Lina Kavalyeri: əşyalardakı müəmmalı sima

Avropada “gözəllik erası” adlandırılan XIX əsrin sonu XX əsrin əvvəllərinin görkəmli nümayəndələrindən biri, İtaliyanın əfsanəvi opera müğənnisi Lina Kavalyerinin ölümündən illər keçməsinə baxmayaraq, o, unudulmur. 1948-ci ildə köhnə jurnallardan birində Kavalyerinin şəklini görən və ilk baxışdan ona aşiq olan dizayner Pyero Fornazetti ifaçını ölümsüzləşdirmək qərarına gəlir.

Lina Kavalyeri: əşyalardakı müəmmalı sima

Lina Kavalyeri: əşyalardakı müəmmalı sima

Lina Kavalyeri: əşyalardakı müəmmalı sima

Onun qüsursuz saydığı simasını müxtəlif əşyaların üzərinə həkk etməyə başlayan Fornazetti bununla dünya şöhrəti qazanır. Hazırda dizaynerin Milandakı emalatxanasında Kavalyerinin simasının əks olunduğu 350-yə yaxın əşya hazırlanır. İtaliyanın Bitossi kreamika evi isə məhz Kavalyerinin simasının olduğu güldanlar istehsal edir.
1988-ci ildə vəfat etmiş dizaynerin biznesini oğlu Barnaba Fornazetti davam etdirir. Məhz onun ideyası əsasında hazırlanan “Re-inventions” layihəsi Linanın obrazının mebel əşyalarının üzərinə köçürülməsinə imkan verib.

Lina Kavalyeri: əşyalardakı müəmmalı sima

Lina Kavalyeri: əşyalardakı müəmmalı sima

Lina Kavalyeri: əşyalardakı müəmmalı sima

Mənbə

Yazıya 765 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.