Adi günlərdən biri idi. Bakıda səhər saatlarından başlayaraq aramsız külək əsirdi. Güclü külək yol kənarındakı ağacları və elektrik dirəklərini sözün həqiqi mənasında yarpaq kimi silkələyir, bəzən də yolların və avtomobillərin üzərinə aşırırdı. Nəticədə yollar bağlanır, avtomobillər saniyələr içində yararsız hala düşürdü. Amma Bakı küləklər şəhəri olduğundan və şəhər sakinləri də buna öyrəşdiyindən öz gündəlik həyatlarına normal şəkildə davam edirdilər.
Kübra da onlardan biri idi. O, yaşadığı Maştağa qəsəbəsindəki həyət evinin qonaq otağında günorta namazını qılmaqda idi. Beş uşaqlı ailənin sonuncu və tək qız övladı olaraq Zərdabın Əlıbəyli kəndində dünyaya gələn Kübra, anadangəlmə tam görmə məhdudiyyətli idi. Lakin buna baxmayaraq, ailəsi qızlarını gözləri görmür deyib sağlam övladlarından fərqləndirməmiş, ona da təhsil verib cəmiyyətə qazandırmış, öz valideyinlik borclarını layiqincə yerinə yetirmişdilər. Orta təhsilini gözdən əlil uşaqlar üçün beş saylı xüsusi internat məktəbində alan Kübra, daha sonra Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olur. Təhsilini tamamladıqdan sonra isə Bakıdan olan özü kimi görmə məhdudiyyətli sinif yoldaşı Hafizlə ailə qurur. Bu evlilikdən onların Mərcan adlı qızları dünyaya gəlir.
Lakin Hafiz iyirmi il əvvəl rabitəçi işlədiyi təcili tibbi yardım stansiyasında ürək tutmasından vəfat edir. Elə o zamandan
da Kübra qızı Mərcan, kürəkəni Aydın, bir də Hafiz və Yunis adlı əkiz nəvələri ilə birgə onların evində yaşayırdı.
Iyirmi beş il idi ki, ibadətlə məşğul olan Kübra namazını yenicə qılıb qurtarmışdı ki, həyət darvazası döyüldü. O,
canamazını səliqə ilə qatlayıb divanın yuxarısına qoyduqdan sonra qapını açmaq üçün yavaş addımlarla evdən çıxıb pilləkənlərlə həyətə düşdü və yenə yavaş addımlarla ortası tamet daşları ilə döşənmiş yolla darvazaya tərəf gedib gələnin kim olduğunu bilmək üçün soruşdu:
– Kimdi?
– Bizik, nənə.
Kübra səsi tanıyıb qapını açdı. Gələn nəvələri idi.
– O!, mənim nazlı bəbələrim, – deyib Kübra dərsdən qayıdan nəvələrini elə qapıdaca mehribanlıqla qarşıladı. Hafizlə Yunis 11-ci sinifdə oxuyurdu.
– Salam, nənə.
Onlar da nənələrini salamlayıb içəri keçdilər. Hafiz darvazanı bağladıqdan sonra üzünü Kübraya tutub gülümsəyərək dedi: – Nənə, mənə nazlı bəbə demə, nə olar! Sonra qardaşına tərəf dönüb istehzayla əlavə etdi:
– Sən Yunisə nazlı bəbə de, bu ləqəb ona yaraşır.
-Mən nazlı bəbəyəmsə, sən də ana quzususan, – Yunis qardaşının atmacasını cavabsız qoymadı.
-Qulaq asın, balalarım, – Kübra üzündə təbəssüm dilləndi. – Nə qədər böyüsəniz də, siz mənim nazlı bəbələrimsiniz və elə də qalacaqsınız. Hətta, əgər qismət olsa, arvadlarınızın və uşaqlarınızın yanında da sizə nazlı bəbələrim deyəcəm.
Gülüşərək hər üçü evə tərəf yönəldilər.
-Verin çantalarınızı aparım, – Kübra nəvələrinə müraciət etdi.
-Sağ ol, nənə, özümüz apararıq, – deyə Yunis mehriban tərzdə cavab verdi.
Evə daxol oldular.
-Nənə, evi təmizləmisən? Hər yer xlor qoxuyur, – deyə Hafiz Kübradan soruşdu.
-Hə, mənim ağıllı balam, – Kübra cavab verdi.
-Ay nənə, niyə əziyyət çəkdin axı? Anam eləyərdi də, – Hafiz canıyananlıqla dedi.
-Nə əziyyəti, oğlum, – Kübra gülümsədi. – Bura mənim də evimdir.
-Anamgil harada qaldı?
-Bir azdan gələcəklər, – Hafiz dedi.
Mərcanla Aydın oğlanlarının da oxuduğu qəsəbə məktəbində müəllim işləyirdilər. Aydın tarix, Mərcan isə riyaziyyat müəllimi idi. – Yaxşı, gedin əyninizi dəyişin, əllərinizi yuyun, mən də ona qədər süfrəni hazırlayım, – Kübra bunu deyib mətbəxə tərəf yönəldi. Mərcan ilə Aydın birlikdə işdən evə qayıdırdılar.
-Of, külək də əsməyə vaxt tapdı, – deyə Aydın üsyankarcasına dilləndi.
-Belə danışma, Aydın, Allaha xoş getməz, – Mərcan ərinə etirazını bildirdi.
-Sənin də… Allahının da… – Aydın dodaqaltı mızıldandı.
Aydın ateist idi. O, Allahın, Quranın və peyğəmbərin varlığına inanmır, inananları cahil adlandırırdı. Üç uşaqlı ailənin ikinci övladı olaraq Sabirabadın Bulduq kəndində dünyaya gələn Aydın, Mərcanla universitetdə oxuduğu illərdə tanış olmuş, təhsilini tamamladıqdan bir ay sonra da onunla evlənmişdi.
