Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, “Azərbaycan” jurnalı baş redaktorunun müavini, tanınmış təniqdçi Əsəd Cahangir bir neçə gün öncə 55 illik yubileyini qeyd etdi. Azvision.az yazarı yubileyi münasibətilə təbrik edərək, bir neçə sual ünvanlayıb.
– 55 il ömrüm gedib. Əvəzində oxucu diqqəti, paxılların məzəmməti və bir neçə kitab qazanmışam. Ən böyük qazancım Tanrıya inamımdır. Həyat bir məktəbdir və burda əsas məsələ ruhun mümkün qədər çoxlu bilgi toplamasdır. Bilgi toplamaq isə əzablı prosesdir. Uşaqlar həmişə dərsin bitməsini həsrətlə gözləyir, bəzən dərsdən qaçırlar. Həyat məktəbində isə heç yerə qaçmaq olmur, çünki burda hər yer məktəbdir, hətta dərsdən qaçmağın özü də bir dərsdir.
– Necə şagirdsiniz?
– Bütün sınaqlara, çətinliklərə baxmayaraq, yenə də “Allaha şükür” deyirsiniz. Allaha sual vermək istədiyiniz vaxtlar olubmu heç? Sizcə, o ədalətlidirmi?
– Əvvəla, deyim ki, ateist sovet cəmiyyətinin dağılması və yeni dünya düzəninə keçməklə bağlı Tanrının layihəsində əsas məqsəd insanı bu inama gətirmək idi. Hər iki epoxada yaşayan milyonlarla adam kimi, mənim də həyatımın mənası ateizmdən inama keçid eləmək idi. Mən bunu ağlasığmaz çətinliklər bahasına olsa da, eləyə bildim.
Sualınıza gəldikdə, bir an belə Allahın ədalətinə şübhə etməmişəm. Ən kritik anlarda onun varlığını hiss etmişəm. Heç vaxt ona qarşı hər hansı sualım olmayıb. Sual vermək lazımdırsa, özümə vermişəm. Baş verənlərdə bütün məsuliyyəti Allahın üstünə yıxmağın tərəfdarı deyiləm. Mən reinkarnasiyaya inanıram. Yəni gələcək həyatımızı bugünkü davranışımızla özümüz seçirik. Bu seçimə, Allah, sadəcə, dərkənar qoyur.
– Amma islamda reinkarnasiya qəbuledilməzdir…
– Belə bir fikir var ki, texnologiyanın hədsiz inkişafı ədəbiyyat, incəsənət kimi sahələri arxaizmə çevirəcək. Yəni bir zavodu idarə edən robota “Səfillər” oxumaq, yaxud da muzeyə gedib antik heykəllərə baxmaq lazım olmayacaq. Siz necə düşünürsünüz?
– Gələcək robotlarındırmı? “Homo sapiens” öz ömrünü başa vurmaq üzrədirmi? Biz onun son nümayəndələriyikmi? Bu suallara qəti cavab vermək çətindir. Hətta Fukuyama kimi futuroloqlar da bu suallara qəti cavabdan qaçırlar.
Bəs, duyğusallığın minimuma endiyi postinsan erasında şeir, sənət olacaqmı? Hüseyn Arif deyirdi ki, nə qədər ki, həyat var, şeir də olacaq. Çünki heç nə itmir, heç nə yoxa çxımır. Şeir də yoxa çıxmayacaq. İndiyəcən o əruz, heca, sərbəst kimi şəkil dəyişmələri edirdi, indi isə sadəcə formasını yox, mahiyyətini dəyişəcək, postşeirə çevriləcək. Postinsan erasında postədəbiyyat olacaq. Postinsan dövrünün yazıçısı “Səfillər” yox, “Postsəfillər” yazacaq, oxucusu da “Postsəfillər”i oxuyacaq. Məncə, Hüseyn Arif də məsələnin bu tərəfini nəzərə almamışdı.
– Ədəbiyyatın həll etməkdə aciz qaldığı məsələlər hansılardır?
– Ədəbiyyat söz sənətidir. Burda hər şey sözdə, kağız üstündə reallaşır. Rus rəssamı Safonovun bir rəsmində əks etdirdiyi kimi, şairlər, yazıçılar kağız adamlardır. İnsanın azadlıq haqqında uydurmasını sözdə reallaşdırmaq! Ədəbiyyatın həll edə biləcəyi yeganə məsələ budur. Buna görə ədəbiyyat istənilən problemi sözdə həll edir və əslində, heç nəyi həll etmir.
– 55-dən sonra özünüzə nələri arzu edirsiniz?
– Deyirlər, bahalı maşınlar çox benzin içir. Benzin pulu çatdıra biləcəksinizmi?
– Yazıçılar Birliyi demişkən, AYB-dəki son təyinatlar barədə nə deyə bilərsiniz?
– Yaradıcılığınızın 30, ömrünüzün 55 illiyi ilə bağlı mətbuatda, sosial şəbəkədə çoxlu sayda məqalə və şeirlər yayınlandı. Bunlardan hansı daha çox ürəyinizcə oldu?
Milli Məclis Mədəniyyət Komissiyasını sədri Qənirə xanım Paşayeva məni qəbul etdi, Qarabağ motivli hədiyyələrə təbrik etdi və mənə təbrik məktubu ünvanladı. Qənirə xanımın ədəbiyyat və incəsənət adamalarına hörmətini bilirdim. Amma etiraf edim ki, bu dərəcədə sayğı, diqqət sürpriz oldu. Çox sağ olsun.
“Kultur.az” saytının baş redaktoru, tanınmış yazıçı-publisist İradə Aytel Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalına həsr olunmuş “Xarıgülnar” poemama bir klip hazırladı və klip sosial şəbəkə istifadəçiləri tərəfindən böyük razılıqla qarşılandı. İradə xanıma can sağlığı və yaradıcı uğurlar arzu edirəm. Ədəbiyyatımız və jurnalistikamızda belə obyektiv mövqeyi olan şəxslərə ehtiyac var.
Yubileyimlə bağlı mənə şeir, məqalə həsr edən, məndən müsahibə alan hər kəs sağ olsun.
Yazıçılar Birliyindən isə Anar müəllim məni çağırıb təbrik etdi, problemlərimlə maraqlandı. Yubileyimlə bağlı hazırladığım kitaba ön söz yazdı.
– Bildiyimə görə yubiley yazılarını kitab halında çap etdirmək istəyirsiniz. Format necə olacaq?
– Ümumən, qazandığınız uğurlarda özünüzü kimlərə borclu sayırsız?
Şəlalə Göytürk
Azvision.az
Yazıya 398 dəfə baxılıb