Əsəd Cahangirin 60 illik yubileyinə həsr olunan “Sözün Cahangiri” kitabı işıq üzü gördü

Görkəmli ədəbi-tənqidçi, esseist, şair, Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangirin 60 illik yubileyi münasibətilə “Sözün Cahangiri” adlı toplu nəşr olunub.

Topluda elm, ədəbiyyat və incəsənət xadimlərinin Əsəd Cahangirin həyat və yaradıcılığına həsr olunmuş məqalələri, şeirləri, təbrikləri, eləcə də müsahibələri yer alıb. Kitabda yubilyarın ədəbi-tənqidi və poetik yaradıcılığı, Azərbaycan ədəbiyyatı və incəsənətinin inkişafındakı xidmətləri geniş şəkildə işıqlandırılır.

“Zərdabi Nəşr” MMC tərəfindən çap edilən kitab 408 səhifədən ibarətdir. Nəşrin redaktoru və tərtibatçısı İradə Ayteldir.

“Sözün Cahangiri” kitabı Əsəd Cahangirin çoxşaxəli fəaliyyətini əks etdirən, onun Azərbaycan ədəbi-mədəni mühitindəki yerini və xidmətlərini dəyərləndirən sanballı nəşr kimi diqqəti cəlb edir.

Yazıya 9 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.