-Günəşin çıxması, yağışın yağması kimi küləyin əsməsi də bir təbiət hadisəsidir.
-Təbiət hadisəsi isə bizim zərərimizə deyil.
Aydın, cavab olaraq nəsə demək istəyirdi ki, bu an arxadan kiminsə səsi eşidildi.: Mərcanla Aydın səsi eşidib geriyə çeviriləndə, qarşılarında qonşuları Teybəni gördülər,: -O!Salam,Teybə,xala, cümən mübarək.
Mərcan Teybəni mehribanlıqla salamladı.: -Salam, qızım, sizində cüməniz, mübarək. Teybə də eyni səs tonu ilə dilləndi.
-Necəsiniz?uşaqlar, necədir?
-Şükür biz yaxşıyıq Teybə xala, sizdə nə var nə yox?
-Bizdə yaxşıyıq, qızım. -Mərcan, sənə çox təşəkkür edirəm, qızım, bayaq Ramazanla danışdım dedi ki, hər gün zəng vurub, halını xəbər alırsan.
Ramazan,Teybənin, üç uşaqından biri idi. On beş ildir şizofreniya xəstəliyindən əziyyət çəkən Ramazan, iki həftə idi ki, ruhi əsəb dispanserində müalicə almaqda idi.
Mərcan Teybənin sözlərinə cavab olaraq səmimiyyətlə bunları dedi:
-Ramazan mənim qardaşımdır Teybə xala.
-Bacı qardaşına hansı gündə lazımdır.
-Əla!Bir korumuz var idi bir də şizofreniyamız oldu.
-Aydın pıçıltıyla deyindi.
-Hətta, biz anamla onun yanına getməyi də düşünürük.
Mərcan davam etdi.
-Çox sağ ol, qızım, Allah səndən razı olsun.
Teybə sakit səslə dilləndi və
-Elə Ramazan da, nə ananı məndən nə də səni bacılarından ayırmır.
Deyə əlavə etdi.
-Nə isə, mən sizi çox saxlamayın.
-Yaxşı, Teybə xala hələlik.
Onlar sağollaşıb, evlərinə tərəf yönəldilər.
Çöldə küləyin qulaq batıran uğultusu eşidilir, evdə isə Kübrayla nəvələri yemək yeyirdilər. -Necə keçdi dərsiniz uşaqlar?
Kübra, mehribancasına soruşdu:
-Yaxşı keçdi, Nənə bütün dərslərdən beş aldıq.
Deyə Yunis fəxrlə cavab verdi.
-Əla
Kübra sevincək dedi:
Sonra əminliklə əlavə etdi:
-Unutmayın,əziz balalarım, oxumaq, oxumaq yenə də oxumaq.
– Nənə, yəni sən, oxuduğun üçün heç peşman deyilsən?
Hafiz maraq dolu səslə soruşdu:
-Yox, niyə peşman olmalıyam?!
Kübra təəccübləndi.: -axı sən öz ixtisasın üzürə işləyə bilmədin.
Hafiz, məyus halda dedi:
-Əzyyətin də hədər getdi.
-Qulaq as oğlum,
Kübra qətiyyətlə dilləndi:
-Birincisi oxumaq insana təkçə işləmək üçün gərək deyil:
-Oxmaq həm də, insanın dünyagörüşünü artırır, baxış bucağını genişləndirir. -qısası oxumaq insanı gözəl gələcəyə aparan işıqlı bir yoldur.
Bu vaxt darvaza təkrar döyüldü. -Yəqin, atamgildir,mən açaram. Deyib,Yunis, ayağa qalxdı.
-2-cisi
Kübra sözünə davam etdi:
-İnşaAllah, gün gələcək valideyin olacaqsan.Valideyinlik isə, yalnız uşağı dünyaya gətirib, böyütmək deyil, həm də düzgün yetişdirməkdir. Bunun yolu da savaddan keçir. Yəni, gərək özün savadlı olasan ki, uşaqınıda düzgün tərbiyə edə biləsən. -Gələk sənin sualına bunu yadında saxla ki, insan çox vaxt etdiklərinə görə yox, etmədiklərinə görə peşman olur.Əslində mən, Həzrəti Məhəmməd peyğəmbərimizin ümməti olan bizlərə, beşikdən qəbrə qədər, elm öyrənin dediyini bildiyim halda, buna əməl etməsəydim peşman olardım.Bir də, elm öyrənmək və öyrətmək özü də ibadətdir, oğlum. Bu vaxt otağın qapısı açıldı.
-Mərcan!, -Sizsiniz, qızım-
Qapının səsini eşidən Kübra gələnin kimliyimi dəqiqləşdirmək üçün soruşdu:
-Yox, yad pılanetlilərdir.
Mərcanla birgə otağa daxil olan Aydın, istehzayla cavab verdi.
-Aydın, bəsdir.
Deyə Mərcan ərinə acıqlandı.Sonra anasına tərəf dönərək – Necəsən ana?
Deyə mehribanlıqla soruşdu:
-Şükür yaxşıyam, qızım.
Kübra da eyni səs tonu ilə cavab verdi: Sən necəsən? Necə keçdi günün? -Həmişəki kimi Mərcan dedi.
-Of bəsdi, boş-boş danışdınız. Tez ol, get yemək gətir acından ölürəm.
Aydın, donquldandı.
-Mərcan biz yedik, qızım.
Kübra dedi:
-Sən ikinizə gətir.: -Yaxşı, ana.
Deyib Mərcan yemək gətirmək üçün mətbəxə getdi.
-Belə başa düşürəm ki, bu evdə eşşək bizdən irəlidir.
Aydın üzünü qayınanasına tutub kinayə ilə dedi:
-Niyə?
Kübra heyrətləndi. -Əgər belə olmasaydı, onda yeməyə bizi də gözləyərdiniz.
Kübra, bu sözlərdən,pərt oldu.
Vəziyyəti belə görəm, Hafiz sözə qarışdı.
