GÜLNARƏ ACALOVA – “NAR ÇİÇƏYİ”

43554495_1765332543592539_7632602303165366272_n  Hörmətli kultur.az! 1967-ciildə GürcüstanRespublikasınınBorçalı mahalındadoğulan, Bolnisidə ortaməktəbi, Tiflisdə isə A.S. PuşkinadınaDövlətPedaqoji İnstitutunfilologiafakültəsinibitirəndənsonraailə vəziyyətiilə bağlı RusiyaFederativRespublikasınınBelqorod şəhərində yaşayanAcalovaGülnarə İbrahimqızı bizimmüstəqil ölkəmizlə də sıxtellərlə ürəkdənbağlıdır. Üç ailəlibacısı və kiçikoğlu, alitibbtəhsilliRəşadBakıdayaşayıbişləyirlər.  Gülnarə xanımın “Nar Çiçəyi” imzasıylahəmAzərbaycan, həmdə rusdillərində yazdığı şeirvə esselərimüxtəlif ölkələrdə, ocümlədənrespublikamızdavaxtaşırı olaraqişıq üzü görməkdədir. Gülnarə xanım ədəbiyaradıcılığını davametdirməklə yanaşı,  xaricdə yaşayansoydaşlarımızlabirlikdə nankorqonşularımızıniç üzlərininifşaolunmasındavə xalqımızınhaqqişinintəbliğində də mühümroloynayan ənfəalziyalı qadınlardanbirihesabolunur. İstərdimki, bizimMingəçevirdəki ədəbialəmlə də bağlı olanGülnarə Acalovanındərginizə ünvanladığımbirneçə yazısını oxucularatəqdimedəsiniz.

                  Sizə, ədəbidərginizin əməkdaşlarınahörmətvə ehtiramla:3

                İsmayıl İmanzadə, AYBninMingəçevirbölməsininsədri

Esselər

DAŞ ÜRƏK

 

Aydın bir yay gecəsi idi. Gülnar həyətdəki günlüyün altında oturub saçlarına tumar çəkən sərin mehdən xoşallanırdı. Dincələnlərin bir qismi çay içə-içə br-biri ilə söhbətləşir, digərləri televizorda xəbərlərə baxırdılar. Qaranlıq qatılaşdıqca yorğunluq duyanlar yavaş-yavaş öz otaqlarına çəkilirdilər. Gülnar  tək qalmışdı. O, tənhalığı sevməsə də, hərdən tək qalıb düşüncələrə dalmağı sevirdi. Belə anlarda öz aləminə qapılıb şirin xəyallar səltənətini qonağı olurdu. Ətrafdakı sakitliyi cırcıramalar öz şən nəğmələri ilə pozurdular. Elə bil Yaradan onları gecənin özünəməxsus qaranlıq, lal aləminin cansıxıcı olmaması üçün yaratmışdı. Gülnar cırcıramaların xoruna qulaq asır, təbiətin bu gözəl mənzərəsindən zövq alırdı.
Üzüm talvarının tən ortasında böyük bir çıraq asılmışdı. Asta-asta əsən külək onu hərəkətə gətirir, işığa uçub gəlmiş pərvanələr isə çıragın başına fırlanırdılar, sanki cırcıramaların çalıb-oxumağı gözəl rəqs havasına rəqqaslar çırağın ətrafında süzürdülər. Gecə bir xeyirxah sehirbaz kimi Gülnarın tənhal qalmasını istəmədiyi üçün ona öz möcüzələrini göstərib qüssələnməyə, qəmlənməyə imkan vermək istəmirdi və tilsimli, valehedici aləminə qonaq eliyirdi. Həmişə pərvanələrin özlərini işığa qurban verdiyini görəndə ürəyinə qüssə qırovu çökən Gülnarın içində bir çavabsız sual doğurdu: “Niyə?..

