Nə gözəl yayılıb axırsan, Çayım,
Kimsə verə bilməz sənin yerini
Səsinin sevinci dünyadan aşır-
Budur , salamladın öz şairini..
.
Belə bilməmişəm, için doluymuş
Sən nələr anlatdın, sən nələr dedin..
İndicə mən sənə yalan danışdım
Boğazdan yuxarı, “düzələr” dedim..
Nəyin xəyalını, nəyə yozursan..
Məni cəzb eliyən bu balıqlardı..
Səsini bir qədər ala bilsəydin,
Bütün bu balıqlar, şair olardı
Eeeeh. Şair yem olub nə balıqlara
Balığa təntiyən insanlar görüb..
Ay mənim qışqıran-çığıran çayım,
Səndə balıq tutan ilanlar görüb..
Bir azdan daşqının selin gələcək
Hələ bilməy olmur, özgə nəyin var
Yaşayıb görməyi gözlüyürəm mən
Bəlkədə qırıldı bütün ilanlar..
Suyun qurumasın sənin, yazıxsan
Beləcə dupduru axmağında ol
Suyumuz quruyur, hədər oluruq
Deyirəm biləsən,
Deyirəm Sağol!..
***
Bu qarın küləyi nə möhkəm əsdi
Hələ də, ölkədə bir işıq yanır
O da, sönəcəkdir səhərə yaxın.
O, işıq sönməsə, vaxt da, başlamır
İşıq yandırmağı mənə buraxın…
Bir küncə qısılmış, bir canlı kölgə
Balaca mətbəxin kiçik qucağı..
Bir də, töhmət dolu yanan bu işıq
Ümidsiz kəlmələr.., mövlud qabağı…
Gözümdə doğmadır bu güllü çaydan
Soğança qoxuyur burda hər nə var.
Sözün qarşısında durmasaydılar
Şeir olardımı bu soğançalar…
Bu gün, bilirdim ki, qar yağacaqdı
Arabir tullayır qışın ilk qarı
Göyə qayıtmamış, yerə düşməmiş
Dəftərə tikirəm mən bu qarları…
Baxırsan, əhvalın hər an dəyişir
Gecənin küləyi.. – üzbahara…
Xəyalım-düşüncəm yelkən açıb
Ümidim öyrəşib bu oyunlara…
Bu qarın küləyi nə möhkəm əsdi
Eşiyi dağıtdı, yurdu dağıtdı..
Min ilin dağda bilmədiyini
Gəldi, gələ – gələ, bir bu dağıtdı…
***
Solub məhv oluram gənc günlərimdən
Lakin sağalmaq da istəmirəm mən.
A.S.Puşkin
Yalnız məhəbbət
Şair, çoxdandır ki, yazmıram bir şey
Oxudum şerini bir az ayazam
Gərək ən azından doğrunu yazam
Axı, baş saxlamaq mənim işim döy
Şair ürəyinin gənclik büsatı
Olmasın nəşəsiz, olmasın eşqsiz
Şadlığın vüsəti, sevincin dostu
Qəmin övladları sayılırıq biz
Neçin ürəyimə sitem edirsən
Eşq, ey varlığımın əzəl yaşıdı
Bilirəm dərdlisən, axı bir dinlən
Gəncliklə həyatın öz savaşıdı..
Aldım əsirlərin ağırlığını
Yordum gəncliyimi bu yollarda mən
Gənclik sevincini, gənclik qeydini
Görmüşəm, bilmişəm kinolardan mən
Mənim tapındığım bir yerdi, bir göy
Meylimsə hər zaman azadlığadı
Geri alınacaq itirilənlər,
-İstiqlal gəncliyin umudunadı..
Hələ mənim işim məşəqqətlədi
Hələ dolanışıq, hələ ki, yaşam.
Ürəyim hörmətlə, məhəbbətlədi
Hələki çörəyə alçalmamışam.
Mən sadə bir qəlbin rahatlığını
Ya, yoxsul bir kəsin ləyaqətini
Hər dürlü nemətdən üstün bilmişəm
Sevmişəm tanrının həqiqətini.
Sevmişəm həyatda məsumluğu mən
Sevmişəm xilqəti-insanlığı mən
Lakin mən yanıram, yanıram qəlbən
Yalnız məhəbbətin fəlakətinə
Ümidin, dostluğun həlakətinə,
Ülfətə, ismətə, namusa, ömrə..
Ağlını zorluyub bir para zümrə
Dünyanı saldığı dərdə yanıram
Namərdə yanıram, mərdə yanıram
Zalıma, zülmədə acıyıram mən
Elə ölümə də acıyıram mən.
***
Bu qarın altında yaşamaq olmur
İlahi, mən ölüm, kəsmə bu qarı
Sənin, bu qarında sirli nəsə var.
Toplayır, düzəldir qar topaları
Qara isinirlər soyuq adamlar..
Məni də, soyuğa isit İlahi
Mənə də, pay düşsün qar istisindən.
Nə olar, məni də, kiçilt İlahi
İsinim qarın da, hənirtisindən..
Bu qarı beləcə yağdır İlahi
Gecənin özü də görünsün ertə..
Bu qarı beləcə yağdır İlahi
Bəlkə yerin-göyün eybini örtə..
Bu qarı beləcə yağdır İlahi
Hər yan bəyaz olsun, hər yan ağ olsun
Bu qarın altında yaşamaq olmur
Bu qarın üstündə yaşamaq olsun..
