Olanlardan-keçənlərdən:”30 milyonluq simit”

984266_853301934736414_944992632284910448_n Məşhur basketbolçu Hidayət Türkoğlu yoldaşıyla birlikdə gəzirdilər,
Əvvəl akvariumçuları gəzdilər, sonra Ayasofya, Sultanahmet, Topkapı Sarayı, Gülhane Parkı deyərkən, Yeni Məscidin önünə qədər gəldilər. Orada qışqıra qışqıra simit satan bir uşaq vardı. Basketbolçu birdən dayandı…Sonra simitçiyə yaxınlaşdı:
— Simitin necəyədir?
— 300 min qardaş…
— Dəzgahda neçə simit var?
— 70-80 dənə var hərhalda…
— Hamısını alsam neçə edər?
— Səksən desək 24 milyon.
— Al sənə 30 milyon… Fərz et ki hamısını aldım…
— Sağ ol qardaş… sağ ol…
Basketbolçu üç onluq çıxardıb simitçinin önünə buraxdı. Yoldaşı çaşmış idi. Üç beş addım getmişdilər ki yoldaşı Hidayətə yaxınlaşıb pıçıldadı.
— Hidayət sən dəlisən?
— Yooo
— Yaxşı yemədiyimiz simitlərin pulunu niyə verdin?
— Boşver soruşma.
— Deyək ki soruşuram. Həm də israrla soruşuram.
— Elə isə söyləyim.
— Taxtanın kənarı diqqətini çəkdimi?
— Xeyr.
— Baxsaydin görəcəkdin. Taxtaya bir ad yazılmışdı.
— Necə bir ad?
— Hidayət!
— Yoxsa?
— Bəli o dəzgah, əvvəllər mənim idi.

Yazıya 697 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.