Elçin Məhərrəmli – Manej (hekayə)

59ac2a59-834e-4cf7-b530-328939432d28Heç şübhəsiz ki ,həyat gözə görünməz bir hörümçəyin qurduğu nəhəng tora bənzəyir.Sanki,mənsə bu hörümçəyin torunda ilişib qalan çarəsiz həşəratam.Həşəratdan yalnız bir fərqim var: O,tordan xilas olmaq üçün dəfələrlə cəhd etdiyi halda,mən isə mövcud qüvvə və enerjidən məhrum bir şəkildə bu səkkiz gözlü, qana susamış məxluqun ən rahat növbəti qurbanına çevrilirəm… ( “Axıntı” -E.Məhərrəmli)

 

Dünən axşamdan qalan,sabah çəkmək üçün saxladığı yarımçıq siqaretin son tüstüsünü havaya buraxdıqdan sonra kötüyünü eyvandan həyətə tulladı.Közərmiş siqaret quyruqlu ulduzun bir anlıq parlayaraq sönüb yox olduğu kimi,sabahın ala-qaranlığını yararaq yerə dəyən zaman eləcədə söndü və yox oldu.Yerə dəyərkən ətrafa saçılan köz dənələrinin sönməsi ona,hər şeyin bir sonu olduğu gerçəyini bir daha xatırlatdı.

– “Nolar yalvarıram bir şeylər elə” rəngi tamamilə solmuş,gözləri çuxura düşmüş həyat yoldaşının 1 saat bundan qabaq dediyi bu cümlə onun qulaqlarında əks olunaraq yenidən diksinməsinə səbəb oldu.Bir şeylər etməli idi.Yadına oğluna xəstələnməmişdən qabaq aldığı bahalı fransız maneji düşdü.    Bu maneji aldığı zaman həyat yoldaşı : “Heç olmasa ucuz bir şeylər alardın”-deyərək onu danlamışdı.O isə cavabında – “İstəyirəm oğlumun bahalı maneji olsun.Hələ bir böyüsün ona bahalı bir maşın da alacam”- dediyini yaxşı xatırlayırdı.Lakin həyatın hazırladığı amansız tələ,onların övladları üçün qurduqları arzuları,xəyalları torpağın ən soyuq və ən dərin qatlarına basdırdı.Uşaqda yaranan ağır,ölümcül xəstəlik bu ailənin təbəssümünü dalğaların,sahilin qumsallıqlarına çəkilən hərfləri yuyub apardığı kimi eləcədə yox etdi.Bu xəstəliyin müalicəsi üçün çoxlu pullar tələb olunurdu.Ailənin isə bu müalicə xərclərini qarşılamağa imkanları yox idi.Adicə dərmanları o qədər baha idi ki,ailə onları aldığı zaman yemək xərclərini azaltmalı olurdu.Çox zaman isə quru çörək ilə kifayətlənirdilər.

Rüşvətlə şərlənərək həbsə atılmasaydı işlədiyi yerin maaşı ilə heç olmasa oğlunun dərmanlarını ala bilərdi-deyə düşündü.Hüquq mühafizə orqanlarında baş leytenant kimi çalışdığı zaman ölkənin ən nüfuzlu şirkət sahibinin oğlu ilə düşdüyü mübahisəsi,onun rüşvət aldığı iddiası ilə işdən çıxarılıb həbsə atılmasına səbəb olmuşdu.Həbsdən çıxdıqdan sonra da, ona heç bir müəssisə,şirkət iş vermədi.Bu yaxına qədər orada-burada daş daşıyıb,yük boşaldaraq fəhləlik edir,bir təhər ailəsini dolandırmağa çalışırdı.Lakin bir ay bundan qabaq qüvvəyə minmiş qanun onun digər sahələrdə işləmək imkanına da qalın bir sədd çəkdi.Qanuna görə cəzasını çəkərək həbsdən çıxmış şəxslər boyunlarına xaltaya bənzər fərqləndirici nişanlar taxmalı idilər.Belə ki,bu nişanlarda məhkum olunmuş şəxsin,həbs olunma səbəbi yazılmalı idi.Sanki bu sistem Hitler Almaniyasının cürümüş,kif iyi verən,unudulmuş ,insanlıqdan kənar qayda-qanunlarını dirildərək onlara ikinci bir həyat verirdi.Bu təcrid olunmadan ikinci Holocaust pıçıltıları eşidilirdi.Bir az düşündü.Baha qiymətə aldığı fransız maneji ağlından çıxmırdı.İndiyə qədər bahalı  bildikləri bütün əşyaları sataraq,daxmaya bənzər evin kirayəsinə və dərmanlara xərcləmişdilər.Sonuncu dəfə babasından qalan üzəri zərif Şərq üslubunda naxışlarla bəzədilən stolu bir rus qadınına çətinliklə satmışdı.İndiysə satılası bir şey qalmışdı.Vaxtı ilə oğlu üçün baha qiymətə aldığı “Fransız maneji”.