-Ata, biz bir azdan hazırlıq kursuna gedəcəyik.Ona görə yeməyimizi,sizdən əvvəl yedik.
Aydın bir söz demədi.
-Gedək hazırlaşaq, vaxta az qalıb.
Yünis bunu deyib ayağa qalxdı.
Bu zaman Kübranın səsli asistentlə işləyən senorlu mobil telefonunun mesaj səsi eşidildi. Telefonunu cibindən çıxarıb açan Kübra rəfiqəsi Rozadan gələn səsli vatsap mesajını oxumağa başladı:
-Salam Kübra cümən mübarək olsun. Necəsən? Evdəkilər necədir?
-Kübra, təəsüf ki, mən səni bu gün məsçidə apara bilməyəcəm.: qızım xəstələnib, onun yanına gedirəm. Xahiş edirəm məni bu səfərlik üzrlü hesab elə. Kübranın mesaja cavabı belə oldu.
-Salam Roza, şükür biz yaxşıyıq, hə başa düşdüm. Allah qızına şəfa versin, əlbəttə get, mənə görə də narahat olma, görüm nə edirəm.
Kübra mesajı göndərib telefonu cibinə qoydu
Mərcan,əlində sini geri qayıtdı. Uşaqlar da, təkrar otağa girdilər.
-Ana, biz gedirik.
Yünis, üzünü anasına tutub dedi: -Yaxşı, oğlum,
Deyib, Mərcan, sinidəki yeməkləri süfrəyə düzməyə başladı.Aydın,yemək yemək üçün masanın arxasına kecdi. -Allaha əmanət olun uşaqlar
Kübra, mehriban səslə dilləndi.
: -Of, iki sözündən biri Allahdır. -Bir gün məni dəli edəcək bu kor qadın.
Deyə, Aydın, dodaqaltı mızıldandı.
Aydın, ona heç bir zərəri olmayan qayınanasını sırf gözləri görmədiyi, Allaha inandığı, və onu uşaqlarına tanıtdığı üçün, sevmir, ona ürəyində bitib tükənmək bilməyən nifrət bəsləyirdi.
Onun evində yaşamağına isə,yalnız Mərcana görə dözürdü.
Uşaqlar, hamııyla sağollaşdıqdan sonra hazırlığ kursuna getmək üçün evdən çıxdılar.
-Mərcan səndən bir şey xahış edə bilərəm qızım?
Kübra tərəddüdlə soruşdu:
-Yox, Kübra sultan xahiş eləməyin, buyurun, əmir edin.
Mərcan gülümsədi.
Qızının,bu sözlərindən sonra Kübranın az əvvəlki tərəddüdü həmin andaca yox oldu.
-Hər cümə olduğu kimi bu gündə məsçiddə dini söhbət var, məni ora həmişə Roza aparırdı, bilirsən, onun da qızı xəsdələnib.
-Səndə istəyirsən ki, səni Mərcan məsçidə aparsın, eləmi?
Aydın, qayınanasını qabaqladı.
-Hə, oğlum.
Kübra təsdiq etdi.
-Xeyir, aparmayacaq.
Aydın kəskin şəkildə dedivə əlavə etdi:
– Mən, arvadımın orda danışılan gic-gic şeyləri dinləməyini istəmrəm.
-Oğlum, orada, ancaq dindən…
-Bilirsən nə var…
Aydın, Kübranın sözünü kəsdi:-
Mənə, əslində heç olmayan, özünüzün uydurub inandığınız dininizi də, Allahınızı da, Peyğambərinizi də söydürmə. -Bəsdi!, Aydın.
Kübra bu yerdə özünü saxlaya bilməyb hiddətlə bağırdı:
Aydın, onun qəfil qışqırmasından ani çaşqınlıq yaşasa da, özünü o yerə qoymadı: -Qışqırma qarşında uşaq yoxdur.
-Qulaq as,Aydın,
Kübra əsəbi halda dilləndi -Sən,Allaha, Peyğambərə, dinə inanmırsan, bunu başa düşdük. -, amma bu sənə onları təhqir etmək və kiminsə inancına qarışmaq haqqını vermir. Bir də ki, Mərcan sənin arvadındısa, mənim də qızımdır və inanclıdır.
-Hə,yəni, demək isdəyirsən ki,
Aydın, qayınanasının sözlərinə cavab vermək istəyirdi ki, Mərcan, vəziyyətin gərginləşdiyini görüb , sözə qarışdı::
-Aydın, dayan. -Ana, sən də, əsəbləşmə. -Get, hazırlaş, səni məsçidə aparacam.
-Sağ ol, qızım, məni yanılmayacağını bilirdim. -Yaxşı, saat üçdə Məsçiddə olmalıyıq.
Kübra bunları deyib, ayağa qalxdı. Və hazırlaşmaq üçün ağır addımlarla otaqdan çıxdı.
Aydın, ağzını açıb nəsə demək istəyirdi ki, Mərcanın sərt baxışlarını görüb susdu, hər ikisi yemək yeməyə başladılar.
Üç gün keçdi. Axşamüstü idi. Kübra qonaq otağında oturub brayl əlifbası ilə çap olunmuş kitab oxuyurdu. Bu vaxt otağın qapısı açıldı.
-Kimdir?
-Mənəm, nənə, Hafiz.
-Gəl, oğlum.
Hafiz gəlib divanda, nənəsinin yanında oturdu.
-İfdar vaxtına nə qədər var: -Bir saat. Deyə Kübra cavab verdi. Bu gün on bir ayın sultanı müqəddəs Ramazan ayının ilk günü idi. Kübra da hər il olduğu kimi bu il də oruc tuturdu:
-Nənə, sənə çətin deyil?
Deyə, Hafis, qayğıkeşliklə soruşdu:
-Nə? oruç tutmaq?
