Müəllifdən:RUHUNUZ ŞAD OSUN, VƏTƏN QAZİLƏRİ! DÜZ 25-İL BUNDAN ƏVVƏL, DAHA DƏQİQ DESƏM, 20 YANVAR – 24 FEVRAL GÜNLƏRİNDƏ CİYƏRİMDƏN QAN KİMİ AÇILAN SƏTİRLƏRİMİ QƏRƏNFİLLƏR KİMİ SİZİN QƏBİRLƏRİNİZƏ DÜZÜRƏM…
İgidlər, oyanın, Ərlər, oyanın!
Mən lənət deyirəm su pərisinə!
O gözəl o qanın içindən çıxsa,
Alqış deyəcəyəm Qan Pərisinə!
Tanrım, əsirgəmə mərhəmətini,
Yu onun canını suyla, yağışla,
Qoy sıxım köksümə öz Qan Pərimi!
Onu mənə bağışla,
Məni ona bağışla!
Mən onun köksündən tankı götürrəm,
Ordunu götürrəm, cəngi götürrəm!
Cəllad çəkməsindən düşüb “süslənən”
Damğanı götürrəm, nalı götürrəm.
Çiynindən qoparıb Yanvar ayını,
Bu qanlı-qadalı ili götürrəm!
Tanrım, 90-cı ili götürrəm!
Tanrım, əsirgəmə mərhəmətini,
O gözəl dünyanı qanlı görməyib,
Qansız adamları tuş etmə ona.
Gör neçə qanını içir, ay Allah,
Ay Allah, o qanı nuş etmə ona!
Bəlkə gedəcəkdi görüş yerinə,
Tale görüşdürdü öz ölümüylə…
Ay anam, ay bacım, ay mənin qızım,
Tale çox görməsin bu “haqqı” sənə –
Gör necə qol-boyun oldun ölümlə…
Ölüm də heyrətlə baxırdı sənə,
İlqar görməmişdi ilqarın kimi.
Gör necə yaraşır bu ölüm sənə,
Yaraşır gəlinlik paltarın kimi!
Güllələr başına gur yağış kimi
Töküldü, amma ki, Sən yıxılmadın!
Elə bil Sevgilin tankın altından
Əlini uzadıb saxladı səni!
Canından açılan Qan Zənciriylə
Köksünə bağladı, bağladı səni…
1990, 20 yanvar-24 fevral
Yazıya 792 dəfə baxılıb