Aləmzər Əlizadə – SÖZƏ BAXMAYAN ÇUBUŞLAR

      alemzer(Hekayə)

Rizvana atası kompyuter alanda çox sevindi. Axı o, çoxdandı kompyuter arzulayırdı.

         Uşağa vaxt qoydular, əvvəl dərslərini hazırla, conra kompyuteri aç.

Rizvan dərslərini öyrəndi, yazılarını yazdı, şeirini əzbərlədi. Anasından icazə aldı. Kompyuteri qucaqlayıb hıqqana- hıqqana qoydu dizinin üstünə. Atası öyrətdiyi kimi düymələri bircə-bircə basıb sevdiyi oyuna girdi.Dünəndən başladığı *Çubuşları dama yığmaq* oyununu davam elədi.

O,cuppulu barmaqları ilə düymələri basaraq qırmızı, yaşıl, sarı, narıncı damaları   yan – yana yığır, ox işarəsini də birinin üstündə vurub partladır. Bu zaman oyun lövhəsinin yuxarı hissəsində gizlənmiş xırdaca, hərəkətli  çubuşlar pırtlaşıb çıxırlar və ikibir- üçbir aşağı yumalanırlar.

Əgər Rizvan damaları düzgün partladırdısa çubuşlar qaça- qaça col küncdəki oyun damına girirdilər. Onların dama girmələri həm gülməli, həm də çox maraqlı olduğundan uşaq bu oyundan əl çəkmirdi. Qoysaydılar ac və sussuz səhərdən axşama kimi beləcə oynayar, yoruldum, bezdim deməzdi.

Uşağın fikri tamamən barmaqlarında , damaları basıb partlatmaqda olduğundan dünya- aləm gözünə görünmürdü.

Çubuşlar hər dəfə dama tərəf qaçışanda oğlan sevinclə əl çalır, uca səslə urra, urra , çığırırdı.

Aha! Altı dənə çubuş damına girən kimi oyunun vaxtı bitdi. Oğlan yamanca pərt olub əllərini kompyuterin düymələrinə çırpdı.

–Hardasız ay  çubuşlar? Siz harada gizlənibsiz ? Axı niyə tezcə çıxıb damıniza girmədiniz ki, mən də oyunu udum?.. Pis oldu, çox pis oldu. Yenə uduzdum. Çubuşlar, ay çubuşlar, gəlin çıxın də…Siz mənim sözümə baxmırsınız.. Mən sizi çox istəmiyəcəm.

Rizvan kompyuterdən çubuşları çağıranda balaca qardaşı Ruslanın gülməyi tutdu. –Noolub, niyə çığırırsan, kimi çağırırsan dedi.

Qardaşı hövsələsiz dilləndi:

–Görmürsən ay Ruslan, üç dənə çubuşu yenə damına sala bilmədim. Uduzuram eyy… Heç uda bilmirəm, bəs mən neyləyim? O, ağlamsınıb qardaşına baxdı, bütün damaları *part, part* partlatdım. Çubuşların yerini tapmadım ki, tapmadım. Vaxt bitdi, mən də uduzdum. Kompyuter çubuşları heç sözə baxan deyllər.

Ruslan kompyuterdə oyun bilmirdi. Ancaq qardaşına kömək eləmək üçün dedi:

– Qaqaş, xalamgilin çubuşu sözə baxandı, çağıran kimi adamın yanına qaçır. Sənin kompyuterindəki çubuşlar heç nə qanmırlar. Onları çağıranda gəlmirlər. Sən də oyunu uduzub acıqlanırsan. Onsuz da oyundakı çubuşlar sənin sözünə baxmırlar. Qoy onlar çıxıb hara istəsələr getsinlər.

Rizvan qardaşının sözlərinə qulaq asıb fikrə getdi. Düşündü ki, oyun çubuşları onun sözünə niyə baxmırlar? Axı niyə o, damaları yan- yana düzüb partladadanda çubuşlar qaça- qaça gəlib damlarına girmirlər? Onları kim tutub saxlayır? Yox, heç kim saxlamır. Onlar məni tanımırlar. Mən də onların yerini düzgün nişan almıram.

Ruslan çiynini çəkdi, yəni, mənə də öyrətsəydin sənə kömək edərdim. Çubuşları tapardım, sən də oyunu udardın.

Rizvan acıqlandı, yox, öyrətmirəm, atam kompyuteri mənə alıb. Özü də tapşırıb ki, heç kimə verməyim.

Ruslan qaş- qabağını töküb mızıldandı: – Heç vermə, atam mənə də kompyuter alanda sənə verməyəcəm.

–Heç vermə, deyib Rizvan mısmırığını salladı.

Ruslan əlini yelləyib qardaşına acıq- qıcıq verirmiş kimi dilləndi:

–Mən də gedib xalamgilin çubuşunu özümə götürəcəm. O bapbalacadı, həm də sözə baxandı. O oyun çubuşları kimi deyil ha.. Onu bircə dəfə çağıranda qaçıb adamın yanına gəlir. Xalamgilin çubuşu adamı uduzmağa qoymaz.

Rizvanın yadına xalası gilin  ağ qıvrım tüklü, ağzı qara,gözü qara çubuşu düşdü. Həmin çubuş sanki dil bilirdi. Elə öyrətmişdilər ki, gəl deyəndə gəlir, get deyəndə gedirdi.

Ona görə də uşaq tezcə kompyuteri Ruslana uzadıb, al,dedi.  ” Çubuşları dama yığma” oyununu oyna. Ancaq uduzma ha. 10 dənə çubuşu vaxt bitənə kimi damına yığmaq lazımdı. Sən damaları düzgün partlatsan, çubuşların yerini düzgün bilsən udacaqsan.

Rizvan sözünü bitirib qaçdı xalasıgilə. Orda doğurçu çubuş vardı. Onu çağıran kimi  gəlirdi. O, oyun çubuşu kimi sözə baxmayıb admı pərt eləmirdi.   

Ruslan da sevinclə kompyuterin  qabağına keçdi  Qardaşı xalasıgildən  gələnə kimi nə qədər elədisə, bircə dəfə də olsun 10 dənə oyun çubuşunu damına yığıb uda bilmədi.

Öz- özünə belə dedi:- Kaş xalam gilin çubuşu kompyuterin içində olaydı. Mən də onu çağıraydım. O da qaça- qaça gəlib damına girəydi. Mən də oyunumu udaydım. Heyif, kompyuter çubuşları xalamgilin çubuşu kimi sözəbaxan deyillər.

oyuncak-kopekler-ve-gercek-kopek-saklambac-oynayan-kopekler

 

Yazıya 914 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.