İstanbulun fəthindən sonra Fateh Sultan Məhməd yeni bir nizam ve qanunlar toplusu olaraq çıxardığı “Qanunnameyi Ali Osman”da bu barədə yazır: ‘‘Və hər kimsəyə övladımdan səltənət müyəssər ola, qardaşların Nizâm-ı Âlem (Dövlətin davamı) üçün qətl eyləmək münasibdir. Əksər üləma (alimlər) dahi tecviz etmişdir (icazə vermişdir). Onunla amil olalar (tətbiq edərlər)’’.
Əlbəttə bu mövzu Fateh Sultan Məhməddən əvvəl də mövcud olmuşdur. Fateh Sultan Məhməd sadəcə bunu qanuniləşdirmişdir. Fateh “Bu atam və babamın qanunudur” deyərkən buna işarə etmişdir. Qaldı ki, bəzilərinin söylədiyi kimi Fateh buna vacibdir demədi. Öldürə bilərsiniz dedi. Üstəlik diqqət etdinizsə görərsiniz ki, alimlər də buna izin verir. Əlbəttə düşünə bilərsiniz ki, alimlər padşaha qarşı çıxmaqdan qorxurlar. Ancaq biz burada Osmanlıdan danışırıq. Osmanlıda padşahın əmrini, fərmanını dəyişdirən alimlər olub. Osmanlı dövləti haqqında azca da olsa məlumatı olanlar bilirlər ki, Osmanlıda alimlər padşahdan əvvəl gəlirdi. Osmanlı, alimin atının ayağı altından çıxan palçığı öldükdən sonra qəbrinin başına qoyulmasını əmr edən bir mədəniyyətdir.
Bu məsələni anlayabilmək üçün tarixə nəzər salmalıyıq. Osmanlıdan əvvəlki Türk dövlətlərinin əksəriyyətinin dağılma səbəbi budur. Bir hökmüdar sultan olduqdan sonra çox vaxt hələ sağ ikən onun qurduğu böyük imperatorluqlar övladları arasında bölüşdürülürdü. Bölüşdürülən və parçalanan dövlətlər də təəssüflər olsun ki, nəinki düşmənə qarşı vuruşurdular, hətta bir- birilərilə vuruşub dövlətlərini zəiflədirlər və nəticədə zəifləmiş dövlət də düşmən qarşısında tab gətirə bilməyib dağılırlar. Buna misal olaraq Selcuqlu dövlətini, Teymurilər dövlətini, Qəznəlilər dövlətini və. s misal gətirə bilərik. Hətta Osmanlı tarixində belə buna rast gelmək olar.
Osmanlının fetrət dövrü dedikləri İldırım Bəyazid və Əmir Teymur arasındakı döyüşdən sonrakı 11 il (1402-1413) müddətində İldırım Bəyazidin oğulları arasındakı döyüşə qədərki müddətdir. Nəticədə minlərlə Türk və Müsəlman qanı axıdıldı. Neçə- neçə dəyərli dövlət adamları həlak oldu. Fetrət dövrü Osmanlını yüz il geriyə atdı.
Osmanlı dövləti bunları gördü. Bunları dərk etdi. Bunların bir daha yaşanmaması üçün, minlərlə Türkün, Müsəlmanın ölməməsi üçün öz qanından bədəl ödədi. Minlərlə insan ölməsin deyə bir insan öldürdü.
Yenə bir misal verim. Fatehin öz oğlu Sultan II Bəyazid qardaşı Cemi öldürmədi. Nəticdə Şəhzadə Cem özünü sultan elan edib qardaşı Bəyazidin üstünə qoşun yeritdi. Yenə minlərlə insan öldü. Cemə bütün məsrəflərini qarşılama şərtilə Qüdsdə yaşamasını təklif etdi. Ancaq Cem rədd etdi. Çünki onların hər biri kiçik yaşlarından bəri gələcəyin Padşahı olaraq yetişdirilirdi. Dövlətə kim layiq isə oda taxtda oturmalıydı. Bunuda özü biləyinin gücüylə, yeri gəldiyində isə siyasətilə qazanmalıydı. Daha sonra Şəhzadə Cemdən əvvəl Məmlukilər, daha sonra isə Xaçlılar Osmanlılara qarşı təhdid olaraq istifadə etdilər. Cem məsələsi Osmanlı dövlətinə sıxıntı verdi. Bu səbəbdən illərlə Osmanlı dövləti Avropaya səfər edə bilmədi.
Sultan II Bəyazid ikinci bir sehve yol verib, dövlət adamlarının təkidi ilə oğlu Şəhzadə Əhmədi vəliəhd təyin etdi. Dərhal digər iki Şəhzadə Sultan Səlim və Qorqud siz nə edirsiniz? deyə atalarına qarşı ayaqlandılar. Dövlət idarəsi xaosa girdi. Sultan Bəyazid verdiyi əmri geri götürmək məcburiyyətində qaldı. Şəhzadələr haqlıydı. Dövlətdə onların da haqqı vardı. Sual verə bilərsiniz ki, sadəcə bir Şəhzadəni yetişdirib onu vəliəhd təyin etmək olmazdımı? Xeyr, çünki elə Şəhzadələr oldu ki, daha Padşah həyatdaykən vəfat etdilər. Əger bu sistem tek bir Şəhzadə üstündə qurulsaydı, o Şəhzadə öldükdən sonra başa keçən səriştəsiz Şəhzadə dövləti uçuruma apara bilərdi.
Yenə sual verə bilərsiniz ki, bəs kiçik yaşdakı Şəhzadələr niyə öldürüldü? Çünki Şəhzadənin kiçik və ya böyük olmasının fərqi yoxdu. Osmanlıda 6 yaşında belə taxta çıxan padşahlar vardı.
Osmanlı Dövlətində bu uyğulama bəzilərinin zənn etdiyi kimi qanlı deyil, qədim Türk adətinə görə yay ilə boğularaq öldürülürdü.
Osmanlıda qardaş qətli 1603-cü ildə hakimiyyətə gələn Sultan I Əhmədin əmri ilə qaldırıldı. Onun yerinə “Əkbər övlad” yəni ağlı başında olan və yaşca böyük olan Şəhzadələrin hakimiyyətə gəlməsi sistemi gətirildi. Ancaq bu bir çox problemlərə, ən əsası dövlət adamlarının hakimiyyətə qarışması və dövlət çevrilişlərinə, padşah ölümlərinə yol açdı.
Osmanlı hər daim idarəçilikdə birlik sistemini əsas aldı. Osmanlıya görə “baş olmayan yerdə hər kəs baş, hər kəsin baş olduğu yerdə hərkəs kölə olar.Əslində bu bütün Türk millətinin ümumi xüsusiyyətidir.
Sultan II Bəyazidə Osmanlı dövlətinin qardaşı Cem ilə bölünməsini təklif etdikləri vaxt verdiyi cavab mövzumuzun xülasəsidir:
“Osmanlı dövləti elə bir iffətli gəlindir ki, əsla iki bəyə razılıq verməz”.
Sənan Yavuzalp
Yazıya 739 dəfə baxılıb