Dünyanın açılmamış sirrlərinin qabağında acizliyini hiss elədiyi üçün sualına cavab istəyirdi. Ona elə gəlirdi ki, bu gün ona möcüzələr göstərən Gecə, sirrini verəcək. Amma…

Küçədə qəh-qəhə çəkib gülən cavanların səsi Gülnarı xəyallardan ayıltdı. Onlar yəqin kluba, əylənməyə gedirdilər. Qalxıb darvaza qapısından çölə çıxdı. Bir az aralıda dəniz görünürdü. Ürəyindən sahildə oturub qürub edən Günəşə baxmaq keçdi. Ətrafa göz gəzdirdi, gec idi, amma elə bil onu hansısa bir ilahi qüvvə var gücü ilə çəkib dənizə sarı apardı. Daxildən gələn hisslərinin əsiri olmuş kimi asta-asta dənizə tərəf yönəldi. O, günortadan isinmiş qumun üstüylə asta addımlarla gedir, sanki onun nəhayət gəlib çıxmasına sevinən ləpələr yalın ayaqlarını öpür, arxasınca qumun üstünədə saldığı izləri yuyurdular. Günəş artıq tam qürub eləmişdi. Bu mənzərə gözəl də olsa, nədəsə Gülnarın aləmində həyatın sonu kimi qəlbinə kədər kölgəsi salırdı. Üfüqün görünməz davamı isə yeni bir həyat idi…
O, isti qumun üstündə dizlərini qucaqlayıb oturmuşdu. Həmişə qəribsəyibqəlbində tənhalıq hissi duyanda beləcə oturub başını dizlərinə qoyardı. İndisə onun baxışları dənizin ümmansızlığına dikilmişdi. Dəniz sakit idi, hərdən-birdən sahilə gələn balaca bir dalğa Gülnarın ayağına qum atır, sonra da yuyub aparırıdı, elə bil körpə uşaq kimi onunla oynamaq istəyirdi. Yenə Aslan gəlib durmuşdu gözlərinin önündə. Neçə illərdən bəri itirdiyi yeganə məhəbbəti, yeganə istəyi…

Onu yadından çıxarmaq istəsə də yaddaşı məhəbbətinə vəfalı yar olub unuda bilmirdi. “Görəsən hardadı? Necədi? Yadına düşürəmmi barı?..” Sual- sualın dalıca gedirdi. O, dalğalara baxır, sanki dalğalardan bir cavab gözləyirdi.

Gözlərindən axan yaş damcıları dənizin suyuna qovuşdu. Bir dərin ah qopdu sinəsindən. Pıçıltı ilə sanki dalğalarla danışırmış kimi sakitcə:

– Hardasan? – dedi.

Bu an bayaqdan onun ayaqlarını yuyan ləpələrin içində parıtı gördü. Gözünün yaşını əlinin arxası ilə silib baxanda bağ fındığı boyda bir “Ürək” gördü. Yam-yaşıl, içərisində sanki qırovun almaza bənzər parlaq izi düşmüş daş ürək. Bu Dənizinmi payı idi, yöxsa Göyərinmi hədiyyəsi? Bəlkə möcüzəsi, sirri ilə Gulnarla düşüncülərini bölüşən Gecənin onun sualına cavabı idi?..
GÜNƏŞIN VƏFASİ…

 

Artıq necə gün idi ki, baharin gəlişi duyulurdu. Torpaq qış yükündən azad olduğundan rahat nəfəs almağa başlamışdı. Yorğanlarını ustlərindən atmış ağaclar Bir az utancaq, bir az da qısqanc qızlar kimi bir -birini süzür və qamətlərini düzəltməyə çalışırdılar.
Aydın mavi səmaya sanki çalğı çəkilmişdi. Təbiətdə bayram ab -havası duyulurdu. Ağacların sırasını onların hər birindən fərqli bir ərik ağacı tamamlayırdı. O sanki Günəşin parıltısına hamıdan cox sevinirdi. Kənardan baxana elə gələidi ki, ağac qanadlarını goyə uzadıb Günəşi qucmağa can atir, Günəş şüalarının tumarlarina xoşallanıb onun ilıq nəfəsindən xumarlanırdı.Ərik ağacı ilə Günəşin təması ilk məhəbbətlərini yaşayan sevgililərin görüşünə bənzəyirdi.
Hər gecə ağac hicran sıxıntısı keçirir, dan yeri sökülər-sökülməz pardaqlanırdı. Öz istəyinin istisini sevgilisinin məhəbbətinin bəhrəsi bilirdi. Az bir zamanda yaşıl yarpaqlardan bicilmiş gozəl bir libas geydi, çiçəklərinindən başına çələng hördü. Amma…
Nə biləydi, hardan biləydi ki, bu binəva, sevgilisinin vəfasızlığından ömrünə vədəsiz gəlmiş bu baharin sonu bahar bitməmiş bitəcək . Hardan biləydi ki, “Qarinin borcu” deyilən bir payı olacaq ömrünün bahar sandığı çağında. Bir gecənin uçində şaxta onun gözoxşayan çiçəklərini dondurub məhv etdi, yarpaqlarini bürüşdürdü . Ağacın ozünə arxa sandıği, vəfasina güvəndiyi Günəşə olan sevgisinin günahına döndərdiyini duyduqca gözlərindən “leçək -ləcək” yaşlar süzüldü. Günəşin biganəliyindən gündən-günə üzüldü. Oz oduna yandığı kimi də günlərin birində sondu …