Kübra nəvəsinin nə demək istədiyini başa düşdü:
-Hə, Hafis, cavab verdi:
-Yox, oğlum,
Kübra qətiyyətlə dedi:
-Allahın rizasını qazanmaq haqq-hesab günü onun hüzuruna alını açıq, üzü ağ, başı uca çıxmaq üçün görülən heç bir iş çətin deyil..
-Axı sən, neçə saatdır ki, yemək yeməmisən.
Kübranın nəvəsinin bu sözünə də cavabı belə oldu.
-Qulaq as, oğlum, Allah bizə bir gündə 24 saat və ildə 12 ay vaxt verir. Bunun da yalnız bir ayını oruc tuturuq.
-Bizim 11 ay ərzində yemək yediyimiz vaxt, oruc tutanda ac qaldığımız vaxtdan daha çoxdur. Bir də ki, Allah bizə bu dünya da yaşamaq haqqı, yaşamaq üçündə saysız-hesabsız neymətlər verib.Biz də əvəzində ibadət edərək ona olan qulluq borcumuzu yerinə yetirməliyik.
-Nənə, sən dini təhsil almısan? Deyə birdən Hafiz maraq dolu səslə soruşdu:
– Təəssüf ki, yox, oğlum Deyə Kübra məyus halda dedi.
Və dərindən ah çəkib əlavə etdi. -Mənim vaxtımda biz sovetlər birliyinin daha doğrusu Rusiyanın əsarəti altında yaşayırdıq, onlar da bizə nəin ki dini təhsil almağa, heç məsciddə ibadət etməyə belə icazə vermirdilər, ona görə də çox istəməyimə rəğmən dini təhsil ala bilmədim.
-Niyə soruşdun?
-Bəs sən indicə mənə danışdıqlarını haradan öyrənmisən?
Hafiz nənəsinin sualına sualla cavab verdi:
-Bax bu kitabdan öyrənmişəm. -deyə kübra əlindəki kitabı göstərdi.
-O, nə kitabdır nənə?
Hafiz dərhal maraqlandı.
-Bu bizim müqəddəs kitabımız olan Qurani kərimdir, oğlum.
Deyə Kübra cavab verdi:
-Hə, mən bu kitabı əvvəllər də sənin əlində görmüşəm.
Hafiz dedi:
-Yəni bu kitabda hər şey yazılıb? – Hə, mənim balam.
Kübra əminliklə dinləndi:
-Bu kitab bizim yer üzündəki ən yaxşı və ən doğru bələdçimizdir.
-Nənə mənə kitab barədə daha ətraflı məlumat verə bilərsən?
Hafizin kitaba marağı daha da artdı:
-Əlbətdə.
Kübra həvəslə danışmağa başladı.
-Nəin ki, biz müsəlmanların hətta, digər dinlərdən olan insanların da oxumalı olduğu bu müqəddəs kitab 610-cu ildə həzrəti Məhəmməd peyğəmbərimizə Məkkədə, Nur dağındakı Hira mağarasında Allah tərəfindən Cəbrail mələk vasitəsilə vəhy edilmiş, ilk ayəni isə əl-İkra, yəni yaradan Rəbbinin adı ilə oxu olmuşdur. Kitab 114 surədən, 6236 ayədən, otuz cüzdən, və hər cüzü 20 səhifə olmaqla 600 səhifədən ibarətdir. Surələrin 86-sı Məkkədə 28-i isə Mədinə də vəhy olunub. Ən uzun surə 286 ayədən ibarət olan Bəqərə, ən qısa surəsi isə 3 ayədən ibarət Kövsər surəsi olan Quran Fatihə surəsi ilə başlayıb Nas surəsi ilə bitir. Quran elə bir kitabdır ki onu gözlə oxuyan ancaq yazısını görər, qəlbi ilə oxuyan mahiyyətini duyar, ruhu ilə oxuyan isə Allahı dərk edər. Qısası başqa səmavi kitablardan fərqli olaraq 23 il ərzində hissə-hissə nazil olunan və təhrif olunmadan günümüzə qədər gəlib çatan bu müqəddəs kitab yaradanın şüurlu varlıqlar olaraq yaratdığı, bizlərə onu dərk edib sevməyimiz, ən əsası isə insan kimi yaşamağımız üçün göndərdiyi ən mükəmməl hədiyyədir. Ona görə də biz bu kitaba müqəddəs kitab deyirik. Hə, onu da deyim ki, Quran ramazan ayında nazil olunub.
-Bəs sən bu kitabı haradan almısan? Deyə Hafiz növbəti sualını ünvanladı:
Kübranın nəvəsinin bu sualına da cavabı belə oldu:
-Almamışam rəhmətlik babanın ad günü hədiyyəsidir.
Baxa bilərəm Hafiz əlini kitaba tərəf uzatdı:
– Əlbətdə baxa bilərsən Kübra dedi: və əlavə etdi: amma yazıları oxuya bilməyəcəksən çünki bu kitab bizlərin yəni görmə məhdudiyyətli insanların yazıb oxuduğu brayl əlifbası ilə yazılıb. Bir də əllərin təmizdir?
-Hə təmizdir.
-Hə qoy onu da deyim ki, Qurani kərimə əl vuran insanın təkcə əlləri yox, ruhu və qəlbi də təmiz olmalıdır, deyə Kübra əlavə etdi Kitabı nənəsinin əlindən alan Hafiz onu öpüb alnına qoymuşdu ki otağın qapısı gurultu ilə açıldı.
-Hə deməli belə deyib Aydın qəzəbli halda içəri girdi.
-Bayaqdan sizi dinləyirdim deməli sən mənim evimdə xurafatla məşqulsan.
-Əstəğfürullah oğlum, mən… Kübra mülayim səslə cavab vermək istəyirdi ki,
-dayan Aydın onun üstünə çımxırdı
-Birincisi mənə oğlum demə, mənə sənin kimi kor ana lazım deyil. İkincisi isə mən sənə bu evdə yaşamağa yalnız Mərcanın xatirinə icazə vermişəm, uşaqlarımın tərbiyəsini pozub onların başını koranə şeylərlə doldurasan deyə yox, aydındır!? -Ata nənəm…
Hafiz nənəsini müdafiə etmək istədi
-Kəs səsini! –
Aydın oğlunun da sözünü ağzında qoydu.