Divara vurulan mismardan asılan,yaxası uzun müddət geyinildiyi üçün tiftiklənmiş boz paltosunu geyindi.Paltonun sol cibinə bükələyib qoyduğu “fərqləndirici nişanı”çıxardaraq boynuna taxdı.Taxmaya bilməzdi.Çünki küçələrin başında,dayancaqda,parklarda-bir sözlə hər yerdə xüsusi cihazlar quraşdırmışdılar.Bu cihazlar xüsusi şüa buraxırdı ki,bununlada insanın şəxsiyyəti müəyyən olunur,həbsdə olub olmamasına dair məlumatlar bazaya ötürülürdü.O eyvanda-sağ küncdə qutusuyla birlikdə duran yaşıl maneji qucağına götürərək evdən çıxdı.

Dünəndən yağan yağış,asfaltın çökmüş hissələrində çoxlu sayda balaca gölməçələr yaratmışdı.Başını aşağı əyərək yeriyərkən bir anlıq gözü gölməçə üzərində əks olunan şəklinə sataşdı.Diksindi. “İlahi,mən nə qədər qocalmışam?”-deyərək pıçıltıdan da zəif bir səs tonu ilə dodağını tərpətdi.Sonra yenidən səki boyunca sürətli addımlarla hərəkət edərək,bozumtul şəhərin “ürəyi”sayılan mərkəzi hissəsinə çatdı.

Piştaxta arxasında dayanan satıcıların səsləri,yol hərəkət qaydalarına əməl etməyi meqafonla bağıran polislərin səslərinə qarışaraq,narahat edici bir ab-hava yaradırdı.Bəzən də burada yaranan anlıq da olsa sükutu,şəhərin mərkəzində yerləşən qədim “Vitam et mortem” abidəsinin ətrafına toplanaraq şəkil çəkdirən turistlərin qayğısız gülüşləri pozurdu.O,manej qutusunun plastik tutacaq yerindən yapışaraq özünü səs-küylü izdihamın içinə atdı.Yorğun qəhvəyi gözləri ilə ətrafa nəzər saldı.Göz qapaqları sanki ağır bir yükün altında əzilirmiş kimi,iradəsi xaricində hərəkətlər nümayiş etdirirdi.Bir anlıq yorğunluğu unudaraq,özünü toplayıb üzü ona tərəf gələn qadına yaxınlaşdı.Boğazını arıtlayaraq sözə başladı:

-Salam xanım.Manej satıram.Bahalı fransız manejidir.Özüdəki heç istifadə olunmayıb.İstəməzsiniz?