***
Məhəmməd Mehdi
“Gənc Ədiblər” məktəbinin, məclisinə qatılmaq üçün rayondan Bakıya getmişdim. Tədbir iştirakçıları hələ gəlməmişdi. Yazını, bu vaxt ərzində qələmə aldım.
TURANA DOĞRU..
Günəş ! – o bəxti kəm qız.., güzgülənir Xəzərdə.
Bu, eyni mərifətdir bizim ali nəzərdə.
Basılmış cəhalətə, əsrimiş* Sahil Bağı,
Vəhşi göyərçinlərin oluşan bu durağı,
Əhatə etdiyindən faydasız binaları,
Yellanıb, asta-asta getdim Cavidə sarı.
Fikrin azadlığında, məzkun olan bu quşlar,
Ustadla birgə, bu gün, yeni məclis qurmuşlar.
Yüksəlib, bir tərəfdən dəstə-dəstə gəlirlər
Sanki, vaxta münasib, məclisə düzəlirlər..
Onun, dörd bir yanında, gazinarək durdular,
Onun, dörd bir yanında, gəzinərək durdular,
Bir qayənin yolunda, xoş müsahib oldular..
Ustad ülfət edirdi, həzin söhbət edirdi;
-(Cavidə heyranlığım, zamanı gözlədirdi.
Ürəyim həyacannan, sevincinnən yanırdı,
Beynimdə umulmaz bir xəritə yaranırdı.)
“Durub qarşı – qarşıya sarsılan bir ümidlə,
Çıxış edirsə könlüm, doğru-düzgün öyüdlə,
Sanmayasınız şair göylərdən enmiş yerə,
О ki, doğulduğunnan sakin olmuş göylərə.
Mənim sizə verdiyim, bir amaldır, bir öyüd,
Siz, becərmə bilsəniz bar verəcək bu Söyüd.
Bir Türkün ki, yanında nə vaxt cəngi səslənər,
Onun mərd kişiliyi Turan deyib, qəsdlənər.
Ürəyə məmur olar eyni qəsdin həvəsi,
Min kafiri parçalar türkümün birdənəsi !
Qeyrətinin həmləsi, Türkə hünər qandırar,
Oğuz xanı, Babəki, AlpArslanı andırar.
Oluşan bu hünərlə,”Ər”-lik olar tədarük,
Xeyir öhdəliyilə, şərə üstün gələr Turk.
Türk özüylə bəşərə, şənlik, büsat gətirər,
Yerlər bunu alqışlar, Allah bunu götürər.
Bir vaxt ki, Türk dediyin, kimliyini anlayar
Həyata bir dad gələr, dünyada nizam olar!”
Gördüyüm bu mənzərə nə gözəl, necə munis,
Lakin, bu quşlar qədər olmadıq, olmadıq biz.
Keşkə burda olaydın, anlayaydın mətinnən,
Bircə söz qavrayaydın, Cavidin hikmətinnən.
Duyub bir oğul kimi, dərk eylə sevdasını,
Onun simasına bax, gör Türkün simasını!
Haqqları ruhlandıran bu dirəniş, bu hünər
Qurd ürəyi daşıyar, Al Bayrağa bürünər!
Şüar edər əzmini; – “Qeyrətim kəfənimdir,
Bildiyiniz Asiya, mənim öz vətənimdir”!
***
Gecə düşüncələri
Gecələr insanı aldatmır gülüm
Günüzlər insanı aldadan kimi.
Günüzlər işığı parlatmır, gülüm
Gecələr işığı parladan kimi.
Yox-yox, mən günəşə asi deyiləm,
Gecənin süfrəsi daha genişdir.
Fikirlə qələmdir, gecəylə mənəm,
Gündüzün özü də, gecələmişdir.
Gecə müstəqildir, gecə mətindir,
Hünər təzələnər, qeyrət fərz olar.
Gecə məhəbbətin, səadətindir
Şerim ən birinci ona ərz olar.
Necə ki, gecələr yaxalanar ay..,
Ağılda özünü bir suya çəkər..
Gecə, günahlan təqsirləndirər
Gecə, vicdanları sorğuya çəkər.
Gecə yüngülləşər həyatın yükü,
Məhəbbət duyarsan, təbiətində.
Sədaqət, cəsarət, hikmət duyarsan,
Ləyaqət duyarsan, keyfiyyətində.
Gecə hüzur tapar həsrət, xəyalla
Doğruluq – düzgünlük öhdəyə düşər.
Fikirdə cəmləşər eşqlə, amalla
Sevgidə sevgiylə gecə görüşər..
Səni unudanı, gecə unutmaz,
Girər ayrılığın xəcalətinə.
Gecə, tənhalığı maneə tutmaz,
Həmdəmdir, həyandır həqiqətimə.
Gecə sevgi qatar şeirlərimə,
Yalnız ürəyimi, duyğulandırar.
Yalanı gerçəyə, gözü ürəyə,
Ümidi sabaha, о inandırar.
Aşiqin eşqi də, gecəyə həmdəm,
Arifin sözü də, ona tanışdır.
Bir başqa yaşandı bu gün,
bu gecə Yerləri-göyləri ovsunlamışdır.
Hazır, cəhaləti udmuşkən gecə,
Bir vaxt istəmirsən, açıla səhər.
Səhər açıldımı, gecə gəlincə
Onnan ayrılırsan, gecəyə qədər.
Yazıya 8 dəfə baxılıb









