Ötən il ABŞ-dan olan müharibə veteranı Fil Kleyin əsəri dünya ədəbiyyatının gündəmindən düşmədi. Təqdimatlar, mükafatlar, nominasiyalara namizədlik, müəlliflə müsahibələr, əsərin geniş müzakirəsi və nəhayət, “National Book Award” mükafatına layiq görülməsi insanların və cəmiyyətin bütün dövrlərdə olduğu kimi müharibəyə hələ də nə qədər həssas yanaşdığını və onu nə qədər önəmsədiyini sübut etdi. “Guardian” xəbər verir ki, ümumiyyətlə, amerikalı əsgərlərin İraq və Əfqanıstandan döndükdən sonra yazdıqları xatirələr, məqalələr, verdikləri müsahibələr həddindən artıq böyük maraqla qarşılanıb. Elə amerikalı jurnalist Corc Parkerin İraqdan qayıtdıqdan sonra ölkənin ən çox oxunan jurnalisti olması da bu fakta aşkar sübutdur. “Guardian” ədəbi bölməsində məhz bu detaldan yola çıxaraq maraqlı araşdırma aparılıb. Belə ki, bütün dövrlərdə müharibədən dönmüş insanlar tərəfindən yazılan əsərlərin satış göstəriciləri və onların haqqında dövrü mətbuatda, tarixi əsərlərdə çıxmış yazılar müqayisə edilib və “müharibədən dönüş haqqında yazılmış 10 ən yaxşı əsər”-in adı müəyyənləşdirilib. Beləliklə, sizə həmin əsərlərin siyahısını təqdim edirik.
1. Homer – “Odiseya”
2. Şekspir – “Koriolanusun faciəsi”
3. Cakob Siegel – “Gülümsə, dörd tərəfimizdə İED-lər var” ( İED – əsəb xəstəliyinin bir növü, davranış pozuqluğu ilə seçilir – red. E.S.)
4. Billi Lin – “Yarım ömürlük uzun səyahət”
5. Pet Barker – “Regenerasiya”
6. Mario Varqas Lyosa – “And dağlarında ölüm”
7. Corcs Bernanos – “Kənd keşişinin gündəliyi”
8. Patrisio Pron – “Atamın ruhu”
9. Vaquih Qali – “Bilyard salonunda pivə çəlləyi”
10. Aşli Qilbertson – “Məğlub olanların yataq otaqları”
Yazıya 540 dəfə baxılıb