük qalacağın yeri təyin etməyələr. Yəni bu mümkün deyil.
Yaşım 63 olsa da şəhidlərimi tanıtmaq, onların haqqında yazdığım kitabları böyük Türk kitabxanalarına yerləşdirməyi özümə borc bilirəm. Gəlişimin səbəbini başa düşən Mehmet Yavuz bəy dərindən köks ötürüb dedi: Azərbaycan şəhidləri ilə Türkiyə şəhidləri bizim üçün eynidir. Bir ananın övladları qədər yaxınıq. Sizin görüşləri istədiyinizdən də gözəl həyata keçirəcəyimə şübhəm yoxdu. Doğrudan da görüşlər əsnasında buna şahid oldum. Şanlıurfada da bu missiyamı uğurla başlayıb başa vurdum.

GÖRÜŞLƏRDƏN XATİRƏ

İkinci görüşümüz isə Şanlıurfa Bələdiyyə Başqanı sayın Mehmet Canpolad bəylə keçdi. Söhbət əsnasında bələdiyyə başqanı Azərbaycana olan sevgisindən və 30 illik həsrətdən söz açarkən Azərbaycanın yeni tarix yazmış Ali Baş Komandanı İlham Əliyevin də hünərindən danışdı. 44 günlük II Qarabağ savaşında cəsarətini və hünərini zəfərlə başa vurduğundan ürək dolusu danışdı. Maraqlı görüşü başa vurub otelə qayıtdım. Amma Şanlıurfada ertəsi gün bir neçə
görüş məni gözləyirdi.

Üçüncü görüşümüz Şanlıurfanın 20-ci Zirehli Tuqay Komutan Paşam sayın Oktay Ağbuba ilə oldu. Doğrusu sayın komutanın əlini sıxmaq, onunla söhbət etmək nə qədər şərəf olduğunu hiss edir, daxilən çox sevinirdim.
Paşam Oktay Ağbuba, 20-ci Zirehli Tuqay Komutanının dediklərindən: – Azərbaycan bizim üçün doğmadır. Əsasən də Qarabağ bizə çox əzizdir. Ermənilərin Azərbaycanla olan savaşı ürəyimizi parçalayır. Çünki biz qan bir, can bir qardaşlarıq. Bu qardaşlıq əbədidir. Kimsə Türiyə ilə Azərbaycan arasına girə bilməz.
Biz Atatürkün yetirmələriyik. Onun qoyduğu yolla davam edərik.

Dördüncü görüş
Türkiyənin Şanlıurfa valisi sayın Abdullah Erin bəylə oldu. Görüş əsnasında kitabımızdan vali bəyə hədiyyə etdim. Vali bəy də, görüş əsnasında mənə Şanlıurfanı tanıdacaq hədiyyəsini verdi. Dəyərli vali bəyə diqqət və qayğısına görə minnətdaram.

Biri-birinin ardınca 9 görüş keçirdik. Keçiŕilə hər görüş bir qürur idi. Onlardan Şanlıurfa Aile ve Sosial Hizmetler İL müdür yardımçısı Hüseyn İlhan, Şanlıurfa vali yardımçısı Yeliz Yıldızhan, Harran Universitesi genel sekretarı Zübeyir Zorlu, Sanlıurfa dövlet kütubhanesi, Şəhidlikdə şəhid ailəsi ilə görüş və s. Beləliklə ən sonda Şanlıurfa Şehid Ailələr Dərnəyi Başkanı Mehmet Yavuz bəylə iş otağlnda maraqlı və ürək parçalayan söhbətlərlə ayrıldıq. Onun son sözü bu oldu.
Bayraqları bayraq yapan üstündəki qandır, torpaq uğrunda ölən varsa vətəndir. Biz ölərik, bir qarış torpaq vermərik.

Gülsüm ADİLQIZI

WhatsApp Image 2021-11-27 at 18.48.37 (1)

WhatsApp Image 2021-11-27 at 18.48.37 (2)

WhatsApp Image 2021-11-27 at 18.48.37

WhatsApp Image 2021-11-27 at 18.48.38 (1)

WhatsApp Image 2021-11-27 at 18.48.38 (2)

WhatsApp Image 2021-11-27 at 18.48.38

WhatsApp Image 2021-11-27 at 18.48.39 (1)

WhatsApp Image 2021-11-27 at 18.48.39 (2)

WhatsApp Image 2021-11-27 at 18.48.39

WhatsApp Image 2021-11-27 at 18.48.40 (1)

WhatsApp Image 2021-11-27 at 18.48.40

Yazıya 205 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.