“Çağdaş” cəmiyyətimizdə çağdaş mexanizmaya pərəsdiş etməyin çağdaş insanlığı nə cür fəlakətlə üz-üzə qoyduğunu gördüyüm qədəri ilə sizinlə paylaşmaq isdəyirəm. Hələ dünən minbir həyəcanla əllərinin yaradıcısına yüksəlməyini, dünya nemətlərindən isdifadə etməmələri üçün biləklərinə vurulan zincirləri sayan qərbli, qəlbi ilə münasibəti kəsdikdən sonra əvvəlki xəyali zincirə qarşılıq minlərlə halqası olan həqiqi zincirin ağırlığını vicdanında hiss etməyə başlayıb.
Günümüzdə yazılan yüzlərlə bəlkə də minlərlə yazılar, məqalələr var. Təbii olaraq yazan qələmlər arasında gənc qələmlər “mən də varam” deməyə başlayıb. Bu sevindirici hal olsa da acınacaqlı tərəfi odur ki, gəncliyimiz milli mənəvi dəyərlərindən uzaqlaşmış, xüsusən də qələm əhli dediklərimizin bəziləri “ucuz”, heç bir dəyəri yoxdur deyiləcək qədər bir önəmi olmayan mövzulara baş vururlar. Kimisi heyvanlar aləmindən, kimisi kitablardan, kimisi siyasətdən, kimisi sosyal-iqdisadi problemlərdən bəhs edərkən təəssüf ki ən önəmli faktoru-insan faktorunu unutduq.
Ya da unutduruldu bizlərə. Cəmiyyətimizdə hər keçən gün korlaşma, karlaşma, lallaşma kimi fiziki xəstəliklərin sosyal formaya keçməyinə baxmayaraq deyəsən bu heç kəsi maraqlandırmır. Axı müasir, savadlı, aydın insanlar “fərqli”olurlar. Olar da təbii ki, öz fərqliliklərini ucuzluqlarında görüb özlərini baha qiymətə satmağa, daha doğrusu millətə sıramağa çalışırlar. Ancaq nə faydaaaaa….
Nə isə bu yazımda ən əsas, üstündə durulmalı, haqqında yer verilməli obyekt olan insandan, bizlərdən bəhs etmək isdəyirəm. Nəslimiz maddənin altında əzilmiş, tükənmiş vəziyyətdədir. Duyğu, düşüncə adına olan bütün dəyərlərimizi itirməyə çoxdan başlamışıq. Yeni nəsil formalaşdırılırkən min illərdir sahib olduğumuz milli, mənəvi dəyərlərimiz unutdurulur, bunların yerinə üç-beş ölkədən alınan, doğrusuna, səhvinə baxılmadan sanskritçəyə bənzəyən bir mədəniyyət yerləşdirilir. Əsrlərlə bayraqlaşdırılıb, başamızın üstündə daşıdığımız bütün dəyərlərimizi tərk edib, yüz yerindən yamaqlı parçaya bayraq deyib tabe olmaq “inteligentsiyamızın” başa düşülməsi çətin tərəflərindəndir. Bütün əyrilərin düz, düzlərin əyri gösdərildiyi bir cəmiyyətdə təəssüf ki, hər həqiqət bir xəyal, bizi millət olaraq ucaldan, bu günə qədər bizi biz edən dəyərlər köhnəlmiş, bir işə yaramayan dəyərlər toplusu olaraq görülür. Bu nəslin tək xilas yolu ona yeni bir elmi düşüncənin, əxlaqi iradənin qaytarılması ilə mümkün olacaqdır. Heç vaxt heç nə gec deyildir. Cəimyyətin xilası ailədən başlanmalıdır. Təmiz, milli mənəvi dəyərlərinə bağlı bir ailə təmiz bir fərd, təmiz bir fərd təmiz əqidə, təmiz əqidə təmiz yol, təmiz yol və düşüncə isə təmiz cəmiyyət deməkdir. Deməli cəmiyyətdəki mənfi hallara