-Mənə de görüm elmə, təhsilə sərf eləməli olduğun vaxtı niyə belə boş- boş şeylərə sərf edirsən, hə? ver! o kitabı mənə ver görüm!
Aydın Hafizin hələ də əlində tutmaqda olduğu Quranı aldı.
-Aydın xahiş edirəm ver onu mənə!
– Oğlum o muqəddəs kitabdır.
Kübra ayağa qalxıb yalvarmağa başladı. -Bəsdi zəhləmi tökdün kor qadın. Qayınanasının bu sözlərindən sonra daha da özündən çıxan Aydın- al muqəddəs kitabını da bu saat rədd ol mənim evimdən.-deyib var gücü ilə kitabı onun başına çırpdı. Aldığı qəfil zərbənin təsirindən səndirləyən Kübra çarəsiz halda divana çökdü. Bu vaxt mətbəxdə yemək bişirən Mərcan və otağında dərs oxuyan Yunis səsi eşidib gəldilər.
-Aydın! Nə edirsən? Utanmırsan?
Mərcan irəli yeriyib yerə düşən kitabı götürmək istədi.
-Çəkil görüm.
Aydın sərt hərəkətlə arvadını sinəsindən geri itələdi sonra da üzündə iyrənc bir təbəssümlə
-İndi görək sənin bu kor ananın müqəddəs kitabı mənə nə edəcək deyərək yerdəki Quranı ayağı ilə qaldırıb yuxarı atdı. Kitab əvvəlcə tavana ordan televizora, sonra isə təzədən yerə çırpıldı. O saatda Aydın kitabı təpikləməyə başladı.
Aydın! Dayan! Nə edirsən?
Ata! Eləmə!
Mərcanın və uşaqların qışqırırq səsi Kubranın ağlama səsinə qarışdı. Hər kəs Aydına mane olmağa çalışır, o isə heç kimin ona yaxınlaşmağına imkan vermir, Quranı futbol topu kimi o tərəf-bu tərəfə atırdı. Birdən gözlənilməz bir şey oldu. Aydının saniyələr içində rəngi qaraldı. Sonra o, sağ əlini ürəyinin üstünə qoyub kökündən qopmuş ağac kimi yerə yıxıldı.
-Aydın! sənə nə oldu? – Ata!
Mərcan ilə Yunis təşviş içində yerdə hərəkətsiz halda uzanan Aydına sarı yüyürdülər.
-Nə oldu, qızım?
Kübra təlaşlı halda ayağa qalxdı. -Bilmirəm ana, deyəsən, ürəyidir. Mərcan həyəcanlı səslə dedi və tez! təcili yardım çağırın . deyə də əlavə etdi. -Mən çağırıram.
Deyib Kübra telefonu əlinə götürdü.
İki saat keçdi Kübra Hafiz və Yunislə birgə Sabunçu rayonu 3 saylı şəhər kliniki xəstəxanasınınn gözləmə zalında bir
saatdan çox idi ki əməliyyat olunan Aydından xəbər gözləyirdi. Allahım! yalvarıram Aydın əməliyyatdan sağ-salamat çıxsın, sağalıb yenidən ailəsinin yanına qayıtsın -deyə Kübra əllərini açıb dua etməyə başladı.
-Nənə, atam az əvvəl səni təhqir etdi.Sən isə onun sağalması üçün dua edirsən?
-deyə Hafiz təəcübləndi.
-Qulaq as ağıllı balam.
Kübra sağ əlini yanında oturan nəvəsinin çiyninə qoyub danışmağa başladı.
Atanın Allahı və müqəddəs kitabımızı təhqir etməsi məni təhqir etməsindən daha ağırdır, amma, Allah bağışlayandır və əgər əbədi olan Allah bağışlayırsa onda fani olan biz qullar da bağışlamağı bacarmalı, hər nə olur olsun çətin vəziyyətə düşən birinin yanında olmalıyıq. Bir də ki, nə bilmək olar bəlkə bu olanlar atanızı doğru yola qaytarar. Bu vaxt Mərcan da onların yanına gəldi.
-Bir xəbər var yox?
Hafiz başını buladı.
-Harada idin, qızım?
Kübra mülayim səslə soruşdu.
-Aydınnın ailəsinə xəbər verdim.
Mərcan üzgün halda cavab verdi.
-O saat da yola çıxdılar, sonra da Teybə xala və məktəbin direktoru ilə danışdım .
-Lap yaxşı Kübra başını tərpətdi.
-Ana sən orucunu açdın?
-Hə, qızım açdım. Hafiz sağ olsun, mənim üçün şiriniyyat və çay aldı.
-Lap yaxşı, gör nə deyirəm, bəlkə sən uşaqlarla birlikdə evə gedəsən.
-Yox qızım Kübra etiraz etdi.
-Heç olmasa qoy Aydının valideynləri gələnə qədər burda qalım .
Bu vaxt tibb bacısı sürətli addımlarla onlara yaxınlaşdı.
-Təcili bizə iki müsbət qan lazımdır.
-Qan?
Mərcan təlaşlandı.
-Bəli, iki müsbət qan .
Tibb bacısı təkrar etdi.
-İndi biz qanı haradan necə tapaq? Mərcan çarəsiz halda tibb bacısına baxdı.
-Ana, biz verə bilərik?
Yunis dedi:
-Yox, oğlum.
Mərcan başını buladı.
-Sizin yaşınız azdır.
-Mənim qanım iki müsbətdir mən verərəm deyərək, Kübra cəld ayağa qaxdı.
-Yaxşı, onda buyurun gedək.
Kübra ilə tibb bacısı birlikdə gözləmə zalından çıxdılar.