Qırmızı palto geyinmiş,başına kənarı qırçınlı qara şlyapa taxmış,görünüşündən film ulduzlarına bənzəyən qadın bənövşəyi rəngdə olan şarpının yaxasını düzəldirmiş kimi etdikdən sonra söhbətə başladı:

-Ahh…Siz satıcılar ,əsl psixoloqsunuz.Siz necə bildiniz ki,mənim manejə ehtiyacım var? Yox elə baxmayın.Uşağım yoxdur.Hələ evlənəcək qədər ağılsız deyiləm.Mən teatrda aktrisa işləyirəm.Manej də bizə canlandıracağımız səhnə üçün lazımdır.Teatrın rəhbərliyi hər bir işçiyə ucuz bir manej tapmağı tapşırıb.Mən də düşmüşəm bazarın canına ki,bu simic rəhbərin könlüncə bir iş görüm amma siz bu maneji baha satırsınız.d1d81364-f320-4d53-bb84-7247c5cf6d69

-Bu heç istifadə olunmayıb,həm də…həmdəki yaxşı manejdir,ucuza sata bilmərəm.Təcili pul lazımdır.-deyərək başını aşağı əyib,tutqun gözlərini əlindəki manejə zillədi.Qadın qəribə bir ədayla bayaq dediyi cümlələrdən artıq bir səs tonuyla : – Hə bilirəm,pul lazımdır.Boynunuzdakı nişandan da hiss olunur ki, sizi lap əvvəllərdə aşağı pullar qane etməyib.Əgər evlisinizsə həyat yoldaşınıza və övladınıza yazığım gəldi.Rüşvətxor bir atanın,həyat yoldaşının olması ailəyə ən böyük zərbədir.Nəysə deyərək sözünü bitirdi. O, başını qaldırıb,hirsindən alışıb yanmaqda olan gözləri ilə qadını başdan ayağa süzdü.Bu qadına cavab verməyin mənasız və vaxt itkisinə səbəb olduğunun fərqinə vardı.Söhbət edərkən yerə qoyduğu maneji sağ əlinə keçirdi.Sol əliylə paltosunun yaxasını bükərək sürətli addımlarla oradan uzaqlaşdı.

Anidən qalxan külək,yerə yığılmış bir topa xəzəli qollarının arasına alaraq sovurub,bazar meydanında hərəkət edən gah insan izdihamına, gah da cansız piştaxtalara çırpırdı.Paltar mağazlarındakı işçilər,küləyin aşırdığı insan simalı plastik manikenləri,yerdən qaldıraraq içəri daşıyırdılar.O isə gah dayanıb əliylə,yarı-tüklü saqqalını tumarlayaraq nə isə düşünür,gah durduğu yerdən qəfil hərəkət edərək ayrılırdı.Paltosunun üzərindən taxdığı “fərqləndirici nişan” küləyin təsiri ilə sağa-sola dartınaraq ,”şaqqıltılı” bir səs çıxardırdı.Boynuna sanki nəhəng bir ilan dolanmışdı və bu ilan ən çarəsiz anında onu bir həmlə ilə udmağa can atırdı.Aclığın və yorğunluğun ona hakim kəsilməsinə baxmayaraq,bədəninin ən dərinliklərində mübarizə aparmaq əzmini itiməmiş asi bir ruh dolaşırdı. “Yaxşı olacaq”-deyə öz-özünə pıçıldadı.Bir-iki dəfə öskürərək boğazını arıtladıqdan sonra yüksək səslə qışqıraraq,izdihamı çətinliklə yara-yara hərəkət etməyə başladı. “Manej satıram.Fransız maneji.Heç istifadə olunmayıb”-bu sözləri bir-birinin ardınca dəfələrlə təkrar edib bazarın o baş bu başına gedib gələrək müştəri tapmağa çalışırdı.Birdən təxminən ondan 30-40 addım məsafədə dayanmış boz kostyumlu yaşlı bir kişinin bir əlini havaya qaldıraraq,onu çağırdığını müşahidə elədi.Gözləri parladı.Tez çaparaq kişinin yanına qaçdı.

