TƏK ŞEİR: Tərlan Əbilov — Nida işarələri

tərlan

Bir ovuc tum qabığıdı küləyə tüpürdüyüm sözlər…
Hər cümlənin sonunda qoyduğun xoşlamadığım nida işarəsidi
kücədə ard-arda düzülmüş ağaclar…

Payız –
hər erkəyin bir qadınlıq boş,
külək –
hər qadının bir erkəklik sərxoş
və ağ saçlar –
üşüyən bədənin buz bağamış qış yeridr…

Qarşıda yolu keçən avtobusdu bir neçə piyada…
Tıxaca düşmüş yoldu dayanacaqlar,
Dayanacaqlara dönmüş yoldu tıxac…
Çətiriylə yağışdan asılan adamların ayağını sıxan tuflidi səkilər…

Nida işarələrinin ağaclara, ağacların nida işarələrinə,
avtobusların piyadalara, piyadaların avtobuslara,
tıxaca düşmüş yolların dayanacaqlara,
tıxaca düşmüş dayanacaqların yollara qarışdığı şəhərdə
uzaqdan sənin təbəssümünə bənzəyir həyat.

Ayağımı sıxan səkilərlə sənə doğru addımlayıram,
üzümə tüpürür sözə çevirdiyim tum qabıqlarını külək,
aşır içi sərnişlə dolu bir adam…

Yazıya 1201 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.