-Kaş atamın da ürəyi nənəmin ürəyi kimi olardı.
Hafiz kövrəldi. Bayaq o nənəmə nələr dedi amma nənəm onun sağalması üçün dua edirdi indi də qanını verir.. -Qulaq as Hafiz.
Yunis üzünü qardaşına tutdu
-nənəm həmişə deyir ki, Allah insana bir fiziki görkəminin necə olmasını bir də ailəsinin kim olmasını seçmə haqqını Nə eləyək ki indi bizim də bəxtimizə Aydın kimi ata yazılıb məni ən çox maraqlandıran bilirsən nədir?
Hafiz azacıq fasilədən sonra yenidən nəzərlərini anasına və qardaşına çevirdi
-Atamın ailəsində hər kəs yəni, nənəm, babam, əmim, bibim hamısı Allaha inandıqları halda o necə ateist olub ?
-Ah, oğlum.
Mərcan dərindən köksünü ötürüb dilləndi:
-Bizim təhsil aldığımız vaxtlar sovetlər birliyinin daha dəqiq desək Rusiyanın əsarəti altında yaşadığımız vaxta təsadüf edirdi həmin vaxtlar ən çox da ali təhsil müəssisələrində ateizm təbliğ olunurdu Allaha şükürlər olsun ki mən babanın və nənənin sayəsində o, lənətə gəlmiş müəllimin təsirinə düşmədim amma, atan… Mərcan bu yerdə ağlamağa başladı . Mən onu fikrindən döndərmək üçün çox çalışsam da alınmadı nənənlə babana onun ateist olduğunu demədim çünki atanızı sevirdim və onların bunu öyrəndikləri zaman evlənməyimizə razı olmayacaqlarını bilirdim.Sonra babanız rəhmətə getdi mən də atanızı bir təhər razı salıb nənəniz tək qalmasın deyə onu bizə gətirdim yazıq nənən də həqiqəti o zaman öyrəndi o da atana doğru yol göstərməyə çalışdı amma bacarmadı .
-Özünü üzmə, ana.
Yunis böyük adam təmkini ilə dilləndi.
-İnşAllah atam sağalar və nənəmin dediyi kimi bəlkə bu dəfə doğru yola qayıdar inşAllah! Mərcanla Hafiz başlarını tərpətdilər.
Bir neçə saat keçdi.Səhər saatları idi. Yenə hər kəs xəstəxananın gözləmə zalımda həyəcanla Aydından bir xəbər
gözləyirdi. Artıq Aydının atası İdris, anası Gülüstan, bacısı Həyat və qardaşı Cahandar da gözləyənlər arasında idilər. -Niyə hələ bir söz demirlər?
Həyat gözləri yaşlı halda atasına baxdı:
-Ağlama, qızım gözləyək görək nə olur.
İdris qızını sakitləşdirməyə çalışdı.
Bu zaman Kübrayla Gülüstan birlikdə namaz qılmaqdan qayıtdılar Mərcan
Kübra qızını səslədi burdayam, ana
Mərcan yorğun gözlərini anasına çevirdi. bir xəbər var?
-Hələ yox.
Deyə Hafiz anasının əvəzinə cavab verdi.
Bu vaxt ağ xalatlı tibb bacısı onlara tərəf gəldi.
-Nə oldu?
Gülüstan təlaşla yerindən qalxdı:
-Gözünüz aydın. Aydın bəyin əməliyyatı yaxşı keçdi.
Tibb bacısı hər kəsə xitabən dedi: Bir neçə saat əvvəl özünə gəldi on beş dəqiqə əvvəl də palataya köçürüldü, deyə əlavə etdi: – Onu görə bilərik?
Sualı sevinci səsində açıq-aşkar hiss olunan Mərcan verdi.
-İndi həkim yanındadır əgər məsləhət bilsə görərsiniz. Qızım xahiş edirəm məni də özünlə Aydının yanına apar özüm həkimlə danışaram oğlumu görmək istəyirəm Gülüstan təkid etdi qulaq asın xanım, tibb bacısı ciddiləşdi sizinlə açıq danışacam oğlunuz ağır ürək əməliyyatı keçirib əslində biz xəstə əməliyyatdan çıxan kimi yaxınlarını məlumatlandırırıq ancaq sizə Aydın bəy tam ayılanda xəbər verdik bilirsiniz niyə? gözlədik ki o özünə gəlsin çünki bizim onun nəyin ki oyanmağına hətta yaşamağına belə ümidimiz yox idi hər kəs eşitdikləri qarşısında yerindəcə donub qaldı. Ona görə də onu yormaq olmaz. dediym kimi Aydın bəyi ancaq həkim icazə versə görə bilərsiniz .
Tibb bacısı bunu deyib getdi.
Aydın palatasında taqətsiz halda uzanmışdı.
-Özünüzü necə hiss edirsiniz Aydın bəy?
Başının üstümdə dayanan həkim mehriban səslə soruşdu:
-Yaxşıyam. Həkim.
Deyə Aydın yorğun səslə cavab verdi:
Sonra da Məni nə vaxt evə buraxacaqsınız.-deyə soruşdu:
–Niyə evə getmək üçün belə tələsirsiniz?
Həkim suala sualla cavab verdi:?: sonra əlavə etdi: yeni əməliyyatdan çıxmısınız heç olmasa bu gün müşahidə altında qalın. -Qulaq asın, Aydın bəy.
Aydın yenə nəsə demək istəyirdi ki həkim onu qabaqladı
-Siz kəskin miokard infarktı yəni, ürək tutması ilə bağlı olaraq, olduqca ağır əməliyyat keçirdiniz sizi əvvəl Allahın sonra da Kübra xanımın sayəsində xilas edə bildik.
– Kübra xanımın?
Aydının gözləri heyrətdən böyüdü bəli qayınananızın, həkim davam etdi . Əməliyat əsnasında sizə təcili qan lazım oldu Kübra xanım da …
-Mənə qanını verib ölümdən xilas etdi.