-Buyrun müəllim.Manej istəyirsiniz? Nadir ağacdan hazırlanmış fransız manejidir-deyərək sözlərini yekunlaşdırdı.Saçının çox bir hissəsi tökülmüş,pala bığlı boz kostyumlu kişi sol əliylə küləyin dağıtdığı qalan saçlarını tumarladı.Sonra əlində tutduğu narıncı kötüklü siqareti iştahla ciyərinə çəkdindən sonra tüstüsünü havaya buraxaraq söhbətə başladı:

-Hə…Mənə manej lazımdır.Mənim bir ərkəsöyün körpəm var hər şeyi bəyənmir.Bilirsən nə qədər pul xərcləyirəm onun üçün? Təssəvvür belə edə bilməzsən.Çünki sənin təssəvvüründə mənim xərclədiyim pulların sayını ifadə edəcək rəqəmlər çoxluğu yoxdur. Ha,Ha,Ha…Hə mənim balam bax buradakı marketdədir.Gözlə gəlsin özü də baxsın.Əgər bəyənsə dediyin məbləğdən də artığını verəcəm- deyərək gözlərini marketin qapısına zillədi.Marketin qapısından 3-4 adam çıxdı.Gümüşü rəngdə xəz palto geyinmiş,başına qəhvəyi papaq qoymuş,uzaqdan da olsa dodağına sürtdüyü boyanın parıltısı yaxşı nəzərə çarpan, əli torbalı bir qadın boş olan əliylə kişini salamladıqdan sonra pillələri asta-asta qəribə bir işvəylə enərək kişiyə yaxınlaşdı.Qadın əyilərək ( çünki boz kostyumlu kişi ondan həm yaş həm də boyca balaca idi) kişinin hər iki yanağından öpdü.Sonra yalvarıcı bir səs tonuyla : “ Bağışla Canik.Bir az gecikdim”-deyərək məsum nəzərlərlə kişinin düz gözlərinin içinə baxdı. “Canın sağolsun mavi gözlü pərim.Səni hər zaman gözləyərəm.”- kişinin dediyi bu sözlər qadının üzündə məmnunluq,arxayınlıq hislərinin yaranmasına səbəb oldu.Birdən qadın yanlarında dayanan üst-başı bazardakı dilənçilərin geyimlərinə bənzəyən,əlində qutu tutmuş adamı göstərərək:

-Bu kimdi canik? Pul istəyir?- deyərək boz kostyumlu kişiyə üzünü çevirdi.

-Mənim gözəl pərim pulu kim istəmir ki? Bu (əliyə ona işarə edərək) zəhmətkeş yoldaş manej satır.Özünündə dediyinə görə fransız manejidir.Nadir ağacdan hazırlanıb.Mən də dedim ki,mənim bir balam var özü gəlib baxsın əgər bəyənsə dediyin məbləğdən artığını verib alacam.Ha..Ha…Ha..insan qəlbində ikrah hissi oyadan gülüşlə söhbətini yekunlaşdırdı.

-Hə Canik,mənim Canikim.Sən çox zarafatcılsan.Bu gün hələ belə ürəkdən gülməmişdim.Bir mənə bax? Mən manejə oturacaq yaşdayam? Hələ bir satıcıya bax manejə oturacaq uşağın marketdən çıxmasını gözləyir- deyərək boz kostyumlu kişinin gülüşündən də bərk,diksindirici,ürək bulandırıcı bir səs tonuyla güldü.

-Hə deməli istəmirsən.Onda heç olmasa gələcəkdə doğulacaq övladımız üçün alaq?

-Yo Canik.Mən övladıma hər şeyi-xaricdən elə maneji də Fransanın özündən alacam.Buna da ki,bir iki qəpik ver getsin.Nə də olmasa dəyərli vaxtını aldıq –deyərək onu göstərdi.

O ümidsiz bir şəkildə yenidən gözlərini əlindəki manejə dikdi.Birdən yatmış bir vulkanın püskürərək lavalarını ətrafa saçdığı kimi, o da içində saxladığı sözlərdən ibarət olan lavanı eləcə də püskürdü.

