Ruzgardan xoşlanar çiçəkli çəmən,
Oynaşar yarpaqlar, ləçəklər həmən.
Körpə gülüşünə bənzəyər həyat,
Salamlar bir- birin süsənlə səmən…
***
Aludə olmuşdum meyə, şəraba,
O da könlüm evin qoydu xərabə.
Nə qədər cəhd etdim, baş ayılmadı,
Xoşbəxtlik gözümdə döndü sərabə.
***
Biri sıxdı narı, qanını aldı,
Sandım ki, canlının canını aldı.
O kafər, yolunu azmış birisi,
Ömrümün sonunu yadıma saldı.
***
Xəyalım dolaşır,düşüncəm azır,
Qələm də ağlına nə gəlir, yazır.
Hüsnündür, gözəlim, çaş- baş eyləyib,
Fərmanın nə isə hazıram, hazır.
***
Sındırdın könlümün şah budağını,
Dar etdin başıma gen otağımı.
Dünya məkkanımdır, axirət deyil,
Haramla söndürdün od- ocağımı.
***
Sirlər dağarcığı gözəl bir insan,
Şəraba meyl etdi, dəyişdi asan.
Bir qədəh şərabdan yanaq pörtən tək,
Dedi: sir satıram, əgər ki, alsan.
***
Qəmin şələsini aldım kürəyə,
Ağrısı- acısı doldu ürəyə.
Nə canım sağ oldu, nə ruzim artdı,
Nə ömrü qytara bildim geriyə.
***
Dağ dərəyə, dərə dağa boylanar,
Sevən ürək gizli- gizli oylanar.
Mahir olsa ovçu, düz nişan alar,
Hürkək maralı da gözdən ovlanar.
***
Qocalıq üz verdi vaxtından qabaq.
Hara baxdım divar, tavan, bir otaq.
Ey gənclik, qədrini bilmədim, niyə?
İndi əl havasına gəzirəm – yataq.
***
Ömrün zimistanı tamama yetə,
Könlümün mülkündə gül- çiçək bitə.
Xəlvətdən səsləyə Gül özü məni,,
Bir qatı dumanda kölgəmiz itə..
***
Ey zalım, hələ ki hökmün rəvandı,
Haramın — yolunda başsız karvandı.
Haqqın fəziləti gen güşüb səndən,
Heyvani nəfsinsə ömrə sarvandı.
***
Nə qəm ki, qəmlərim qocaltdı məni,
Qurumaz heç zaman gözümün nəmi.
Gələ Sahibzaman səbir diləyə,
Arsız tək unutmam, doğmamı – qəmi.
***
Bu könül mülküm də qəmə ram oldu,
Ləbələb– peymanəm qan ilə doldu.
Onun eşqi sonsuz, mənim nifrətim,
Nə zülmüymüş bu qəm, can mülküm soldu.
Yazıya 699 dəfə baxılıb