Aydın həkimin cümləsini tamamladı.
-Bəli.
Deyə həkim təsdiq əlaməti olaraq başını tərpətdi.
-Onu görmək istəyirəm.
Aydın yalvarıcı səslə dedi:
Həkim tibb bacısına Kübranın palataya çağrılmasını tapşırdı.
-Allahım sənə çox şükürlər olsun. Oğlumu bizə bağışladın.Deyərək Gülüstan sevinclə əllərini göyə qaldırdı. -Sənə çox təşəkkür edirəm Kübra xala.Deyə Cahandar üzünü Kübraya tutdu:
-Bayaq siz namaz qılmağa gedəndə Hafiz olanları bizə danışdı. Aydın səni təhqir edib qəlbini qırdığı halda sən ona qan verib ölümdən qurtardın. ona yenidən yaşamaq şansı verdin. Allah səndən razı olsun.
-Aydına yenidən yaşamaq imkanını mən yox, Allah verdi.
Kübra sakit tərzdə dilləndi:
-Ona qan verməyimə qaldıqda isə özünə insan deyən və insan olmağın yolunun da darda qalana əl uzatmaqdan keçdiyini bilən hər kəs mənim etdiyimi edərdi. Aydının bu günə qədər sizə etdiklərinə görə sizdən onun yerinə mən üzr isdəyirəm Kübra bacı. İdris məyus halda dedi sizə bir ata olaraq yalvarıram onu bağışlayın.
-Günahkar olmadığınız bir məsələyə görə üzr istəməyin. İdris qardaş.
Kübra bayaqkı tövrlə yenidən dilləndi.
-Qaldı Aydını bağışlamağıma, Aydın uşaqdır, biz böyüklər isə uşaqlarımızı səhvlərinə görə mühakimə etmək, küsüb üz çevirmək yerinə hər zaman onları doğru yola dəvət etməli, onlara qarşı bağışlayıcı olmalıyıq.
-Düzdür
Hər kəs təsdiq əlaməti olaraq başını tərpətmək istəsə də Kübranın görmə məhdudiyyətli olduğunu nəzərə alaraq razılıqlarını sözlə bildirdilər bu vaxt bayaqkı tibb bacısı yenidən göründü:
-Aydın bəy Kübra xanımı görmək istəyir.
-Nə? Mərcan heyrətləndi:
-Məni? Deyə Kübra dəqiqləşdirmək isdədi:
:Bəli, sizi.
Tibb bacısı dedi-və
-Oyananda da sizin adınızı sayığlayırdı.
Deyə əlavə etdi.
Hamı eşitdikləri qarşısında heyrətləndi.
-Buyurun, gedək.
Nə baş verdiyini anlamayan tibb bacısı isə Kübranın qoluna girib onu Aydının qaldığı otağa apardı.-Yaxşı, Aydın bəy mən indi gedirəm. Lazım olsam tibb bacısına deyərsiniz. Həkim bunu deyib otaqdan çıxdı. Ardınca da içəri tibb bacısı ilə birgə Kübra daxil oldu.
-Buyrun. Beş dəqiqədən sonra gəlib sizi aparacam. Deyən tibb bacısı Kübranı Aydının çarpayısının yanındakı stola əyləşdirib getdi.
-Aydın
Kübra yumşaqcasına səsləndi.
-Canım, anam.- Aydın kövrək halda dilləndi.
Kübra heyrətləndi çünki aydın 20 ildə ilk dəfə idi ki, ona ana deyirdi.
-Özünü necə hiss edirsən oğlum? Deyə Kübra canıyananlıqla soruşdu:
-Səni gördüm yaxşı oldum.
Aydın dedi:sonra da Kübranın əlini əllərinin arasına alıb öpərək alnına qoydu:
-Aydın nə edirsən oğlum? Kübra əlini geri çəkmək istədi.
-Bunu çoxdan etməli idim.
Aydın məyus səslə ağır-ağır danışmağa başladı:
-Bilirsən, mən ayılana qədər yuxumda ancaq səni görmüşəm.
-Məni Kübra təəccübləndi:
-Hə
Aydın davam etdi.
-Sən əlində Quran kitabi ilə başımın üstündə dayanıb sağalmağım üçün dua edirdin . Mən sənin səsinə oyandım. Özü də adını sayıqlayaraq. Ana dünəndən bu günə yəni, narkozdan ayıldığım müddətədək bütün həyatım bir film lenti kimi gözlərimin qarşısından keçdi.onların içində səninlə olan xatirələrim də var idi. Bu günə qədər məni düşdüyüm qəflətdən çıxarmağa çalışdığın üçün səni sözün həqiqi mənasında düşmən gözündə görmüş , inanclı olduğun üçün cahil adlandırmışam.
Kübra bu yerdə nəsə demək istəyirdi ki, Aydın onun sözünü kəsdi.
-Səni hər zaman vəziyyətinə görə incidib alçaltmış, ən ağır sözlərlə qəlbini qırmışam. Yalvarıram məni bağışla. Allaha and içirəm ki, bunlar bir də təkrarlanmayacaq. Bundan sonra sən mənim ikinci anamsan.Yalvarıram, sən də məni oğlun olaraq qəbul elə.
Aydın susub qayınanasının nə deyəcəyini gözlədi.
-Onsuz da sən mənim oğlumsan, Aydın.- Kübra mehriban səslə danışmağa başladı:
-Mərcan nə rəhmətlik atasına nə də mənə sənin ateist olduğunu deməmişdi mən həqiqəti bir də sizinlə yaşamağa başlayandan sonra öyrəndim. Lakin xoşbəxtliyinizə mane olmamaq və yuvanızı dağıtmamaq üçün səsimi çıxarmadım. Daima sənin müsbət xüsusiyyətlərini görməyə, sənə də o yöndə yaxınlaşmağa … -Və doğru yola qaytarmağa çalışdın. Aydın düzəliş verdi:
-Bilirsən, ana dünən mən sənə kor dedim, amma əsl kor mənəm ki, gözlərim gördüyü halda sənin qəlbin və beyninlə gördüklərini görə bilməmişəm.