-Sizlər necə insanlarsınız? Məni ələ salmısınız? Bu alçaqlıqdır.Bu…-cümlənin ardını bitirmədən gözlərindən yanağına süzülən ,isti göz yaşlarını hiss etdi.Bu göz yaşları,əslində “insanlıq”tarixinin ən rəzil və qaranlıq səhifələri üçün axırdı.Bu səhifələr çoxdan unudulmalı idi.Lakin bunlar tarixin yaddaş divarlarından silinib getmək əvəzinə xatırlanır və yeni rəzil hadisələrin tarixçəsi bu divara yenindən ən tünd,tutqun mürəkkəblərlə yazılırdı.Onun dediyi sözlərdən sonra araya çökən sükutu,qarşıdan gələn polis nəfərinin amiranə səs tonu pozdu.

-“Milçəklərə Qarşı Mübarizə İdarəsi”-nin işcisi ,polis nəfəri A.N. Nə olub? Nə məsələdi hörmətli cənab?-deyərək boz kostyumlu kişiyə gözlərini zillədi.Boz kostyumlu adam bir əli cibində digər əliylə nimdaş geyimdə olan adamı göstərək söhbətə başlayırdı ki,qadından çıxan cingiltili səs onun danışmaq arzusunu yarımçıq qoydu.

-Bu rüşvətxor adam bayaqdan bizi bezdirib.Əlindəki köhnə maneji baha qiymətə bizə satmaq istədi.Biz almaq istəmədiyimizi bildirdikdə isə ,ən əxlaqsız sözlərlə bizi təhqir etdi.Polis daxili üfünət iyi verən bu qadının sözlərinə diqqətlə qulaq asdı.Sonra sol tərəfinə keçirdiyi rezin dubinkanı qınından çıxardaraq,onun boynuna asdığı “fərqləndirici nişan”ı dubinkayla qaldırdı.Bir neçə dəqiqə ,orada yazılanları çətinlikə hecalayaraq oxuduqdan sonra eyni qalın amiranə səs tonu ilə (bəlkə doğulandan bu yana səs tonu dəyişməmişdi) dedi:

-Sizin ictimai əsayişi pozub insanları narahat etməyə ixtiyarınız yoxdur.Bura hüquq ölkəsidir.Heç kim burada öz başına at oynada bilməz.Özüdəki sizin kimi əvvəllər cinayətə görə məhkum olunmuş şəxslər heç vaxt bunu edə bilməzlər.Mən sizi həbs etmək məcburiyyətindəyəm.Çox güman ki,sizin işinizə “Əvvəllər məhkum olunmuşların yeni qanun pozuntularına görə edamla cəzalandırılması” məhkəməsində baxacaqlar.

O bir anlıq gözlərini ardıcıllıqla manejə,boz kostyumlu kişiyə,qadına və çiynindəki rütbəsinin rəngi saralmış polis nəfərinə baxdı.

-Bəs ümidlərimizi öldürənlər, bütün insanlara ön yarğı ilə yanaşanlar hansı məhkəmədə mühakimə olunur?-dedi.Heç birindən cavab gəlmədi .Birdən polis nəfəri sol əlində tutduğu üzərində “MQMİ” yazılan rabitə aparatını açaraq: “Burada bir cinayətkar var.Maşını 4 yol küçəsinə çıxarın,mən də tutun gətirirəm”- deyərək bir anons keçdi.Rabitənin o biri tərəfindən gələn“Oldu.Qəbul”cümləsi çayın bağrını yararaq ,hərəkət edən motorlu qayığın çıxardığı uğultulu səs şəklində qulağında səsləndi.”Yox bu gün tutula bilmərəm.Özümü bu polis nəfərinin təmsil etdiyi sarmaşıqvari qanuna təslim edə bilmərəm.Çünki bu gün,bu an mən qanunlar pramidasında ən yüksəkdə qərar tutmuş bir qanuna tabeyəm-Yaşatmaq qanununa”-deyə ağlından keçirdiklərini onu müşahidə edən 3 nəfərə deyərkən,polis əlini qandala atdığı zaman qaçaraq oradan uzaqlaşdı.İzdihamı yararaq qaça-qaça bazarın mərkəzi hissəsində haçalanan,çoxlu sayıda satıcı və alıcıların cəmləşdiyi başqa bir küçəyə daxil oldu.Lepkaları qopmuş bir mağazanın divarına söykənərək nəfəsini dərdikdən sonra,yenindən insanlara yaxınlaşdı.