görə hər hansı bir qrup, bir şəxs deyil bütün fərdlər məsuliyyət daşıyır. Bəli güclü bir cəmiyyət, onu təşkil edən fərdlərin iç dərinliyi, ruhi həyatıyla güc qazanar. Və varlığını, canlılığını da ancaq oların sayəsində davam etdirər. Toplum tamamı ilə ailə atomlarının və fərd izotopiyalarının keyfiyyətinə görə fomalaşmaqda və istiqamətlənməkdədir. Deməli fərddə olan hər müsbət hal, hər dəyər kimi topluma təsir edir. Əksinə fərdlərdəki hər mənfi hal cəmiyyətin inkişafını əngəlləyir, bir faciə kimi inkişafının yolunu kəsib dərindən dərinə yaralayır. Cəmiyyətin sahib olduğu dəyərlər fərdlərin aldıqları tərbiyyə ilə riyazi dildə desək düz münasibdir. Düzdür bu gün cəmiyyətimizdə gəncliklərini məhv edib bundan xəbəri olmayanlar, tərbiyyəni dırnaq arası dəyərləndirib ikinci plana atanlar da var. Ancaq biz normal insanlardan bəhs etdiyimizə görə o cürə “nə olduqları bilinməyənləri” dəyərləndirməyə tabe tutmuruq. Tərbiyyə insana heyvani hisslərinin arxasıyca getməyə mane olur. Hərəkət və fəaliyyətlərinin hüdudlarını təyin edərək başıboş buraxılmamasını və yozlaşmamasını təmin edir. Eyni zamanda tərbiyyə insanın doğuşdan sahib olduğu qabiliyyətlərini də inkişaf etdirir. Fərd tərbiyyə ilə bərabər öyrənmə və öyrətmə kimi göylərə aid iki uca vəzifəyə də bərk-bərk sarılarsa içindəki bacarıq ortaya çıxar və cəmiyyətə ərmağan ediləcək hala gələr. “Çağdaş” cəmiyyətimizdə çağdaş mexanizmaya pərəsdiş etməyin çağdaş insanlığı nə cür fəlakətlə üz-üzə qoyduğunu gördüyüm qədəri ilə sizinlə paylaşmaq isdəyirəm. Hələ dünən minbir həyəcanla əllərinin yaradıcısına yüksəlməyini, dünya nemətlərindən isdifadə etməmələri üçün biləklərinə vurulan zincirləri sayan qərbli, qəlbi ilə münasibəti kəsdikdən sonra əvvəlki xəyali zincirə qarşılıq minlərlə halqası olan həqiqi zincirin ağırlığını vicdanında hiss etməyə başlayıb. Bizim cəmiyyət, və bizim kimiləri isə hələ də halından peşmanlıq duyanlara həsədlə baxır, olardan dərs almağa çalışır. Uzun sözün qısası hər şeyin xilası, çarəsi elmdə, təhsildədir. Yenə deyirəm haaa bəzilərinin maraqlandığı türklər demişkən beş para etməz kitab və ya fikirdə yox. Elmsiz keçmiş olmadığı kimi, elmsiz gələcəyi də təsəvvür etmək mümkün deyil. Hər şey nəticə etibarı ilə elmə bağlıdır və elmsiz bir dünyanın insana verəcəyi heç bir şey yoxdur. Fikrimi bir az da dramatikləşdirdiyim cümlələrimlə bitirsəm pis olmaz. Şərqdən qərbə məzlumun əzilib, zalımın alqışlandığı, super güclərin öz çıxarları hesabına yer üzünü anarşizmə təslim edib, öz başnalığı dəstəklədiyi bir vaxtda öz millətimizi öz əllərimizlə bir az da məhvə götürməyək. Əlimdən hələki konkret bir şey gəlməsə də ən azından fikirləşirəm. Sən də əlini vicdanına qoy FİKİRLƏŞ.
Yazıya 762 dəfə baxılıb