-Belə bir söz var, oğlum
Kübra mülayim tərzdə dilləndi.
-Deyirlər ki, səhvini başa düşüb Allahdan bağışlanmağına diləyən insan, əksinə səhvini başa düşməyən və onu təkrar edən isə şeytandır. Sən səhfini başa düşüb insan olmağı seçmisənsə xoş halına
-Səncə Allah məni səhvlərimə görə bağışlayar? Aydın gözlərini ümidsiz halda Kübranın ağzına tikdi:
Kübranın suala cavabı belə oldu:
-Qulaq as, oğlum. Bunu bil ki, Allahın mərhəməti yer üzündə yaratdığı bütün canlılardan və onlara yaşamaq üçün verdiyi nemətlərdən də boldur. Sən hər zaman dua və tövbə et, yaxşı?
Kübra bunu deyib bir ana kimi Aydının başını sığalladı. Sonra da əyilib yanaqlarından öpdü.
Aydının isə onun bu isti münasibətindən gözləri yaşardı. İndi onun qəlbinə sonsuz bir peşmanlıq hissi hakim kəsilmişdi.
* * *
İyirmi doqquz gün keçdi. Gözəl yaz fəslinin bir ayı arxada qalmışdı. Səhər saatları idi. İlıq yaz günəşinin şüaları artıq canlanmış təbiəti sığallayır, insanların ruhunu oxşayırdı. Kübra evlərinin mətbəxində çay dəmləyirdi.bu vaxt qapı açıldı. Və -Bayramın mübarək olsun, canım anam.
Deyib Mərcan içəri girdi: – Səninlə bahəm , qızım.
Kübra dəm çaynikini qaz plitəsinin üstünə qoyub yavaş addımlarla qızının səsinə tərəf getdi. Ana- bala qucaqlaşıb öpüşdülər. Bu gün müqəddəs ramazan bayramı idi.
-İnşaaAllah birlikdə neçə belə bayramlara çıxaq.
Kübra səmimiyyətlə dedi:
Mərcanda anasının duasına qoşuldu.
-Yaxşı gəl süfrəni hazırlayaq.
Deyib Kübra soyuducudan lazım olan ərzaqları çıxardı.
-Bəs Aydınla uşaqlar hanı? Deyə Mərcan anasından soruşdu: – Bilmirəm qızım mən yalnız darvazanın örtüldüyünü eşitdim.
Deyə Kübra müəmmalı tərzdə cavab verdi:
-Nə vaxt çıxdılar?
-Bir saat olar.
-Qəribədir.
Mərcan duruxdu:
-Səhər tezdən bunların üçü də hara gediblər?
-Yəqin kiminləsə bayramlaşmağa gediblər.
Kübra ilk ağlına gələn fikri dedi:
-Bayramlaşmağa?
Mərcan təəccübləndi- Uşaqlar bəlkə , amma Aydın
-Aydın çox dəyişib, qızım. Daha əvvəlki kimi deyil. , hiss eləmirsən? Anasının bu sözləri Mərcanın ürəyindəki şüphəyə son qoydu: O, ağzını açıb nəsə demək istəyirdi ki, qonaq otagından Aydının -Hey! Millət! -Deyən gur səsi eşidildi.
Kübra ilə Mərcan səsi eşidib otağa girən kimi Aydın, Hafiz və Yunis bayramlaşmaq üçün onlara tərəf yeridilər. Aydın iyirmi il ərzində ilk dəfə bayramın mübarək deyib Kübranı, uşaqlar isə analarını qucaqladılar.
-Nənə, gəl səninlə də bayramlaşaq.
Deyib Hafiz özünü Kübranın üstünə atdı.
-Hə, indi deyin görüm harada idiniz?
Hamı bayramlaşdıqdan sonra Mərcan üzünü ərinə və balalarına tutdu:
-Məscidə bayram namazına getmişdik.
Deyə Aydın təbəssümlə cavab verdi?
-Məsçidə?
Mərcan heyrətləndi.
-Hə Aydın gülümsəyərək dedi:və
-Neçə gün idi ki,, namaz öyrənirdim. İlk namazımı da bayram günü məsciddə camaatla birgə qıldım.
Deyə əlavə etdi.
Şükürlər olsun sənə ey! Uca Rəbbim evimizə iki bayram birdən gəldi. Kübra sevincək dedi:
-Sənin sayəndə, canım anam.
Deyib Aydın qayınanasını yenidən qucaqladı:
-Sən olmasaydın mən heç vaxt qəflət yuxusundan oyanmaz, doğru yolu tapa bilməzdim. Hə, bir də başıma o hadisə gəlməsəydi.
-Bəzən bir müsibət, min nəsihətdən daha yaxşıdır.
Deyə Mərcan dilləndi.
-Düz deyirsən.
Aydın arvadının sözlərini təsdiqlədi:
Sonra gözləri yaşarmış halda danışmağa davam etdi:
-Hamı namazı elə şövqlə qılırdı ki onlara baxdıqca ibadətsiz keçirdiyim illərimə heyfim gəldi.
-Hələ gec deyil, oğlum.
Kübra əlini mehribancasına kürəkəninin çiyninə qoydu:
-Qarşıda kim bilir səni neçə illər gözləyir.
-İnşaAllah səhvlərimi düzəltməyə ömrüm yetər Deyə Aydın əllərini Allaha açdı.
-İnşaAllah
Deyə hər kəs başını tərpətdi.
-Yaxşı gedim yeməyi hazırlayım Mərcan bunu deyib mətbəxə ,qalanlar isə yemək masasının arxasına keçdi.
Yazıya 8 dəfə baxılıb