-Salam manej satıram.

Başına məşhur idman markasının papağını qoymuş oğlan:

-İstəmirəm qardaş.

-Salam fransız manejidir.

Sarışın ,üzü çilli arıq bir uşaq:

-Bax ata  bu da CİNAYƏTKARDIR.

-Salam nadir bir ağacdan…

Gözləri bayquş gözünə bənzəyən solğun sifətli qadın

-Cəhənnəm ol burdan.

Piştaxta arxasında duran yekə qarınlı qırmızı sifət bir kişi:”Müştərini qaçırtma ,get malını o tərəfdə sat.

Kütlə: -RƏDD OL

Kütlə: -CİNAYƏTKAR

Kütlə: -RÜŞVƏTXOR

Kütlə: – EDAM

Ümidsizlik bulutlarından tökülən yağıntının islatdığı bu adam,təhqir olunmuş,alçalmış və təcrid olunmuşdu.Bütün bu həyat,bəşəri yaradılış onun ayağına iri bir daş parçası bağlayaraq,yeriməyə məcbur edirdi.Ovçu tərəfindən təqib edilən,küncə sıxılmış heyvanın ürək döyüntüləri,çırpınışları indi onda hiss olunurdu.”Nə olursa olsun oğlumu,ailəmi, İNSANI yaşatmağın bir yolunu tapmalıyam” -deyərək gözlərini qarşıda görünən elədə böyük olmayan “Auxilium” yazılmış içki marketinə zillədi.Alnında puçurlaşmış,səhər vaxtı otların üzərinə düşən şeh damlalarını xatırladan təri, cibindən çıxardığı mavi dəsmal ilə sildi.Ağır-ağır addımlarla pilləkəni çıxaraq marketə daxil oldu.Marketdə sarışın kassir qız və yerləri silən yaşlı xadimədən başqa heç kəs gözə dəymirdi.Kassir qız bir anlıq başını qaldırıb- “Xoş gəlmişsiniz” dedikdən sonra yenindən qarşısındakı qaimələrlə məşğul olmağa başladı.Qız tez-tez kalkluyatorda nə isə hesablayır və buradan çıxardığı nəticələri qaimələrlə tutuşdurduqdan sonra göy üzlü dəftərə nəsə yazırdı.

“Görəsən bu dünyada bir nəfərə də olsa faydam dəyəcəkmi? Kaş insanlar da bu kalkulyator kimi bir təyinatlı,bir üzlü olaydı.Doğuşdan yalnız bir proqrama tabe tutula və ona uyğun da həyatını başa vuraydı”-deyə düşündü.Deyəsən bir az bərkdən düşünmüşdü ki,dodağının tərpənişini,pıçıltısını eşidən qız yerindən qalxıb ona yaxınlaşaraq soruşdu:

-Buyurun nəsə deyirdiniz?  Necə kömək edə bilərəm?

-Mən içki istəyirəm-dedi

-İçki bu sıradan başlayır-deyərək qız yuxarını işarə etdi.