Yamanca kövrəlmişəm,
Ürəyimi küsdürdün.
Sən öz əməllərinlə,
Üşüyən ürəyimə
Soyuq külək əsdirdin.

İşığına sığındım,.
Dedim… isinnim bir az.
Necə də bilməmişəm,
Hər parlayan işıqdan
Ocaq olmaz, od olmaz …


93122397_2725722917553492_437876897989263360_o  XATIRƏ DƏFTƏRINDƏN

 

Uşaqlıq illərimdən bir xatirə yadıma düşdü… O zaman fərqinə varmadığım, amma zaman keçdıkcə əvəzsizliynin və vacibliyinin heç bir dünya malıyla ölçülə bilməyən dəyərini duydum.
Hərdən yazda, qanın qaynayan  çağında ağır qış paltarlarından canımızı qurtarıb, anam demiş “çılpaqlanmağa ” başlayanda, soyuq dəyərdi. Çöldə Günəş şüaları ağaclara, kollara sığal çəkib, yaşıl otlar yenicə oyanmıs torpağın təbəssümütək gözlərimi oxşayanda qızdırma içndə, öksürməkdən səsi batmış boğazı sarıqlı, yorğan-döşəyin ixtiyarında ixtiyarsız olmaqdan çəkinsəm də,  “qorxan gözə çöp düşürdü”.
İndi o xatirələr mənə yenicə qaysaq bağlamış yaranın yavaş -yavaş qoparıldığı ağrını yaşadırdı. O zaman qorxduğum o “yaz azarı” üçün burumun ucu göynəyirdi. “Azar” üçün yox, nasaz olduğum zaman yaşadığım hıssər üçün…
Gecə uzunu neçə dəfə babam yuxusuna haram qatıb oyanardı, indi anlayıram ki, heç yuxulamırdı da. Yatağıma yaxınlaşıb məni yuxudan oyatmamaq üçün ehtyatla dodaqlaını alnıma toxundurub bir neçə saniyə beləcə durardı. Sonra da pıcıltı ilə nə isə deyib barmaqlarının ucunda uzaqlaşqrdı .
Yuxuda olmasam da çox zaman özümü yuxululuğa vururdum. Babamın bu cür istiliyimi yoxlaması mənə məlhmdən də əvəzsız idi. Yadıma düşəndə məni kövrəldən xatirələr o zaman sözlə çatdırmaq mümkun olmayan duyğuları yaşadırdı.  Dünyada hamıdan çox sevdiyim bir insanın qayğısı mənim də onun sevimlisi olduğumu bir daha təsdiq edir, yasadığım sevinc hissi məni davasız-dərmansız sağaldırdı.
Sonralar mən də balalarımın hərarətini bu üsulla yoxlayanda, illərlə sirli qalan sualın cavabını almışam.
Yenə də hər dəfə narahatlığım olanda qayğısına ehtiyac duymuşam. Kiminsə urəyimə, ruhuma doğma insanın da mənim diqqətimə, qayğıma ehtiyacı olduğunu istəmişəm . Necə də qəribə istəkmiş dodaqlarının istisi ilə, dualar pıçıltısı ilə bu təmasdan yaranan doğmalıq, əzizlik duyğusu yaşayıb yaşatmaq …

 

 

 

Yazıya 1773 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.