Müasir dəb və milli geyimlərimiz — “O əjdahadan niyə bizdə yoxdur?”

Paris Dəb Həftəsinə start verildi.  Bir-birindən maraqlı dəb nümayişlərin getdiyi bir  vaxtda azca keşmişə dalaq.

25 yanvar tarixində rus geyim tərzini yenidən dəbə qaytarmış və əsl “a la russe” obraz yarada bilmiş qadın-dizayner Ulyana Sergeenko növbəti kolleksiyasını təqdim etdi. Keçən mövsüm olduğu kimi bu il də rus dizaynerinin yeni kolleksiyasına heyran oldum. Təkcə parçaların bahalı, biçimlərin isə konkret və dəqiq olduğuna görə deyil, həm də kolleksiyanın yaratdığı ümumi ab-havaya görə. Mənə görə, dəb gələcəyin deyil, keçmişin sədası olanda daha parlaq təəssürat yaradır və sanki dərində olan hansısa hislərə toxunur.

Müasir dəb və milli geyimlərimiz

Ümumiyyətlə, qədim xalq köklərinə əsaslanmaq və köhnə ideyaları yenidən işləyib-hazırlamaq çox maraqlı prosesdir. Məhz bu səbəbdən qara, mavi və ağın çoxluq təşkil etdiyi bu kolleksiyaya baxdıqca heyranlığımı gizlədə bilmirəm. Şübhəsiz, o özündə hansısa gözəgörünməz tilsimi gizləyir. Çovğun qış gecəsi bu geyimlərdə sanki qar burulğanına bürünərək, qarşımıza çıxan ilahəyə məftun olmamaq mümkün deyil. İşləmələr və detallar haqqında isə ayrıca danışmaq lazımdır.

Müasir dəb və milli geyimlərimiz
Tərzi və qədim ənənələrə marağı ilə seçilən daha bir brend Dolce&Gabbana-dır. Hər kolleksiyası ilə bir nağıl danışan Domeniko və Stefanonun pərəstişkar ordusu il-ildən nəinki azalmır, hətta artır. 2015 yaz-yay kolleksiyasında ispan şıqı və mədəniyyətini təmsil edən brend podiuma flamenqo rəqqasələrinin və toreadorların təkrarsız tərzini çıxardı. Uzun illərin səyi nəticəsində brend adını Siciliyanın kənarlarında da duyura bildi. İndi Dolce&Gabbana-nın təkrarsız geyimlərini həmin xalqa mənsub olmayan insanlar da geyinir.

Müasir dəb və milli geyimlərimiz

Müasir dəb və milli geyimlərimiz
Sözümün canı ondadır ki, öz milli geyimlərini təmsil edən modelyer-dizaynerlərə baxanda düşünürəm ki, bizim mədəniyyətimiz və kostyum tariximiz heç də onlardan geri qalmır. Hal-hazırda çox aktual olan qaragül papaqlar, baska, həcmli və güllü ətəklərdən ibarət bir kolleksiya yaratmaq və onu dünyaya demirəm, elə özümüzünkülərə tanıtmaq heç də pis olmazdı. Amma nədənsə milli ruhda nə isə yaratmaq ideyası gələn kimi yerli dizaynerlərimiz keçmiş geyimləri eynilə təkrarlamağa üstünlük verir.
Bir müddət öncə, kostyum tariximizi araşdırmağa başladım və özüm üçün də gözlənilməz olan bir sıra detallara rast gəldim. Məsələn, “eşmək” qadınlar üçün nəzərdə tutulan sırıqlı üst geyimidir. O adətən tirmədən və məxmərdən tikilirdi.

Eşmək

Eşmək

Kürk geyimlərin bu qədər aktual olduğu dövrdə onu yada salmaq və uğurla istifadə etmək olardı. Eynilə də insanların “çoban papağı” kimi tanıdığı kişi baş geyimi. Onların əsasən qoyun xəzi və ya 2014-2015 payız-qış mövsümünün başlıca trendi olan qaragüldən hazırlandığı məlumdur.

"Axırıncı aşırım" filmindən kadr

“Axırıncı aşırım” filmindən kadr

Yekun olaraq, demək istəyirəm ki, yaxşı-yaxşı axtarsaq, daha çox detal taparıq. Bunun üçün sadəcə təqlidi birmüddətlik unutmaq və öz köklərimizə boylanmaq kifayət edər.

Nigar Mirzəsoy

JuNigar Mirzəsoyrnalist, Cosmopolitan Azerbaijan jurnalının dəb redaktoru

 

 

Yazıya 782 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.