Müxtəlif növ Şərq və Qərb şərabları,likörlər,viskilər-bir sözlə spirtli nə varsa hamsı boy cərgəsinə uyğun düzülmüşdü.Boş bir yer tapmaq çətin idi.Müştəri bir içkini götürdükcə dərhal yerinə yenisi qoyulurdu.Say heç vaxt pozulmurdu.Bu düzülüş orta əsrlərin Əhəməni imperiyasının hökmdarı III Daranın “ölümsüz”ordusunun qurluşuna bənzəyirdi.O,şərablar düzülən cərgəyə yaxınlaşdı.Bir əlindəki dəsmalla yenidən alnına yığılmış tər damcılarını sildi.O nə edəcəyini bilirdi.Gerçəkdən bilirdimi? Əlini sırayla düzülmüş cərgəyə uzadaraq üzərində “Desperato” yazısı həkk olunmuş şərabı götürdü və asta addımlarla kassaya yaxınlaşdı.Sol əlində lazer aparatı tutmuş kassir qız onun şərabı verməsini gözləyirdi. O isə donmuşdu.Qız bu dəfə boş olan əlini uzadaraq ondan şərabı almaq istədi lakin hər gün qarşılaşmadığı,filmlərdə yaxud xəbər anonslarına gördüyü bir hadisə baş verdi.O bir anda şərab şüşəsini kassanın dəmirinə vuraraq sındırdı.Şərab və çiliklənən şüşələr yerə və kassanın önünə dağıldı.O qızın aparat tutan qolundan yapışaraq sınıq şüşəni onun boğazına dirədi.Qoca xadimə bir ayağını çəkə-çəkə səs olan tərəfə gəldi. “Tez olun keçin kasaya” –deyərək üzünü xadiməyə tutdu.Xadimə bu dəfə daha cəld tərpənib kasaya keçdi.

-Tez olun pulları verin..Nə qədər var,hamsını verin.Xadimə tez kassadakı bütün kağız pulları boşaldaraq ona uzatdı.O artıq sağ əlinə qızın göz yaşlarının axdığını hiss etdi.Hər damcı bir kislota kimi onun dərsini yandırırdı.

-Baxın polisə xəbər versəniz pis olacaq –deyərək rəngi tamam ağarmış qızı buraxıb,pulları götürüb sürətli addımlarla oradan uzaqlaşdı…

 

-He..He..Hee..Manej satıram ay camaat.Qiyməti bir uşağa…He.He.Qiyməti çox ucuz bir uşağa

-Yox qardaş istəmirəm- dedikdən sonra gənc oğlan,ayağına iplə manej bağlı olan kişinin yavaş yavaş ondan uzaqlaşıdığını gördü.Yaxından  cığırla ona tərəf gələn qəbristanlıq işçinə yaxınlaşaraq söhbətə başladı:

-Salam üzürlü sayın olar sizdən bir şey soruşum?

-Olar qardaş-deyərək balaqları,demək olarki büsbütün şalvarı palçıq içində olan,tutqun simalı,qıyıq gözlü və yaxşı təraş olunmadığı nəzərə çarpan orta yaşlı qəbristanlıq işçisi cavab verdi

-Mən demək olar ki həftədə ən azı iki dəfə bura gəlirəm.Hər dəfə bu (əlini uzaqda addımlayan kişiyə uzadaraq) kişini burada görürəm.Həmişə də eyni şeyi “Manej satıram.Qiyməti bir uşağa-deyə-deyə buraları dolaşır.Mənə maraqlı gəldi.Bilmirsiniz kimdi? Nəçidi?- dedi gənc oğlan

Qəbristanlıq işçisi cibindən çıxardığı siqareti alışdırdıqdan sonra danışmağa başladı

-Bilirəm niyə bilmirəm ki? Uzun məsələdi.Qısacası dəlidi.Dəli.Deyilənə oğurluq üstündə tutulduqdan sonra bu günə düşüb.Hər gün gəlir bax oradakı (yaxındakı qəbirlərin birini göstərək) qəbrin üstündə bir az ağlayır sonra ayağına bağladığı maneji darta-darta gülərək çıxır gedir.Dəlidi də…

Gənc oğlan işçinin göstərdiyi qəbirə yaxınlaşdı.Ətrafı otlar və yabanı güllər ilə örtülən məzar daşının üzərində yazılan yazını oxuduqdan sonra diksindi və sürətli addımlarla oradan uzaqlaşdı

Məzar daşına yazılmışdı:

İNSANLIQ

DOĞUM TARİXİ- BİLİNMİR

ÖLÜM TARİXİ- HƏR GÜN…

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yazıya 307 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.