Aclıq – Aslan Əsədov

301003331_5370965402980103_1439646403952145449_n (2)(hekayə)

Bu gün dərsimiz həmişəkindən tez qurtardı.universitetin pilləkənlərini iki-iki düşüb qapıdan çıxdım.Başın qapaqları içəridən ağrayırdı.

Bufetimiz həyətdə yerləşir.Bufetə gəlib yarım stəkan su ilə dərman içdim.Evə gedəcəyimi nəzərə alıb heç nə yemədim.

Bufetin rəflərində qutab,peraşki,şirin bulkular düzülmüşdü.Masa üstündə çay kofe vardı.Sağ tərəfdə soyuducu,içində müxtəlif mineral sular,qazsız şərbətlər daxildi.nəhayət sol tərəfdə ocaqlıq ətrafında qablarda pomidor,xiyar,göyərti doğranmışları düzülmüşdür.Ocaqlıqda toyuq ətindən dönər,sosiskadan qanburger bişirib satırdı.Allah tərəfi kobud adam olmasada onu aldadanda,incidəndə Saymayanda söyməyi xoşlayırdı.Köməkçisi isə ondan daha şirin və mehriban təsiri bağışlayırdı.Səbəbi isə bufetçinn özü idi.Buna onu məcbur edirdi-Mənim müştərilərimlə mehriban davran yoxsa səni qovaram deyirdi.

Bir az gəzişdim.Uşaqlarımızın təklifi ilə evə dağılışdıq.Hərəmizin bir işimiz var.Kimisi işləyir,kimisi idmana gedir,kimisi tapdığı qızla görüşə tələsirdi.Qizlarımızdan kitabxanaya gedən,evə dönən,bərbərə saç makiaja gedən,hətta çoxdan söz verib görüşünə macal tapmayanlar üçün şans idi bu.

Beş on dəqiqə universitetin həyətində gəzişib,günəş işığı udub yavaş-yavaş həyətdən çıxdım.Kiralədiyim ev universitetdən beş addımlığında idi.

Nənəm həmişə mənə deyərdi.Yeri gəlmişkən deyim ki,nənənm həkim deyildi,amma türkəçarələrin mahir ustasıdır.Baş,bel,oynaq nə istəsən otla-alaqla müalicə yollarını arayırdı.İnsanın baş ağrısı iki şeydən olur bilər.Soyuqdəymədən və aclıqdan.Əyinbaşımı nazik geyinməmişəm.Cücə kimi üşüməkdənsə qalın geyinmək lazımdır.Cavanlıqda insan bilmir,yaşa dolduqdan sonra ağrıları hiss edir.Beləcə nənəmlə ürəyimdə dərdləşirdik.İri addımlarla universitetdən,evdən xeyli uzaqlaşmışdım.Tələm tələsik nə qədər yol getdiyim,şəhərin böyük trassasını necə keçməyim təccüblü gəlmişdi mənə.O yolu mənmi keçmişəm dedim.Geri qayıtmaq istədim.Evdə hazır nahara heçnə yox idi bir az ərindim.Bazarlıq da etməmişik axı fikirləşdim.Xalamgil,əmimigil birdən yadıma düşdü.Gəldiyim qədər getsəm çataram deyə fikirləşdim.

Şəhərdə bizim  nəsildən xalamgil və əmioğlumgil yaşayırdı.İkisidə mənə əziz xələf idi.Ali məktəbə daxil olan ili xalam çox təkid etdi ki,biz də qalsın.Uşaqdı nə tapacaq.Ağzı boş qalacaq.Ay yarım olsada bizdə qalsı şəhərə öyrəşsin sonra gedər.Atam buna razılıq vermədi.heç ürəyimdən də deyildi.Həyatın çox əzabına qatlaşmalıdır.Hamımız elə olmuşuq,oxumuşuq.

Qərarım qətidir.Xalam gilə gedəcəyəm.Arxayınlıqla addımlayırdım,binaların qarşısına çatıb ikinci mərtəbəyə qalxdım.Gördüyüm mənzərədən gözüm bərələ qaldı.Qapı kilidlə bağlanlanmışdı.Qapının üstündə xahiş edirik komunalları ödəyəsiniz çeki qoyulmuşdur.

-Axı bunlar hara gedə bilərdilər.Günorta vaxtı evdən çölə çıxmazdı xalam.Başımın ağrısı güclənirdi.Yəqin aclıqdandır .Binadan çıxdımazca götür-qoydan sonra əmioğlu gilə yollandım.

Atam ilə çox yaş fərq olmasada əmioğlu deyirdi bizdə ona baxıb təkrar edirdik.Yadıma gəlmir ki,adları ilə bir birilərini çağırsınlar.

Yuxarıya doğru dırmaşırdım.Aclıq bə baş ağrısı məni heydən salırdı.Beşinci mərtəbədə liftin qapıları açıldı amma sevinmədim.Aşağıda gəlməsinə səbrim çatmadı deyə piyada yuxarı qalxmışdım.

Qapıları açıq idi,zəngi basdım gəlin bacımın səsi ilə bərabər özüdə görsəndi

-Necə olubsa qapı açıq qalıb.Əmioğlun bilsə şah damarımı əzəcək.Keç içəri xoş gəlmisən.Geyimindən tələsənə oxşayırdı.Məyus oldum dəhşətdir ki,ürəyimdə deyindim.Üzümdən məyusluq aydın sezilirdi.Çox təkid etdi ki,gəl otur bir saata falan qayıdacağıq.Qapıdan geri qayıtdım.Ədalət naminə deyim gəlinbacı çox təkid etdi.Bu gec idi.

Gəlib dayanacağa marşuruta əyləşdim.Nələr çəkdiyimi Allah bilirdi.Artıq yarım saat keçirdi.Həyacanla evə dönüb pilləkənlə qalxırdım.Dəhlizdən ümüdsizliklə mətbəxə keçdim.Masa üstündə otaq yoldaşımın naməsini oxudum o yazırdı

-Soyuducuda nahar yeməyi var.İsitdikdən sonra qazı açıq saxlama.Yadından çıxmasın bazarlığa gedəcəyik.Aclığım,baş ağrım bir anlıq keçdi.Gözlərimə işıq gəldi.Atamın sözünü xatırladım.

-Allah insanın özünə və ailəsinə bərəkət versin.Amin!

Məncə artıq heç kəsin əlavəsi olmaz.Ən əsası heç kəs balasına pis şeyi arzulamaz elə heç kəs balasına.

Bakı 2007 Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsi.

 

 

Yazıya 28 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.